Qorxu filmlərini kölgədə buraxan dram .....                     "Ailəni qurmağa nə var ki... Bir dəqiqənin işində toy et" .....                     Ermənilərin puça uğrayan daha bir ümidi... .....                     Sertifikatlaşdırma prosesi .....                     DİN-dən xəbərdarlıq: .....                     İctimai nəqliyyatda köklü islahatlar baş verəcək .....                     Rusiyadakı azərbaycanlıları nə gözləyir? .....                     “Flora Kərimovanın həkim ikən xilas etdiyi körpə sonradan Milli Qəhrəman oldu” .....                     Gürcüstanı onlarla barışdırmağa hazırıq .....                     Daha bir igid oğlumuzu itirdik... .....                     Növbəti pandemiyanı nə yaradacaq? .....                     1-ci ZƏNGƏZUR SAVAŞI nə qədər realdır? .....                     Nəsrullahın ölümü Tehrana fürsət yaradıb .....                     Bütöv Azərbaycan ideyadan gerçəkliyə doğru... .....                     Azyaşlı uşaqlara şiddət tətbiq edənləri .....                     İsrail daha bir Hizbullah liderinin öldürüldüyünü açıqlayıb .....                     Renkanın tədbirdə paltarı yandı .....                     Paşinyanın köhnə rəqibi üzə çıxdı .....                     “Milli-mənəvi dəyərlərdən bəhs edən mahnıların sayı çoxdur, amma...” .....                     Paşinyan xəbərdarlıq etdi: Rusiya “sehri” bitir, azalacaq… .....                     İşçiləri ixtisara saldılar... indi yerdə qalanları da pulsuz işlədirlər... .....                     AB Bakını şərləyir: Ermənistandakı hərbi planları... .....                     Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub .....                     Qorxu filmlərini kölgədə buraxan dram .....                     İvanaşvili bəyan etdi: torpaqları Gürcüstana belə qaytaracaqlar .....                     AZAL ilə “TURİST OLMAĞIN VAXTIDIR!” .....                     Nüvə silahı dəyənək deyil .....                     İranda daha bir HELİKOPTER QƏZASI... .....                     "Yegənə cəmiyyətik ki, bütün qohum-əqrabaya aid mahnılarımız var..." .....                     İranın İsraillə savaşmaqdan başqa yolu qalmayıb... .....                     AYNA-nın başbilənləri bu avtobusa minərmi? .....                     Dayanıqlı sülh üçün TƏZMİNAT MÜTLƏQDİR... .....                     "İsrail Livanda dayanmayacaq" .....                     Bu Türk ölkəsinin nümayəndəsi Avropada birinci oldu .....                     İran İsrailin qarşısından nə qədər qaçacaq? .....                     Qazaxın icra başçısı HƏDƏFDƏ .....                     "Ermənistan konstitusiya dəyişikliyinə qədər əsas addımları atmalıdır" .....                     Sülh danışıqlarında yeni mərhələ .....                     İki müharibə və çaşqın güclülər: ya təslim olun, ya da “soyuq sülh” .....                     AYNA 4 milyonluq tenderinin qalibini açıqladı .....                 

Xaricdə yaşayan məmur övladları: Gözqamaşdıran zənginlik, lüks həyat... - Aralarında keçmiş və indiki nazirlər də var
Tarix: 12-03-2021, 11:19 | Çap et
Xaricdə yaşayan məmur övladları: Gözqamaşdıran zənginlik, lüks həyat...
“Məmur” termini başqa ölkələrdə fərqli, biz də fərqli anlama gəlir. Biz də məmur dövlət əmlakını mənimsəmək, dövlət büdcəsini dağıtmaqla az qala ekvivalentlik təşkil edir. Ona görə də az-çox olan vicdanlı, millətə və dövlətə xidmət edən sadiq məmurlar da o birilərin, yəni dağıdanların “oduna” yanır. Təbii ki, bu düşüncəni cəmiyyətdə “məmur”ların özlərinin fəaliyyəti formalaşdırıb.

Bu səbəbdən də məmur deyəndə xaricdə mülkləri olan, böyük biznes imperiyasına nəzarət edən, övladları xaricdə yaşayan, eləcə də böyük maliyyə imkanlarına sahib olan şəxs başa düşülür. Əslində isə Prezident İlham Əliyevin dediyi kimi, məmur birbaşa xalqın xidmətçisi olmalıdır. Amma bir çox məmurlar, sabiqlər və hazırkı vəzifə sahiblərinin bəziləri xalqa deyil, şəxsi maraqlara - ciblərinə xidmət edirlər.

Təsadüfi deyil ki, əksər məmurların övladları xaricdə yaşayır və hətta bir çoxunun Azərbaycan vətəndaşlığı belə yoxdur. Çox zaman bunlar təhsil almaq adı altında edilsə də, sonradan məmur övladlarının ölkəyə qayıtmaması, Azərbaycanın vəsaiti hesabına xaricdə böyük biznes imperiyası qurmalarının şahidi oluruq.

Məsələn, ötən il məlumat yayıldı ki, sabiq Xarici İşlər naziri Elmar Məmmədyarovun oğlanları Emin və Riyad ABŞ-da yaşayır və zəngin həyat tərzi keçirirlər.

Məlumatda həmçinin bildirilirdi ki, sabiq nazirin övladları 2 və 2.5 milyon dollar dəyərində olan mənzillərdə yaşayırlar. Hətta iddialara görə, sabiq nazir və xanımı Kamilə Məmmədyarova da ABŞ-da Riyad Məmmədyarova məxsus evdə müvəqqəti qeydiyyatda olublar.

Qeyd edək ki, bu məlumatlar Elmar Məmmədyarovun nazir olduğu vaxtlara aiddir.

Sabiq Kənd təsərrüfatı naziri Heydər Əsədovun qızı Fəridə Məmmədovanın da xaricdə yaşadığı və hətta onun bizneslə məşğul olduğuna dair məlumatlar var.

Qeyd edək ki, Fəridə Məmmədova sabiq Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun həyat yoldaşıdır. Fəridə Məmmədova “Naz” moda evinin sahibidir.

Qeyd edək ki, moda evinin Bakıdakı təmsilçisi “NAZ Couture” modalar evidir. Anar və Fəridə Məmmədovalar rəsmi olaraq Azərbaycan vətəndaşı olsalar da, 2018-ci ildən etibarən Londonda yaşayırlar.

Heydər Əsədovun oğlu Asif Əsədzadə də Londonda yaşayır. Asif Əsədzadənin uzun zamandır Bakıya gəlməməsi ilə bağlı müxtəlif iddialar səslənir.

Keçmiş Kənd təsərrüfatı naziri İsmət Abbasovu oğlu Yunis Abbasov da xaricdə yaşayır. O, 2006-cı ildən Londonun dəbdəbəli Doklands məhəlləsində çoxmənzilli 2 mərtəbədən ibarət böyük və lüks bir penthaus malikanə alması ilə gündəmə gəlmişdir. Yunis Abbasovun bu mülk üçün 1,4 milyon funt-sterlinq ödədiyi bildirildi.

“MTN işi” və Beynəlxalq Bankdakı qalmaqallarla ictimaiyyətin gündəminə gələn Eldar Mahmudov və Cahangir Hacıyevin də ailəsinin Londonda yaşadığı ilə məlumatlar var.

Qeyd edək ki, Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev ölkədən milyardlarla pulu qanunsuz çıxarmaqda ittiham edilərək həbsə atılıb.

Onun xanımı Zəminə Hacıyeva Cahangir Hacıyevin həbs olunmasından qısa zaman öncə Londona köçüb və hazırda orada yaşayır. Qeyd edək ki, Zəminə Hacıyeva Londonda bahalı alış-verişlər etdiyi üçün dəfələrlə xarici və yerli KİV-lərin gündəminə gəlib.

Bakı şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbov da xaricdə yaşayır.

Qeyd edək ki, onun xaricə getməsi kifayət qədər qalmaqallı baş vermişdi. Belə ki, İsrafil Abutalıbov sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun qızı Ülkər Abbasova ilə evli ola-ola başqa bir xanıma qoşularaq Londona qaçıb. Sonradan İsrafil Abutalıbov adını dəyişdirərək “Abubəkr Abutalıbov” olub.

Sabiq nazir Əli Abbasovun oğlu Eldar Abbasov da xaricdə yaşayır.

Qeyd edək ki, Eldar Abbasov “Azərenerji” ASC-nin keçmiş rəhbəri Etibar Pirverdiyevin qızı Dünya Pirverdiyeva ilə ailəlidir. Onlar uzun zamandır Londonda yaşayır.

Qeyd edək ki, Eldar Abbasov və Dünya Pirverdiyev Londonda həm də bizneslə məşğul olurlar. Məlumata görə, Əli Abbasovun və Etibar Pirverdiyevin övladları Londonda meyvə-tərəvəzin topdansatışı ilə də məşğul olan “INFIPRO LIMITED” şirkətinin sahibləridir.

Sabiq Vergilər naziri Fazil Məmmədovun da övladlarının xarici bağları mövcuddur. Belə ki, Fazil Məmmədovun qızı Selcanxatun Məmmədova da Londonda yaşayır və orada bizneslə məşğul olur.

Qeyd edək ki, Selcanxatun Məmmədova Fazil Məmmədovun ailə şirkəti hesab olunan "Synergy Group" Şirkətlər Qrupuna da rəhbərlik edirdi.

Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qızı Kəmalə İbrahimova da xaricdə yaşayır. Onun xaricdə şəxsi biznesi də var. Kəmalə İbrahimova "DeCamie" moda evinin sahibidir.

Sabiq məmurlarla yanaşı hazırda vəzifə sahibi olanlardan da övladları xaricə yaşayanlar az deyil. Məsələn, Gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimov da xaricdə yaşayır. Onun ABŞ-da yaşadığı ilə bağlı məlumatlar var.

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun böyük oğlu Tale Heydərov da xaricdə yaşayır.

Tale Heydərov diaspor fəaliyyəti göstərən “Avropa-Azərbaycan Cəmiyyəti”nin sədridir. Tale Heydərov Azərbaycan vətəndaşı olsa da, ilboyu daha çox Avropada-İngiltərədə olur.

Səhiyyə naziri Oqtay Şirəliyevin qızı Nərmin Şirəliyeva da xaricdə yaşayan məmur övladlarındadır.

Nərmin Şirəliyeva Rusiya vətəndaşıdır və bir müddət əvvələ qədər Moskva vilayətinin mədəniyyət naziri vəzifəsində çalışırdı.

Oqtay Şirəliyevin digər qızı Nərgiz Şirəliyeva da Rusiya vətəndaşıdır və 2011-ci ilin martından hakim Vahid Rusiya Partiyasının (Yedinaya Rossiya) üzvüdür. O, 2012-ci ildə Rusiya prezidenti Vladimir Putinin seçkiqabağı kampaniyasında onun etibar edilmiş nümayəndələrindən biri olub. O, həm də "Əlaçılar" Ümumrusiya qadınlar ictimai təşkilatını yaradanlardan biridir.

Baş nazirin birinci müavini Yaqub Eyyubovun oğlu Orxan Eyyubov da xaricdə yaşayır.

O, İngiltərə vətəndaşı olsa da, Kanadanın Ontario əyalətində daimi qeydiyyatdadır. Onun Kanadada, İngiltərədə, İsveçrə və Macarıstanda şirkətlərinin olduğu məlumdur.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qorxu filmlərini kölgədə buraxan dram – Riyakarın göz yaşları
Bu gün, 00:05
"Ailəni qurmağa nə var ki... Bir dəqiqənin işində toy et" - Əməkdar artist
Bu gün, 00:04
Ermənilərin puça uğrayan daha bir ümidi... - GƏLİŞMƏ
Bu gün, 00:02
Sertifikatlaşdırma prosesi bizə LAZIMDIRMI?
Dünən, 21:48
DİN-dən xəbərdarlıq: - Nələrə diqqət etməlisiniz?
Dünən, 21:44
İctimai nəqliyyatda köklü islahatlar baş verəcək - YENİ PLAN qapıda...
Dünən, 20:04
Rusiyadakı azərbaycanlıları nə gözləyir? - NƏ BAŞ VERİR?
Dünən, 19:58
“Flora Kərimovanın həkim ikən xilas etdiyi körpə sonradan Milli Qəhrəman oldu” - TƏFƏRRÜAT
Dünən, 19:53
Gürcüstanı onlarla barışdırmağa hazırıq - Lavrov
Dünən, 19:48
Daha bir igid oğlumuzu itirdik... - FOTO
Dünən, 19:44
Növbəti pandemiyanı nə yaradacaq? - ARAŞDIRMA
Dünən, 14:19
1-ci ZƏNGƏZUR SAVAŞI nə qədər realdır? - AKTUAL
Dünən, 14:17
Nəsrullahın ölümü Tehrana fürsət yaradıb - İNCƏLƏMƏ
Dünən, 14:11
Bütöv Azərbaycan ideyadan gerçəkliyə doğru... - Hər bir ssenariyə hazır olmalıyıq...
Dünən, 14:02
Azyaşlı uşaqlara şiddət tətbiq edənləri hansı CƏZA GÖZLƏYİR?
Dünən, 13:56
İsrail daha bir Hizbullah liderinin öldürüldüyünü açıqlayıb - KİV
Dünən, 13:52
Renkanın tədbirdə paltarı yandı - FOTO
Dünən, 12:48
Paşinyanın köhnə rəqibi üzə çıxdı - “Bu, sirr qalsın”
Dünən, 12:42
“Milli-mənəvi dəyərlərdən bəhs edən mahnıların sayı çoxdur, amma...”
Dünən, 12:09
Paşinyan xəbərdarlıq etdi: Rusiya “sehri” bitir, azalacaq… - GƏLİŞMƏ
Dünən, 12:06
İşçiləri ixtisara saldılar... indi yerdə qalanları da pulsuz işlədirlər... - NARAZILIQ VAR...
Dünən, 11:42
AB Bakını şərləyir: Ermənistandakı hərbi planları... - NƏ ETMƏLİ?
Dünən, 11:34
Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub - cavab tədbirləri görülüb
Dünən, 11:29
Qorxu filmlərini kölgədə buraxan dram – Riyakarın göz yaşları
Dünən, 11:25
İvanaşvili bəyan etdi: torpaqları Gürcüstana belə qaytaracaqlar - KİV
Dünən, 11:21
AZAL ilə “TURİST OLMAĞIN VAXTIDIR!” - TƏFƏRRÜAT
Dünən, 11:15
Nüvə silahı dəyənək deyil – Putin onu əlində niyə silkələyir?
Dünən, 09:29
İranda daha bir HELİKOPTER QƏZASI... - Yəmən husilərinin İrandakı koordinatoru...
Dünən, 09:23
"Yegənə cəmiyyətik ki, bütün qohum-əqrabaya aid mahnılarımız var..."
Dünən, 09:21
İranın İsraillə savaşmaqdan başqa yolu qalmayıb... - Görünəni odur ki...
Dünən, 09:14
AYNA-nın başbilənləri bu avtobusa minərmi? - ACINACAQLI MƏNZƏRƏ...
Dünən, 09:09
Dayanıqlı sülh üçün TƏZMİNAT MÜTLƏQDİR... - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:54
"İsrail Livanda dayanmayacaq" - rəsmi Ankara
Dünən, 08:49
Bu Türk ölkəsinin nümayəndəsi Avropada birinci oldu - FOTO
Dünən, 03:21
İran İsrailin qarşısından nə qədər qaçacaq? - ŞƏRH
Dünən, 03:09
Qazaxın icra başçısı HƏDƏFDƏ - yerinə müavini gətirilir...
Dünən, 03:06
"Ermənistan konstitusiya dəyişikliyinə qədər əsas addımları atmalıdır" - ÇAĞIRIŞ
Dünən, 02:43
Sülh danışıqlarında yeni mərhələ - GƏLİŞMƏ
Dünən, 02:40
İki müharibə və çaşqın güclülər: ya təslim olun, ya da “soyuq sülh” - İNCƏLƏMƏ
Dünən, 02:37
AYNA 4 milyonluq tenderinin qalibini açıqladı
Dünən, 00:05
Nazirlik 2 milyonluq tenderinin - QALİBİNİ AÇIQLADI
Dünən, 00:02
Nazirlərin Nyu-York görüşü – Sülh üçün ciddi addımlar atılacaqmı?
28-09-2024, 18:00
"Naomi Kempbell belə gözəlliyimə paxıllıq edəcək"
28-09-2024, 17:30
“Blinkenin zəngindən sonra fəallıq artır, Ermənistanda...” - Tarasov
28-09-2024, 17:07
Haniyə də, Nəsrullah da İranın razılığı ilə öldürüldü – Generaldan ŞOK AÇIQLAMALAR
28-09-2024, 17:04
Abel Məhərrəmovla bağlı torpaq qalmaqalı Ali Məhkəmədə araşdırılacaq - TƏFƏRRÜAT
28-09-2024, 16:41
Həsən Nəsrullahı Seyid Haşim Səfiuddin əvəz edəcək - “Ediot Aqarnot”
28-09-2024, 16:34
"Ürəkdə yazı". Azərbaycan hekayələri antologiyası... - MALAY DİLİNDƏ...
28-09-2024, 16:31
“Zəngəzur dəhlizi açıla bilməz...” - Müəyyən geo-siyasi məsələlər həllini tapmayınca
28-09-2024, 16:24
Paşinyanın Ərdoğanın kitabını qucaqlaması problemi həll etmir - İNCƏLƏMƏ
28-09-2024, 16:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru