Açıq-aşkar ZAY MƏHSUL satırlar... .....                     “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... .....                     SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... .....                     “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? .....                     Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? .....                     Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat .....                     TRENDYOL müştəriləri narazılıq edir .....                     Din tayfası da Nəcəflidən GİLEY EDİR .....                     70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... .....                     Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? .....                     Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər .....                     "Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər .....                     "Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." .....                     1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? .....                     QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi .....                     İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək .....                     “Dövlət bunu boş yerə etmir…” .....                     Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? .....                     Müəllimlərin maaşı vergidən azad ediləcək? .....                     Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? .....                     7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir .....                     Ermənistan “müharibə qovşağı”na çevrilir... .....                     "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." .....                     "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver" .....                     Uşaqlar pul yığıb, sinfi qızdırır... .....                     Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir .....                     Verdiyevin həbsi: Necə davranmaq lazımdır? .....                     Dünyanın ən yaxşı universitetləri .....                     Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? .....                     Polşanın təklifi yaxşı nəticələr vəd etmir .....                     MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... .....                     Elcan Rəsulov yıxılıb başından zədə aldı .....                     Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? .....                     Orxan Xəyyama KÖMƏK İSTƏDİ: .....                     "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" .....                     1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi .....                     Siyavuş Novruzov HAQLIDIR, AMMA... .....                     Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər .....                     Kremldən postsovet ölkələrinə .....                     Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK .....                 

Xaləddin İsgəndərovun milyonluq “Mixaylovka əməliyyatı” - VİDEO
Tarix: 5-01-2018, 10:43 | Çap et
Xaləddin İsgəndərovun milyonluq “Mixaylovka əməliyyatı”
Bakıda onu bir çoxları “ev sökən” icra başçısı kimi tanıyır. Binəqədinin icra başçısı Xaləddin İsgəndərovun belə tanınması əbəs deyil. İllərdir ki, mətbuat onun əlaltılarının Binəqədi ərazisindəki kənd və qəsəbələrdə “ev sökmə əməliyyatları” haqda xəbərlər yazır, tikinti icazələrinin hansı şərtlərlə verildiyini də az qala hər kəs bilir. Bilinən həm də odur ki, “sökmə əməliyyatı”na ümumi rəhbərliyi rayon təsərrüfat şöbəsinin müdiri Qüdsi Bayramov həyata keçirir. Xaləddin İsgəndərovun 1-ci müavini İlqar Süleymanovun da adı tikinti-söküntü işlərində qırmızı xətlə keçir.

Sabiq vergilər naziri Fazil Məmmədovun kadrı olan İlqar Süleymanov rəsmi vəzifəsi ilə yanaşı Binəqədi rayonunda qeyri-rəsmi ağac kəsmələr, torpaq zəbti, hasarlanması işlərinə də baxır. Mətbuatda İlqar Süleymanovun 1 gecənin içində Zeytunluq deyilən ərazidə sonradan 1 milyon manata satılacaq irı torpağı zəbt edib hasarlaması haqda da xəbərlər var. Q.Bayramovla İ.Süleymanovun əlində toplanan qeyri-rəsmi pullar Xaləddin İsgəndərovun qardaşı oğlu Nicata ötürülür. Sonuncunun qardaşı Valehin də adı Binəqədidəki tikinti-söküntü məsələlərində toplanan pullara nəzarət edən şəxs kimi keçir. Valehlə bağlı yeni məlumatlardan biri də budur ki, o, kefinin yaxşı vaxtında telekanallardan birinin məşhur aparıcılarından birinə qiyməti 1 milyon manata yaxın villa bağışlayıb.

Belə məlumatların mətbuatda bol olduğu bir vaxtda Xaləddin İsgəndərovun qurub-yaradan icra başçısı kimi tanınması heç ağlabatan da görünmür. Sən demə, belə deyilmiş...

2 ünvan üzə çıxıb ki, oralarda Xaləddin İsgəndərovu başqa tərəfdən tanıyırlar. Bu ünvanlardan biri Xaləddin İsgəndərov doğulub boya-başa çatdığı Goranboyun Xanqərvənddə, digəri isə istirahətini keçirdiyi Göygöl rayonunun Mixaylovka kəndindədir. Bakıdan uzaq olan bu ünvanlarda icra başçısı sah saraylarını xatırladan mülklər inşa etdirib. Bəli, bəli məhz inşa etdirib, sökdürməyib.

Bu məlumatları eşitdik və yerindəcə yoxlamaq üçün həmin ünvanlara yollandıq. Xanqərvənddə İsgəndərovların mülklərini axtarmaq üçün çox da vaxt sərf etməzsən. Yolun bir tərəfində uçuq-sökük, nə vaxtsa məhəllə dükanı olmuş qapı-pəncərəsi sınıq-salxaq balaca hücrə var, bir balaca qarşıda isə böyüklüyü, nəhəngliyi diqqəti cəlb edən mülk gözə çarpır. Bir qədər irəlidəki Xanqərvənd kənd orta məktəbi belə icra başçısının bir neçə il əvvəl tikdirdiyi mülklə bəhsə girməz.



