Sahil Babayev idarə və şöbələri başsız qoyub - Nazir kadr təyinatında ləngiyir
Tarix: 17-07-2018, 11:14 | Çap et
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev rəhbərlik etdiyi qurumun vəzifəli şəxslərini tədricən işdən kənarlaşdırsa da, boşalan vəzifələrə yeni kadrlar təyin etməyə tələsmir.
Sahil Babayevin ötən gün keçirdiyi iclasda DSMF-nin 11 rayon üzrə şöbə müdirlərini ciddi nöqsanlara yol verdikləri üçün işdən kənarlaşdırması haqqında bəyanatı da ilk baxışdan belə düşünməyə əsas verir. Çünki həmin 11 rayondakı vəzifələrə də təyinat aparılmayıb.
Digər diqqətçəkən məqam adıçəkilən həmin 11 rayon arasında sabiq nazir Səlim Müslümovun bacısının həyat yoldaşı Əsgər Əsgərovun 3 həftə əvvələ qədər müdiri olduğu DSMF-nin rayon şöbəsinin adının olmamasıdır. Bu da ortaya ciddi suallar çıxarır: Görəsən, Sahil Babayev sələfi Səlim Müslümovdan bu qədərmi çəkinir ki, onun yaxın qohumlarının adını çəkə bilmir?
Onu da xatırladaq ki, Əsgər Əsgərovla eyni vaxtda Səlim Müslümovun digər qohumları da nazirlik sistemindən uzaqlaşdırılıblar. Belə ki, Sahil Babayevin əmri ilə keçmiş nazir Səlim Müslümovun əmisi oğlu, nazirin müaşaviri Yalçın Müslümov, dayısının kürəkəni olan Dövlət Əmək Müfəttişliyinin rəisi Fuad Əlizadə də üç həftə əvvəl vəzifələrindən çıxarılıblar. Ancaq nazirlik bunların işdən çıxarılmasını elə təqdim elədi ki, sanki onlar buranı bəyənməyib, işdən özləri gediblər.
“Reytinq”in məlumatına görə, nazirlik adıçəkilənlərin öz ərizələri ilə vəzifədən azad edildiklərini bildirsə də, vəziyyət tamaməksinədir. Daha dəqiqi, adıçəkilənlərin S. Müslümovun sayəsində belə yüksək vəzifəyə gətirildikləri şübhə doğurmadığı kimi, S. Babayevin də onlarla gec-tez yollarını ayıracağı gözlənilən idi. Mümkündür ki, onlara işdən getmələri üçün ərizələrini yazmaq təklifi edilib və onlar da daha ağır vəziyyətlə üzləşməmək üçün postlarını tərk etmək məcburiyyətində qalıblar.
Məlumatda o da bildirilir ki, nazirin əmri iə vəzifədən azad edilən Fuad Əlizadənin yerinə Sahil Babayevin böyük inam bəslədiyi müşaviri Elman Cəfərov gətirilib. Digər vəzifələrə isə hələlik təyinat aparılmayıb.
Məlumata görə, ƏƏSMN və onun strukturlarında sabiq nazirin kifayət qədər ciddi vəzifələr tutan qohum və kadrları var. Onların arasında Səlim Müslümovun qayını, DSMF-nin Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinin rəisi Ağalar Xasayevdən tutmuş, nazirliyin İqtisadiyyat şöbəsinin müdiri Şəlalə Cəfərova və hazırda nazirin köməkçisi olan İqbal Hacıyevə qədər şəxslər var:
“Sabiq nazirin qohumlarını vəzifəyə yerləşdirməsinə xüsusi şərh verməyə ehtiyac yoxdur. Çünki bu, “Korrupsiya haqqına” qanuna zidd olmaqla yanaşı, izahı ortada olan məsələdir. Lakin faktiki olaraq, bu saat da nazirlikdə Səlim Müslümova sadiq olan, onun sayəsində sürətli yüksəliş qazanmış kadrlar az deyil. Onların arasında Şəlalə Cəfərovanın və yeni nazirin köməkçisi İqbal Hacıyevin adını da çəkmək olar”.
Mənbəmiz qeyd edib ki, hazırda S. Babayevin də köməkçisi vəzifəsini yerinə yetirən İqbal Hacıyev Səlim Müslümov DSMF-nin rəhbəri olandan onunla birgə çalışıb.
Məlumata görə, nazir Sahil Babayev ƏƏSMN və onun strukturlarına kök salmış “köhnə qvardiya” ilə tələsik vidalaşmaq niyyətində deyil. O, sanki Səlim Müslümov və hazırda nazirlikdə kök salmış bəzi nazir müavinlərindən qorxur, onlarla üz-üzə gəlmək istəmir. Məlumatlı mənbə isə iddia edir ki, S. Babayev bu prosesi ilin sonuna qədər, mərhələlərlə həll etmək istəyir:
“Nazirə yaxın şəxslər bildirirlər ki, ilin sonuna qədər DSMF-nin direktoru Zakir Babayev başda olmaqla, nazir müavini İdris İsayevə qədər bir çox şəxslər nazirliklə vidalaşmalı olacaqlar. Açığı, mən buna o qədər də inanmıram. Çünki Səlim Müslümovun əmisi oğlu Yalçın, bacısının həyat yoldaşı Əsgər, dayısının kürəkəni Fuad işdən azad edildikdən sonra ƏƏSMN-nin mətbuat xidməti o qədər qorxaq açıqlama verdi ki… Bununla sanki yeni naziri qətiyyətsiz şəxs kimi təqdim etməyə çalışdılar. Adıçəkilənlər işdən azad edilsələr də, rəsmi açıqlamada bildirildi ki, nazir onları işdən azad etməyib, yəni onlar könüllü olaraq vəzifədən kənarlaşıblar. Lap deyək ki, Səlim Müslümovun qohumları könüllü getmək istəyib, siz niyə dərhal ərizənin üstünü yazıb, əmrləşdirdiniz?”.
Məlumatlı şəxs deyir ki, S. Babayev indiyədək vəzifədən çıxardığı şəxslərin heç birinin yerinə də rəsmi təyinat apara bilməyib: “Nazirlik və ona bağlı olan qurumlarda xeyli şöbə müdirləri işdən azad edilib. Amma həmin şöbələrə müdir təyinatı olmayıb. Hamısını ya müavinləri, ya da sektor müdirləri əvəz edir. Nazirlikdəki şöbə müdirləri bir yana, Sahil Babayev heç DSMF-nin rayon şöbələrinə də müdir təyin edə bilmir. Nöqsanlara görə vəzifədən qovulduqları deyilən şöbə müdirlərini ya müavinləri, ya da sektor müdirləri əvəz edir”.
Məsələnin ən maraqlı tərəfi yeni nazirin üç aydır nazirliyin Aparat rəhbəri vəzifəsinə də təyinatı gerçəkləşdirə bilməməsidir:
“May ayının əvvəlində Anar Əliyev nazirin müaşviri təyin edilib və Aparat rəhbəri vəzifəsinin müvəqqəti icrası ona tapşırılıb. Eyni zamanda Fazil Talıbovun nazirliyin ictiamiyyətlə əlaqələr şöbəsinin müdiri təyin olunması barədə KİV-lərdə yazılanlar doğru deyil. O, həmin şöbəyə əslində müdir müavin təyin edilib, sadəcə, şöbə müdiri vəzifəsini icra edir. Yəni Sahil Babayevin ənənəvi taktikası burada da öz sözünü deyib ”.
Qanuna görə bəzi vəzifələrə təyin olunmaq üçün mütləq dövlət qulluğuna qəbul üçün imtahan verilməli, qazanılan nəticəyə əsasən təyinat ola bilər. Mənbəmiz isə deyir ki, nazir S. Babayevin Dövlət İmtahan Mərkəzinə hazırda nə qədər vakant yerlə bağlı sifariş verdiyi dəqiq məlum deyil:
“Bildiyimə görə, hazırda nazirlikdəki şöbə müdirləri vəzifəsi haqda heç yerəməlumat verilməyib. O, ya müqavilə ilə, ya da əvəzedici təyinatlar verməklə nazirliyi zamanın öhdəsinə buraxıb. Yəni bu gün ƏƏSMN faktiki belə idarə olunur, iddia olunduğu kimi heç bir ciddi dəyişiklik və islahat olmayıb, heç işartıları da görünmür”.
Nazirlikdəki mənbə iddia edir ki, S. Babayevin qarşısındakı ən ciddi sədd nazir müavini İlqar Rəhimov ola bilər:
“Düzdür, indi çoxlarını maraqlandıran əsas məsələ odur ki, görəsən, bu sahədə müsbət dəyişiklikləri insanlar nə vaxt görəbiləcəklər? Amma hazırki reallıqlar bunun asanlıqla baş tutmayacağını deməyə əsas verir. Nazirlikdən məlumatı olanlar bilirlər ki, müsbət dəyişikliklərin qarşısını alan əsas qüvvələr təmizlənməyənə qədər, bu prosesi aparmaq çox çətin olacaq. Məsələn, nazir müavini İlqar Rəhimovu götürək. O, 1999-cu ildənazir müavini təyin olunduqdan sonra bu sahə sanki tilsimədüşüb. İlqar Rəhimov nazir müavini olsa da, faktiki olaraq bütün nazirlərin dövründə özünə nazir səlahyyətləri təmin etməyə çalışıb. Hələ illər öncə ölkə KİV-ləri yazırdı ki, respublikada ünvanlı sosial yardım sistemində korrupsiya şəbəkəsi yaradıb onu gözdən salan məhz İlqar Rəhimovdur. 2006-ci ildə biznes sahəsindən nazir vəzifəsinə gələn Füzuli Ələkbərov təyinatının ilk aylarında “mənim kasıbların pulunda gözüm yoxdur, bu sahədətam şəffaflıq təmin olunmalıdır”,- desə də, İlqar Rəhimov Füzuli Ələkbərovun sistemdən az məlumatlı olmasından və işçilərin əksəriyyətini yaxşı tanımadığından istifadə edərək, ünvanlı sosial yardım sistemində özünün şəbəkəsini qurdu. 2011-ci ilə qədər bu sistemi öz şəbəkəsi ilə yönəltdi. 2011-ci ildə bu sahədə vəziyyət rüsvayçı duruma çatdıqda isə Füzuli Ələkbərov İlqar Rəhimovla toqquşdu və nəticədə Rəhimovu güncə sıxaraq onu bu sistemin başından çəkilməyə məcbur edə bildi. ƏƏSMN-in bütün köhnə işçiləri də bilir ki, məhz həmin dövrdən sonra ünvanlı sosial yardımda rüşvət faktoru ciddi şəkildə aradan qalxmağa başladı.
Əgər dəqiq araşdırma aparılsa, məlum olar ki, 2006-2011-ci illərdə ünvanlı sosial yardım sistemindən yığılan rüşvətin 80-90 faizinin məhz İlqar Rəhimov və şəbəkəsinə bağlı olduğu üzə çıxar. Həmin dövrlərdə İlqar Rəhimov özünün qurduğu korrupsiya şəbəkəsinə Yaşar adlı şəxsi rəhbər təyin edərək, bütün idarə müdirlərini onunla hesablaşdırıb. Təsadüfi deyil ki, İlqar Rəhimov topladığı milyonlar hesabına hazırda Bakıda marketlər və restoranlar şəbəkəsinə malikdir. Amma onun adı belə məsələlərdə az hallandı və məsuliyyət o vaxtkı nazir Füzuli Əlkəkbərovun üzərinə qoyuldu. Məncə, Rəhimovun fəaliyyətini araşdırmağın zamanı çatıb.
İlqar Rəhimov indi də nazirlikdə nüfuz savaşına başlayıb. Onun yeni nazirə də müsbət işlər görmək imkanı yaradacağına inanmıram. Hətta bir neçə məclisdə onun “Məni heç bir nazir işdən çıxartdıra bilməyib, bunun da imkanı xaricindədir”,- dediyi bildirilir. Ona görə də, nazirlikdə çalışan bir çox şəxslərin fikrincə,əgər İlqar Rəhimova yeri göstərilməsə, çətin ki, bu sistemdə müsbətə doğru dəyişikliklər baş versin.
Görəsən, S. Babayev sələflərindən fərqli olaraq, İ. Rəhimovla bacaracaqmı?”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Dünən, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Dünən, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Dünən, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Dünən, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Dünən, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Dünən, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Dünən, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Dünən, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Dünən, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Dünən, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Dünən, 13:14 |
|
|
|
|