`Azercell` premium müştərilərini də incidir .....                     Ermənilərin uydurma filmlərinə cavabımız niyə gecikir? .....                     İrəvanın gözləntisi böyükdür .....                     Şərur sakini ədalətsizliklə ÜZ-ÜZƏ... .....                     Həm alanın, həm satanın vergi borcu var .....                     Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir .....                     Bu hücum ABŞ-a İrana zərbə bəhanəsi verdi .....                     Rusiya, Çin və İran Birləşmiş Ştatları dünya liderliyindən sıxışdırıb çıxarır .....                     Ziya Məmmədovdan qalma problem... .....                     “Heykəltəraş can qoyub, ayıb deyilmi?” .....                     5 oktyabr olmadan qalmaqal başlayıb: Müəllimlərə hədiyyə verilməlidir? .....                     İran İsrailin HHQ-nin iki bazasına və kəşfiyyatının qərargahına zərbələr endirib .....                     Vətəndaş “Unibank”a ödəniş etməyəcək... .....                     İsrail raket hücumuna İranın nüvə obyektlərinə zərbə endirməklə cavab verə bilər .....                     İsrail İrana necə cavab verəcək? .....                     "Dünya yanır və nəzarətdən çıxır... .....                     İran prezidenti Məsud Pezeşkian "X" hesabında paylaşım etdi .....                     Nazirlik 5 milyon dəyərində iki tenderə yekun vurdu .....                     İsrailin müdafiə naziri ÖLDÜRÜLÜB? .....                     Sumqayıtda yolların təmiri 2 milyona .....                     "Ermənistan istədiyimiz dəyişikliyi etmədən sülhə imza atsaq, .....                     TƏBİB-in sevimli şirkəti: “VEST SUPPLY”... .....                     Bu il sülh müqaviləsinin imzalanması mümkündür .....                     “Qarabağın Bakıya verilməsində Makronun rolu az olmayıb” .....                     İran İsrailə ballistik raketlərlə hücum etməyə hazırlaşır .....                     Simonyan yarımçıq sülh istəyir .....                     Aşıq Əhliman səhhətindən danışdı: .....                     Ermənistanı qorxuya salan proses: .....                     "Türkiyə ilə sərhədlərin açılması azad bazar üçün çox vacibdir..." .....                     Bu dəfə “Maqsud İbrahimbəyov Mərkəzi”ndən 75 min alacaqlar .....                     Azərbaycanlılara məxsus 40 min mikrotoponim var ki... .....                     Azərbaycandakı inşaat şirkəti “Diadem”in xalis mənfəəti kəskin düşüb .....                     Rusiya 35 Azərbaycan vətəndaşına müvəqqəti sığınacaq verib .....                     "Paşinyan ölkənin ləyaqətini alçaldır" .....                     Aslan Xasıyev “Rabitəbank”dan .....                     Agentlik xarici elektrik təchizatı işlərinə 1,3 milyon manat .....                     “O bura gəlsə venamı kəsib sizi zibilə salacam” .....                     “Türməni pis vəziyyətə salıblar, tapşırıq vermişəm ki...” .....                     "Adam təklif etdi, mən də qəbul etdim .....                     Nazir onları müavin təyin etdi .....                 

Rektorun məmur oğlu barədə iddialar - İTTİHAM VAR
Tarix: 29-06-2017, 11:44 | Çap et
Rektorun məmur oğlu barədə iddialar
2014-cü ildə təhsil naziri Mikayıl Cabbarov Samir Vəliyevi özünə müşavir təyin edəndə media belə yazmışdı: “Samir Vəliyevi yaxşı tanıyanlar bilir ki, o nazirə başucalığı gətirməyəcək”.

“Biznes sirlərinin” öyrənilməsi

Samir Vəliyev vaxtilə Odlar Yurdu Universitetində prorektor vəzifəsində çalışırdı. Bu universitet Vəliyevlər ailəsinə məxsus təhsil ocağıdır. Universitetin rektoru iki dönəm Milli Məclisin üzvü olan Əhməd Vəliyev idi. 2015-ci il parlament seçkilərində isə Vəliyev qanunverici orqana seçilmədi. Vəliyevlərin təhsil üzərində qurduqları biznes şəbəkəsi məşhurdur. Misal üçün, vaxtilə adı it dəftərində belə olmayan “San Marino”, “Diplomatiya Universiteti” kimi təhsil müəssisələri yaradaraq, TQDK-nın (indiki Dövlət İmtahan Mərkəzi-red) qəbul imtahanlarından keçə bilməyən abutiriyentlərə pul qarşılığında “diplom” verirdi. Hansı ki, bu diplomlar nəinki Təhsil Nazirliyi tərəfindən, ümumiyyətlə heç bir yerdə qəbul edilmirdi. “Odlar Yurdu” Universiteti bu şəbəkənin sonuncu və ən “uğurlu” layihəsi hesab oluna bilər. Bu xatırlatmanı verməyimizdə məqsədimi məhz Samir Vəliyevin “diplom biznesi”ni necə mənimsəməsini aydınlaşdırmaqdır.

