ŞAHİN MUSTAFAYEVİN MÜAVİNİ RƏSMƏN PROBLEMƏ ÇEVRİLİB
Tarix: 3-10-2013, 09:04 | Çap et
Xatırladaq ki,bir neçə gün bundan öncə Qafqaznews.az –da “Səfərov qardaşlarından şikayət var”adlı,şikayət məktubuna əsaslanan məqalə dərc olunmuşdur. Redaksiyaya daxil olan şikayət məktubunda Tovuz şəhəri, İsmayıl Mürşüdov küçəsi ,ev 21-də yaşayan Xasıyev Niyazi Mahir oğlu bildirirdi ki,həmin ünvanda 4 sot torpaq sahəsi olsa da, onlarla birlikdə orada 5 ailə də yaşayır.
“Ailəmiz həmin ailələrin üçü ilə mehriban münasibətdə olsa da, dördüncü ailə ilə aramızda bəzi problemlər yaşanır.Ola bilsin ki, bu problemlərin səbəbi dördüncü ailənin bizdən fərqli olaraq yüksək çinli məmurların, Səfərov Niyazi Abdulla oğlunun və Səfərov Nizami Abdulla oğlunun ailəsi olmasından irəli gəlir. Nəzərinizə çatdırım ki,bu məmur qardaşlar öz vəzifə səlahiyyətlərindən istifadə edərək,bizdən xəbərsiz, 32 ildir beş ailənin yaşadığı 4 sot torpaq sahəsini, gizlin şəkildə özəlləşdiriblər. Qeyd edim ki,Səfərov qardaşlarından biri İqtisadi İnkişaf nazirinin müavini ,digəri isə Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri vəzifəsində çalışır. Onlar öz məmur vəzifələrindən istifadə edərək Tovuz rayonundakı yerli məmurlara təyziq göstərərək, 4 sot torpaqla bağlı məhkəmənin onların xeyrinə qərar çıxarmasına nail olublar”,-məktubda bildirilirdi.
Məsələ ilə bağlı şikayətçi həmçinin onu da bildirmişdi ki, bütün proseslərə aid lazımı sənədləri və ətraflı məlumatı, onun vəkili yaxın zamanlarda redaksiyamızın elektron poçt ünvanına göndərəcəkdir.Bu gün Niyazi Xasıyev tərəfindən artıq redaksiyamıza daxil olan yeni məktubu oxuculara təqdim edirik:
“Yazıb sizə bildirirəm ki, mən Xasıyev Niyazi Mahir oğlu 1981-ci ildən Tovuz şəhəri İ.Mürşüdov küç,ev 21-də yaşayıram və orada qeydiyyatdayam. Həmin ünvan kommunal yaşayış sahəsi olmaqla 5 mənzildən ibarətdir. Həmin məznillərə giriş-çıxış birdir və bu gün də 5 mənzildən 4-ü özəlləşsə də yenə giriş-çıxış birdir. Həmin məznillərin həyətləri də ümumidir.
Buna baxmayaraq Tovuz rayon XDS İcraiyyə Komitəsinin 16 sentyabr 1971-ci il tarixli qərarına əsasən Tovuz şəhər ,İ. Mürşüdov küç ,21 ünvanında 5 mənzildən 1-də yaşayan Səfərova Qızxanım Müseyib qızına 0,04 ha məhləyanı torpaq sahəsinin ayrılması təsdiq edilmişdir. Hansı ki, həmin dövürdə və eləcə də indi komunal şəraitli mənzillərin ümumi istifadə yerləri ayrıldıqda heç kim tərəfindən mülkiyyətə alına bilməz.
Bundan sonra heç bir qanuni əsas olmadan Kommunal mənzilLərin sakinlərinin ( kirayəçilərin və mülkiyyətçilərin) ümumi istifadəsində olan torpaq sahəsində 0, 04 ha hissəsinə Tovuz rayon torpaq şöbəsinin mütəxəssiləri JN 5000 H kod 50301004 saylı şəhadətnamə verir. Həmin şahadətnamə əsasında Səfərova Qızxanım Müseyb qızı mülkiyyət hüququ əldə etdiyi həmin 0, 04 ha torpaq sahəsini Səfərov Nizami Abdulla oğluna bağışlayır.
