Vətəndaşlar 65 yaşda pensiyaya çıxır, 6 il sürünür, 71 yaşda isə ölür... - Bu, AZƏRBAYCAN REALLIĞIDIR...
Tarix: 21-12-2021, 10:54 | Çap et
Azərbaycan vətəndaşları arasında ölüm statistikasında artım var. Belə ki, 2020-ci ildə ölkə üzrə ölənlərin sayı əvvəlki ilə nisbətən 25 min nəfər çox olub. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə 55 min 916 vətəndaş, ötən il isə 75 min 647 vətəndaş dünyasını dəyişib. Cinslər arasında da ölüm sayında ciddi fərqlər var. Belə ki, 2020-ci ildə şəhər yerlərində dünyasını dəyişən qadınların sayı 18 min 451, kişilərin sayı isə bundan daha çox, 23 min 598 olub. Kənd yerlərdində də baş verən ölüm hallarında cinslər arası fərq nəzərə çarpır. Belə ki, ötən il ərzində kənd yerlərində yaşayan qadınlar arasında ölənlər 15 min 115, kişilər isə 18 min 483 olub. Komitənin məlumatına görə, Azərbaycanda cinslər arası fərqlə yanaşı, yaşlara görə də ölüm sayında fərqlər var. Ən çox ölüm halının qeydə alındığı yaş kateqoriyalarından biri də 45-64 yaşdır. Ümumilikdə ötən il bu yaşlar üzrə 19 min 968 ölüm halı qeydə alınıb. Ötən il ərzində təkcə 45-49 yaşlı şəxslər arasında 2 315 ölüm halı qeydə alınıb. 65-84 yaş arası ölənlərin sayı isə 33 min 464 olub. Bu isə həm də ölkə üzrə təqaüd alanların sayının azalması deməkdir. DİA.AZ-ın məlumatına görə, iqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a açıqlamasında insanların ömür yaşının qısalması və bunun fonunda pensiya yaşının azaldılmasının vacibliyindən danışıb, bildirib ki, hazırkı təqaüd sistemi təşviqedici deyil: "Ötən il həm müharibə, həm də pandemiya vəziyyətinin olması da ölüm hallarının artmasına təsir etmişdi. Hökumət pandemiya şəraitində ölüm hallarının sayının az olduğunu deyirdi. Lakin qeydiyyatdan kənar ölüm halları kifayət qədər çoxdur. Lakin məsələyə daha geniş aspektdən yanaşsaq, deyə bilərik ki, Azərbaycanda başqa ölkələrlə müqayisədə orta ömür müddəti kifayət qədər aşağıdır. Kanada, Almaniya, Yaponiya kimi ölkələrdə orta ömür 87-89 il, Azərbaycanda isə 71 ildir. Bundan sonrakı 40 ildə də belə olacaq. Bu gün doğulanlar üçün gözlənilən ömür təxminən 76 ildir. Məsələyə bu apsektdən yanaşsaq, təqaüd sisteminin təşviqedici olmadığını deyə bilərik. Pensiya alan vətəndaşların sayının azalması prosesi gedir. Bu bir tərəfdən ölüm hallarının artmasından qaynaqlanırsa, digər tərəfdən də pensiya sisteminin əlçatanlığının azaldılması ilə bağlı qəbul edilən qərarlardan irəli gəlir. Nəticədə 1 milyon 320 milyon təqaüdçü vətəndaşın sayı son 3 ildə azalaraq 1 milyon 300 minə düşüb. Sosial apsektdən qiymətləndirsək, bu əhalinin gəlirlərinə mənfi təsir edən amildir".
Ekspert bildirir ki, infrastruktur dəyişməli, qanunların işləkliyi təmin olunmalıdır, insanların gündəlik həyat tərzində qarşılaşdıqları problemlər aradan qaldırılmalıdır: "İnsanlar üçün stressiz, rəvan həyat tərzi yaradılmalıdır. Qida təhlükəsizliyi ilə bağlı daha keyfiyyətli proqramlar icra olunmalıdır. Ərzaq sisteminin təchizatında nəzarət güclənməlidir. Hökumətin gördüyü əsas iş odur ki, görülən tədbirlərdən insanlara probem yaranmasın. Ekoloji təmizliklə bağlı tədbirlər görülməlidir, yaşıl enerji təşviq olunmalıdır. Əhalinin 50 faizi Bakıda yaşayır və paytaxtın kifayət qədər çirklənmiş havası var. Bütün bunlar da orta ömür yaşını azaldan səbəblərdəndir".
Pensiya ilə bağlı danışan R.Həsənov deyir ki, pensiya yaşı azaldılamlıdır: "Çünki bizdə vətəndaşın faktiki olaraq orta ömür yaş ilə pensiya yaşı arasındakı fərq cəmi 6 ildir. İnsanlar 65 yaşda pensiyaya çıxır, 71 yaşda isə ölür. Dünyada isə ortalama olaraq bu fərq ən azı 14 ildir. Dünyadakı bu göstəriciyə çatmaq mümkün olmasa da, ən azı pensiya yaşını 5 il azaltmaq mümkün olar. Buna ehtiyac var. Yaponlar pensiyaya çıxır və 22 il bu pensiya ilə yüksək şəraitdə gəzir, yaşayır. Bizdə isə vətəndaş pensiyaya çıxır və 6 il sürünür. Bizim pensiya sistemimiz təşviqedici deyil. Pensiya sistemi tamamilə ləğv edilib, yenidənə qurulmalıdır". Sosioloq Üzeyir Şəfiyev isə Sputnik Azərbaycan-a açıqlamasında ümumlikdə ölümlərə təsir edən amillərdən danışıb, bildirib ki, ölüm statistikasında artıma səbəb amillərdən biri də intihar hallarıdır. O qeyd edir ki, bundan başqa, aqressiv davranışlar nəticəsində baş verən qətl hadisələrinin də bura təsiri var: "İnsan ömrünə təsir edən psixoloji, sosial, ekoloji amillər də var. Bundan başqa, mövcud pandemiya şəraiti özü də müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Bu zaman digər xəstəliklər də üzə çıxır".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08 |
|
|
|
• Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03 |
|
|
|
• Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36 |
|
|
|
• Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34 |
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Dünən, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Dünən, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Dünən, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Dünən, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Dünən, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Dünən, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Dünən, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Dünən, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Dünən, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Dünən, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Dünən, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
23-11-2024, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23-11-2024, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
23-11-2024, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
23-11-2024, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
23-11-2024, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
23-11-2024, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
23-11-2024, 13:57 |
|
|
|
|