“Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu” .....                     Azərbaycanda DƏHŞƏT: .....                     “Bakı Telefon Rabitəsi” sığortaçı seçib .....                     Deputat Əminə Ağazadə MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini seçilib .....                     Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib .....                     Rusiya ordusu yeni hücuma hazırlaşır .....                     Bu gündən COP29 zolaqları qüvvədən düşüb .....                     İşçisini acımasızcasına döyən aptek müdiri OLİQARX ÇIXDI... .....                     Kredit sənin üçün bitib, bizim üçün yox... .....                     Elmi-Tədqiqat Kardiologiya İnstitutu .....                     AMB işğaldan azad edilmiş ərazilərdə poçt filialına bank lisenziyası verib .....                     Bakıda maraqlı boşanma: Milyoner cütlüyün toydan bir ay sonrakı DAVASI .....                     Vilsondan bəri ən ermənipərəst administrasiya… .....                     Bahar Muradova Faiq Ağayevi təriflədi .....                     İpoteka və Kredit Zəmanət Fondu .....                     Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib .....                     Borc ikiqat artdı: çürüyən dövlətə çevrilirik .....                     CƏZA ARDINCA CƏZA: “Bakı Sığorta”nın səhmdarlarından biri cərimələndi .....                     Fəaliyyətsiz qalmış “Sumqayıt Tikiş” ASC-nin .....                     Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... .....                     Yeni iş tapa bilməyən şəxslər üçün... .....                     `Bazarstore`da konfet alana `vitamin` hədiyyə... .....                     Burda müştərini rəsmən QARƏT EDİRLƏR .....                     Ucarda Qarabağ Qazisi NARAZILIQ EDİR... .....                     Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... .....                     Nəcəflinin XALQLA... XALQA QAPALI GÖRÜŞÜ... .....                     Tramp Ərdoğanı Putinlə yaxınlaşdıracaqmı? .....                     Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb .....                     Aqrar sektor niyə sürətlə geriləyir? .....                     Bayden Trampa qədər nüvə savaşı başladacaq .....                     Bu boyda işi tək adamın törədə biləcəyinə inanmıram .....                     Gəlirlərin artması üçün yeni yol tapılıb .....                     “Ədəbi əks-səda”nın sədası sonra çıxacaq .....                     Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... .....                     COP29-un tarixi uğuru nə oldu? .....                     Köçəryan sirləri açdı: .....                     Türkiyədən ermənipərəst jurnalistə qadağa: .....                     Bu gün Kəlbəcər Şəhəri Günüdür .....                     Berbok Bakını niyə erkən tərk edib? .....                     Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub .....                 

100 SAYLI MƏKTƏBİN 101 MÜƏMMASI
Tarix: 28-09-2013, 10:50 | Çap et
100 SAYLI MƏKTƏBİN 101 MÜƏMMASI
Dərslər təzə başlasa da, təhsil işlərinə yeni nazir baxsa da, valideynlərdən köhnə şikayətlər eşidilməkdədir. Köhnə deyərkən, söhbət məktəblərə qanunsuz toplanan «fond pulları»ndan, müəllimlərin hədiyyə umacaqlarından və s. arzuolunmaz hallardan gedir. «Köhnə» sözünü bir gerçəklə də bağlı işlətmək olar – ata-anaların əksəriyyəti köhnə xasiyyətlərindən əl çəkmir, övladlarının problemlə üzləşəcəyini əsas gətirib, açıq-aşkar şikayətlərdən çəkinir, ad və dəqiq ünvan göstərmək istəmir. Elə Bakının Binəqədi rayonundakı 100 saylı orta məktəbdən AzadlıqRadiosuna şikayət məktubu da belələrindən gəlib:

MƏKTUBDA SADALANAN İDDİALAR

«Ənənəvi «Müəllim günü»nə hər şagirddən 30 manat istəyirlər. İllik mühafizəpulu 9 manat, testpulu 9 manat, tabaşir və süpürgəpulu 2 manat, səhər növbəsi dərsə getmək üçün də 20 manat vermək lazımdır. Amma bununla bitmir. Yeni il və 8 Mart bayramlarının hərəsinə 30 manat yığılır. 4-cü sinfədək şagirdlər dərsdən sonra məcburi hazırlığa cəlb olunur. Bunun üçün də hərəyə 20 manat tələb edilir... Biz valideynlər şikayət edəndə uşaqları gözümçıxdıya salırlar, dərs soruşmurlar, müxtəlif yollarla təzyiq göstərirlər».

MƏKTƏB DİREKTORU: «...KORRUPSİYA İDARƏSİNƏ ŞİKAYƏT ETSİNLƏR»

Adıçəkilən məktəbin direktoru Gülnarə Məmmədova məktubda yazılanların yalan olduğunu bildirir:

«Yazıblar, gəlsinlər onu sübut etsinlər. Mühafizəyə pul yığılmasına gəlincə, məktəbdə müəllim-valideyn assosiasiyası fəaliyyət göstərir və mən pulla bağlı işə qarışmıram. Mühafizə var – qanun çərçivəsində assosiasiya ilə müqavilə bağlanıb. Assosiasiyanın rəhbəri pulu verir. Pullar banka qoyulur. Çeklər də var. Həmin məsələyə assosiasiya cavabdehdir. Başqa məsələlərə gəlincə, biz tabaşirdən deyil, markerdən istifadə edirik. Qaldı Yeni il üçün pul yığılmasına, belə söz-söhbəti çox eşitmişik. Qapım açıqdır. Gəlsinlər, şikayət etsinlər, o müəllimlə bağlı tədbir görüm. Ya da korrupsiya idarəsi var, məndən ora şikayət etsinlər. Pisəm, işdən çıxarsınlar».

Direktor məktəbin yeni təmirdən çıxdığını, dövlət tərəfindən bütün avadanlıqlarla təmin olunduqlarını da bildirir:

«Partamız var, markerlə işləyən qəşəng lövhəmiz var. Biz tabaşir işlətmirik. Mən elə səviyyəsiz direktor deyiləm dövlətin verdiyi tabaşiri pulla satım».

«MAAŞ BƏS ELƏSƏ...»

Məktəblərdə pul yığmağın qarşısını almaq üçün ən çox müəllimlərin maaşını artırmaq təklifi yer alır. Bu təklif Yevlax şəhərində müəllim çalışan və ayda 180 manat maaş alan Ruslan Əliyevin də ürəyincədir:

«Maaş bəs eləsə, müəllimin əlavə pul yığmasına ehtiyac qalmaz».

Astara rayonunun Ovala kənd orta məktəbinin direktoru Etibar Baxşıyev ötən illərlə müqayisədə bölgə məktəblərinin maddi-texniki təminatında, tədrisin keyfiyyətində və müəllimlərin dolanışıq səviyyəsində xeyli irəliləyiş olduğunu düşünür. O, bu il istifadəyə verilən bir məktəbdə çalışır:

«Məktəbi Heydər Əliyev Fondu tikib. Müasir tələblərə cavab verir və hər cür şəraiti var. Məktəbdə bizi çox narahat edən elə bir problemimiz yoxdur. Bircə problemimiz odur ki, məktəbimiz odunla qızdırılır. Həmi odunla da artıq təmin ediblər, gətirib yığmışıq məktəbə. Zəhmət tələb edən iş yalnız budur».

«HƏR MÜƏLLİMİN TOYUQ-CÜCƏSİ VAR...»

Etibar Baxşıyev bu il sentyabrın 1-dən qüvvəyə minən 10 faizlik artımdan sonra 300 manata yaxın maaş alacağını söyləyir:

«Məsələn, mən iki yüz neçə manat alırdım, indi 20-25 manat artım olacaq. Dərs yükündən asılı olaraq müəllimlər arasında 200 manat da alan var, 250 manat da...».

Bu pulun yetərli olub-olmadığına gəlincə, məktəb direktoru müəllimlərin digər sahələrdən də qazanc götürdüklərini deyir:

«Kənd yeridir, təsərrüfatımız var. Hərənin toyuğu-cücəsi var. Mal-qara saxlayırıq, arıçılıqla məşğul oluruq».

Direktorun dediyinə görə, onun rəyini soruşsalar, müəllimlərin maaşının 500 manatadək qaldırılmasını istərdi.

«NORMAL ADAM 200 MANATA GÖRƏ ƏSƏBLƏRİNİ KORLAYARMI?»

Sabiq təhsil naziri Misir Mərdanov hələ vəzifədə olarkən, bir müşavirədə müəllimlərin maaşlarının çox aşağı olduğunu etiraf etmişdi:

«Bu gün Azərbaycanda əl üstündə saxlamağa layiq müəllimlər var. Biz onlara 200 manat pul veririk. 200 manata kim uşaq hazırlayar? Biz gedib hazırlayarıq? Əlbəttə, yox. Müəllimə 2 min manat maaş ver, gör, uşaq repetitor yanına gedir, ya getmir. Üzr istəyirəm, normal, ağlı başında olan adam gedib 200 manata əsəblərini korlayarmı?».

Yeni təhsil naziri Mikayıl Cabbarov da müəllim maaşlarının azlığını təsdiqləyir. O, sentyabrın 26-da Amerika-Azərbaycan Ticarət Palatasının keçirdiyi tədbirdə bu məsələyə toxunaraq deyib:

«Azərbaycanda müəllimlərin maaşları artırılmalıdır, lakin bunun nə qədər yox, necə edilməsi əsasdır».