Ailə universitetindən Təhsil Nazirliyinə – MÜƏMALI YÜKSƏLİŞ

Əhməd Vəliyev oğlunu “Odlar Yurdu” Universitetində prorektor, hətta rektor əvəzi vəzifəsinə qədər yüksəltdi. Daha sonra qısa müddət ərzində S.Vəliyev doktorluq işini müdafiə edərək, professor oldu. Hətta bələdiyyə seçkilərində Nərimanov dairəsindən namizədliyini də irəli sürmüşdü. Ən böyük vəzifəsi atasının universitetində prorektor olan Samir Vəliyev günlərin birində Təhsil Nazirliyində məsul vəzifəyə təyin olunur. O, əvvəlcə təhsil nazirinin müşaviri vəzifəsini icra etdi, bir müddət sonra “peşə və orta ixtisas təhsili məktəbləri” üzrə sektor müdiri vəzifəsinə təyin olundu. Lakin bir müddət də keçdi və nazir onu özünə yenidən müşavir təyin etdi. Daha sonra Samir Vəliyev Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəis müavini vəzifəsinə təyin olundu. Hazırda o, bu idarədə rəis əvəzidir. Mediada yayılmış məlumatlara görə, Əhməd Vəliyev oğlunun yüksəlişi üçün bir çox adama minnətçi düşüb. Samir Vəliyevin Təhsil Nazirliyində hazırda tutduğu vəzifəsi fonunda “diplom biznesi” avtomatik olaraq yenidən ön plana çıxır.

2014-cü ildə medianın yazdığı kimi, Samir Vəliyevin təhsil naziri Mikayıl Cabbarova başucalığı gətirmədiyini təsdiq edir.
“Diplom biznesi”

Samir Vəliyev köhnə biznesini Təhsil Nazirliyində tutduğu vəzifə sayəsində daha da genişləndirib. Redaksiyamıza danışan mənbə bildirir ki, onun “diplom biznesinin” əsas mərkəzini nüfuzlu “Baku Oxford Shcool” təhsil ocağı təşkil edir. Belə ki, əsasən nazir və oliqarx nəvələrinin təhsil aldığı bu məktəbə hər il Dövlət İmtahan Mərkəzinin xətti ilə yalnız 5 faiz qəbul həyata keçirilir. Yerdə qalan 95 faiz yer isə qeyd etdiyimiz kimi nazir və varlı şəxslərin övladları, nəvələri üçündür. Məlumata görə, Samir Vəliyev bu məktəbdə təhsil alan varlı övladlarının böyük əksəriyyətini Azərbaycan Respublikası Təhsil Nazirliyinin diplomlarını tanımadığı xarici universitetlərə yerləşdirir. Bu universitetlər nazirliyin rəsmi saytında adı olmayan təhsil ocaqlarıdır. (Bax:www.nostrifikasiya.edu.az/frontend/az/content/item/36-universitetl%C9%99rin-siyah%C4%B1s%C4%B1) .
30 günə baxılan məsələ 5 gün içində həll edlir

Mənbə qeyd edir ki, diplomların tanınması ilə bağlı bir çox hallarda problemlər meydana çıxır. Etiraz edənlərə isə Samir Vəliyev “onu elə mən özüm təsdiq etdirəcəm” deyə bildirir.

Ən maraqlı məqam isə diplomların tanınması üçün müraciətlərə rəsmi qaydada 30 iş günü ərzində baxılsa da, Samir Vəliyev özünün yerləşdirdiyi universitetlərin diplomalarını cəmi 5 iş günü müddətinə təsdiq etdirir. (Bax:www.nostrifikasiya.edu.az/frontend/) . Və bütün bunların qarşılığında külli miqdarda pul əldə edir.

Redaksiyamıza daxil olan başqa bir məlumatda isə Samir Vəliyevin Heydər Əliyev Fondunun Rusiya filialı ilə əməkdaşlıq etmiş bir xanım əməkdaşının diplomunu hansı “şərtlərlə” tanıyacağı, nə qədər pul istənilməsi barədə də xəbər yer alıb. (Bu barədə növbəti yazımızda)
Hazırda onlarla şəxs Samir Vəliyevdən mənimsədiyi pullarını tələb edir. Məlumatlara görə, onun yolu dəfələrlə Korrupsiya ilə Mübarizə İdarəsinə düşüb. Lakin öz əməllərini davam etdirməkdədir.

London zərgüzəştləri

Azərbaycan təhsili üzərindən qazanılan pullar hesabına Samir Vəliyevin ciddi maliyyə imkanları mövcuddur. Məlumatlara görə, o “Muğanbank”da böyük səhmə sahibdir. Həmçinin, tikinti biznesi yaradıb. Bütün bunlarla yanaşı, mənbə Samir Vəliyevin təhsil üzərindən qazandığı pulları ölkədən xaricə çıxartdığını, xüsusilə Londonda mülklər aldığını deyir.

“Azərbaycanın gələcəyi yoxdur” deyən Vəliyev

Bir müddət öncə Samir Vəliyevin oğluna Londonda iş tapmaq istiqamətində hərəkətə keçdiyi deyilir. Hətta ondan “Azərbaycanda bu qədər imkanın var, nə üçün oğluna burada iş qurmursan” deyə soruşanlara cavabı belə olur: “Bu ölkənin gələcəyi yoxdur”.

Dəbdəbəli həyat: “Roys Royce” avtomobili və “Rolex” saatı

Samir Vəliyev gələcəyinin olmadığını hesab etdiyi Azərbaycanda əldə etdiyi pullarla intensiv şəkildə xarici səfərlər edir. Ən çox baş çəkdiyi şəhər isə Londondur. Əldə etdiyimiz məlumata görə, o, Londonda icarə haqqı 1000-1500 dollar olan “Roys Royce” avtomobilini kirayələyir. Bu avtomobil dünyanın ən lüks və bahalı minik vasitələrindən biri hesab olunur. Samir Vəliyevin qolundakı saat isə onun dəbdəbəli həyatının nişanəsidir: “Rolex”. Məşhur İsveç markası olan bu saatın ən ucuzu 50 min dollardan bahadır.

Mövzuya dair araşdırmalarımız davam edəcək.
Qarşı tərəfin də mövqeyini yayımlamağa hazırıq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
`Azercell` premium müştərilərini də incidir - GİLEY
Bu gün, 08:35
Ermənilərin uydurma filmlərinə cavabımız niyə gecikir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20
İrəvanın gözləntisi böyükdür – ABŞ-nin siyasəti dəyişəcəkmi?
Bu gün, 08:14
Şərur sakini ədalətsizliklə ÜZ-ÜZƏ... - VİDEOGİLEY
Bu gün, 08:09
Həm alanın, həm satanın vergi borcu var - Təmir "alış-verişi"...
Bu gün, 07:59
Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir -İsrafil Kərimovun yazısı
Bu gün, 07:55
Bu hücum ABŞ-a İrana zərbə bəhanəsi verdi -- Mümtaz
Bu gün, 07:07
Rusiya, Çin və İran Birləşmiş Ştatları dünya liderliyindən sıxışdırıb çıxarır - İNCƏLƏMƏ
Bu gün, 07:01
Ziya Məmmədovdan qalma problem... - hələ də BƏLASINI ÇƏKİRİK...
Bu gün, 06:54
“Heykəltəraş can qoyub, ayıb deyilmi?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:50
5 oktyabr olmadan qalmaqal başlayıb: Müəllimlərə hədiyyə verilməlidir? - AKTUAL
Bu gün, 06:48
İran İsrailin HHQ-nin iki bazasına və kəşfiyyatının qərargahına zərbələr endirib - TASS
Bu gün, 06:43
Vətəndaş “Unibank”a ödəniş etməyəcək... - "Nə edirlər, etsinlər..."
Bu gün, 06:41
İsrail raket hücumuna İranın nüvə obyektlərinə zərbə endirməklə cavab verə bilər - KİV
Bu gün, 06:35
İsrail İrana necə cavab verəcək? – Bakı üçün 3 təhlükə
Bu gün, 00:11
"Dünya yanır və nəzarətdən çıxır... - Ölkəmizi idarə edən yoxdur"
Bu gün, 00:09
İran prezidenti Məsud Pezeşkian "X" hesabında paylaşım etdi - "Bu hələ..."
Bu gün, 00:07
Nazirlik 5 milyon dəyərində iki tenderə yekun vurdu - QALİB ŞİRKƏT
Bu gün, 00:05
İsrailin müdafiə naziri ÖLDÜRÜLÜB? - KİV
Bu gün, 00:03
Sumqayıtda yolların təmiri 2 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02
"Ermənistan istədiyimiz dəyişikliyi etmədən sülhə imza atsaq, gələcəkdə yeni münaqişələrə qapı açılar"
Dünən, 19:10
TƏBİB-in sevimli şirkəti: “VEST SUPPLY”... - Bir ildə 40-a yaxın tenderin qalibi olub
Dünən, 19:02
Bu il sülh müqaviləsinin imzalanması mümkündür - ÇÜNKİ...
Dünən, 19:00
“Qarabağın Bakıya verilməsində Makronun rolu az olmayıb” - Benyamin Matevosyan
Dünən, 18:56
İran İsrailə ballistik raketlərlə hücum etməyə hazırlaşır - CNN
Dünən, 18:06
Simonyan yarımçıq sülh istəyir - Bakıdan reaksiya gəldi
Dünən, 18:00
Aşıq Əhliman səhhətindən danışdı: - "Dərmanlarla yaşayıram"
Dünən, 17:58
Ermənistanı qorxuya salan proses: - Sərhədində 286 min kv.km-lik Güney Azərbaycan dövləti
Dünən, 17:57
"Türkiyə ilə sərhədlərin açılması azad bazar üçün çox vacibdir..." -Katolikosun Vatikandakı nümayəndəsi
Dünən, 17:53
Bu dəfə “Maqsud İbrahimbəyov Mərkəzi”ndən 75 min alacaqlar – Çarçarovlar “iş başında”
Dünən, 17:50
Azərbaycanlılara məxsus 40 min mikrotoponim var ki... - onları mərhələ-mərhələ DƏYİŞDİRİBLƏR...
Dünən, 17:46
Azərbaycandakı inşaat şirkəti “Diadem”in xalis mənfəəti kəskin düşüb - TƏFƏRRÜAT
Dünən, 17:41
Rusiya 35 Azərbaycan vətəndaşına müvəqqəti sığınacaq verib - İLGİNC
Dünən, 17:38
"Paşinyan ölkənin ləyaqətini alçaldır" - Artsvik Minasyan
Dünən, 17:36
Aslan Xasıyev “Rabitəbank”dan UZAQLAŞDI
Dünən, 17:35
Agentlik xarici elektrik təchizatı işlərinə 1,3 milyon manat - AYIRDI
Dünən, 17:28
“O bura gəlsə venamı kəsib sizi zibilə salacam” - Müğənni ilə MÜSAHİBƏ
Dünən, 17:11
“Türməni pis vəziyyətə salıblar, tapşırıq vermişəm ki...” – Aydın Abbasov ŞİKAYƏTLƏNDİ
Dünən, 17:06
"Adam təklif etdi, mən də qəbul etdim - "Niyə bu, insanları təəccübləndirir?"
Dünən, 17:00
Nazir onları müavin təyin etdi - FOTO
Dünən, 16:57
Bakıdakı dəhşətli cinayətin DETALLARI – “Birinci o məni bıçaqladı...”
Dünən, 16:54
“Batıgöz” klinikası insanların gözü ilə necə “oynayır”? - "...məhkəmədə görüşəcəyik"
Dünən, 16:49
Qadın ərinə şərt qoydu: "O biri kişini də qəbul edəcəksən, yoxsa..." – ŞOK TƏFƏRRÜAT
Dünən, 16:45
Nizaməddin Babanlı vəzifəsindən azad olundu - işində verdiyi nöqsanlara görə
Dünən, 16:43
“AcccesBank” 8 nəfəri evdən küçəyə atır - ADLAR
Dünən, 16:35
Paşinyan Qərbə baxsa da, Rusiyadan qazanır - ARAŞDIRMA
Dünən, 16:33
Afətdən ONU QINAYANLARA: - “Deyəcəklər ərə getdi, ərdə oturmadı”
Dünən, 16:31
Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm AÇIQLAMA
Dünən, 16:23
Azərbaycan şirkəti nizamnamə kapitalını 1.2 milyon manat azaldır
Dünən, 16:22
İran-Rusiya-Ermənistan üçbucağı: Bölgədə nə baş verir? - GƏLİŞMƏ
Dünən, 16:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru