Qorxu filmlərini kölgədə buraxan dram .....                     "Ailəni qurmağa nə var ki... Bir dəqiqənin işində toy et" .....                     Ermənilərin puça uğrayan daha bir ümidi... .....                     Sertifikatlaşdırma prosesi .....                     DİN-dən xəbərdarlıq: .....                     İctimai nəqliyyatda köklü islahatlar baş verəcək .....                     Rusiyadakı azərbaycanlıları nə gözləyir? .....                     “Flora Kərimovanın həkim ikən xilas etdiyi körpə sonradan Milli Qəhrəman oldu” .....                     Gürcüstanı onlarla barışdırmağa hazırıq .....                     Daha bir igid oğlumuzu itirdik... .....                     Növbəti pandemiyanı nə yaradacaq? .....                     1-ci ZƏNGƏZUR SAVAŞI nə qədər realdır? .....                     Nəsrullahın ölümü Tehrana fürsət yaradıb .....                     Bütöv Azərbaycan ideyadan gerçəkliyə doğru... .....                     Azyaşlı uşaqlara şiddət tətbiq edənləri .....                     İsrail daha bir Hizbullah liderinin öldürüldüyünü açıqlayıb .....                     Renkanın tədbirdə paltarı yandı .....                     Paşinyanın köhnə rəqibi üzə çıxdı .....                     “Milli-mənəvi dəyərlərdən bəhs edən mahnıların sayı çoxdur, amma...” .....                     Paşinyan xəbərdarlıq etdi: Rusiya “sehri” bitir, azalacaq… .....                     İşçiləri ixtisara saldılar... indi yerdə qalanları da pulsuz işlədirlər... .....                     AB Bakını şərləyir: Ermənistandakı hərbi planları... .....                     Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub .....                     Qorxu filmlərini kölgədə buraxan dram .....                     İvanaşvili bəyan etdi: torpaqları Gürcüstana belə qaytaracaqlar .....                     AZAL ilə “TURİST OLMAĞIN VAXTIDIR!” .....                     Nüvə silahı dəyənək deyil .....                     İranda daha bir HELİKOPTER QƏZASI... .....                     "Yegənə cəmiyyətik ki, bütün qohum-əqrabaya aid mahnılarımız var..." .....                     İranın İsraillə savaşmaqdan başqa yolu qalmayıb... .....                     AYNA-nın başbilənləri bu avtobusa minərmi? .....                     Dayanıqlı sülh üçün TƏZMİNAT MÜTLƏQDİR... .....                     "İsrail Livanda dayanmayacaq" .....                     Bu Türk ölkəsinin nümayəndəsi Avropada birinci oldu .....                     İran İsrailin qarşısından nə qədər qaçacaq? .....                     Qazaxın icra başçısı HƏDƏFDƏ .....                     "Ermənistan konstitusiya dəyişikliyinə qədər əsas addımları atmalıdır" .....                     Sülh danışıqlarında yeni mərhələ .....                     İki müharibə və çaşqın güclülər: ya təslim olun, ya da “soyuq sülh” .....                     AYNA 4 milyonluq tenderinin qalibini açıqladı .....                 

KƏLBƏCƏRİ İKİNCİ DƏFƏ İŞĞAL EDƏN MƏMURLAR
Tarix: 3-09-2013, 13:11 | Çap et
KƏLBƏCƏRİ İKİNCİ DƏFƏ İŞĞAL EDƏN MƏMURLAR
BU RAYONDAN OLAN MƏCBURİ KÖÇKÜNLƏRİN HAQQ SƏSİN EŞİDƏN YOXDUR

DİA.AZ: - Redaksiyamıza əraziləri erməni işğalı altında olan Kəlbəcər rayonunun məmurlarının özbaşınalıqları ilə bağlı şikayətlər daxil olub. Maraqlıdır ki, DİA.AZ-a ünvanlanan bu müraciətlərdə bəzi vətəndaşlar bizə öz iradlarını da bildirirlər. Vətəndaşlar tənqidi materiallarda Kəlbəcər RTŞ-nin müdiri Məhyəddin Abdürəhmanovla, RİH-nin məsləhətçisi Heydər Bəylərovla, icra başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Novruz Çıraqovla yanaşı rayonun Maliyyə şöbəsinin müdiri Salman Qasımovun, həmçinin rayonun icra başçısı Aqil Məmmədovun və digərlərinin də adlarının çəkilməsini tələb edirlər.

Bu xüsusda yeni aldığımız məlumatlarda israrla bildirilir ki, redaksiyamıza daxil olan şikayətlər əslində Kəlbəcərlilərin etirazlarını ifadə edən fikirlərin yalnız cüzi bir hissəsidir. Mənbələr DİA.AZ-a iddia edirlər ki, çoxları təqiblərdən, hədələrdən qorxaraq haqq səslərini ucaltmaqdan qorxurlar: “Bəlkə də bu gün respublikada rüşvətxorluğun, korrupsiyanın ən çox vüsət aldığı rayon məhz bizim Kəlbəcərdir. Sadəcə rayon əhalisi yuxarılarda güclü adamları olan məmurların verə biləcəkləri reaksiyadan qorxurlar. Əslində isə rayonun bütün idarələri rüşvətlə işləyirlər. Rüşvət gücünə burada istənilən problemi həll etmək olar...”

Ötən yazılarımızda biz artıq qeyd etmişdik ki, şikayətçilərin öz naraqzılıqlarını bildirdikləri məmurlar sirasında ilk olaraq adı çəkilən şəxs məsləhətçi Heydər Bəylərovdur. İlk növbədə məlumatda belə bir fakt diqqəti çəkir ki, müəlliflər H.Bəylərovun orduda xidmətdən yayınmasını iddia edirlər. Daha sonra göstərilir ki, bu vəzifəyə təyin olunmaqdan əvvəl mal-qara ticarəti ilə məşğul olan H.Bəylərovun hazırda tutduğu vəzifənin öhdəsindən gələ bilmək üçün nə müvafiq təhsili, nə sərişəsi, nə də iş təcrübəsi yoxdur. Bildirilir ki, hələ Kəlbəcər RİH-nin sabiq başçısı Vidadi Məhərrəmovun dövründən “icranın pul yığanı” kimi tanınmış Heydər Bəylərov qarşısına çıxan bütün problemləri təhdidlər, hədə-qorxular, zor və şiddət gücünə həll etməkdən fərqli bir üsul tanımır. Daha sonra məktubda qeyd olunur ki, Kəlbəcər rayon məktəblərinin direktorları bu gün də H.Bəylərova hər ay 50 manat “bac” verməkdə davam edirlər. Rayon üzrə 114 məktəbdən hər ay yığılan bu külli-miqdarda vəsaitin hara xərcləndiyindən bixəbər olan direktorlar yalnız onu bilirlər ki, bu pulu bircə dəfə gecikdirməklə, dərhal çağırılacaq şura iclasında açıq hədəfə ceviriləcəklər. Daha sonra mənbələr bildirmişdilər ki, Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Novruz Çıraqovun direktorlardan aldığı “aylığın” məbləği bundan iki dəfə də artıqdır. Yeni aldığımız məlumada isə Kəlbəcər təhsilinə qənim kəsilmiş daha iki məmurun adı çəkilir. Mənbə bu məmurlardan birinin rayonun Maliyyə şöbəsinin müdiri Salman Qasımov, digərinin isə yenə də maliyyə şöbəsinin Mamed (məktubda “maliyyə Mamed” kimi təqdim olunub) adlı başqa bir əməkdaşı olduğunu bildirir. Xatırlayırsınızsa, son dərc olunmuş yazıda Kəlbəcər RTŞ-nə ayrılmış 600 000(altı yüz min) manat vəsaitin böyük bir hissəsinin şöbənin müdiri Məhyəddin Abdürəhmanov tərəfindən mənimsənilməsi barədə məlumat da dərc olunmuşdu. Yeni aldığımız məlumatlarda iddia olunur ki, Məhyəddin müəllim üçün bu maxinasiyanı keçirməyə imkan yaratmış Salman Qasımov və maliyyə Mamed bunun müqabilində RTŞ müdirindən ümumi məbləğin 10%-ni, yəni 60 000 (altımış min) manatı nəğd şəkildə alıblar: “Kəlbəcərin maliyyə şöbəsi rayonda baş verən bütün maliyyə fırıldaqlarının başında durur. Hər hansı bir əməliyyatı maliyyə şöbəsindən pulsuz keçirmək mümkün deyil. Şöbənin müdiri Salman müəllim 20 ilə yaxın bir müddətdir ki, bu vəzifəni tutub. İcra hakimiyyətində isə guya ki, bu maxinasiyalardan bixəbərdirlər. Əslində isə bütün əməliyyatlardan icra da öz faizini alır.”

Qeyd edək ki, əvvəl aldığımız məlumatlarda da baş verən mənimsəmə hallarına rayonrəhbərliyi tərəfindən “xeyir-dua” verildiyi iddia olunurdu: “Çox maraqlıdır ki, bütün bu maliyyə pozuntuları rayon icra hakimiyyətinin, yerli hakimiyyət orqanlarının gözü qarşısında baş verir. Qarşıdan qış ayları gəlir, məktəblərə ayrılmış yanacaq pulları yeyilir, qış aylarında məktəblər istiliksiz qalır. Gözdən pərdə asmaq üçün yalandan kosmetik təmirlər edilir, yuxarılara yalan məlumatlar verilir, dövlətin qalan vəsaitini də Məhyədin müəllim kimlərləsə əlbir olub bölüşüb yeyir, dövlətin bu qədər vəsaitini mənimsəyib dağıdır.” Biz həmçinin göstərmişdik ki, bu sətirlərin müəllifi təzyiqlərə məruz qalacağı səbəbilə adının açıqlanmasına razı olmasa da, hal-hazırda RTŞ-də məsul vəzifə daşıdığını da inkar etmir.

Ötən yazılarda bilavasitə Kəlbəcər RTŞ-nin müdiri Məhyəddin Abdürəhmanovun həyata keçirdiyi müxtəlif rüşvət yığımlarından kifayət qədər faktlar təqdim olunmuşdu. Qeyd olunmuşdu ki, Məhyəddin müəllim bu vəzifəyə təyin olunan kimi şöbənin işçiləri Elçin Şirinov və Xəqani İbrahimov bu münasibətlə məktəb direktorlarından “şirinlik” adı ilə üç-dörd min manat məbləğində pul yığmağa başlayıblar ki, hal-hazırda 114 məktəbi olan rayonun 80 məktəbindən belə rüşvət pulları yığılmışdır. Hesabı vermək istəməyən direktorlar isə hədələnir, təqiblərə məruz qoyulurlar. Şöbə müdiri bütün bunları özünə yaxın olan adamların əli ilə həyata keçirir ki, əməllərini ört-basdır edə bilsin. Məktəb direktorları hesab vermədikləri halda işdən çıxarılma ilə hədələnir, onların vəzifədə qalıb işləmələri üçün hər bir direktordan isə on min manat hesab istənilir. Müqavilə əsasında işə götürülən və iki-üç ildir işləyən müəllimlərin hər birindən işlərində qalmaları üçün iki-üç min manat pul tələb edilir. Yeni aldığımız məlumatda da bu mövzu davam etdirilir. Bildirilir ki, Kəlbəcər rayonunun Mingəçevirdə fəaliyyət göstərən 118 saylı tam orta məktəbinin direktoru Məlahət İsmayılova bir müddət əvvəl yaş həddinə görə tutduğu vəzifəsindən azad olunmuşdur. Yeni direktor təyin olunan şəxs isə bu posta gəlmək üçün RTŞ müdirinə 15 000 (on beş min) manat rüşvət ödəməli olmuşdur. Gəncə ərazisində qaçqınlar üçün yeni salınmış qəsəbədə fəaliyyət göstərəcək yeni məktəbə isə əvvəllər 9 saylı məktəbə rəhbərlik etmiş Məmməd Məmmədov direktor təyin olunub. Mənbənin sözlərinə görə bu təyinat daha baha başa gəlib: “Bu təyinat üçün M.Məmmədovdan 25 min manat pul alıblar. İndi təbii ki, bu direktorlar da qoyduqları pulu çıxarmaq və daha çox qazanmaq üçün müxtəlif maxinasiyalara əl atacaqlar. Rüşvətxorluq, müxtəlif korrupsiya əməlləri hamının gözü qarşısında baş verir. Lakin büyün bunları durdurmağa heç kəs tələsmir.”

Ümid edək ki, bəlkə bundan sonra Kəlbəcərdə baş verənlərə aydınlıq gətirməyə borclu olan qurumlar təqdim olunmuş faktları araşdırmağa tələsərlər...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qorxu filmlərini kölgədə buraxan dram – Riyakarın göz yaşları
Bu gün, 00:05
"Ailəni qurmağa nə var ki... Bir dəqiqənin işində toy et" - Əməkdar artist
Bu gün, 00:04
Ermənilərin puça uğrayan daha bir ümidi... - GƏLİŞMƏ
Bu gün, 00:02
Sertifikatlaşdırma prosesi bizə LAZIMDIRMI?
Dünən, 21:48
DİN-dən xəbərdarlıq: - Nələrə diqqət etməlisiniz?
Dünən, 21:44
İctimai nəqliyyatda köklü islahatlar baş verəcək - YENİ PLAN qapıda...
Dünən, 20:04
Rusiyadakı azərbaycanlıları nə gözləyir? - NƏ BAŞ VERİR?
Dünən, 19:58
“Flora Kərimovanın həkim ikən xilas etdiyi körpə sonradan Milli Qəhrəman oldu” - TƏFƏRRÜAT
Dünən, 19:53
Gürcüstanı onlarla barışdırmağa hazırıq - Lavrov
Dünən, 19:48
Daha bir igid oğlumuzu itirdik... - FOTO
Dünən, 19:44
Növbəti pandemiyanı nə yaradacaq? - ARAŞDIRMA
Dünən, 14:19
1-ci ZƏNGƏZUR SAVAŞI nə qədər realdır? - AKTUAL
Dünən, 14:17
Nəsrullahın ölümü Tehrana fürsət yaradıb - İNCƏLƏMƏ
Dünən, 14:11
Bütöv Azərbaycan ideyadan gerçəkliyə doğru... - Hər bir ssenariyə hazır olmalıyıq...
Dünən, 14:02
Azyaşlı uşaqlara şiddət tətbiq edənləri hansı CƏZA GÖZLƏYİR?
Dünən, 13:56
İsrail daha bir Hizbullah liderinin öldürüldüyünü açıqlayıb - KİV
Dünən, 13:52
Renkanın tədbirdə paltarı yandı - FOTO
Dünən, 12:48
Paşinyanın köhnə rəqibi üzə çıxdı - “Bu, sirr qalsın”
Dünən, 12:42
“Milli-mənəvi dəyərlərdən bəhs edən mahnıların sayı çoxdur, amma...”
Dünən, 12:09
Paşinyan xəbərdarlıq etdi: Rusiya “sehri” bitir, azalacaq… - GƏLİŞMƏ
Dünən, 12:06
İşçiləri ixtisara saldılar... indi yerdə qalanları da pulsuz işlədirlər... - NARAZILIQ VAR...
Dünən, 11:42
AB Bakını şərləyir: Ermənistandakı hərbi planları... - NƏ ETMƏLİ?
Dünən, 11:34
Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub - cavab tədbirləri görülüb
Dünən, 11:29
Qorxu filmlərini kölgədə buraxan dram – Riyakarın göz yaşları
Dünən, 11:25
İvanaşvili bəyan etdi: torpaqları Gürcüstana belə qaytaracaqlar - KİV
Dünən, 11:21
AZAL ilə “TURİST OLMAĞIN VAXTIDIR!” - TƏFƏRRÜAT
Dünən, 11:15
Nüvə silahı dəyənək deyil – Putin onu əlində niyə silkələyir?
Dünən, 09:29
İranda daha bir HELİKOPTER QƏZASI... - Yəmən husilərinin İrandakı koordinatoru...
Dünən, 09:23
"Yegənə cəmiyyətik ki, bütün qohum-əqrabaya aid mahnılarımız var..."
Dünən, 09:21
İranın İsraillə savaşmaqdan başqa yolu qalmayıb... - Görünəni odur ki...
Dünən, 09:14
AYNA-nın başbilənləri bu avtobusa minərmi? - ACINACAQLI MƏNZƏRƏ...
Dünən, 09:09
Dayanıqlı sülh üçün TƏZMİNAT MÜTLƏQDİR... - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:54
"İsrail Livanda dayanmayacaq" - rəsmi Ankara
Dünən, 08:49
Bu Türk ölkəsinin nümayəndəsi Avropada birinci oldu - FOTO
Dünən, 03:21
İran İsrailin qarşısından nə qədər qaçacaq? - ŞƏRH
Dünən, 03:09
Qazaxın icra başçısı HƏDƏFDƏ - yerinə müavini gətirilir...
Dünən, 03:06
"Ermənistan konstitusiya dəyişikliyinə qədər əsas addımları atmalıdır" - ÇAĞIRIŞ
Dünən, 02:43
Sülh danışıqlarında yeni mərhələ - GƏLİŞMƏ
Dünən, 02:40
İki müharibə və çaşqın güclülər: ya təslim olun, ya da “soyuq sülh” - İNCƏLƏMƏ
Dünən, 02:37
AYNA 4 milyonluq tenderinin qalibini açıqladı
Dünən, 00:05
Nazirlik 2 milyonluq tenderinin - QALİBİNİ AÇIQLADI
Dünən, 00:02
Nazirlərin Nyu-York görüşü – Sülh üçün ciddi addımlar atılacaqmı?
28-09-2024, 18:00
"Naomi Kempbell belə gözəlliyimə paxıllıq edəcək"
28-09-2024, 17:30
“Blinkenin zəngindən sonra fəallıq artır, Ermənistanda...” - Tarasov
28-09-2024, 17:07
Haniyə də, Nəsrullah da İranın razılığı ilə öldürüldü – Generaldan ŞOK AÇIQLAMALAR
28-09-2024, 17:04
Abel Məhərrəmovla bağlı torpaq qalmaqalı Ali Məhkəmədə araşdırılacaq - TƏFƏRRÜAT
28-09-2024, 16:41
Həsən Nəsrullahı Seyid Haşim Səfiuddin əvəz edəcək - “Ediot Aqarnot”
28-09-2024, 16:34
"Ürəkdə yazı". Azərbaycan hekayələri antologiyası... - MALAY DİLİNDƏ...
28-09-2024, 16:31
“Zəngəzur dəhlizi açıla bilməz...” - Müəyyən geo-siyasi məsələlər həllini tapmayınca
28-09-2024, 16:24
Paşinyanın Ərdoğanın kitabını qucaqlaması problemi həll etmir - İNCƏLƏMƏ
28-09-2024, 16:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru