Bayden də Trampı təbrik etdi .....                     Harris Trampı təbrik etdi .....                     Zəngəzur dəhlizi Rusiyasız açılır? .....                     İvanişvilinin şəxsi rejimi: milyarder məqsədinə çatdı, bundan sonra... .....                     5 min bağça müəlliminin əməkhaqqı azaldılacaq? .....                     Şəhid atası "Leyla Medical"ı məhkəməyə verdi .....                     Trampın qələbəsindən sonra Rusiya Makronu ələ saldı .....                     Bu uşaqlara 6 min manat veriləcək .....                     Kritik müzakirə başladı: İsrail dəyişiklik edib .....                     Vəzifəli şəxs qəzada ölmüşdü: Ailəsi 1 milyon tələb edir .....                     "Yuxuda da, yatanda da, səhnələrində də Elza sayaqlayırlar..." .....                     Futbolumuzu “neft iynəsi”ndən necə ayırmaq olar? .....                     Bakı və İrəvana təzyiq etməmişik, Tiflislə də... .....                     Paşinyanın sülh müqaviləsini yubatmasının .....                     BU NƏDİ BELƏ: Bu ünvanda onlarla şirkət qeydiyyata alındı .....                     Ağstafanın icra başçısı ölkədən gizli pul çıxaran şirkətlə anlaşıb .....                     "Seçki müharibələri" .....                     "Paşinyanın imzasına etibar etmək olmaz" .....                     Trampın andiçmə mərasimi nə vaxt olacaq? .....                     Prezident İlham Əliyevin Qırğızıstana səfəri .....                     İmişi Şəkər Zavodunda nə baş verir: ÖZBAŞINALIQ, KORRUPSİYA, DƏLƏDUZLUQ .....                     Nazirə məxsu olduğu deyilən şirkətdən əmlak tələb edilir .....                     Azərbaycanda bahalı maşın nömrələrini bu şəxslər alır .....                     Rusiya NATO ilə dialoqa hazırdır, lakin təcavüzə dözməyəcək .....                     Paşinyan nəzarəti itirir, komandası parçalanır .....                     "Yarımsaatlıq rayon toylarına 4 min manata gedirəm" .....                     Tramp onlardan qisas alacaq, uzun siyahı var .....                     Lirə Trampın qələbəsindən “ilhamlanır” .....                     Şlyapa Zahid: Vicdanı olmayan adamlar adıma kredit götürüb mənimsəyiblər .....                     "Elə məhəllələr, məscidlər, pirlər var ki, suyu, yolu yoxdur... .....                     Amerikalılar Trampa “hə” dedilər: Sürpriz, yoxsa gözlənilən nəticə? .....                     Müəllimin ölümünə səbəb qəbulda əsəbiləşməsi olub? .....                     “Trump Media”nın səhmləri 60% bahalaşdı .....                     Küçədə üşüyən dizayner "Şərq-Qərb Təbabət" Klinikasından oğurluq etdi .....                     ”Ermənistan böyük güclərin dəhlizinə çevrilə bilər” .....                     AQTA-nın dönərlə bağlı YENİ TƏLƏBLƏRİ .....                     "Azərkontrakt"ın ləğvi qazın qiymətinə təsir etməyəcək .....                     "Səhiyyə Nazirliyi və TƏBİB arasında səlahiyyət mübarizəsi var" .....                     Gənc jurnalist vəfat etdi .....                     Trampın vədi İranı qorxutdu .....                 

CƏBHƏÇİNİN VƏKİLİ RUSİYAYA GEDİR
Tarix: 20-01-2012, 17:03 | Çap et
CƏBHƏÇİNİN VƏKİLİ RUSİYAYA GEDİR

“HÜQUQ MÜDAFİƏÇİLƏRİLƏ GÖRÜŞÜ İSƏ XATIRLAMIR”

Vəkil Əshabəli Mustafayev bu günlər Naxçıvan Muxtar Respublikasına gedərək hazırda həbsdə olan AXCP fəalı Zeynalabdin Bağırzadə ilə görüşüb. Ailə üzvləri Zeynalabdin Bağırzadənin həbsdə işgəncələrə məruz qalması ilə bağlı mətbuata açıqlamalar veriblər. Hərçənd Muxtar Respublika Prokurorluğu və Zeynalabdin Bağırzadə ilə görüşən yerli hüquq müdafiəçiləri belə iddiaları rədd edirlər. Vəkil Əshabəli Mustafayevdən bütün bu qarşılıqlı iddialara aydınlıq gətirməsini xahiş etdik:

«ZEYNALABDİN BAĞIRZADƏNİN PSİXOLOGİYASINDA ÇOX CİDDİ SARSINTILAR VAR»

- Zeynalabdin Bağırzadə mənə bildirdi ki, o çox güclü fiziki və psixoloji zorakılığa məruz qalıb. Ancaq yaxınlarına Z. Bağırzadə ilə görüşə uzun müddət icazə verilmədiyindən o bu barədə məlumatlar yaya bilməyib. Mən görüşəndə də, aradan xeyli vaxt keçdiyindən, artıq onun üzərində fiziki zorakılığın əlamətləri qalmamışdı. Bir də Z. Bağırzadənin deməsinə görə, ona işgəncələr elə peşəkarcasına verilib ki, üzərində izlər qalmayıb. Üstəlik onun deməsinə görə, təcridxanada işgəncəyə məruz qalmayıb, bu tutulan zaman baş verib. İndi hiss olunur ki, Zeynalabdin Bağırzadənin psixologiyasında çox ciddi sarsıntılar var. Yaddaşı zəifləyib. İki-üç gün əvvəl olmuş hadisələri yaxşı xatırlamır. Görünür çox ciddi şok keçirib. Hətta indiyə qədər istintaqda keçilən prosedurları mənə dəqiq xatırlayıb, ardıcıllıqla çatdıra bilmirdi. Ona nə deyiblər, nə soruşublar bunu mənə izah edə bilmirdi.

- Təzyiqlər nədən ibarət olub ki, bu insan siz dediyiniz hala düşüb?

- Bilirsiniz onun 50-dən çox yaşı var, böyük ailə başçısıdır. Yaşlı bir insanın təzyiqlərə məruz qalanda belə bir hala düşməsi, məncə təbiidir. Özü də nəzərə almaq lazımdır ki, o əvvəllərdə həbs edilib, fiziki zorakılığa məruz qalıb. Görünür qorxu onun canından çıxmayıbmış, daim qorxu içərisində imiş.

- Əshabəli bəy, bundan əvvəl Muxtar Respublika Prokurorluğu bəyanat verərək Zeynalabdin Bağırzadəyə işgəncə verilməsi ilə bağlı iddiaları rədd etmişdi. Zeynalabdin Bağırzadə ilə görüşdən sonra sizin özünüzün yerli hüquq mühafizə orqanlarına işgəncə ilə əlaqəli sorğunuz oldumu?

ZEYNALABDİN BAĞIRZADƏNİ NİYƏ MÜAYİNƏ EDİBLƏR?

- Zeynalabdin Bağırzadə dindirilmə zamanı, müstəntiqin yanında işgəncəyə məruz qalmasını açıq şəkildə bildirdi. Müstəntiq ondan soruşdu ki, bəs bunu əvvəl niyə demirdin. O da qayıtdı ki, məni elə günə salmışdılar ki, nə dediyimi bilmirdim. Müstəntiqin borcu idi ki, bununla bağlı araşdırmaya başlasın. Ancaq o bunda maraqlı olmadı. Üstəlik müstəntiq Zeynalabdin Bağırzadəyə dedi ki, səni tibbi müayinədən keçirmişik. Ancaq onu işgəncəylə bağlı tibbi müayinədən keçirməyiblər. Müayinədə məqsəd onun Çernobıl əlili kimi xəsarətlər alıb-almamasını müəyyən etmək istəyi olub. Yəni artıq işgəncə ilə bağlı şikayət etmək səmərəsizdir. Çünki üstündən xeyli vaxt keçib.

- Bəz Zeynalabdin Bağırzadə ailə üzvləri, huquq müdafiəçiləri ilə görüşəndə niyə işgəncələrə məruz qalmasından danışmayıb?

- Yox, ailə üzvlərinə danışıb. Hüquq müdafiəçilərlə görüşü isə xatırlamır.

- Siz dediniz ki, Zeynalabdin Bağırzadəni tibbi müayinədən keçiriblər. Məqsəd onun Çernobıl əlili olub-olmamasını müəyyən etmək olub. Rəy nədən ibarətdir?

- Zeynalabdin Bağırzadə əlillik adı almaq üçün 1994-cü ildə tibbi müayinədən keçib. O vaxt belə bir razılıq olub ki, kim Çernobılda olubsa ona bir neçə uyğun xəstəlik yazılsın. Çünki şualanma ilə bağlı xəstəliklərin bir çoxu zaman keçdikcə yaranır. Belə bir razılığın olduğu, müstəntiqin də yanında qeyd edildi. Hətta komissiya üzvləri də bunu müstəntiqə etiraf ediblər. İndi Çernobıl əlillərinin hamısı müayinədən keçsə, onların çoxunda əvvəl verilən xəstəliklər heç tapılmayacaq. Ola bilsin ki, fərqli xəstəliklər üzə çıxsın.

- Mən belə başa düşdüm ki, Zeynalabdin Bağırzadə də bu müayinədə əvvəl verilən xəstəliklər tapılmayıb?

«YA 4 İL ƏVVƏLKİ RƏY İŞƏ TİKİLMƏLİDİR, YA DA O RƏYİ VERƏNLƏR MƏSULİYYƏTƏ ALINMALIDIR»

- Bəli. Ola bilsin ki, onda Çernobıl əlili kimi əvvəl qeyd edilənlər yox, başqa xəstəliklər var. Özü də 2008-ci ildə Babək rayonunda olan bütün Çernobıl iştirakçılarının pensiyaların düzgün verilib-verilməməsi araşdırılıb. Yəni orada Zeynalabdin Bağırzadənin xəstə olduğu təsdiqini tapıb və o pensiya almağa davam edib. Mən müstəntiqdən soruşdum ki, 2008-ci ilin yoxlamaları işdə varmı? Müstəntiq dedi ki, yoxdur. Belə çıxır ki, onlar bunda maraqlı deyillər. İndi mən yeni bir vəsatət hazırlayıram. Ya 4 il əvvəlki rəy işə tikilməlidir, ya da o rəyi verənlər məsuliyyətə alınmalıdır. Bilirsiniz məsələ nə yerdədir. Bunun hərbi biletində Çernobılda iştirakı qeyd edilir. Ancaq bunlar deyir ki, bu möhür saxtadır. Hərbi komissarın bir əməkdaşı da deyir ki, «bir salama» bu saxta möhürü başqa bir şəxsə vurdurub.

- Onlar məsuliyyətə alınıblar?

«MƏN ÖZÜM YA RUSİYAYA, YA UKRAYNAYA GEDƏCƏM Kİ...»

- Yox, səbəb də göstərilir ki, cinayətin üstündən uzun müddət keçib. Deməli belədə bunu istənilən adam deyə bilər. Çünki məsuliyyət daşımayacaq. Zeynalabdin Bağırzadənin cinayəti isə güya davam edən olduğundan o məsuliyyətdən kənarda qalmır. Bunlara həqiqət lazım idisə, Rusiyaya və ya Ukraynaya sorğu göndərib həmin hərbi hissənin sənədlərini tələb edə bilərdilər. Bunu etməyiblər. Əksinə heç bir məsuliyyət daşımayan 2 şəxsin ifadəsini əsas götürürlər. Üstəlik bunların üzərində dayandığı bir məqam da var. 1996-cı ildə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərərgah rəisi Çernobılda iştirak edən hərbi hissələrin adlarını açıqlayıb. Orada Zeynalabdin Bağırzadənin qulluq etdiyi hərbi hissənin adı yoxdur. Ancaq burada bir məqam var. Zeynalabdin Bağırzadənin bir qardaşı da Çernobıl iştirakçısıdır. O Çernobıla Zeynalabdin kimi ehtiyatda olarkən yox, hərbi qulluq zamanı göndərilib. Onun isə Çernobılda iştirakı bunlarda şübhə doğurmur. Ancaq onun da qulluq etdiyi hərbi hissənin adı həmin siyahıda yoxdur. Bu bizə həmin siyahının hərtərəfli hazırlandığına şübhə yaradır. Deməli istintaq bütün bu məsələləri aydınlaşdırmaq üçün Rusiya Silahlı Qüvvələrinin Baş Qərərgahına müraciət etməlidir. Ümumiyyətlə mən bilmirəm ki, bunlar həmin siyahını haradan götürüblər. Ona görə də biz özümüz sorğu verməyə hazırlaşırıq. Lazım gəlsə mən özüm ya Rusiyaya, ya Ukraynaya gedəcəm ki, arxivləri tapım.

