DİA.AZ: - "Şikayətim Dövlət Gömrük Komitəsindəndi. Deməli, "insanlarda" tamahkarlığın həddi yoxdur". DİA.AZ bildirir ki, bu barədə Sənan İmamverdiyev adlı istifadəçi "Müştəriyəm Şikayətim Var" qrupunda paylaşım edib.
Daha sonra narazı vətəndaş yazır: "Və belə baxıram biz etiraz səsimizi yüksəldə bilməsək, bu həddsiz olacaq.
Ölkədəki elektronika qiymətləri hər kəsə məlumdur.
Şəxsi istfadə üçün yeni bir televizor ölkəmizdə 1800+ azn olduğu halda eyni parametrli televizoru Amerikadan qat-qat ucuz, 280 (+80$ kargo) dollara sifariş vermək mümkündür(?). "Adamlar" sifarişin çatdırılma pulunu da məhsulun qiymətinin üzərinə gələrək əlavə vergi hesablayırlar və beləliklə mən limiti keçmiş oluram.
Hansı ki həmin çatdırılma pulu yerli şirkətlərə ödənilir. Bu hansı məntiqlə, hansı düşüncə (vətəndaşa verilən "dəyəri" ümumiyyətlə işə qatmıram) ilə edilir. Bəlkə də adam ağıllı, məntiqli bir açıqlaması var mən bilmirəm?"
İddia olunanlarlqa bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...