Səfərov Nizami Abdulla oğlu daha heç bir maneə olmadan ona bağışlanan 0,04 ha torpaq sahəsini DƏDRX-nın Tovuz Ərzai İdarəsində qeydiyyatdan keçirdir və orada nədənsə 0, 04 ha torpaq sahəsi dönüb olur 0,034 ha. Bu işlərə, yəni həmin torpaq sahəsinin Nizaminin adına özəlləşməsində, ona kömək edən ,onun xalası oğlu, həmin idarədə çalışan Əsgərov İlham Zahid oğludur.
Nəzərinizə çatdırıram ki, mübahisə olunan torpaq sahəsində kommunal mənzillərinin sakinlərinin istifadə etdiyi hamam və tualet binası vardır. Binalardan biri 30 ildən əvvəl, digəri isə təxminən 5 ildə yaxındır ki, inşa olunub.
“ Azərbaycan Respubilkası Mənzil Fondunun özəlləşdirilməsi haqda” Qanunun 5- ci maddəsində göstərilir ki, biri digərindən təcrid olunmamış məhdud kommunal şəraitli mənzillər özəlləşdirilərkən, həmin mənzillərdəki ümumi istifadə yerləri mülkiyyətçilərin ümumi mülkiyyətinə verilir. Belə olan halda Səfərov Nizami Abdulla oğlunun ümumi istifadə də olan hamam –tualet binasını sökdürmək istəyi əsassız və qanuna ziddir. Bəlkə göstərilən yer heç ora deyil. Çünki yerin təhkim aktı olmamışdır.
Hesab edirəm ki, 16 sentyabr 1971-ci ildə 16 saylı qərarla qəbul edilmiş inzibati akt etibarsız hesab edilməlidir. Çünki işə əlavə edilmiş 20 avqust 1986-ci il tarixli Tovuz şəhəri İ. Mürşüdov küçəsi 21 saylı ünvanın texniki pasportunda görünür ki, mübahisə predmeti olan sahə kommunal yaşayışçıların ümumi istifadəsində olan həyətin torpaq hissəsində yerləşir və indi də ümumi istifadədədir.
Bununla əlaqədar 6 dəfə müxtəlif məhkəmə instansiyalarında həmin mülkü işə baxılmış və hər dəfə Səfərov Nizami Abdulla oğlunun xeyrinə qərar qəbul olunmuşdur. Hesab edirəm ki, bu cür qərarların qəbul olunmasına yeganə səbəb Səfərov Nizami Abdulla oğlunun yüksək rütbəli dövlət məmuru olması və bugünkü hörmətli mövqeyidir. Digər tərəfdən də fikirləşirəm ki, bəlkə heç Nizami Səfərovun bundan xəbəri yoxdur,məsələni ona nümayəndəsi başqa məzmunda çatdırır .
Yoxsa inana bilmirəm ki, Nizami Səfərov kommunal ailələrin istifadə etdiyi hamam-tualet binasını sökdürmək qərarına gəlsin. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin hakimi və onun qərardadını dəstəkləyən Gəncə Apellyasiya Məhkəməsinin məhkəmə kollegiyası isə bütün hallarda Nizami Abdulla oğlunun haqlı olduğunu təsdiq edir. Hesab edirəm ki, ölkəmizdə hələ də hakimlərin böyük əksəriyyəti haqlı deyil, hörmətli məmurun mövqeyini gözləyirlər.
Bir də onu nəzərinizə çatdırıram ki, mən özüm də bu mübahisəli məsələyə son verilməsini çox istəyir və necə deyərlər yaşadığım binanı Səfərov Nizamiyə dəyər-dəyməzinə satmaq istəyirəm. Onsuz da Səfərovun mənzili ilə mənim yaşadığım mənzilin giriş qapısı birdir. Dəhlizin bir tərəfi mənə ,digər tərəfi isə Səfərov Nizamiyə aiddir. Məncə bu ən düzgün və hər iki tərəfi qane edən variantdır”. Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Naxçıvansayağı təhsil siyasəti... – korrupsiya və zorakılığa “hə”, əlavə dərsə “yox”!
Bu gün, 10:30 |
|
|
|
• “Çinar Park”ın dövlətə 100 min manatdan çox vergi borcu var - Biznes mərkəzini idarə edir...
Bu gün, 10:22 |
|
|
|
• “Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu” - deputat
Bu gün, 10:17 |
|
|
|
• Azərbaycanda DƏHŞƏT: qardaş qardaşı öldürdü
Bu gün, 10:12 |
|
|
|
• “Bakı Telefon Rabitəsi” sığortaçı seçib
Bu gün, 10:05 |
|
|
|
• Deputat Əminə Ağazadə MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini seçilib - FOTO
Bu gün, 10:04 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib
Bu gün, 09:48 |
|
|
|
• Rusiya ordusu yeni hücuma hazırlaşır - “DeepState”
Bu gün, 09:47 |
|
|
|
• Bu gündən COP29 zolaqları qüvvədən düşüb - DİQQƏT
Bu gün, 09:43 |
|
|
|
• İşçisini acımasızcasına döyən aptek müdiri OLİQARX ÇIXDI... - SİYAHI
Bu gün, 09:42 |
|
|
|
• Kredit sənin üçün bitib, bizim üçün yox... - Bir "Kontakt Home" NAĞILI...
Bu gün, 09:25 |
|
|
|
• Elmi-Tədqiqat Kardiologiya İnstitutu kotirovka sorğusuna yekun vurub
Bu gün, 09:20 |
|
|
|
• AMB işğaldan azad edilmiş ərazilərdə poçt filialına bank lisenziyası verib - İLK DƏFƏ...
Bu gün, 09:19 |
|
|
|
• Bakıda maraqlı boşanma: Milyoner cütlüyün toydan bir ay sonrakı DAVASI - TƏFƏRRÜAT
Bu gün, 09:17 |
|
|
|
• Vilsondan bəri ən ermənipərəst administrasiya… - Tenni
Bu gün, 09:13 |
|
|
|
• Bahar Muradova Faiq Ağayevi təriflədi - FOTO
Bu gün, 09:09 |
|
|
|
• İpoteka və Kredit Zəmanət Fondu 3 illik auditor seçib
Bu gün, 09:05 |
|
|
|
• Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib - FOTO
Bu gün, 09:04 |
|
|
|
• Borc ikiqat artdı: çürüyən dövlətə çevrilirik - Avetisyan
Bu gün, 09:01 |
|
|
|
• CƏZA ARDINCA CƏZA: “Bakı Sığorta”nın səhmdarlarından biri cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 08:59 |
|
|
|
• Fəaliyyətsiz qalmış “Sumqayıt Tikiş” ASC-nin - SƏHMDARLARI TOPLANIR
Bu gün, 08:56 |
|
|
|
• Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
Bu gün, 08:49 |
|
|
|
• Yeni iş tapa bilməyən şəxslər üçün... - Ekspert danışır...
Bu gün, 08:41 |
|
|
|
• `Bazarstore`da konfet alana `vitamin` hədiyyə... - FOTOFAKT
Bu gün, 08:36 |
|
|
|
• Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
Bu gün, 08:30 |
|
|
|
• Ucarda Qarabağ Qazisi NARAZILIQ EDİR... - MÜRACİƏT
Bu gün, 08:22 |
|
|
|
• Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... - O GÖRÜNMƏZDİRMİ?
Bu gün, 08:17 |
|
|
|
• Nəcəflinin XALQLA... XALQA QAPALI GÖRÜŞÜ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:11 |
|
|
|
• Tramp Ərdoğanı Putinlə yaxınlaşdıracaqmı? - NƏ BAŞ VERİR?
Bu gün, 08:08 |
|
|
|
• Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
Bu gün, 08:05 |
|
|
|
• Aqrar sektor niyə sürətlə geriləyir? - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:11 |
|
|
|
• Bayden Trampa qədər nüvə savaşı başladacaq - Skott Ritter
Bu gün, 07:07 |
|
|
|
• Bu boyda işi tək adamın törədə biləcəyinə inanmıram - MƏHKƏMƏ
Bu gün, 07:03 |
|
|
|
• Gəlirlərin artması üçün yeni yol tapılıb - "...nədənsə indi yada düşüb"
Bu gün, 06:48 |
|
|
|
• “Ədəbi əks-səda”nın sədası sonra çıxacaq - MÜSAHİBƏ
Bu gün, 06:46 |
|
|
|
• Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... - AKTUAL
Bu gün, 06:42 |
|
|
|
• COP29-un tarixi uğuru nə oldu? - İNCƏLƏMƏ
Bu gün, 06:36 |
|
|
|
• Köçəryan sirləri açdı: - Qarakənddə vurulan helikopterdə o da olub
Bu gün, 06:29 |
|
|
|
• Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08 |
|
|
|
• Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03 |
|
|
|
• Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36 |
|
|
|
• Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34 |
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40 |
|
|
|
|