VİCDAN MƏHBUSU...

- Başqa hansı addımlar atmaq fikrindəsiniz?

- Amnesty İntertional təşkilatı ilə danışıqlarımız olub. Zeynalabdin Bağırzadə atrıq vicdan məhbusu siyahısına salınıb. Yaxın vaxtlarda o Naxçıvanda 1-ci vicdan məhbusu kimi tanınacaq.

Azadlıq Radiosu









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bayden də Trampı təbrik etdi
Bu gün, 00:10
Harris Trampı təbrik etdi
Bu gün, 00:08
Zəngəzur dəhlizi Rusiyasız açılır? - AKTUAL
Bu gün, 00:06
İvanişvilinin şəxsi rejimi: milyarder məqsədinə çatdı, bundan sonra... - GƏLİŞMƏ
Bu gün, 00:05
5 min bağça müəlliminin əməkhaqqı azaldılacaq? - NƏ BAŞ VERİR?
Bu gün, 00:02
Şəhid atası "Leyla Medical"ı məhkəməyə verdi - Təzminat tələb edir
Dünən, 21:28
Trampın qələbəsindən sonra Rusiya Makronu ələ saldı
Dünən, 21:25
Bu uşaqlara 6 min manat veriləcək - Deputatdan ŞAD XƏBƏR
Dünən, 21:01
Kritik müzakirə başladı: İsrail dəyişiklik edib - İran üçün Bakıda tarixi fürsət
Dünən, 20:55
Vəzifəli şəxs qəzada ölmüşdü: Ailəsi 1 milyon tələb edir - TƏFƏRRÜAT
Dünən, 20:49
"Yuxuda da, yatanda da, səhnələrində də Elza sayaqlayırlar..."
Dünən, 19:50
Futbolumuzu “neft iynəsi”ndən necə ayırmaq olar? – AFFA-nı xilas planı haqda təklif
Dünən, 19:47
Bakı və İrəvana təzyiq etməmişik, Tiflislə də... - Lavrov
Dünən, 19:44
Paşinyanın sülh müqaviləsini yubatmasının İLGİNC PƏRDƏARXASI
Dünən, 19:10
BU NƏDİ BELƏ: Bu ünvanda onlarla şirkət qeydiyyata alındı – Riskli vergi ödəyicisi hesab olunurlar
Dünən, 19:02
Ağstafanın icra başçısı ölkədən gizli pul çıxaran şirkətlə anlaşıb - ŞOK FAKT
Dünən, 19:00
"Seçki müharibələri" - Və ya siyasi təhlükəsizliyə təhdidlər hardan qaynaqlanır?
Dünən, 18:58
"Paşinyanın imzasına etibar etmək olmaz" - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:57
Trampın andiçmə mərasimi nə vaxt olacaq? - “USA Today”
Dünən, 18:48
Prezident İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
Dünən, 18:37
İmişi Şəkər Zavodunda nə baş verir: ÖZBAŞINALIQ, KORRUPSİYA, DƏLƏDUZLUQ - VİDEOMÜRACİƏT
Dünən, 18:28
Nazirə məxsu olduğu deyilən şirkətdən əmlak tələb edilir - ÇƏKİŞMƏ
Dünən, 18:25
Azərbaycanda bahalı maşın nömrələrini bu şəxslər alır - ŞƏRH
Dünən, 18:21
Rusiya NATO ilə dialoqa hazırdır, lakin təcavüzə dözməyəcək - Lavrov
Dünən, 18:18
Paşinyan nəzarəti itirir, komandası parçalanır – Köçəryan
Dünən, 18:05
"Yarımsaatlıq rayon toylarına 4 min manata gedirəm"
Dünən, 18:02
Tramp onlardan qisas alacaq, uzun siyahı var - “Politiko”
Dünən, 18:00
Lirə Trampın qələbəsindən “ilhamlanır” – Bu gün dollara qarşı bahalaşan yeganə valyutadır
Dünən, 17:59
Şlyapa Zahid: Vicdanı olmayan adamlar adıma kredit götürüb mənimsəyiblər - MƏHKƏMƏ
Dünən, 17:54
"Elə məhəllələr, məscidlər, pirlər var ki, suyu, yolu yoxdur... - Pulu bu problemlərin həllinə xərcləmək daha əlverişli olar"
Dünən, 17:48
Amerikalılar Trampa “hə” dedilər: Sürpriz, yoxsa gözlənilən nəticə? - İNCƏLƏMƏ
Dünən, 17:46
Müəllimin ölümünə səbəb qəbulda əsəbiləşməsi olub? - MÜCƏRRƏD CAVAB
Dünən, 17:44
“Trump Media”nın səhmləri 60% bahalaşdı - DETALLAR
Dünən, 17:27
Küçədə üşüyən dizayner "Şərq-Qərb Təbabət" Klinikasından oğurluq etdi - TƏFƏRRÜAT
Dünən, 17:25
”Ermənistan böyük güclərin dəhlizinə çevrilə bilər” - Vigen Akopyan
Dünən, 17:20
AQTA-nın dönərlə bağlı YENİ TƏLƏBLƏRİ – Keyfiyyətin artması qiymətə TƏSİR edəcəkmi?
Dünən, 17:19
"Azərkontrakt"ın ləğvi qazın qiymətinə təsir etməyəcək - AKTUAL
Dünən, 17:13
"Səhiyyə Nazirliyi və TƏBİB arasında səlahiyyət mübarizəsi var" - GÖRÜNƏNİ BUDUR
Dünən, 17:05
Gənc jurnalist vəfat etdi - FOTO
Dünən, 17:04
Trampın vədi İranı qorxutdu – SEPAH-dan hədə gəldi
Dünən, 17:01
Ukraynanın dərman şirkəti Azərbaycan bazarına daxil olub
Dünən, 16:58
“Azərdövlətlayihə” Baş Layihə İnstitutu satınalmalarda qanunlara neçə faiz əməl edir - İTTİHAM VAR...
Dünən, 16:52
Rusiyaya qarşı döyüşən erməni əsir düşdü - FOTO
Dünən, 16:48
Naxçıvanda xadimələrdən pul tutulması iddialarına CAVAB GƏLDİ
Dünən, 16:46
ABŞ seçkiləri Paşinyanın siyasətinin iflasını tamamilə üzə çıxardı - Suren Surenyants
Dünən, 16:44
Həbsdə olan MN-nin vəzifəli şəxsi 700 min manata yaxın dəymiş ziyanla bağlı pul ödəyib - TƏFƏRRÜAT
Dünən, 16:42
Polis Akademiyasının keçmiş rəisi vəkil olub - FOTO
Dünən, 16:36
Təkcə Bakıdakı obyektlərinin icarəsindən milyondan artıq qazanır - İSPANİYADAN SONRA AZƏRBAYCAN PROKURORLUĞU DA HƏRƏKƏTƏ KEÇMƏLİDİR!
Dünən, 16:34
Şagird və tələbələri “tor”a salan TƏHLÜKƏ – Bu ərazilərdəki siqaret köşkləri LƏĞV OLUNUR?
Dünən, 16:32
Bəzi Dairə Seçki Komissiyalarının tərkibində dəyişiklik olub - QƏRAR
Dünən, 16:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru