Çörəyimizə HARAM QATANLAR... - Hər çörəkdən 40 qranm oğurlasan...
Tarix: 25-04-2023, 10:39 |
Çap et
DİA.AZ: - Yediyimiz çörəyin tərkibi, nəzərdə tutulan çəkisi... son zamanlarb daha çox müzakirə olunan mövzulardandır. Amma nədənsə daha çox istehsal müəssisələrinin gigyenik qaydalara əməl edib-etməməsinə, təmizliyinə daha çox fikir verən AQTA və digər bu kimi təftiş hüququ olan qurumlarımız məhz qeyd etdiyimiz məsələyə diqqət ayırmağı ağıllarının ucundan belə keçirmirlər. DİA.AZ olaraq elə bu məsələyə diqqət ayıracağıq.
Rahib Nuruyev adlı Bakı sakini bildirir ki, evinin yaxınlığında yerləşən "Al market"dən aldığı çörəyin çəkisi 650 qram nəzərdə tutulsa da, normalda 612 qramdır.
Vətəndaş iddia edir ki, bu maksimum çəkidir.
O zaman belə anlaşılır ki, hər çörəkdən 40 qram oğurlayan istehsalçılar bu yolla külli miqdarda gəlir əldə edirlər... Yəqin bu gəlirdən pay alan nəzarətedici qurumlar da qeyd etdiyimiz səbəbdən susmaqdadır...
Məsələ diqqətimizdədir və faktla bağlı bütün aidiyyatı qurum və şəxsləri dinləməyə hazırıq...