KTMT də MÖVQEYİNİ AÇIQLADI - "Azərbaycan Ermənistana zərbə endirməyəcək"
Tarix: 8-10-2020, 17:16 |
Çap et
"Rəsmi Bakının Ermənistana ərazi iddiası yoxdur. Azərbaycan Ermənistana zərbə endirməyəcək".
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas açıqlayıb.
Açıqlamada həmçinin KTMT-nin nizamnaməsinə istinadən vurğulanıb ki, qurum yalnız ölkənin ərazi bütövlüyünə təhdid olduğu halda münaqişəyə müdaxilə edə bilər.