Tramp bu qadını nazir təyin edir .....                     Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... .....                     İqlim sammitinin qapanışı nədən ləngiyirdi? .....                     Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... .....                     Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə .....                     Ermənistanla münasibətimiz problemlidir .....                     Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb .....                     Naxçıvanda yeni həbslər... .....                     Bakıya “hücum”a cavab verildi .....                     Paşinyanın Bakıya bu “güzəşti” hiylədir .....                     İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür .....                     COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib .....                     COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib .....                     Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” .....                     "Ərə sahib olmaq super bir hissdir..." .....                     Cavid İsmayılzadənin "əli uzandı" .....                     Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir .....                     "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir" .....                     Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri .....                     Avropa İttifaqı sülhə mane olur .....                     Azərbaycanda logistika şirkəti .....                     "Səbail Market" fəaliyyətini dayandırdı .....                     Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? .....                     Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: .....                     Bir dəfəlik, yoxsa birdəfəlik sülh? .....                     Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” .....                     Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! .....                     Tramp Viktor Orbana zəng etdi .....                     “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” .....                     "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." .....                     Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı .....                     “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” .....                     Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub .....                     Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR .....                     Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib .....                     Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? .....                     Azərbaycan mediasının COP29 sınağı .....                     Trampla Putin arasında gizli görüş... .....                     Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU .....                     "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." .....                 

Vasif Talıbovu NİYƏ HƏBS EDƏ BİLMƏDİLƏR... - ASAN MƏSƏLƏ DEYİL...
Tarix: 2-02-2023, 10:56 | Çap et
Vasif Talıbovu NİYƏ HƏBS EDƏ BİLMƏDİLƏR...
Naxçıvanda Vasif Talıbovun kadrlarının həbsləri davam etdirilir. İranla münasibətlərin gərginləşməsi səbəbindən Naxçıvan mövzusu ictimai və mətbu diqqətdən bir qədər kənarda qalsa da, ölkənin hüquq-mühafizə orqanları öz təmizlik işlərini davam etdirirlər. Belə ki, ən son olaraq, Naxçıvanın Penitensiar Xidmətinin rəisi, ədliyyə general-mayoru Tofiq Etibar oğlu Həsənov 31 yanvar tarixində həbs edilib. APA-nın əldə etdiyi xəbərə görə, general-mayor vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almada şübhəli bilinib.

Tofiq Həsənov Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə saxlanılıb.

Onun barəsində həbs-qətimkan tədbiri seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən vəsatət Səbayel Rayon Məhkəməsinə göndərilib. Məhkəmə vəsatəti təmin edib və Tofiq Həsənov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Beləliklə, Talıbovlar klanının zəiflədilməsi və bu klana aid yüksək rütbəli məmurların həbsi davam etdirilir.

Bir müddətdir mediada Naxçıvanın keçmiş daxili işlər naziri general-leytenant Fazil Ələkbərovun həbs olunması ilə bağlı da xəbərlər yayılıb. Onun əvvəlcə Naxçıvanda baş verən qanunsuzluqlar səbəbindən istintaqa cəlb olunduğu, daha sonra isə həbs olunduğu qeyd edilib.

Manset.az dəfələrlə Fazil Ələkbərova zəng etsə də, o, telefona cavab verməyib.

Daha sonra Manset.az onun bacısı oğlu və ən yaxın adamı sayılan, Naxçıvan MR Şahbuz Rayon Polis şöbəsinin keçmiş rəisi Elnur İsmayılovla əlaqə saxlayıb. O, açıqlamasında yayılan xəbərin doğru olmadığını bildirib.

“Elə bir məlumat yoxdur. İstintaqa dəvət olunmuşdu, həbs olunmayıb. Mən bu məsələlərə qarışmaq istəmirəm. Onu deyə bilərəm ki, Fazil müəllim evində oturub”.

Qeyd edək ki, Fazil Ələkbərov Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qudasıdır. F. Ələkbərov eyni zamanda Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovla da qudadır.