«SİYASİ SİSTEMİN TƏSİRİ ÇOX GÜCLÜDÜR»

Təhsil eksperti, orta məktəb müəllimi Nabatəli Qulamovun problemdən çıxış yolu haqqında fərqli düşüncəsi var:

«Təhsilə təsir edə biləcək yeganə məsələ varsa, o da siyasi sistemdir. Siyasi sistem dəyişmədən təhsilin dəyişməsi çətin məsələdir. Məktəblərə siyasi sistemin təsiri çox güclüdür. Sistem dəyişməyincə, təhsil də dəyişən deyil».

Maaş artımının məktəblərdəki vəziyyətə təsir imkanlarına gəlincə, ekspertin fikrincə, belə bir addım haradasa 30 faiz təsir edə bilər və dərhal da sözlərinə əlavə edir:

«Bu, Azərbaycan təhsilini mövcud problemlərdən xilas edə biləcək göstərici deyil».









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu” - deputat
Bu gün, 10:17
Azərbaycanda DƏHŞƏT: qardaş qardaşı öldürdü
Bu gün, 10:12
“Bakı Telefon Rabitəsi” sığortaçı seçib
Bu gün, 10:05
Deputat Əminə Ağazadə MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini seçilib - FOTO
Bu gün, 10:04
Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib
Bu gün, 09:48
Rusiya ordusu yeni hücuma hazırlaşır - “DeepState”
Bu gün, 09:47
Bu gündən COP29 zolaqları qüvvədən düşüb - DİQQƏT
Bu gün, 09:43
İşçisini acımasızcasına döyən aptek müdiri OLİQARX ÇIXDI... - SİYAHI
Bu gün, 09:42
Kredit sənin üçün bitib, bizim üçün yox... - Bir "Kontakt Home" NAĞILI...
Bu gün, 09:25
Elmi-Tədqiqat Kardiologiya İnstitutu kotirovka sorğusuna yekun vurub
Bu gün, 09:20
AMB işğaldan azad edilmiş ərazilərdə poçt filialına bank lisenziyası verib - İLK DƏFƏ...
Bu gün, 09:19
Bakıda maraqlı boşanma: Milyoner cütlüyün toydan bir ay sonrakı DAVASI - TƏFƏRRÜAT
Bu gün, 09:17
Vilsondan bəri ən ermənipərəst administrasiya… - Tenni
Bu gün, 09:13
Bahar Muradova Faiq Ağayevi təriflədi - FOTO
Bu gün, 09:09
İpoteka və Kredit Zəmanət Fondu 3 illik auditor seçib
Bu gün, 09:05
Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib - FOTO
Bu gün, 09:04
Borc ikiqat artdı: çürüyən dövlətə çevrilirik - Avetisyan
Bu gün, 09:01
CƏZA ARDINCA CƏZA: “Bakı Sığorta”nın səhmdarlarından biri cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 08:59
Fəaliyyətsiz qalmış “Sumqayıt Tikiş” ASC-nin - SƏHMDARLARI TOPLANIR
Bu gün, 08:56
Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
Bu gün, 08:49
Yeni iş tapa bilməyən şəxslər üçün... - Ekspert danışır...
Bu gün, 08:41
`Bazarstore`da konfet alana `vitamin` hədiyyə... - FOTOFAKT
Bu gün, 08:36
Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
Bu gün, 08:30
Ucarda Qarabağ Qazisi NARAZILIQ EDİR... - MÜRACİƏT
Bu gün, 08:22
Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... - O GÖRÜNMƏZDİRMİ?
Bu gün, 08:17
Nəcəflinin XALQLA... XALQA QAPALI GÖRÜŞÜ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:11
Tramp Ərdoğanı Putinlə yaxınlaşdıracaqmı? - NƏ BAŞ VERİR?
Bu gün, 08:08
Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
Bu gün, 08:05
Aqrar sektor niyə sürətlə geriləyir? - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:11
Bayden Trampa qədər nüvə savaşı başladacaq - Skott Ritter
Bu gün, 07:07
Bu boyda işi tək adamın törədə biləcəyinə inanmıram - MƏHKƏMƏ
Bu gün, 07:03
Gəlirlərin artması üçün yeni yol tapılıb - "...nədənsə indi yada düşüb"
Bu gün, 06:48
“Ədəbi əks-səda”nın sədası sonra çıxacaq - MÜSAHİBƏ
Bu gün, 06:46
Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... - AKTUAL
Bu gün, 06:42
COP29-un tarixi uğuru nə oldu? - İNCƏLƏMƏ
Bu gün, 06:36
Köçəryan sirləri açdı: - Qarakənddə vurulan helikopterdə o da olub
Bu gün, 06:29
Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08
Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03
Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36
Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34
"Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28
Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26
“Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21
Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35
Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33
Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22
Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42
Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40
Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37
Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru