BAKIDA 100 MİN MANATLIQ OĞURLUQ
Tarix: 13-01-2012, 12:44 |
Çap et
SAXTA SƏNƏDLƏRDƏN YARARLANAN DƏSTƏ YAXALANDI
Azərbaycanda saxta sənədlərlə 100 min manatdan artıq kredit götürən dəstə zərərsizləşdirilib.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən şəhər sakinləri Gülarə Bədirova, Xuraman Xudiyeva, Səyavuş Məmmədov, Ceyran Süleymanova, Xırdalan şəhər sakini Aybəniz Behbudova və qeyrilərin cinayət əlaqəsinə girərək ARDNŞ-nin "Azərneftyağ" NEZ-in, Heydər Əliyev adına Bakı NEZ-in, "Azneft" İB-nin "Neft Daşları" NQÇİ-nin, Qaraçuxur İriləşdirilmiş Neft Mədəni İdarəsinin, "Azərbaycan Hava Yolları" QSC-nin Heydər Əliyev Beynəlxalq Aeroportunun, Bakı şəhər Baş Səhiyyə İdarəsinin Təcili Yardım Avtobazasının, Nəqliyyat Nazirliyinin 7 saylı Yaşıllaşdırma İdarəsinin, Müdafiə Sənayesi Nazirliyinin "Elektron Hesablayıcı Maşınlar" zavodunun və digər dövlət təşkilatlarının möhür-ştampları vurulmuş kənar şəxslərin guya həmin idarələrdə işləmələri və yüksək əmək haqqı almaları barədə saxta arayışlar hazırlayaraq "Əmrahbank", "Zaminbank", "VTB" və "Nikoyl" banklara təqdim etdikləri müəyyən edilib.
Onların bu yolla 100 000 manatdan artıq kredit vəsaiti götürmələri müəyyən edilib.
Faktla bağlı araşdırmalar aparılır.