Şəhid ailəsi “Qaçqınkom”un cavab məktublarından “oboy” kağızı hazırlayır - GİLEY
Tarix: 29-11-2018, 10:19 | Çap et
Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəlik siyasətindən bəhrələnən vətəndaşlar az deyil. Məskunlaşdıqları yerlərdə özünə ev-eşik, biznes quranlar da çoxdur. Amma müşahidələr göstərir ki, burda da zirəklər qabağa düşür, necə deyərlər, “dilsiz-ağızsızlar” karvandan geri qalır. Sirr deyil ki, bir çox hallarda bu məsələlərdə korrupsiya, süründürməçilik, bürokratik əngəllər öz sözünü deyir. Ancaq bu yazımızda biz heç kimi ittiham etmək niyyətində deyilik. Mövcud problemin dərinləşməkdə olduğunu bir daha əlaqədar qurumların diqqət mərkəzinə gətirmək istəyirik.
Füzuli rayonunun Şəhərcik kəndindən məcburi köçkün, Bakı şəhəri Binəqədi rayonu Şövkət Məmmədov küçəsi – 19/25 ünvanda, Humanitar Kollecin yataqxanasında məskunlaşmış Əliyeva Fazilə Xanlar qızı redaksiyamıza müraciət edərək, özünün və məcburi köçkün qonşularının Azərbaycan Respublikasının Prezidentinə, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinnin sədrinə ünvanladıqları müraciətnamənin surətini açıq formada qəzetimizdə dərc olunmasını xahiş etmişdir. Köçkünlərin KİV-də ictimailəşdirmək istədikləri problemlərdən söz açılan həmin müraciətnamədən oxuyuruq:
“Möhtərəm Prezident! Ölkəmizdə dövlətin qaçqın və məcbiri köçkünlərə yönəlik qayğılı siyasəti bütün dünyada təqdir olunur. Bu zümrədən olan insanların sosial rifah səviyyəsinin yaxşılaşdırılması, onların mənzillə təmin olunması istiqamətində görülən tədbirlər alqışa layiqdir. Buna baxmayaraq, yerlərdə həllini tapmamış problemlər qalmaqdadır. Biz – məcburi köçkünlər, 1992-ci ildən məskunlaşmış olduğumuz Bakı şəhəri Binəqədi rayonu Şövkət Məmmədov küçəsi – 19/25 ünvanda (Humanitar Kollecin yataqxanasında) illərdir ki əziyyət içində, acınacaqlı şəraitdə yaşayırıq. Kommunal xidmət infrastrukturu yox səviyyəsindədir. Yataqxana binası köhnə, demək olar ki, qəzalı vəziyyətdədir. Baş verə biləcək yanğın və digər fövqəladə hallara qarşı müdafiə sistemi yoxdur. Əlaqədar təşkilatlardan ara-sıra gəlib bizim mənzillə təmin olunacağımız yönündə iş aparıldığını desələr də, heç bir irəliləyiş yoxdur. Burada körpəli, qocalı, xəstəsi olan ailələr yaşayır (Əgər buna yaşamaq demək olarsa). Qarşıdan qış gəlir. Qaz təminatı olmadığından, soyuqda nə edəcəyimizi bilmirik. Odur ki, bizim mənzillə təminat məsələmizin mümkün qədər tez həllini tapmasına köməklik göstərməyinizi xahiş edirik”.
Məcburi köçkünlərin məskun olduqları yataqxanadakı vəziyyətlə yerində tanış olduq. Məktubdakı birinci imzanın sahibi Əliyev Fazilə Xanlar qızının yaşadığı otaq yataqxananın beşinci mərtəbəsində yerləşir. Divarın yuxarı küncü dam örtüyünün bərbad olması səbəbindən yağıntının təsiri ilə uçuqlamış, üstünün oboy kağızı ilə birgə qopub tökülmüşdür.
Həmin ünvanda yaşayan iki şəhid ailəsindən birinin qonağı olduq. Ağdam rayonundan olan məcburi köçkün, şəhid Əliyev Elşad İldırım oğlunun ailə üzvü Əliyeva Mətanət Teyyub qızı xatırlayır ki, “Qaçqınkom”un sədri Rövşən müəllim bir neçə ay qabaq vəzifəsinin icrasına təzə başlayan vaxtı özü gəlib yataqxananın həyətinə, buradakı şəraitlə, daha doğrusu, şəraitsizliklə tanış olub. Sual verib onu da öyrəndik ki, Komitədə, eləcə də Ağdam rayon İcra Hakimiyyətində şəhid ailəsinə mənzil növbəsi sırasında neçənci olduğu da bildirilməyib.
Mətanət xanım deyir ki, rəhmətlik Elşad Əliyev şəhid düşəndə oğulları Məhəmməd qundaqda 37 günlük körpə imiş: “Artıq oğlumun 25 yaşı var. İki ildir ki, nişanlıdır. Gəlinim də Tərtərdəndir, cəbhə bölgəsində yaşayır. Orda hər dəfə atışma baş verməsi barədə xəbər yayılanda ürəyimi yeyirəm ki, görən nə oldu. Gəlini gətirməyə yer tapmıram. Üçün dördə (3×4 metr sahə – red.) balaca otağa sığınmışıq. Yarım oklad 64 manat maaşla xadimə işləyirəm. Bu məvaciblə necə ev ala bilərəm?”
Şəhid Elşad Əliyevin ailəsinin mənzil sahəsi ilə təmin olumaqla bağlı Prezidentə ünvanladıqları müracətlərinə adətən Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən belə cavab verilir ki, hazırda Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına əsasən, Bakı və Bakıətrafı qəsəbələrdə yeni salınmış qəsəbələrdə və hündürmərtəbəli binalarda boş mənzil fondu olmadığından, onların mənzil sahəsi ilə təmin olunmaları hələlik imkan xaricindədir. Cavab məktublarında həmçinin qeyd olunur ki, ölkə başçısının 2011-ci il 21 fevral tarixli Sərəncamı ilə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”ına Əlavələr təsdiq edilmişdir. Həmin Əlavənin 1.7-ci bəndində yataqxanalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin köçürülməsi nəzərdə tutulmuşdur. Vəd olunur ki, Dövlət Proqramına edilmiş Əlavələrin icrası həyata keçirilərkən onların də mənzil sahəsi ilə təmin olunması məsələsinə qanunla nəzərdə tutulan qaydada baxılacaqdır. Mətanət xanım deyir ki, artıq bu eyni məzmunlu, mücərrəd xarakterli məktublardan beziblər: “O məktublar o qədərdir ki, “oboy” əvəzinə yapışdırsaydıq, divarı örtə bilərdik. Çoxunu əsəbdən cırıb atmışıq. Niyə bu qədər nefti-qazı olan ölkənin bizi mənzillə təmin etməyə gücü çatmır?”
Sonra da yerə sərdikləri örtüyü qaldırıb döşəmənin çürümüş yerini, pəncərənin sınıq-salxaq çərçivəsinə şüşə əvəzinə salınmış polietileni göstərir: “Bu vəziyyətdə nə vaxtadək yaşamaq olar?”
Məsələ burasındadır ki, qaçqın və məcburi köçkün ailələrinin mənzil şəraitinin yaxşılaşdırılmasına yönəlik dövlət proqramları həyata keçirilərkən imtiyazlara görə ardıcıllıq nəzərə alınmır. Torpaqlarımızın bütövlüyü uğrunda mücadilədə canlarından keçən şəxslərin ailələri, müharibə əlilləri, veteranları ardıcıllıqla dövlətin sosial siyasətindən yararlanmalıdırlar. Əgər şəhid ailəsi acınacaqlı şəraitdə yaşayırsa, digərlərini ev növbəsində qabağa salmaq nə dərəcədə ədalətlidir?
Pünhan Şükür
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
|