Tibb Universitetinin Tədris-Terapevtik Klinikası adlı BAZAR... - BUNUN BAŞQA ADI YOXDUR...
Tarix: 5-01-2023, 09:07 | Çap et
Sözün düzü, vergi borcu Azərbaycanda ciddi problemə çevrilib. Kifayət qədər gəlirlə işləyən biznes qurumlarının, şirkətlərin dövlət büdcəsinə olan borcu ölkə iqtisadiyyatına ciddi zərbə vurur. Bu gün Azərbaycanda ən gəlirli sahələrdən biri də dərman biznesi və xəstəxanalardır. Dərmanların qiyməti durmadan artır, bu barədə hətta Milli Məclisin tribunasından deputatlar həyəcan təbili çalır. Xəstəxanalara gəldikdə isə neçə illərdir ki, ölkə mətbuatı yazır ki, adi müayinə, rentgen qiymətləri nəinki kasıb, heç orta təbəqənin də imkanlarına uyğun deyil. Biz hələ ağır cərrahi əməliyyatlardan, orqan plantasiyasından-zaddan danışmırıq. Ona görə də az-çox imkanı olanlar qarnı ağrlyan kimi xarici ölkələrə, İrana, Türkiyəyə üz tuturlar. Sözümüzün canı odur ki, bu gün Azərbaycanda ən çox pul qazanan müəssisələrdən biri, səhiyyə müəssisələri, tibbi klinikalardır. Biz özəl klinikalara toxunmaq istəmirik. Onların öz əlləri, öz başlarıdır. Bəs, dövlətin ayırdığı milyonların hesabına fəaliyyət göstərən klinikalar niyə əhaliyə çox baha qiymətə qulluq edirlər və vergdən küllü miqdarda yayınırlar. Hamıya məlumdur ki, Azərbaycan Tibb Universitetinin nəzdində xeyli sayda klinikalar fəaliyyət göstərir. Məsələn, Onkoloji klinika, Tədris Cərrahiyyə Klinikası, Tədris Stomatoloji Klinika və s. Bir daha qeyd edirik ki, bu klinikalar özəl deyil, heç kimin atasının, babasının pulu ilə ərsəyə gəlməyib, bir başa dövlətin ayırdığı milyonların hesabına müasir avadanlıqlarla təchiz olunublar. Biz bir media olaraq Onkoloji Klinikada baş verən qanunsuzluqlardan kifayət qədər yazmışıq. İndiki yazının yazılmasına səbəb isə bir müddət öncə yayılan məlumat oldu. Belə ki, yayılan xəbərdən bəlli olur ki, böyük miqdarda vergi borcuna görə, Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının direktoru Surxay Musayevə “STOP” qoyulub, yəni ölkədən çıxa bilməz. Təsəvvür edirsiniz, qiymətləri “od kimi əl yandırdığı” klinikanın dövlətə külli miqdarda vergi borcu var. Və Dövlət Vergi Xidməti Klinikanı məhkəməyə verib. Qeyd edək ki, Surxay Musayev professor, "əməkdar həkim" və əməkdar elm xadimidir. O, 2010-cu ildən Tədris-terapevtik Klinikasının direktorudur. Təsəvvür edirsiniz, cənab Prezident İlham Əliyevin qayğısı nəticəsində yaranmış Klinikada ancaq varlı, zəngin adamlara qulluq edilir. Və külli miqdarda borcu yaranıb. Bəs görəsən, direktor Surxay Musayev xəstələrdən aldığı külli miqdarda pulları kimə verib..? Təsəvvür edirsiniz, klinikaya müraciət edən xəstələr həkimlərin qəbuluna düşmək üçün 60 manat ödəməlidir. Həmin xəstə təkrar qəbula gələrsə yenidən 60 manat ödəməlidir. Və xəstələrin ödədiyi pullara görə, heç bir qəbz-zad verilmir. Bu boyda klinika dövlətin pulu ilə yaradılıb, amma bir nəfər əlilə, qaçqına, məcburi köçkünə, qaziyə güzəşt edilmir. Sözün qısası, klinika Surxay Musayevin öz şəxsi, özəl qaydaları ilə idarə olunur. Hətta rektor dəyişib, ATU-ya Gəray Gəraybəyli rektor təyin olunanda çoxları düşünürdü ki, bəlkə müsbətə doğru nəsə dəyişə bilər. Amma o gözlənti də özünü doğrultmadı. Bəli, Surxay Musayevin yaxın adamları qəbul şöbəsində oturub gələn xəstələrdən pul almaqla məşğuldurlar. Ən dəhşətlisi odur ki, klinikadan edilən şikayətlər, Səhiyyə Nazirliyinin “qaynar xətt”inə edilən zənglər araşdırılmır, bu istiqamətdə müsbətə doğru hər hansı ölçü götürülmür. Bəs görəsən, Surxay Musayevin keçmişi kim, nəçi olub. Onun tərcümeyi-halına nəzər salanda bəlli olur ki, bu adam 1974-82-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin KOMSOMOL təşkilatına, 1983-88-ci illərdə universitet PARTİYA komitəsinə, 1994-2010-cu illərdə universitet HƏMKARLAR ittifaqı komitəsinə rəhbərlik etmişdir. Şərhə ehtiyac varmı..? Bəli, “profsoyuzda” çalışanda “putyovka” satmaqla məşğul olan, professor, “Əməkdar elm xadimi” indi də dövlətin büdcəsinə çatası vergini mənimsəyir. P.S. Belə etməyin cənablar, dövlətin vergisini vermək onun sütunlarını möhkəmləndirmək deməkdir. Yəni sizin tamahınız o qədər üstündür ki, dövlət hesabına qazanılan pulları yemək bir yana, hətta dövlətə çatası pullarıda mənimsəyirsiniz. Bunun aqibəti isə yaxşı olmayacaq, biləsiniz. Dövlət sizi cəzalandıracaq. //gundelik-baku.com//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Bu gün, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Bu gün, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Bu gün, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Bu gün, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Bu gün, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Bu gün, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Bu gün, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Bu gün, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58 |
|
|
|
• Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55 |
|
|
|
• Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53 |
|
|
|
• Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Dünən, 12:50 |
|
|
|
• "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38 |
|
|
|
• Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Dünən, 12:30 |
|
|
|
• Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Dünən, 12:27 |
|
|
|
• MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Dünən, 12:14 |
|
|
|
• Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Dünən, 12:09 |
|
|
|
• “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Dünən, 12:06 |
|
|
|
• Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Dünən, 12:03 |
|
|
|
• Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Dünən, 11:56 |
|
|
|
• Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Dünən, 11:53 |
|
|
|
• İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Dünən, 11:52 |
|
|
|
• Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Dünən, 11:38 |
|
|
|
|