BAĞDAD YENƏ QAN GÖLÜNDƏDİR
Tarix: 4-09-2013, 11:04 |
Çap et
Şəhərin müxtəlif yerlərində bomba yüklü vasitələrlə hücumlar təşkil edilib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, məscid və işyerlərinin hədəfə götürüldüyü hücumlarda 67 adam həyatını itirib, 100-dən çox adam isə yaralanıb.
Əhalinin sıx olduğu məkanlara istiqamətlənən hücumlardan sonra bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib.
Hücumların məsuliyyətini hələ heç bir qruplaşma boynuna götürməyib. Ancaq teror hücumunun Əl-Qaidənin həyata keçirdiyi ehtimal olunur.
Xatırladaq ki, İraqda ilin əvvəlindən bu yana teror hücumlarında 4 mindən çox adam həyatını itirib.