Sumqayıtda "Cırtdan"da uşaqları "yeyən" DİV peyda olub... - GİLEY
Tarix: 13-11-2018, 10:57 | Çap et
Kapitalizm dövrünün tələblərinə uyğun olaraq günün yarıdan çoxunu iş başında keçiririk. Bu isə işdənkənar zəruri işləri vaxtında yerinə yetirə bilməməyimizə, uşaqlara zaman ayıra bilməməyimizə səbəb olur.
Bu gün gərgin iş rejimində çalışan insanlar uşaqlarını dövlət və ya özəl bağçalara qoymaq məcburiyyətində qalır. Bəs görəsən, bu bağçalarda uşaqlara qarşı münasibət necədir?
dia-az.life Oxu.Az-a istinaden xeber verir ki, oxucularımızdan gələn şikayətlərdən birində Arifə Mikayılova yazır ki, beş dəqiqə gecikən kimi uşaqları soyuqda qapının ağzında saxlayırlar:
“Yoldaşım da, mən də işləyirik. Hər gün tezdən uşaqları Sumqayıt şəhərində yerləşən 62 saylı “Cırtdan” körpələr evi-uşaq bağçasına gətirirəm. Uşaqlar bağçaya saat 09:00-a qədər gəlməlidir. 5-10 dəqiqə gecikən kimi uşaqları soyuqda qapının ağzında saxlayırlar.
O gün səhər beş dəqiqə gecikmişdim, 15 dəqiqə qapı döymüşəm ki, uşaqları qoyum. işə gedim. Həm uşaqları soyuqda saxlayıb xəstələndirirlər, həm də valideynləri yubadırlar. Bizimlə bərabər neçə valideyn uşaqları ilə qalmışdı qapıda. Gördülər, açmırlar, naəlac çıxıb getdilər. Koridordan keçənlər eşidir, amma özlərini eşitməzliyə vururdular.
Onu da deyim ki, ciddi qayda-qanundan danışırlar, amma bağçanın direktorunu heç vaxt işdə görmədik. Nə vaxt direktorla görüşmək istədiyimi desəm, hələ gəlmədiyini deyirdilər. Saat 11:00-dan tez gəldiyini görməmişəm ki, problemimi deyim. Bağçada baş tərbiyəçi kimi çalışan Tağıyeva Günel qapını açıb dedi ki, içəridə komissiya var, siz gecikmisiniz, içəri buraxa bilmərik.
İşdən çıxanda yolu nəzərə alıb çalışıram tez çıxım ki, uşaqları vaxtında götürüm. Yolların vəziyyətindən danışmağa dəyməz, hamı bilir ki, pik saatlarda tıxac olur. Bir az gecikirsən, yenə həmin şey. Bu dəfə də uşaqlar çöldə, soyuqda qalır. Uşaqları soyuqda saxlamaq nə qədər doğrudur? Xəstələnsələr, bir şey olsa, valideynlərə kim cavab verəcək?”
Eyni problemlə əlaqədar Bakıda fəaliyyət göstərən bir çox özəl və dövlət bağçalarından da zaman-zaman şikayətlər eşidirik.
Bu səbəbdən Oxu.Az olaraq qərara gəldik ki, məsələni araşdıraq.
Valideyn şikayət edir ki, uşaqları çöldə saxlayıb xəstələndirirlər.
Tərbiyəçilər də şikayətlənir ki, iş saatları baxəmından gecikən valideynləri gözləyə bilməzlər. Bəs bu sistemin bir balansı olmalıdır, yoxsa yox? Bu qayda-qanunlar necə tənzimlənir? Valideynləri gecikən uşaqların aqibəti necə olmalıdır?
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında qanunun 3.9-cu maddəsində qeyd olunub:
“3.9. Məktəbəqədər təhsil müəssisəsinin iş rejimi ailələrin tələbatına əsasən, pedaqoji şura tərəfindən müəyyənləşdirilir”.
Təhsil üzrə ekspert Elvin Bədirov deyir ki, bu problemlərin yaranmasının məktəbəqədər təhsil müəssisələrinə nəzarətin müvafiq İcra Hakimiyyətlərinə verilməsindən sonra başlayıb:
“Məktəbəqədər təhsil müəssisələrinin İcra Hakimiyyətlərinin inhisarında saxlanılması kökündən yanlış addımdır. Nəzarət Təhsil Nazirliyindən alınıb İcra Hakimiyyətlərinə verilən vaxtdan bu və digər problemlərin sayı artıb. Bu günə qədər bağçalarda heç bir inkiaf yoxdur. Bu məsələ təcili şəkildə Təhsil Nazirliyinin aidiyyəti qurumlarına təhvil verilməlidir. Bağçalarda gecikmələr, valideynlərin və tərbiyəçilərin narazılığı isə başadüşüləndir.
Xarakter baxımından gecikmə məsləsi bütün azərbaycanlılara xas keyfiyyətdir. Amma nizam-intizam qaydaları da hər bir müəssisədə eyni deyil. Hər bir bağçanın özünün nizam-intizam qaydaları var ki, buna uyğun addımlar atılmalıdır. Bu cür problemlərin hər hansı kəskin qadağalarla aradan qaldırılması mümkün deyil. Nazirlər Kabinetinin müvafiq qanununa əsasən, məktəbəqədər təhsil müəssisəsinin iş rejimi ailələrin tələbatına uyğun şəkildə sistemləşdirilməlidir.
Qarşıdan qış gəlir. Bu məsələyə bağça rəhbərliyi tərəfindən güzəşt edilməlidir, əks təqdirdə uşaqların sağlamlıqları ilə bağlı çox ciddi problemlər hələ bundan sonra üzə çıxacaq. Paralel olaraq bağça rəhbərliyi bu işi tənzimləyən zaman müəllimlərin, tərbiyəçilərin iş qrafikinə də dəyişiklik edəcəyi üçün məsələyə ciddi yanaşılmalıdır.
Bu, o demək deyil ki, müəllimlər iş saatından sonra oturub vəziyyətdən sui-istifadə edən valideynləri gözləməlidir. Ona görə də bu məsələyə nəzarətin birbaşa Təhsil Nazirliyinə verilməsini təklif edirəm.
Təhsil Nazirliyinin hazırlayacağı bəlli standartlar çərçivəsində bağçaların fəaliyyətinə dair qaydalar tənzimlənərsə, nə gecikmə, nə cədvəllərin hazırlanması ilə bağlı problem olar, nə də rəhbərliklə valideynlər arasında anlaşılmazlıqlar yaşanar”.
Məsələyə rəsmi münasibət almaq üçün məktəbəqədər təhsil müəssisələrinə nəzarət edən qurumlarla da əlaqə saxlamağa çalışdıq. Bakı Şəhər İcra Hakimiyyətinə təbe olan Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən bildirdilər ki, hazırda bu vəzifəyə təyinat yoxdur. İdarədə rəisi əvəz edən Eldar Yunusovla danışmağa çalışsaq da, bizi nə dinləyən oldu, nə də geri zəng edən.
Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev isə məsələyə münasibət bildirəcək məsul şəxsin və ya əvəzləyici mütəxəssisin olmadığını dedi.
Xatırladaq ki, şikayət məhz Sumqayıt şəhərindən fəaliyyət göstərən 62 saylı uşaq bağçasından idi. Nəzarətin olmaması da problemlərin mövcudluğunu və özbaşınalığın mümkünlüyünü bir daha təsdiq edir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
|