Proses daha kimləri əhatə edəcək və DTX Vasif Talıbovun özünü də qandallayacaqmı? DİA.AZ-ın məlumatına görə, bu barədə Naxçıvandakı prosesləri dəqiqliyi ilə bilən ekspert, TNS.az saytının rəhbəri Tural Səfərov “Yeni Müsavat”a deyib ki, general-mayor Tofiq Həsənovun həbsi onun üçün gözlənilməz olmayıb: “Penitensiar Xidmət muxtar respublikada ən çox korrupsiyalaşmış orqan, Tofiq Həsənov da Naxçıvanın ən rüşvətxor məmurlarından biri idi. Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun və onun oğlu Seymur Talıbovun bütün qanunsuz göstərişlərini icra edən Tofiq Həsənov həm də qəddarlığı ilə seçilirdi. O, muxtar respublikadakı cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumlara dəhşətli işgəncələr verdirib. Vasif Talıbovu tənqid etdiyinə görə qanunsuz şəkildə həbs olunanlara Tofiq Həsənov şəxsən özü işgəncə verib. Bu general muxtar respublikadakı cəzaçəkmə müəssisələrini Vasif Talıbovun şəxsi həbsxanasına çevirmişdi. Tofiq Həsənovun tapşırığı ilə Naxçvanın Böyükdüz kəndi yaxınlığındakı cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlar xidmət rəisinin həbsxanadan kilometrlərlə aralıda yerləşən plantasiyalarında işlədilib. Tofiq Həsənovun cəzaçəkmə müəssisəsinin yaxınlığında yaratdığı tikinti materialları istehsalı sahəsində də işçi qüvvəsi kimi məhkumlardan istifadə edilib. Beləliklə, o, bütün bu qanunsuz işlər sayəsində Vasif Talıbovun oğlu Seymur Talıbova milyonlar qazandırıb, özü də bundan faydalanıb”.

Tural Səfərov deyib ki, Naxçıvan Muxtar Respublikası Pentitensiar Xidmətində işə qəbul edilən 1 nəfər də tapmaq mümkün deyil ki, desin, mən rüşvət vermədən işə götürülmüşəm: “Görünür, müvafiq dövlət orqanları onun qanunsuz əməllərini ifşa edib və Tofiq Həsənov həbs olunub. Mən hesab edirəm ki, Naxçvanda araşdırmalar dərinləşdirildikcə həbslərin sayı da artacaq. O ki qaldı bütün bu işlərin başında dayanan Vasif Talıbova, gəlin açıq danışaq. Vasif Talıbov kimi qaranlıq əlaqələrə malik, milyardlarla dollar pulu olan bir adamın həbs edilməsi də asan məsələ deyil. Necə ki, bu sərvət ondadır, onu müdafiə edən, həbsinə mane olan qüvvələr tapılacaq. Bu sərvəti o, könüllü şəkildə xalqa qaytarmalıdır ki, bunu da yəqin etməz. Bilirik ki, Vasif Talıbovun övladları indiyədək qanunsuz işlərlə məşğul olub, korrupsiya ilə məşğul olan məmurlar göstərişləri onlardan alıblar. Onların həbs edilməsi üçün ciddi əsaslar var. Fikrimcə, hakimiyyət siyasi iradə nümayiş etdirib, Azərbaycan qanunlarına uyğun Vasif Talıbovun övladlarını həbs etsə, o, Azərbaycan dövlətindən və xalqından oğurlayaraq yığdığı sərvəti könüllü şəkildə qaytaracaq. Onun sərvəti kifayət qədər böyük vəsaitdir və həmin vəsaitlə Naxçıvanı bir neçə il dotasiyasız saxlamaq, Qarabağın işğaldan azad edilmiş bir neçə rayonunu qurmaq mümkündür. Bütün oxlar Vasif Talıbovu göstərir. Bizdə olan məlumata görə, həbs edilənlər onun və oğlanlarının adlarını çəkirlər. Hesab edirəm ki, gec-tez Vasif Talıbovun həbsi qaçılmaz olacaq. Naxçıvan hadisələrinin, Vasif Talıbovun istefasının siyasi tərəflərini də nəzərə alsaq, onun həbsinin reallaşacağına ehtimallar artır. Dövlətimiz ədalətli qərar qəbul etməli, Naxçıvana 27 il dağ çəkən, Azərbaycan dövlətinə çox ciddi zərbələr vuran Vasif Talıbov cəzalandırılmalıdır”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp bu qadını nazir təyin edir
Bu gün, 11:39
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Bu gün, 11:37
İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Bu gün, 11:34
Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Bu gün, 11:08
Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Bu gün, 11:02
Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Bu gün, 10:57
Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Bu gün, 10:39
Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Bu gün, 10:37
Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28
Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24
İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21
COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58
COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56
Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02
"Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55
Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52
Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45
"Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42
Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30
Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29
Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05
"Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02
Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22
Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15
Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00
Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58
Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06
“Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57
"Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52
Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50
“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17
Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12
Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11
Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58
Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55
Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53
Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Dünən, 12:50
"Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38
Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Dünən, 12:30
Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Dünən, 12:27
MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Dünən, 12:14
Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Dünən, 12:09
“Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Dünən, 12:06
Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Dünən, 12:03
Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Dünən, 11:56
Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Dünən, 11:53
İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Dünən, 11:52
Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Dünən, 11:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru