"QƏZETİMİZİN DAYANMAQ TƏHLÜKƏSİ VAR"
Tarix: 19-01-2012, 12:16 | Çap et
"GÜNDƏM XƏBƏR"İN ÇÖKDÜRÜLMƏSİNDƏ MARAQLI ŞƏXS ƏLI HƏSƏNOVDUR"
Xeyli vaxtdır ki, "Gündəm Xəbər" qəzeti hakimiyyətdəki bir qrup məmurun təzyiqləri ilə üzləşib. Belə ki, qəzetimizin təsisçisi Şirin Cəfərli barəsində Cinayət Məcəlləsinin 213-cü (vergidən yayınma) və 309-cu (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi açılıb. Bundan başqa, Vergilər Nazirliyi qəzetimizə fantastik məbləğdə - 107 245 manat cərimə kəsib. Qəzetin Bank hesabına həbs qoyulub. Son vaxtlar isə yayım firmaları biri-birinin ardınca qəzetlə nağd hesabalaşmaqdan imtina edir. Bir sözlə, "Gündəm Xəbər"ə qarşı təzyiqlər getdikcə daha sərt xarakter alır. Şirin Cəfəri ilə söhbətimiz də elə bu barədə oldu.
- Şirin bəy, Vergilər Nazirliyi yanında Audit Departamenti "Gündəm Xəbər"ə qəzetinə 107 min manatdan artıq cərimə kəsib. Bu qərarla razılaşmadığınız üçün məhkəməyə müraciət etmisiniz. Məhkəmənin gedişi ilə bağlı nə deyə bilərsiniz? - Əvvəla onu qeyd edim ki, Vergilər Nazirliyi yanında Audit Departametinin çıxardığı qərar saxta idi. Ona görə də biz bu qərarla razılaşmadıq və 1 saylı İnzibati İqtisad Məhkəməsinə müraciət etdik. Məhkəmədə bu işə hakim Sevic Alıyevanın sədrliyi ilə baxılır. Artıq dekabrın 20-da məhkəməyə hazırlıq iclası keçirildi. Həmin iclasda mən dinlənildim, vəkilimiz Elçin Sadıqov lazımi sənədləri məhkəməyə təqdim etdi. Məhkəmənin növbəti iclası yanvar ayının 19-na, saat 11.00-a təyin edilib. Ayın 19-da proses davam etdiriləcək. Mən məhkəmədə hüquqlarımızın bərpa olunması, haqq-ədalətin öz yerini tapmasına çalışacağam. İnanıram ki, Vergilər Nazirliyi yanında Audit Departametinin çıxardığı saxta qərar məhkəmədə öz təsdiqini tapmayacaq. Çünki məhkəmənin bundan fərqli qərar verməsi mümkün deyil. Buna əsas yoxdur. Əgər Azərbayan məhkəmələri müstəqildirsə və özünə hörmət qoyursa, ağ yalanlara yer verməməlidir. Bir sbzlə, məhkəməyə böyük ümid bəsləyirəm. İnanıram ki, orada "tərəzi" öz tarazlığını saxlayacaq və haqq-ədalət yerini tapacaq. Bir məsələni də əqeyd etmək istəyirəm. Bu gün Azərbayanda məmur özbaşınalığı özünün pik nöqtəsinə çatıb. Əksər məmurlar vəzifə səlahiyyətlərindən sui-istifadə edirlər. Onlar elə düşünürlər ki, Azərbaycan dövləti və onun sərvətləri bunların atalarınındır. Bu sərvətlər bunlara dədə-babalarından qalıb və bundan necə lazımdır istifadə edə, Azərbaycanın büdcəsini dağıda bilərlər. Dağdırlar da. Məhz buna görə də bizim qəzetimiz həmin məmurlara qarşı çox sərt mövqe tutur. Ölkədə baş verən özbaşınalıqlar, korrupsiya və rüşvətxorluq, digər qanunsuzluqlar barədə açıq şəkildə, cəsarətlə yazdığımıza, yüksək vəzifəli məmurların iqtisadi maxinasiyalarını işıqlandırdığımıza görə bu cür təzyiqlərə məruz qalırıq. Elə bu səbəbdən də həmin məmurlar bizim əleyhimizə sifarişli qərarlar çıxartdırıb, qəzetimizə yüksək məbləğdə maliyyə sanksiyası tətbiq olunub, bank hesabımıza həbs qoyulub. Vergilər Nazirliyi yanında Audit Departamentinin qərarı bir daha təsdiq etdi ki, müstəqil qəzetləri susdurmaq üçün məmurlar bilərəkdən onlara belə yüksək məbləğdə maliyyə sanksiyası tətbiq edilməsi barədə göstəriş verirlər. Bu qərarlar növbəti dəfə hamıya bəlli oldu ki, Azərbayanda söz azadlığı boğulur, jurnalistlər əziyyət çəkirlər.
- Həmin qərarla bağlı məhkəməyə müraciət etsəniz də, artıq Vergilər Nazirliyi onu icraya yönəldib. Elə bundan sonra bank hesabınıza həbs qoyulub. Məhkəmə prosesi bitməmiş qərarın icraya yönəldilməsini, bank hesabına həbs qoyulmasını nə dərəcədə düzgün addım hesab edirsiz? Bu, qanunidirmi? - Bu təbii ki, düzgün deyil, qanunsuzdur. Məhkəmə qərarı olmadan hər hansı işin icraya yönədilməsi qanunvericiliyə görə, yolverilməzdir. Amma buna baxmayaraq, Azərbayanda belə addımlar atılır. Mən razılşmadığım bir qərardan məhkəməyə müraciət etmişəm, hələ məhkəmə prosesi gedir və qərar qəbul olunmayıb, amma buna baxmayaraq, bizə qarşı təzyiqlər, xüsusən də qəzetimizin iqtisadi dayaqlarına yönələn sanksiyalar davam edir. "Gündəm Xəbər" sırf satışdan gələn gəlir hesabına yaşayan bir qəzetdir. Bizim qəzetə başqa qəzetlərdən fərqli olaraq, nə hökumət, nə müxalifət nümayəndələri, nə də iş adamları tərəfindən heç bir maliyyə dəstəyi yoxdur, ola da bilməz. Qəzetin satışı normaldır, kiçik kollektivimiz var, satışdan gələn qazacımız kollektivi orta səviyyədə olmasa da, saxlamağa imkan verir. Yəni satışımız ac qalmadan yaşamağa imkan verir və qəzetin digər xərclərini də çətiniklə də olsa, çıxarır. Biz qəzetin gələcəkdə daha böyük tirajla çıxması üçün çalışırıq ki, sırf satışla, halal, təmiz yolla özümüzü saxlaya bilək. Amma bəzi məmurlar qəzet yayımı ilə məşğul olan firmalara, konkret olaraq, "Metroservis" və "Qasid" Mətbuat Yayımı firmalarına qeyri-rəsmi şəkildə tapşırıq veriblər ki, qəzetimizin satışdan gələn pul vəsaitini nağd ödəməsinlər, bank hesabına köçürsünlər. Bank hesabımıza isə dediyim kimi, Vergilər Nazirliyi yanında Audit Departamentinin saxta qərarı ilə həbs qoyulub. Həmin tapşırıqdan sonra firmalar bizimlə nağd hesablaşmaqdan imtina ediblər. Satışdan gələn pulu bank hesabımıza köçürürlər. Hesaba həbs qoyulduğundan o pulları ala bilmirik. Yayım firmaları son vaxtlara kimi bizimlə, ümumiyyətlə, bütün qəzetlərlə nağd şəkildə işləyiblər. Hesab edirəm ki, bu cür də davam etməlidir. Çünki həmin firmaların satış məntəqələri satılan qəzetlərin pulunu onlara nağd şəkildə ödəyirlər. Əgər mən istehsalçıyamsa, qəzetimin pulunun bank hesabına köçürülməsi, yoxsa nağd şəkildə ödənilməsi məsələsində mənim istəyim nəzərə alınmalıdır. Yayım firmaları isə "yuxarıdan" gələn tapşırıqla zorən satışdan bizə çatacaq pulu bank hesabına yönəldirlər. Bu və digər sünii şəkildə yaradılan əngəllər nəticəsinldə bu gün "Gündəm Xəbər"in mətbəələrə 3000 manatdan artıq borcu yaranıb. Mən bu borcun altından çıxmaq imkanında deyiləm. Bəzi məmurlar elə hesab edirlər ki, "Gündəm Xəbər" qəzeti də bir sıra qəzetlər kimi hansısa mənbələrdən maliyyələşir. Amma qətiyyən belə deyil. Kiminsə buna şübhəsi varsa, hansısa nazir, məmur və ya müxalifətçinin mənim qəzetimə kömək etdiyini düşünürsə, mənə bildirsin, həmin məmurun və ya şəxsin fəaliyyətindəki nöqsanları ən sərt şəkildə tənqid edim. Çünki faktiki olaraq, heç kim bizə kömək etmir, heç kimin qarşısında öhdəçiliyimiz yoxdur və olmayacaq. Amma elə qəzetlər var ki, ona sponsorluq edən şəxslərlə bağlı yazı yazmır. "Gündəm Xəbər"ə indiyə kimi ölkənin müxtəlif şəhər və rayonlarından minlərlə insan şikayət edib. Bir nəfər də deyə bilməz ki, biz kiminsə şikayətini dərc etməmişik. Demək olar ki, bütün nazirliklərlə və dövlət qurumları ilə bağlı şikayətlər olub və biz onları obyektiv şəkildə araşdırıb işıqlandırmışıq. Bu da bir daha göstərir ki, biz heç kimə bağlı deyilik, tam müstəqlik və müstəqilliyimizi əlimizdən almaq üçün məmurlar qəzetimizə qarşı hücuma keçib bizi çökdürmək istəyirlər.
- Konkret hansı məmurlardan söhbət gedir? - Qəzetimizə qarşı təzyiqlərin arxasında Prezident Adminstrasiyası ictimai siyasi şöbənin müdiri Əli Həsənov dayanır. Əli Həsənov bizim cərimə olunmağımız, bank hesabımıza həbs qoyulması, qəzetimizin yayımına əngəllər törədilməsinin birbaşa sifarişçisidir. Qəzetimizin çökdürülməsində maraqlı olan bir nömrəli şəxs Əli Həsənovdur. O istəmir ki, biz onun qurduğu işlərlə bağlı nəsə yazaq, onun fəaliyyətini tənqid edək. Əli Həsənov belə şeylərə çox dözümsüzdür. Elə dözümsüz olduğuna görə də qəzetimizə qarşı təzyiq kampaniyasına start verdi. Bunlar hətta məni həbs etdirmək istəyirdilər. Əli Həsənovun təsiri altında olan Mətbuat Şurası mənimlə əlaqədar Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət etmişdi. Bu müraciətin arxasında məni həbs etdirmək məqsədi dururdu. Amma müraciət əsaslı deyildi. Çünki kim tərəfindən Mətbuat Şurasına şikayət edilmişdi, Mətbuat Şurası hansı ərizə əsasında məndən sözügedən idarəyə şikayət etmişdi, bunlar yox idi. Şuranın müraciətinin arxasında fakt və arqumentlər dayanmırdı. Təbii ki, Azərbaycanda dövlət məmurlarının hamısını pisləmək haqsızlıq olardı. Dövlət məmurları arasında öz obyektivliyini, düzgünlüyünü qoruyan insanlar da var. Onlar bizim həbs olunmağımızla bağlı heç bir addım atmadılar. Çünki dediyim kimi, Mətuat Şurası tərəfindən verilən şikayət əsassız idi. Bu şikayət təmin olunmasa da, Vergilər Nazirliyi Əli Həsənovun sifarişini yerinə yetirdi, haqqımızda saxta qərar çıxardı, hesabımıza həbs qoydu. Bütün bunlar bizə ciddi çətinliklər törədir, artıq qəzetimizin dayanmaq təhlükəsi var. Buna baxmayaraq, biz öz yolumuza sadiq qalacağıq. Mən fürsətdən istifadə edib üzləşdiyimiz çətinliklərlə bağlı qəzetimizin oxucularına müraciət etmək istəyirəm ki, biz bu gün bir qrup məmurun ciddi təzyiqlərinə məruz qalmışıq. Mən oxucularımızı qəzetimizə dəstək nümayiş etdirməyə çağırıram. İmkanlı oxuculardan xahiş edirəm ki, səyyar qəzet satıcılarına müraciət edib "Gündəm Xəbər"i bir-bir yox, üç-üç, dörd-dörd alsınlar və imkansız oxuculara da təqdim etsinlər. Belə bir obyektiv qəzeti araya-ərsəyə gətirmək çox çətindir. Mən bunu özümüzü tərifləmək üçün demirəm. Reallıq budur. Oxuculardan xahiş edirəm ki, qəzetimizin dayanmasına imkan verməsinlər, qoy bizə maliyyə sanksiyaları tətbiq edib qəzetimizi iqtisadi cəhətdən çökdürmək istəyənlərin arzusu gözündə qalsın. Söhbət Azərbaycanda müstəqil, obyektiv və cəsarətli bir qəzetin ayaq üstə dayanmasından gedir. Biz redaksiyada bir neçə nəfərik, amma bu qəzet minlərlə insanın hüquqlarını müdafiə edir, şikayətlərini ictimailəşdirir. Ona görə də imkan dairəsində bu qəzeti qorumaq lazımdır ki, Əli Həsənov kimi məmurların ayğının altında əzilməsin.
- Yeri gəlmişkən, son vaxtlar müstəqil qəzetlərin çökdürülməsi üçün onların yayımına da ciddi maneələr var. Bu baxımdan "Gündəm Xəbər" hansı çətinliklərlə üzləşib?
(davamı var)
Zöhrab – “GÜNDƏM XƏBƏR”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58 |
|
|
|
• Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55 |
|
|
|
• Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53 |
|
|
|
• Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Dünən, 12:50 |
|
|
|
• "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38 |
|
|
|
• Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Dünən, 12:30 |
|
|
|
• Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Dünən, 12:27 |
|
|
|
• MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Dünən, 12:14 |
|
|
|
• Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Dünən, 12:09 |
|
|
|
• “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Dünən, 12:06 |
|
|
|
• Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Dünən, 12:03 |
|
|
|
• Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Dünən, 11:56 |
|
|
|
• Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Dünən, 11:53 |
|
|
|
• İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Dünən, 11:52 |
|
|
|
• Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Dünən, 11:38 |
|
|
|
• Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Dünən, 11:21 |
|
|
|
• Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Dünən, 11:19 |
|
|
|
• Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Dünən, 11:17 |
|
|
|
• Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Dünən, 11:13 |
|
|
|
• Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Dünən, 11:09 |
|
|
|
• DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Dünən, 11:07 |
|
|
|
• Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Dünən, 10:59 |
|
|
|
• "Səni 12 ildir mən gözəlləşdirmişəm"
Dünən, 10:56 |
|
|
|
• İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Dünən, 10:50 |
|
|
|
• Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Dünən, 10:47 |
|
|
|
• Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Dünən, 10:44 |
|
|
|
• Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? - İLGİNC İDDİALAR
Dünən, 10:43 |
|
|
|
• Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə yeni direktor təyin edilib - ƏMR
Dünən, 10:32 |
|
|
|
• AYNA Bakıda bu işlərə 1,2 milyon manat xərcləyəcək
Dünən, 10:30 |
|
|
|
• "İran azərbaycanlıları Ermənistana yanacaq və digər yüklərin daşınmasına qarşı etiraz etməlidirlər" - deputat
Dünən, 10:27 |
|
|
|
• Bakı ilə Ankaranın ZƏNGƏZUR SÖZBİRLİYİ... - İrəvan yola gəlməlidir...
Dünən, 10:21 |
|
|
|
|