"Bu gün də o qanun pozuntusi ilə fəaliyyətini davam etdirir..." - GİLEY
Tarix: 27-09-2021, 10:40 | Çap et
 Vəkillər Kollegiyasının sədri Anar Bağırov son zamanlar məhkəmələrin vəkillər tərəfindən qaldırdığı vəsatətləri rədd etməsi ilə bağlı Məhkəmə-Hüquq Şurasına müraciət edib.Sədr son vaxtlar vəkillərin məhkəmələr tərəfindən vəsatətlərinin baxılmamış saxlanması, heç bir əsaslandırma olmadan rədd edilməsindən narazı olduğunu bildirib."Məhkəmə cinayət təqibi ilə bağlı məsələlərin hərtərəfli və obyektiv tədqiq edilməsi üçün əhəmiyyətli ola biləcək halların araşdırılması məqsədi ilə vəsatət qaldırıldıqda həmin vəsatəti təmin etməlidir”. A.Bağırov dünya təcrübəsindən misal gətirərək bildirib ki, Strasburq Məhkəməsi hesab edir ki, əgər məhkəmələr bu cür vəsatətlərin rədd edilməsini kifayət qədər əsaslandırmamışlarsa, bu ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu kimi qiymətləndirilməlidir.Cənab Anar Bağırov təəssüf hissi ilə qeyd edir ki, göstərilən hallar ədalət mühakiməsinin səmərəliliyinin və keyfiyyətinin artırılması istiqamətində Respublikamızda həyata keçirilən islahatları təhlükəyə məruz qoyur və bu istiqamətdə görülən işlərə kölgə salır.Cənab Anar Bağırov yada salır ki, Azərbaycan Respublikası CPM-nin 121-ci maddəsinin 4-cü bəndinə əsasən, vəsatətə və ya xahişə əsasən qəbul edilmiş qərar əsaslandırılmalı və həmin qərarda ərizəçinin dəlillərinə verilmiş qiymət öz əksini tapmalıdır.Eyni zamanda həmin Məcəllənin 323-cü maddəsinə əsasən məhkəmə cinayət təqibi ilə bağlı olan bütün məsələlərin hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün əhəmiyyətli ola biləcək halların araşdırılması məqsədi ilə vəsatət qaldırıldıqda həmin vəsatəti təmin etməlidir və vəsatətin rədd edilməsi haqqında məhkəmə əsaslandırılmış qərar çıxarır. Müşahidə olunur ki, cənab Anar Bağırovun həmin müraciəti məhkəmələr tərəfindən hüquqları pozulan vətəndaşlarımızın qəlbində ümid çırağı yandırmışdır. Çox təəsüflər olsun ki sadalanan hallara riayət etməyənlərdən və Azərbaycan Respublikasının qanununupozanlardan biri də Masallı rayon məhkəməsinin hakimi Habil Bəhmənovdur.Bunu “Mediatv.az” saytının redaksiyasına müraciət edən, Bakı şəhər sakini Quliyev Əfqan Bəhlul oğlu bildirib.Şikayətçi xatırladıb ki, iki il əvvəl onun avtomobili Masallı rayonunda qarət olunub. İşə Masallı rayon məhkəməsində baxılıb: “Prosesin gedişində hərəsi 4-5 bənddən ibarət 40-dan yuxarı sayda vəsatət qaldırsam da, hakim Habil Bəhmanov onların heç 5 faizi qəbul etmədi.Hakim,Anar Bağırovun sadaladığı CPM-nin bütün bəndlərinin tələblərini pozdu və mən hesab edirəm ki bu gün də o qanun pozuntusi ilə fəaliyyətini davam etdirir.Qanunlara hörmətsizlik sanki bu şəxs üçün adiləşib. Vəsatətləri rədd etməsinin səbəbini əsaslandırmağa da özünü borclu saymadı. Özünü referi kimi deyil, sanki qoçu kimi apardı,“mən belə istəyirəm, vəssalam” dedi. Nəticədə cinayəti törədmiş dəstənin digər üzvləri azadlığda qaldı.Halbu ki verdiyim vəsatətlərdə hadisənin digər iştirakçılarını üzə çıxarmaq mümkün idi,təqdim etdiyim kamera görüntülərinfə avtomobilimin qarətində bir neçə şəxsin iştirakı aydın görünürdü. Ümumiyyətlə, proses boyu məhkəməyə hər dəfə gedib-gələndə müşahidə edirdim ki, hakim Bəhmənovun ədalətsizliyindən çox sayda vətəndaş şikayətlidir”. Hakimin qanunsuz əməlindən Məhkəmə-Hüquq Şurasına, Ədliyyə nazirinə, Ombudsmana, Baş prokurora şikayət etdiyini bildirən vətəndaş Ə.Quliyev Ali Məhkəməyə müraciət etdiyini və işi Avropa Məhkəməsinə qədər daşıyacağını bildirir.Habil Bəhmənovun qanunazidd əməllərinə və Azərbaycan qanunlarına olan hörmətsizliyinə dur deyən, görəsən tapılacaqmı?Nə vaxta kimi bu şəxs qoçu qanunlarıyla isləyəcək?Burada haqlı sual ortaya qoyur: “Görəsən, Habil Bəhmənov kimi hakimlər Azərbaycan Respublikası adından nə qədər ədalətsiz qərarlar çıxarmalı, neçə insanın taleyi ilə oynamalı, neçə nəfəri bəxtindən küsdürməlidirlər ki, onların barəsində ölçü götürülsün? Bu məsələdə bir limit varmı?” Mediatv.az

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Spero Hospital“da qalmaqal – Baş mühasib dava saldı
4-12-2024, 21:52 |
|
|
|
• Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender - DETALLAR
4-12-2024, 21:42 |
|
|
|
• Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır - AKTUAL
4-12-2024, 21:38 |
|
|
|
• Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır – Qarabağ detalı
4-12-2024, 21:34 |
|
|
|
• "O pulu sizə halal etmirəm" - Əməkdar artist
4-12-2024, 21:10 |
|
|
|
• Həmidə Ömərovadan qalmaqallı xəbərə münasibət - "Mənim adımı niyə verirlər?"
4-12-2024, 21:08 |
|
|
|
• “İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları...” - ŞƏRH
4-12-2024, 21:03 |
|
|
|
• Azərbaycan NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır - RƏY
4-12-2024, 20:39 |
|
|
|
• Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək - GƏLİŞMƏ
4-12-2024, 20:36 |
|
|
|
• Rüfət Səfərovun həbsinə nə səbəb olub? - TƏFƏRRÜAT
4-12-2024, 20:31 |
|
|
|
• "Oğlumun qanını yerdə qoymayacağam" - Qətlə yetirilən şəxsin anası
4-12-2024, 20:04 |
|
|
|
• Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi... - Bakının konstruktiv yanaşmasıdır
4-12-2024, 20:02 |
|
|
|
• Suriyadakı proses Ukraynada da təkrarlana bilər - Sərdar Cəlaloğlunun TƏHLİLİ
4-12-2024, 19:55 |
|
|
|
• Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər? – “Bu, onların vəzifə öhdəliyidir”
4-12-2024, 19:53 |
|
|
|
• ABŞ-nin Azərbaycana təcrid siyasəti: OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir - NƏ BAŞ VERİR?
4-12-2024, 19:30 |
|
|
|
• "Ya oxumağını et, ya da kinoya çəkil..."
4-12-2024, 19:26 |
|
|
|
• “Vətəndaş A”nın dron söhbəti yalan çıxdı - AÇIQLAMA
4-12-2024, 19:23 |
|
|
|
• Rüfət Səfərova HÖKM OXUNDU - 4 aylıq HƏBS və...
4-12-2024, 19:20 |
|
|
|
• Avropa Ukraynanı fəda etmək niyyətində deyil: - həm pul, həm silah, həm də sığınacaq
4-12-2024, 19:15 |
|
|
|
• 310 min manatlıq torpaq maxinasiyası... - Keçmiş sədr Ali Məhkəməyə müraciət etdi
4-12-2024, 19:09 |
|
|
|
• Turan ideyasına qarşı yaradılan “gizli əl” - Yeni münaqişə başlaya bilər
4-12-2024, 19:04 |
|
|
|
• Generalın şikayəti təmin edilmədi - QƏRAR
4-12-2024, 19:01 |
|
|
|
• Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil - Paşinyan belə deyir...
4-12-2024, 18:59 |
|
|
|
• Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılar - ARAŞDIRMA
4-12-2024, 18:56 |
|
|
|
• Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov? - Asif Nərimanlı yazır...
4-12-2024, 18:53 |
|
|
|
• Rüfət Səfərova əlavə ittiham verildi: Məhkəmə gedir - TƏFƏRRÜAT
4-12-2024, 18:49 |
|
|
|
• Əsas hədəf yeni “Minsk Qrupu planı”nı işə salmaqdır - Qərb Ermənistanın fəlakətində maraqlıdır
4-12-2024, 18:47 |
|
|
|
• Ədliyyə naziri onu rəis TƏYİN ETDİ - ƏMR
4-12-2024, 14:51 |
|
|
|
• “Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?” - Şeyxdən xalq artistinin baltalı hücumunu yatıracaq sözlər
4-12-2024, 14:49 |
|
|
|
• "Kənd yumurtası" bahalaşır, sənaye üsulu ilə istehsal olunanlar isə… - BELƏ DAVAM EDƏRSƏ...
4-12-2024, 13:53 |
|
|
|
• Bu rəhbər şəxslərə şiddətli töhmət verildi - ADLAR
4-12-2024, 13:41 |
|
|
|
• "Azpulmat" və "Manato" qaydaya əməl etmir... - Faizlər hələ də yüksəkdir
4-12-2024, 13:20 |
|
|
|
• Xalq artisti Sevinc Heydərovadan 30 min manat tələb edib? - AÇIQLAMA
4-12-2024, 13:16 |
|
|
|
• Rütte Kiyevi hələ səbrli olmağa çağırıb
4-12-2024, 13:07 |
|
|
|
• “Vurulan” məmur və deputatların “sirli” vəzifəsi – Nazirliklərdə “ələkçinin qıl verəni” ştatı
4-12-2024, 13:04 |
|
|
|
• Messi və komanda yoldaşları Bakıya gəlir - GÖRÜŞƏ BİLMƏK ÜÇÜN...
4-12-2024, 13:01 |
|
|
|
• Qanunlar pozulur... aidiyyatı qurumlar görərsə... - BU DA FAKT!
4-12-2024, 12:59 |
|
|
|
• Arabir yağış yağacağı gözlənilir - belə deyirlər...
4-12-2024, 12:57 |
|
|
|
• Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib - ƏMR
4-12-2024, 12:52 |
|
|
|
• "Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan..." - Ekspert danışır...
4-12-2024, 12:48 |
|
|
|
• Azərbaycanda vəzifəli şəxs intihar etdi - TƏFƏRRÜAT
4-12-2024, 12:44 |
|
|
|
• 8 min erməni mühasirəyə düşdü: deyirlər, türklərin… - Mesropyan
4-12-2024, 12:38 |
|
|
|
• Tramp qubernatoru Pentaqonun rəhbəri vəzifəsinə təyin edə bilər
4-12-2024, 12:34 |
|
|
|
• Röyal Sarıməmmədova verilən vaxt daralır - İLGİNC FAKTLAR
4-12-2024, 12:28 |
|
|
|
• Qərbi Azərbaycana axır ki, türk vali təyin olundu - AÇIQLAMA
4-12-2024, 12:19 |
|
|
|
• “Kristal Bakı İnşaat” təşkilati-hüquqi formasını dəyişir
4-12-2024, 12:16 |
|
|
|
• Bazarda satılan məhsullar BAHALAŞACAQ – Yeni qərar qüvvəyə minir
4-12-2024, 11:58 |
|
|
|
• Həbs edilən bələdiyyə sədri saxta sənədlər düzəldərək rüşvət alırmış - TƏFƏRRÜAT
4-12-2024, 11:56 |
|
|
|
• Milli Məclisin iclası niyə LƏĞV OLUNDU? - ehtiyac qalmayıb
4-12-2024, 11:54 |
|
|
|
• Şəbnəm QADAĞA QOYDU: - “Həddini bildirirəm”
4-12-2024, 11:49 |
|
|
|
|