TAMERLAN QARAYEVİN İŞİ ARTDI
Tarix: 20-01-2012, 12:52 |
Çap et
KEÇMİŞ VİTSE-SPİKER HƏM DƏ SİNQAPURDA SƏFİRİMİZ OLDU
Prezident İlham Əliyev Azərbaycanın Sinqapur və Nepal dövlətində səfirlərinin təyinatı ilə bağlı sərəncamlar imzalayıb.
APA-nın məlumatına görə, sərəncama əsasən, Azərbaycanın İndoneziyadakı Tamerlan Qarayev iqamətgahı Cakarta şəhərində olmaqla eyni zamanda Sinqapurda səfiri təyin edilib.
Digər sərəncama əsasən, Azərbaycanın Hindistandakı səfiri İbrahim Hacıyev iqamətgahı Nyu-Dehli şəhərində olmaqla, eyni zamanda Nepal Federal Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.