Sakinlər deyirlər ki, Xaləddin İsgəndərovun burada da ilk işiməhz sökmək olub. İşə sanki Binəqədidə kasıb bir kişinin evini sökürmüş kimi başlayıblar. Başçı Xanqərvənddəki ata evini gün yarıma özülünə qədər sökdürüb. Qısa bir müddətdə ərazidən köhnə evin qalıqları ağır tonnajlı yük maşınlarına yüklənərək naməlum istiqamətə daşınıb. Əraziyə ölkənin dörd bir tərəfindən bahalı tikinti materialları daşınıb, az sonra adi bir kənd evinin yerində nəhəng bir mülk ucaldılıb. Köhnə hasar da uçurularaq əvəzində “Çin səddi” inşa edilib, Bakıda iri bir darvaza sifariş olunaraq Xanqərvəndə İsgəndərovların mülklərinə gətizdirilib. İndi hər kəs Xanqərvənddə X.İsgəndərovun necə varlanmasını və hansı miqyasda tikinti işləri aparmaq qüdrətinə çatmasını bu mülkə baxmaqla özü üçün aydınlaşdıra bilir. Binəqədidə ev sökən kimi ad çıxaran başçı Xanqərvənddə mülk ucaldandan sonra istirahətini də sakit, gözəgəlimli bir məkanda keçirmək haqda düşünməyə başlayıb.

Deyilənə görə, həmin günlərdə Xaləddin İsgəndərov varlı-karlı iş adamlarının torpaq aldıqları məkanlarla maraqlanıb. Ona Göygöl rayonunun Mixaylovka kəndini nişan veriblər. İndi Mixaylovkaya hansı səmtdən getsən villaların arasında iri bir malikanə diqqətini cəlb edəcək. Həmin malikanəni kənardan görənlərdə “Bura bəs kimindir” sualı yaranır. Ora da Xaləddin İsgəndərovundur.

Əsasən tikinti işlərinin sıx aparıldığı yay mövsümündə Xaləddin İsgəndərovun qoçu dəstələri kənd-kəsəkdə ev söküb, pul qoparıb tikintilərə icazə verdiyi vaxtlarda başçı Mixaylovka kəndindəki malikanəsində istirahət etməyi xoşlayır. Dağlar arasındakı kəndin ən gözəgəlimli yerindəki malikanə sanki bir gözətçi qülləsidir. Haradan baxsan, onu görürsən. Onun bir neçə hektarlıq üzümlüklərlə əhatələnən malikanəsindəki sarayı Aşıqlı kəndindən Mixaylovkaya gedən yoldan belə diqqəti cəlb edir. Yerli sakinlər deyirlər ki, son illər Göygölə gələn turistlər bu malikanənin fonunda foto çəkdirir, buraları nağıllardan reallığa köçürülən məkan bilirlər. Mixaylovka həm də Göygöl rayonunun ən bahalı torpaq sahələrinin satıldığı kənd kimi də tanınır. Burada torpağın sotu Bakının bir çox rayonlarında satılan torpaq sahələrindən bahadır. Xaləddin İsgəndərovun Mixaylovkada bir neçə hektar torpağı hansı məbləğə satın almasını dəqiq söyləmək çətindir. Binəqədinin icra başçısının Mixaylovkadakı malikanəni təkcə maaşı hesabına əldə etmədiyi isə dəqiqdir. Binəqədidə tikinti-söküntü işlərindən əldə olunan gəlirlərin bu məkanlara axıdıldığı da istisna deyil.
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Açıq-aşkar ZAY MƏHSUL satırlar... - GİLEY
Bu gün, 08:46
“Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:40
SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... - DİQQƏT
Bu gün, 08:34
“Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
Bu gün, 08:29
Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? - Görünəni odur ki...
Bu gün, 08:26
Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat - Bahalaşmanın qarşısı necə alına bilər?
Bu gün, 08:23
TRENDYOL müştəriləri narazılıq edir - SON GÜNLƏR...
Bu gün, 08:16
Din tayfası da Nəcəflidən GİLEY EDİR - İLGİNC FAKT
Bu gün, 08:11
70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... - Daha bir məqam...
Bu gün, 08:03
Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? - GƏLİŞMƏ
Bu gün, 07:06
Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər - NƏ ETMƏLİ?
Bu gün, 07:03
"Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər - Amerikanın oyunları...
Bu gün, 06:49
"Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." - COP29-un ardından...
Bu gün, 06:44
1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40
QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
Bu gün, 06:37
İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04
“Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59
Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42
Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27
Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22
7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47
Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37
"Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33
"Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27
Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24
Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19
Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17
Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39
Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36
Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00
MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58
Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17
Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13
1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11
Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09
Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08
Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05
Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59
Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50
Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46
8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42
ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru