ƏÜO-nun artilleriya bölmələri taktiki təlim keçirilib .....                     Nüvə silahına MARAQ ARTACAQ... .....                     Lütvəli Babayevin oğlu ölkədən qaçıbmış? .....                     AŞ PA-nın Bakıya qarşı “taran” qərarı .....                     Saxta qızıl XAOSU .....                     Kollecdə tələbə kəllə ilə universitetin şöbə müdirinin burnunu sındırdı .....                     Paşinyan elan etdiyi yolu DÜZ GEDƏ BİLƏCƏKMİ? .....                     TƏBİB-ə göz verir... TENDER VERMİR... .....                     Yaxın Şərqdə can üstündə olan İranın “köhnə sancı”sı yenə tutdu .....                     Vaxtilə Azərbaycanda hotel şəbəkəsi quran türkiyəli H.Duru geri döndü, şirkət yaratdı .....                     Prezident İlham Əliyev real olmayanı deməz... .....                     “AzerGold”da yeni təyinat olub .....                     `Azəriqaz`ın işçisi vətəndaşdan RÜŞVƏT TƏLƏB EDİR... .....                     "Nəbadə yolunuzu burdan salasınız..." .....                     “Xalq Sığorta”nın biznes itkiləri 1 milyon manata yaxınlaşıb .....                     Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb .....                     Ruslar azərbaycanlılarla əlaqə saxlayan bu ermənini tutduqdan sonra Araiklə sərt danışıblar...” .....                     ABŞ-dən ölkəmizə ŞOK XƏBƏRDARLIQ .....                     "İş yerlərinin attestasiyasının keçirilməsi ilk növbədə..." .....                     "Onlar dilənçi xislətlərini heç vaxt gizlətməyiblər" .....                     "Siz ünvanı hara yazsanız da... onlar istədikləri yerə göndərəcək..." .....                     DTX-nin ifşa etdiyi casusun məhkəməsi başladı .....                     “Azər-Türk Bank” yenə də narazılıq yaradır... .....                     `Azercell` premium müştərilərini də incidir .....                     Ermənilərin uydurma filmlərinə cavabımız niyə gecikir? .....                     İrəvanın gözləntisi böyükdür .....                     Şərur sakini ədalətsizliklə ÜZ-ÜZƏ... .....                     Həm alanın, həm satanın vergi borcu var .....                     Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir .....                     Bu hücum ABŞ-a İrana zərbə bəhanəsi verdi .....                     Rusiya, Çin və İran Birləşmiş Ştatları dünya liderliyindən sıxışdırıb çıxarır .....                     Ziya Məmmədovdan qalma problem... .....                     “Heykəltəraş can qoyub, ayıb deyilmi?” .....                     5 oktyabr olmadan qalmaqal başlayıb: Müəllimlərə hədiyyə verilməlidir? .....                     İran İsrailin HHQ-nin iki bazasına və kəşfiyyatının qərargahına zərbələr endirib .....                     Vətəndaş “Unibank”a ödəniş etməyəcək... .....                     İsrail raket hücumuna İranın nüvə obyektlərinə zərbə endirməklə cavab verə bilər .....                     İsrail İrana necə cavab verəcək? .....                     "Dünya yanır və nəzarətdən çıxır... .....                     İran prezidenti Məsud Pezeşkian "X" hesabında paylaşım etdi .....                 

“FETÖ-yə ən böyük zərbə Azərbaycanda vurulub” - Ərdoğanın baş sözçüsündən ilginc açıqlamalar
Tarix: 31-05-2017, 09:47 | Çap et
“FETÖ-yə ən böyük zərbə Azərbaycanda vurulub”
Azərbaycanda səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Baş sözçüsü, akademik Seyid Sərtçəlik “Ölkə.Az”-a müsahibə verib.

Müsahibəni oxuculara təqdim edirik.

- Bakıya nə zaman gəlmisiniz?

- Bakıya iki gün öncə, Astanada keçirilən bir toplantıdan gəlmişəm. Səfərin əsas məqsədi qondarma erməni soyqırımından bəhs edən kitabımın Azərbaycan dilində nəşrinin təqdimatıdır.

- Azərbaycanla bağlı təəssüratınız necədir?

- Azərbaycan, paytaxt Bakı hər gün daha çox gözəlləşir. Doğrudan da Prezident İlham Əliyev Bakını dünyanın ən gözəl şəhərlərindən birinə çevirib. Hətta, bura ilk gələn an həyat yoldaşım mənə söylədi ki, Bakı Parisdən daha gözəl şəhərdir. Doğrudan da Bakının həm gündüzləri, həm də gecələri göz oxşayır. Bir türk şəhəri olan Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi bizi yalnız qürurlandırır.

- Azərbaycanda kimlərlə görüşmüsünüz və ya görüşəcəksiniz?

- Bayram olmasına baxmayaraq, bu gün Prezidentin köməkçisi cənab Əli Həsənovla və bir neçə azərbaycanlı millət vəkilləri ilə görüşmüşəm. Sabah isə ola bilsin ki, Bakıda keçiriləcək neft-qaz sərgisində cənab Prezident İlham Əliyevlə görüşüm.

- Zaman-zaman Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirmək istəyən qüvvələr mövcud olub və bunun yaxın gələcəkdə də olması istisna deyil. Sizcə, Azərbaycan-Türkiyə dostluğu bu cür qüvvələrə qarşı adekvat addımlar atmağa nə qədər hazırlıqlıdır?

- Türkiyə-Azərbaycan dostluğu bir millət, iki dövlət prinsiplərinə söykənir. Ona görə də bu dostluq münasibətlərini pozmağa nail olmaq heç bir kəsin həddi deyil. Kimsə, Azərbaycan-Türkiyə münasibətlərini poza bilməz. Biz eyni xalq və soydanıq. Ona görə də dünyada Türkiyə-Azərbaycan dostluğunu poza biləcək dövlət və ya qüvvə yoxdur.

Digər tərəfdən isə bildirim ki, 2015-ci ildə ermənilərin böyük ümidləri var idi ki, qondarma soyqırım iddialarının “100-cü ildönümü”nü qeyd etsinlər. Amma ermənilərin bütün fəaliyyətləri yalnız Avropa parlamentinin qərəzli qərarı və Roma papasının qınamasından o yana keçə bilmədi. İnanmıram ki, ermənilər bundan sonra da nə isə əldə etsinlər. Çünki Fransa və İsveçrə məhkəmələrinin qərarları da erməniləri məyus edib.

Tarixən də Azərbaycan və Türkiyə torpaqlarında əsl soyqırımı törədən türklər deyil, ermənilər olub. Bunun bariz nümunəsi kimi 1992-ci ilin 26 fevralında ermənilərin Xocalıda törətdiyi soyqırımı söyləmək olar. Əgər Avropa soyqırımı törədənlərdən hesab tələb edirsə, o zaman gedib ermənilərdən Xocalının hesabını istəsin! Ermənilər dünyanın gözü qarşısında Xocalıda yüzlərlə dinc və günahsız insanları qətlə yetirib. Nə üçün Xocalı soyqırımını törədənlər cəzalandırılmır? Niyə Avropa konkret görüntüsü, faktı, dəlili olan Xocalı məsələsi ilə bağlı səsini çıxartmır? Bütün bunlar xristian-müsəlman ayrı-seçkiliyi deyilmi? Ona görə də hesab edirəm ki, Türkiyə-Azərbaycan erməni yalanlarına qarşı birgə mübarizə aparmağı qarşıya məqsəd qoyub. Bu baxımdan da dünyada yaşayan Azərbaycan və Türkiyə soydaşlarımız ayrı-ayrı diaspora kimi deyil, bir diaspora kimi fəaliyyət göstərirlər. Bütün siyasətçilərimiz və diplomatlarımız bu məsələdə birgə iş aparırlar. İnanıram ki, bu birgə faəliyyət çox böyük uğurlar qazanacaq.

- Bu yaxınlarda ABŞ prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb. Bütün bu kimi görüşlər bir daha onu göstərir ki, qardaş Türkiyənin dünyada mövcud olan nüfuzu daha da artır. Sizcə, bütün bunların fonunda Türkiyə rəhbərliyi Donald Trampın diqqətini Qarabağ məsələsinin həllinə yönəldə biləcəkmi?

- Qarabağ münaqişəsinin tezliklə həll edilməsi üçün ən böyük rolu Rusiya oynayır. Ancaq çox təəssüf ki, indiyədək Rusiya bu münaqişənin tezliklə həllində ciddi maraq ortaya qoymayıb. Baxmayaraq ki, Rusiya zaman-zaman Qarabağla bağlı danışıqlarda təşəbbüs ortaya qoyub. Ancaq bu görüşlərin indiyədək müsbət nəticəsi əldə olunmayıb. Bu gün Rusiyanın Cənubi Qafqazda ən böyük müttəfiqi işğalçı Ermənistandır. Bu səbəbdən də Ermənistanda hələ də Rusiyanın hərbi bazası yerləşir. Rusiyanın Azərbaycanla münasibətləri nə qədər yaxşı olsa da, ancaq Kremlin işğalçı Ermənistana dəstək verməsi hər kəsə yaxşı məlumdur. Düşünürəm ki, bu səhv addımdır. Rusiya region dövləti olaraq ədalətli mövqe nümayiş etdirməlidir.

- Yaxın zamanlarda Azərbaycanla Ermənistanın təmas xəttində hərbi əməliyyatların yenidən alovlanması nə qədər realdır?

- Azərbaycan və erməni hərbçiləri arasında döyüşlər zaman-zaman baş verir. Mən bu cür döyüşlərin yenə də baş verəcəyini düşünürəm. Amma inanmıram ki, bu döyüşlər aprel müharibəsi kimi şiddətli olsun.
Ümumiyyətlə, bu gün işğalçı Ermənistanın Azərbaycan ordusuna qarşı müharibə etməsi ağılsızlıqdır. Çünki Azərbaycan ordusu 1991-ci ildən bəri çox dəyişib və güclənib. Hətta, bu gün türk respublikaları arasında Türkiyədən sonra ən güclü ordu Azərbaycana məxsusdur. Əminəm ki, Azərbaycanın müasir və qüdrətli ordusu bundan sonra daha da güclənəcək.

- Rəsmi Ankaranın bəyənatlarına əsasən, son zamanlara qədər Azərbaycan-Türkiyə münasibətlərinə kölgə salmaq istəyən və təhdid edən qüvvələr arasında başda gedəni “FETÖ” üzvləri idi. Bəs hazırda vəziyyət necədir, sizcə bu münasibətlər “FETÖ” təhlükəsindən tam xilas ola bilibmi?

- İlk növbədə onu söyləyim ki, ötən ilin 15 iyulunda törədilən xain qiyama cəhd hadisələrindən sonra türk respublikaları arasında bu hadisəni birmənalı olaraq qınayan və Türkiyəni ən çox dəstəkləyən Azərbaycan Prezidenti olub. Həmin ərəfələrdə Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri nəzərdə tutulurdu. Ancaq Türkiyədə törədilən xain terror aktından sonra bu səfər təxirə düşdü. Amma Azərbaycan Prezidenti cənab İlham Əliyev böyük bir qardaşlıq nümayiş etdirərək, özü Ankaraya səfər etdi və öz dəstəyini nümayiş etdirdi.
Həmçinin, “FETÖ”-ya ən böyük zərbə Azərbaycanda vurulub. Hələ 15 iyul hadisələrindən əvvəl Azərbaycanda fəaliyyət göstərən “FETÖ” məktəbləri bağlanılmışdı. Sonradan digər sahələrdə çalışan “FETÖ” üzvləri də işdən azad edildi. Bildiyim qədər, həmin “FETÖ”-çülər artıq Azərbaycandan gediblər. Bütün bunlar qardaş Azərbaycanın Türkiyəyə verdiyi dəstək idi. Ona görə də biz bundan çox məmnunuq.

“FETÖ-yə ən böyük zərbə Azərbaycanda vurulub”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ƏÜO-nun artilleriya bölmələri taktiki təlim keçirilib - VİDEO
Bu gün, 10:34
Nüvə silahına MARAQ ARTACAQ... - BELƏ HARA GEDİRİK?..
Bu gün, 10:29
Lütvəli Babayevin oğlu ölkədən qaçıbmış? - Baş həkim də həbs olundu
Bu gün, 10:23
AŞ PA-nın Bakıya qarşı “taran” qərarı - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:19
Saxta qızıl XAOSU – “Aldığını geri qaytarmaq da mümkün deyil”
Bu gün, 10:12
Kollecdə tələbə kəllə ilə universitetin şöbə müdirinin burnunu sındırdı - MƏHKƏMƏ
Bu gün, 10:04
Paşinyan elan etdiyi yolu DÜZ GEDƏ BİLƏCƏKMİ? - GƏLİŞMƏ
Bu gün, 10:00
TƏBİB-ə göz verir... TENDER VERMİR... - SAVAŞ GEDİR?
Bu gün, 09:57
Yaxın Şərqdə can üstündə olan İranın “köhnə sancı”sı yenə tutdu – Dəhliz açılsa...
Bu gün, 09:51
Vaxtilə Azərbaycanda hotel şəbəkəsi quran türkiyəli H.Duru geri döndü, şirkət yaratdı - DETALLAR
Bu gün, 09:49
Prezident İlham Əliyev real olmayanı deməz... - Görünəni odur ki...
Bu gün, 09:46
“AzerGold”da yeni təyinat olub - ƏMR
Bu gün, 09:43
`Azəriqaz`ın işçisi vətəndaşdan RÜŞVƏT TƏLƏB EDİR... - "30 manata qane olmur..."
Bu gün, 09:40
"Nəbadə yolunuzu burdan salasınız..." - Müştərisinə tövbələtmə oxutdurdu...
Bu gün, 09:28
“Xalq Sığorta”nın biznes itkiləri 1 milyon manata yaxınlaşıb - NƏ BAŞ VERİR?
Bu gün, 09:20
Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb
Bu gün, 09:12
Ruslar azərbaycanlılarla əlaqə saxlayan bu ermənini tutduqdan sonra Araiklə sərt danışıblar...” - “Hraparak”
Bu gün, 09:11
ABŞ-dən ölkəmizə ŞOK XƏBƏRDARLIQ - "Azərbaycan hazırlaşmalıdır..."
Bu gün, 09:10
"İş yerlərinin attestasiyasının keçirilməsi ilk növbədə..." - Ekspert danışır...
Bu gün, 09:04
"Onlar dilənçi xislətlərini heç vaxt gizlətməyiblər" - deputat
Bu gün, 08:59
"Siz ünvanı hara yazsanız da... onlar istədikləri yerə göndərəcək..." - BU NƏDİ BELƏ?!
Bu gün, 08:56
DTX-nin ifşa etdiyi casusun məhkəməsi başladı - TƏFƏRRÜAT
Bu gün, 08:47
“Azər-Türk Bank” yenə də narazılıq yaradır... - "...gərək ancaq öz bankomatına gedəsən"
Bu gün, 08:45
`Azercell` premium müştərilərini də incidir - GİLEY
Bu gün, 08:35
Ermənilərin uydurma filmlərinə cavabımız niyə gecikir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20
İrəvanın gözləntisi böyükdür – ABŞ-nin siyasəti dəyişəcəkmi?
Bu gün, 08:14
Şərur sakini ədalətsizliklə ÜZ-ÜZƏ... - VİDEOGİLEY
Bu gün, 08:09
Həm alanın, həm satanın vergi borcu var - Təmir "alış-verişi"...
Bu gün, 07:59
Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir -İsrafil Kərimovun yazısı
Bu gün, 07:55
Bu hücum ABŞ-a İrana zərbə bəhanəsi verdi -- Mümtaz
Bu gün, 07:07
Rusiya, Çin və İran Birləşmiş Ştatları dünya liderliyindən sıxışdırıb çıxarır - İNCƏLƏMƏ
Bu gün, 07:01
Ziya Məmmədovdan qalma problem... - hələ də BƏLASINI ÇƏKİRİK...
Bu gün, 06:54
“Heykəltəraş can qoyub, ayıb deyilmi?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:50
5 oktyabr olmadan qalmaqal başlayıb: Müəllimlərə hədiyyə verilməlidir? - AKTUAL
Bu gün, 06:48
İran İsrailin HHQ-nin iki bazasına və kəşfiyyatının qərargahına zərbələr endirib - TASS
Bu gün, 06:43
Vətəndaş “Unibank”a ödəniş etməyəcək... - "Nə edirlər, etsinlər..."
Bu gün, 06:41
İsrail raket hücumuna İranın nüvə obyektlərinə zərbə endirməklə cavab verə bilər - KİV
Bu gün, 06:35
İsrail İrana necə cavab verəcək? – Bakı üçün 3 təhlükə
Bu gün, 00:11
"Dünya yanır və nəzarətdən çıxır... - Ölkəmizi idarə edən yoxdur"
Bu gün, 00:09
İran prezidenti Məsud Pezeşkian "X" hesabında paylaşım etdi - "Bu hələ..."
Bu gün, 00:07
Nazirlik 5 milyon dəyərində iki tenderə yekun vurdu - QALİB ŞİRKƏT
Bu gün, 00:05
İsrailin müdafiə naziri ÖLDÜRÜLÜB? - KİV
Bu gün, 00:03
Sumqayıtda yolların təmiri 2 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02
"Ermənistan istədiyimiz dəyişikliyi etmədən sülhə imza atsaq, gələcəkdə yeni münaqişələrə qapı açılar"
Dünən, 19:10
TƏBİB-in sevimli şirkəti: “VEST SUPPLY”... - Bir ildə 40-a yaxın tenderin qalibi olub
Dünən, 19:02
Bu il sülh müqaviləsinin imzalanması mümkündür - ÇÜNKİ...
Dünən, 19:00
“Qarabağın Bakıya verilməsində Makronun rolu az olmayıb” - Benyamin Matevosyan
Dünən, 18:56
İran İsrailə ballistik raketlərlə hücum etməyə hazırlaşır - CNN
Dünən, 18:06
Simonyan yarımçıq sülh istəyir - Bakıdan reaksiya gəldi
Dünən, 18:00
Aşıq Əhliman səhhətindən danışdı: - "Dərmanlarla yaşayıram"
Dünən, 17:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru