"BANK OF BAKU"NUN "BOXÇA"SINA DÜŞMƏYİN
Tarix: 14-09-2013, 13:25 | Çap et
Azərbaycanda bankların əksəriyyətinin müştəriləri aldatması artıq adi hal alıb. Çünki dəfələrlə ölkədə fəaliyyət göstərən bəzi bankların müxtəlif vasitələrlə necə fırıldaqlar etdiyini, vətəndaşları aldatmaları barədə araşdırma yazıları dərc etmişik. Araşdırmalar zamanı faktlarla təsdiq olunurdu ki, banklar çox vaxt insanları aldatmaqla məşğuldur. Lakin banklardan şikayət bitmir. Nədən ki, vətəndaşların hüquqları pozulsa da, həmin banklara qarşı heç bir tədbir görülmür. Bu səbəbdən də redaksiyamıza banklar haqqında yenə də şikayət dolu məktublar daxil olur.
“Bank of Baku” tərəfindən hüququnun pozulduğunu bildirən məcburi köçkün Ə.Məmmədov bankın aldadıcı kampaniyaya start verdiyini söylədi. Onun sözlərinə görə, “Bank of Baku” yeni qazanc yolu tapıb, indi də paytaxtın marketlərində “Box'ça” satdırır.
Yəqin bəzi oxucular üçün maraqlı olar ki, bu “Box'ça” nədir? Bu kampaniyanın nə qədər cəlbedici olduğunu bildirmək üçün “Box'ça”nın nə olduğunu elə bankın öz şərtləri ilə təqdim edəcəyik. “Bank of Baku”nun sözügedən kampaniyasında bildirilir ki, “”Box'ça” - sizlərin gündəlik ehtiyaclarını qarşılamaq və rahatlığınızı təmin etmək məqsədilə “Bank of Baku” tərəfindən təqdim olunan yeni məhsuldur. 20 yaşı tamam olmuş hər bir şəxs cəmi 1 AZN ödəməklə “Box`ça” adlı xüsusi qutu ala biləcək”.
“Box'ça”nın daha cəlbedici olması üçün üzərində yazılıb: “Cəmi 1 manata 500 AZN-i cibinizə qoyun”.
“Box'ça”nın içində nə var?
“Box'ça”da hələlik aktiv olmayan Bolkart hissə-hissə ödəniş kartı və ya Pul kredit kartı, kartların aktivləşdirmə şərtləri və aktivləşdirmək üçün ünvanlar var.
“Box'ça”da hansı güzəştlər var?
“Box'ça”nı təqdim edən şəxs nağd pul kreditinə - 2%-lik endirim əldə edir.
Kartı necə aktivləşdirmək olar?
Kartı aktivləşdirmək üçün bankın filiallarına yalnız şəxsiyyət vəsiqəsilə müraciət olunmalıdır.
“Box'ça”nın içindəki məlumatda bildirilir ki, 500 AZN “Box'ça”sı sizə 6 ay müddətinə sərfəli faiz dərəcələri ilə rəsmiləşdirilən 500 AZN məbləğli kredit kartı təqdim edir. Kredit məbləği kartda ayrılır və müştəri növbəti gündən etibarən vəsaiti nağdlaşdıra bilər. Bankın təkrar müştəriləri və rəsmi iş yeri olan şəxslər daha iri məbləğdə (5000 AZN-dək) pul kredit kartı əldə edə bilər. Kreditdən imtina olunarsa, karta görə ödədiyiniz 1 AZN-i ödəniş etdiyiniz məntəqədən ödəniş çekini təqdim etməklə 14 gün (! - red.) ərzində geri ala bilərsiniz.
Mətləbə keçməzdən öncə qeyd edək ki, arayışsız (guya - red.) bolkart və nağd pul krediti “Səbət”, “Bizim Market”, “Fresco”, “Marko Market”, “Əminə Market”, “Bolmart Market”, həmçinin “Computex” və “Ev Elektronics” mağazalarında satılır...
“Bank of Baku”nun “Marko Market”də satdırdığı 500 AZN-lik “Box'ça”nı alan Ə.Məmmədov səhərisi günü bankın Atatürk pr.42 ünvanındakı Baş ofisinə yollanıb: “Bankdakı məlumat bürosuna yaxınlaşıb Pul kredit kartını aktivləşdirmək istədiyimi bildirdim. Bankın xanım işçisi dedi ki, Pul kredit kartını aktivləşdirmək üçün Bakıda daimi qeydiyyatda olan vətəndaşlar yalnız şəxsiyyət vəsiqəsini, məcburi köçkünlər isə “Qaçqınkom”dan arayış təqdim etməlidir. Dilxor halda evə qayıtdım. Həftənin şənbə günü olsa da, yaşadığım ərazinin Mənzil-Kommunal İstismar Səhəsində arayışların verilmə günü idi. Odur ki, vaxt itirmədən MKİS-ə yollandım. Ancaq burda da bəxtim gətirmədi. MKİS rəisinin ərazidə olduğunu dedilər. MKİS bazar günü işləmədiyi üçün daha bir gün də gözləməli oldum. İki gündən sonra arayışı əldə edib, nəhayət, ehtiyaclarımı ödəyəcək pulu almaq həvəsilə banka gəldim. Növbəyə durmaq üçün bilet götürüb və 1 saatdan artıq gözləməli oldum. Nəhayət, növbəm çatdı. Sevinclə tabloda stol nömrəsi göstərilən bank mütəxssisinə yaxınlaşıb, 500 AZN-lik “Box'ça”nın Pul kredit kartını aktivləşdirmək istədiyimi bildirdim. Və şəxsiyyət vəsiqəsini, MKİS-dən aldığım arayışı (qeyd edək ki, arayışda Ə.Məmmədovun həqiqətən yaşadığı ünvanda müvəqqəti olaraq məcburi köçkün kimi məskunlaşdığı təsdiq edilib - red.) və Pul kredit kartını bank mütəxəssisinə təqdim etdim. Bank mütəxəssisi qarşısındakı sənədləri nəzərdən keçirdikdən sonra sorğu-suala keçdi. Məndən soruşduğu ilk sual “harada işləyirsiniz” oldu. Harada işlədiyimi, ev telefonunun öz adıma olduğunu, ailə üzvlərimin sayını və “Bank of Baku”dan indiyədək kredit götürmədiyimi dedim. Bu sorğu-sualdan sonra qarşısındakı kompüterdə araşdırma aparan bank mütəxəssisi bildirdi ki, bu kampaniya çərçivəsində mənə kredit verə bilməyəcək. Səbəbini soruşanda bank mütəxəssisi qayıtdı ki, vaxtilə həyat yoldaşınız bizdən götürdüyü kreditin ödənişində gecikmələr edib. Bu adamı başa salmağa çalışdım ki, “həyat yoldaşımın vaxtilə kredit ödənişindəki gecikmənin bu məsələyə nə aidiyyəti var axı?! Həmin kredit çox-çox öncə ödənilib qurtarıb. Bir də ki, mən bu müstəqil ölkənin bir vətəndaşıyam. Belə çıxır ki, mənim vətəndaşlıq hüquqlarımı “Bank of Baku” müəyyənləşdirir? Lap deyək ki, ailəmdən kimsə vaxtilə bu bankdan kredit götürüb və ödənişində gecikmələr edib. Onun mənim vətəndaşlıq hüquqlarıma nə dəxli var? Bu gün vaxtilə hansısa bir cinayəti törədən və uzun müddət həbsdə cəzasını çəkərək, azadlığa çıxmış adamın yenidən cəmiyyətdə bir vətəndaş olaraq yer tutmasına çalışıldığı bir ölkədə siz bir bank işçisi kimi mənim hüquqlarımı məhdudlaşdırırsınız ki, kredit verə bilmərik. Bu barədə niyə reklamımızda qeyd etmirsiniz ki, bu krediti kimlər ala bilər, kimlər yox. Reklamınızda bu məlumatı yazsaydınız, vaxtımı sizin yalançı reklamınıza sərf etməzdim... Nə isə... Mən çox dedim, o, az eşitdi. İki ayağını bir başmağa dirədi ki, yox, sizə kredit vermək mümkün deyil. Əlacsız qalıb, əsəblərim tarıma çəkilmiş halda bankı tərk etdim... Onu da deyim ki, bu yalançı reklama aldanan tək mən deyildim. Məndən əvvəlki digər müştəri də bankın “Box'ça” kampaniyası ilə onu aldatdığından şikayətlənirdi ki, bankda müştərilərə arayışsız kredit verildiyini reklam etsələr də, indi məndən işlədiyimi təsdiqləyən sənəd göstərməyimi tələb edirlər, reklamda bütün şərtləri yazsaydılar işimizi bilərdik...”
Əcəba, bəlkə Ə.Məmmədov, elə digər vətəndaşlar da iradlarında haqsızdırlar?
Ancaq müraciət etdiyimiz ekspertlər bankların müştəriləri yalançı reklam kampaniyaları ilə aldatdığını təsdiqlədilər. Ekspertlərin sözlərinə görə, bu gün bankların mütləq əksəriyyəti reklamlarında ya düzgün məlumat yazmırlar, yaxud da natamam məlumat verirlər: “Bu isə istehlakçı hüququnun pozulmasıdır. Çünki reklamı oxuyan müştəri həmin reklama inanıb banka yollanır. Bankda isə məlum olur ki, bu, sadəcə, reklamdır. Çünki bankların həyata keçirdiyi kredit siyasətinin əsasında müştəri yığmaq üçün hazırlanan cəlbedici səslənən reklamlar dayanır. Paytaxt küçələrində, ictimai nəqliyyatda və televiziya vasitələrində “sərfəli kredit” reklamlarına tez-tez rast gəlmək olar. Ancaq bu reklamlardakı qeyd olunanlarla reallıq arasında olduqca böyük fərq var”.
Halbuki bank bir qəpiyini belə, itirməmək üçün müştərilərini seçərkən onları süzgəcdən keçirir, özü də çox xırda gözlüsündən. Ancaq vətəndaşların hüquqlarına gələndə... Sabir demişkən, “qoy mən tox olum, özgələr ilə nədi karim, dünyavü cahan ac olur olsun, nə işim var?!”
İndi yazıq Ə.Məmmədov marketdən aldığı 500 AZN-lik “Box'ça”nı qaytardıqdan sonra 14 gün gözləməlidir ki, 1 manatını geri ala bilsin. Bəs”Bank of Baku”nun 500 AZN-lik “Box'ça”sına sahib olmaq üçün Ə.Məmmədovun arayışa verdiyi 1 manatı, sərf etdiyi zamanı, gərilən əsəblərini, sağlamlığını kim geri qaytaracaq?! Bu barədə pulunuzu sayıb qurtarandan sonra da düşünməyə dəyər, cənablar!.. \ tezadlar \
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Borc ikiqat artdı: çürüyən dövlətə çevrilirik - Avetisyan
Bu gün, 09:01 |
|
|
|
• CƏZA ARDINCA CƏZA: “Bakı Sığorta”nın səhmdarlarından biri cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 08:59 |
|
|
|
• Fəaliyyətsiz qalmış “Sumqayıt Tikiş” ASC-nin - SƏHMDARLARI TOPLANIR
Bu gün, 08:56 |
|
|
|
• Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
Bu gün, 08:49 |
|
|
|
• Yeni iş tapa bilməyən şəxslər üçün... - Ekspert danışır...
Bu gün, 08:41 |
|
|
|
• `Bazarstore`da konfet alana `vitamin` hədiyyə... - FOTOFAKT
Bu gün, 08:36 |
|
|
|
• Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
Bu gün, 08:30 |
|
|
|
• Ucarda Qarabağ Qazisi NARAZILIQ EDİR... - MÜRACİƏT
Bu gün, 08:22 |
|
|
|
• Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... - O GÖRÜNMƏZDİRMİ?
Bu gün, 08:17 |
|
|
|
• Nəcəflinin XALQLA... XALQA QAPALI GÖRÜŞÜ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:11 |
|
|
|
• Tramp Ərdoğanı Putinlə yaxınlaşdıracaqmı? - NƏ BAŞ VERİR?
Bu gün, 08:08 |
|
|
|
• Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
Bu gün, 08:05 |
|
|
|
• Aqrar sektor niyə sürətlə geriləyir? - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:11 |
|
|
|
• Bayden Trampa qədər nüvə savaşı başladacaq - Skott Ritter
Bu gün, 07:07 |
|
|
|
• Bu boyda işi tək adamın törədə biləcəyinə inanmıram - MƏHKƏMƏ
Bu gün, 07:03 |
|
|
|
• Gəlirlərin artması üçün yeni yol tapılıb - "...nədənsə indi yada düşüb"
Bu gün, 06:48 |
|
|
|
• “Ədəbi əks-səda”nın sədası sonra çıxacaq - MÜSAHİBƏ
Bu gün, 06:46 |
|
|
|
• Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... - AKTUAL
Bu gün, 06:42 |
|
|
|
• COP29-un tarixi uğuru nə oldu? - İNCƏLƏMƏ
Bu gün, 06:36 |
|
|
|
• Köçəryan sirləri açdı: - Qarakənddə vurulan helikopterdə o da olub
Bu gün, 06:29 |
|
|
|
• Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08 |
|
|
|
• Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03 |
|
|
|
• Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36 |
|
|
|
• Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34 |
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28 |
|
|
|
|