Əliyev qardaşları Oğuz meşələrində talançılıq işlərini hələ də davam etdirir - NAZİRİN NƏZƏRİNƏ...
Tarix: 3-07-2023, 10:06 | Çap et
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 2020-ci ilin martın 14-də başda Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru olmaqla bir qrup işçisinin həbs olunması geniş ictimaiyyət arasında böyük rezonans doğurmuşdu.
Xatırladaq ki, 14 mart 2020-ci ildə həbs olunmuş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru İlqar Qəribov və onun rəhbərlik etdiyi mütəşəkkil dəstə üzvlərinin, mərkəzin baş mühasibi Sirac Kərimov, baş meşəbəyi İlqar Cəlalov, həmçinin idarənin məsul əməkdaşları Eyvaz Əliyev və Bakıxan Seyidəliyevin törətdikləri cinayət işləri üzrə Cinayət Məcəlləsinin 259.3-cü (qanunsuz ağac kəsmə), 308-ci (vəzifə səlahiyyətlərini aşma), 314-cü ( səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməs) və 311.3.3-cü (rüşvət alma, külli miqdarda törədildikdə) maddələri üzrə təqsirli bilinmişdilər. Lakin meşələrin kütləvi şəkildə qırılması faktı ilə başlanılmış cinayət işinin istintaqı başa çatdıqdan sonra təqsirləndirilənlər Şəki Ağır Cinayətlər Məhkəməsi tərəfindən 2021-ci ilin avqustun 30-da gecə saat 22-00 radələrində geniş ictimaiyyətə açıqlanmadan məhkəmə zalından azadlığa buraxılmışdı.
Etibarlı mənbənin redaksiyamıza verdiyi məlumata görə bir neçə gün öncə Oğuz meşəbəyliyinin 03 saylı dolayına nəzarət edən meşəbəyi Əliyev Ramiz Bəbir oğlu 04 saylı meşə dolayı ilə həmsərhəd ərazidə 9 ədəd, diametri 44-56 sm olan içlik fıstıq ağaclarını gecə vaxtı qanunsuz olaraq kəsdirərək satmışdır. Qanunsuz kəsintini də Oğuz Meşə Mühafizə mühəndisi Məmmədov Valeh Yaqub oğlu tərəfindən aşkarlanaraq sənədləşdirlmişdir. Həmin gündən, yəni, 26 iyundan etibarən meşəbəyi Ramiz Əliyevin qardaşı Eyvaz Əliyev mühəndis V.Məmmədova telefon açaraq onu nalayıq söyüşlərlə təhqir edir, onu ölümlə hədələyir. V.Məmmədov faktı təsdiq edərək bildirmişdir ki, meşəbəyi Ramizin qardaşı Eyvaz hətta gecə saat 1-30-da belə ona zəng edib küçə söyüşləri yağdırır. Xatırladaq ki, Əliyev Eyvaz əvvvələr, yəni, 19 mart 2020-ci ilədək Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzində Oğuz meşəbəyliyinin meşəbəyi vəzifəsində çalışmışdır. Qanunsuz çoxsaylı meşə kəsintilərinə görə DİN-nin xüsusi əməliyyat qrupu tərəfindən Eyvaz Əliyevin dəstə üzvləri cinayət başında yaxalanaraq 1.4 il həbs həyatı yaşamışdır. Və hal hazırda da törədilən ağır cinayət üzrə təqsirləndirlən E.Əliyevin məsələsi Şəki Apellyasiya Məhkəməsində hakim Mahir Əsədlinin icraatında baxılmaqdadır. Məlumatlı mənbə onu da bildirdi ki, Eyvaz Əliyev bundan əvvəl də 2 dəfə məhkumluğu olmuşdur ( polisə müqavimət göstərməyə və adam oğurluğuna ( qız qaçırma) görə) Doğrudur, hazırkı qanunsuz ağackəsmə cinayətinə görə 1il 4 ay həbsdə saxlansa da, Şəki Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısı tərəfindən onun 8 il azadlıqdan məhrum edilməsi istənilmişdir. Lakin məhkəmə sədri olmuş Rəfael Əliyev prokurorun cəza istəyini maddi maraqlarını təmin edərək bu adamı dəstəsilə birlikdə 2021-ci ilin avqustun 30-da gcə saat 22-00-da şərti cəza verməklə onu azadlığa buraxmışdır. Budur, indi də Eyvazın oğlu Əliyev Tacir hərbi xidmətə yarasız olmasına baxmayaraq, yenidən özünə sağlamlıq arayışı alaraq Oğuz meşəbəyliyində Kor dərə” adlanan ərazidə meşə gözətçisi işləyir. Onu da xatırladaq ki, sonuncu dəfə 9 ədəd sağlam işlik material olan fıstıq ağaclarını kəsib satan Ramiz Əliyev bu vəzifəyə təyin olunduqdan sonra Oğuz şəhərinin kənarında, daha dəqiq desək Qlükoza zavodunun yanında böyük bir iribuynuzlu mal ferması yartmışdır. Fermada 60 baş sağılan inək, 35 baş öküz , və 60 başa yaxın südəmər danası vardır. Meşəbəyi Ramiz qanun icazə vermədiyi halda 100-dən çox şəxsi mal qarasını qulluq mövqeyindən süi-istifadə edərək özünün mühafizə etdiyi meşə dolayında otarır və nəticədə minlərlə yeniyetmə ağaclar məhv olur. Maraqlısı budur ki, Ramiz Əliyevin digər qardaşı Əhliman Əliyev də hazırda ETSN-nin 6 saylı Dövlət Ekoloji Təhlükəsizlik İdarəsində vəzifədə işləyir. Faktiki orta məktəb savadı olmadığına görə xidməti işi üzrə düzgün sənədləşmə işlərini apara bilmir. Hazırda yaşadığı mənzili qardaşı Ramizin mühafizə etdiyi və qanusuz 9 ağac kəsdiyi yerə çox yaxın olsa da, nədənsə ağaclar kəsilən zaman evində olmasına baxmayaraq 200 metrlikdə doğranan ağacların kəsintisinin qarşısını vəzifə borcu olaraq almamışdır. Lakin, deyilənə görə rayonun ucqar yerlərində, məslən Xaçmaz və ya Daşağıl meşəbəyliklərində bir ağac kəsilərsə, Əhliman Əliyev 10 dəqiqə ərzində özünü hadisə yerinə yetirir. Bu necə olur? Göründüyü kimi, Əliyev qardaşlarının Oğuz meşələrində törətdikləri qanunsuz ağac kəsimlərindən əldə etdikləri var dövlətin hesabını hələlik kimsə ( elə ETSN rəhbərliyi daxil) sormasa da, ümidvarıq ki, yerli hüquq-mühafizə orqanları bu qardaşların son günlər törətdikləri cinayət tərkibli əməllərinin araşdırılmasına start verəcəklər.
Qeyd edək ki, “meşə quldurları” kimi tanınan İlqar Qəribov, Sirac Kərimov, Eyvaz Əliyev, İlqar Cəlalov və Bakıxan Seyidəliyev həm də bəraət almaq üçün yenidən məhkəmə iddiası qaldırmışlar. Şəki Apellyasiya Məhkəməsində isə nədənsə proses tez-tez təxirə salır, “meşə quldurları”na bəraət vermək üçün münasib vaxt gözləyirlər. Növbəti məhkəmə iclası isə iyulun 8-də hakim Mahir Əsədlinin sədrliyi ilə keçiriləcək. Bütün bunlara baxmayaraq göründüyü kimi dəstə hələ də iş başındadı və meşələrin kütləvi şəkildə qırılmasını davam etdirir. Bizi izləyin. Aktualinfo.org
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Bu gün, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Bu gün, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Bu gün, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Bu gün, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Bu gün, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Bu gün, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Bu gün, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Bu gün, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Bu gün, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Bu gün, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Bu gün, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Bu gün, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Bu gün, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Bu gün, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Bu gün, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Bu gün, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Bu gün, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Bu gün, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Bu gün, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Bu gün, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Bu gün, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Bu gün, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Bu gün, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Bu gün, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Bu gün, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Bu gün, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Bu gün, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Bu gün, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Bu gün, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Bu gün, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Bu gün, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Bu gün, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Bu gün, 15:09 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 15:07 |
|
|
|
• Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Bu gün, 15:05 |
|
|
|
• Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Bu gün, 15:01 |
|
|
|
• Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Bu gün, 14:58 |
|
|
|
• Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50 |
|
|
|
• Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49 |
|
|
|
• Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48 |
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15 |
|
|
|
• “Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00 |
|
|
|
|