İRAN AZƏRBAYCANA KİBERMÜHARİBƏ ELAN ETDİ
Tarix: 16-01-2012, 15:06 |
Çap et
ARTIQ 3 RƏSMİ SAYTIMIZ FARS HAKERLƏR TƏRƏFİNDƏN DAĞIDILIB
Azərbaycanın dövlət qurumlarının və hökumət strkturlarının İnternet saytlarına total hakker hücumu başlayıb. Bununla bağlı “Qafqazinfo”ya [email protected] ünvanından məlumat daxil olub. Məlumatda bu ifadələr yer alıb: “Hiyləgərlərin hiyləsini puça çıxaran Allahın adı ilə! On ildən artıqdır ki, ABŞ, Qərb və İsrailin kəşfiyyat orqanları ilə əməkdaşlıq edən bəzi media qurumları, veb-saytlar İslam müqəddəsliklərinə qarşı ləyaqətsiz savaşa qalxıb. Müqəddəsliklərin müdafiəsi hər bir inanclı müsəlmanın əqidə borcudur. Bir qrup İslamçı veb-mühəndis düşmənlərin virtual hücumlarına cavab vermək qərarına gəlib. Bu günlərdə anti-islam saytların yaşayacağı problemləri bir cavab olaraq qəbul edin”.
Hazırda Rabitə və İnformasiya Texnologialarının www.rabita.az, Konstitusiya Məhkəməsinin constcourt.gov.az və Yeni Azərbaycan Partiyasının yap.org.az saytları dağıdılıb.