İRAN BTC-Nİ PARTLADA BİLƏR
Tarix: 12-01-2012, 14:07 | Çap et
AMERİKA AZƏRBAYCANIN YARDIM TƏLƏBİNDƏ BULUNMASINI GÖZLƏYİR
Pentaqon nümayəndələri bildiriblər ki, son günlər Vaşinqton və Tehran arasındakı gərginlik bir qədər səngiyib.
“Biz dəqiq bilirdik ki, İranla münasibətlərdə hərarəti aşağı salmaq imkanlarını axtarırıq”, - Pentaqonun mətbuat xidmətinin rəhbəri Corc Litl jurnalistlərlə söhbətində bildirib. O əlavə edib ki, bu, qismən baş tutub.
Pentaqonun digər nümayəndəsi Con Kirbi qeyd edib ki, regionda əməliyyat keçirilməsi üzrə ABŞ Mərkəzi Komandanlığında iki mobil qrupun yaranması “komandirlərin hərbi tələblərinə uyğun olaraq qüvvələrin müdrikcəsinə iştirakıdır və bunda qeyri-adi heç nə yoxdur”.
Bununla yanaşı, bu günlərdə analitikləri və ekspertləri bir məsələ düşündürür: ABŞ və İran müharibəyə nə qədər yaxındır?
Amerika Sahibkarlıq İnstitutunun eksperti, prezident Buş administrasiyası dövründə Pentaqonun İran və İran tematikası üzrə müşaviri Maykl Rubin bu durumun İranın yaxın qonşusu Azərbaycana necə təsir göstərəcəyini Turan-ın Vaşinqton müxbirinə şərh edərkən deyib: “Vəziyyət çox ciddidir. Lakin bu, Amerikanın İrana daxil olmasına gətirib çıxarmayacaq. Hətta bu gün İrana qarşı hərbi əməliyyatların aparılmasını müzakirə edənlər də amerikalılar bu ölkəyə girdiyi halda belə variant tapa bilməyəcəklər. Ən yaxşı halda ABŞ hava zərbələri ilə kifayətlənəcək”, - o qeyd edib.
Rubinin sözlərinə görə, artıq 25 ildir ki, iranlılar beynəlxalq sulara təhlükə törətmirlər. Sonuncu dəfə bu 1988-ci ildə baş verib. Onlar Fars körfəzini minalamışdılar.
Bununla yanaşı, vəziyyətin kəskinləşməsi təhlükəsi qalır. Belə ki, İran hakimiyyətinin hərbi ritorikası onunla nəticələnə bilər ki, vəziyyət onların nəzarətindən çıxar və onlar amerikalılar ilə vuruşmalı, ya da simalarını itirmiş olar.
Eyni zamanda analitik ehtimal edir ki, İrana qarşı sanksiyalar onların təşəbbüsçülərinin istədiyi kimi effektiv deyil, amma iranlıların özlərinin etiraf etdiyi qədər effektivdir.
“Məsələ bundadır ki, nə qədər ki, onlar tam təcrid olunmayacaqlar, sanksiyalar iranlıların davranışını dəyişməyəcək. Məhdud sanksiya isə sadəcə olaraq, işləməyəcək”, -analitik hesab edir.
Eyni zamanda iranlıların Fars körfəsinə mümkün hücumları müzakirə olunur. Yaddan çıxarmaq olmaz ki, Tehran kifayət qədər din xadimi hazırlayıb ki, onlar da Azərbaycanda problemlər yaradacaqlar. “Bakı bunu unutmamalıdır və Azərbaycan hakimiyyəti bu məsələdə də sərt mövqe tutmalıdır”, - o vurğulayıb.
Bundan əlavə, İran “Azərbaycan üçün əlavə problemlər yaratmaq” məqsədilə Ermənistandan istifadə edə bilər.
Azərbaycan Bakı-Ceyhan neft kəmərinə İran tərəfdən mümkün hücumun qarşısının alınmasında ABŞ-ın dəstəyinə ümid edə bilərmi? Bu sualın cavabında Rubin deyib ki, terrorizmin spesifikası ondadır ki, demək olar ki, bu, hər yerdə gözlənilmədən baş verir. “Lakin bu məsələdə ABŞ-ın tam dəstəyini qazanmaq Azərbaycanın rəsmi şəxslərinin məsuliyyətidir. Əgər Türkiyə PKK ilə mübarizə məsələsində ABŞ-ın dəstəyini əldə edirsə, Azərbaycan da sözsüz ki, BTC-nin qorunması məsələsində Amerikadan hərtərəfli yardım tələb etməlidir”, - o bildirib.
Eyni zamanda Rubin hesab edir ki, İrana qarşı hərbi aksiya ona gətirib çıxaracaq ki, bu gün öz hökumətinin əleyhinə çıxan iranlılar İran bayrağının ətrafında birləşəcəklər. O həmçinin İranın hər hansı etnik qrupunun kifayət qədər birləşdiyinə inanmır. Yada salmaq kifayətdir ki, bu ölkənin ali dini rəhbəri Əli Xamneyi etnik azərbaycanlıdır.
İran məsələsi üzrə digər ekspert, İran İslam Qvardiyası haqda araşdırmaların müəllifi, Virciniyadan olan Əlirza Nader hesab edir ki, nə ABŞ, nə də İran müharibə istəmir. O, Turan-ın müxbiri ilə söhbətində bildirib ki, İranın nüvə silahı yaratmaq ehtimalı Tehrana beynəlxalq təzyiqlərin artırılmasını qaçılmaz edir.
“Odur ki, Tehranın Hörmüz boğazını blokadaya almaq barədə hədələri Vaşinqtonun və digər dövlətlərin yadına salır ki, İran Mərkəzi Bankına qarşı sanksiyalar gücləndirilməlidir”, - Nader hesab edir.
O ehtimal edir ki, martda keçiriləcək parlament seçkiləri ərəfəsində İran rejimi kifayət qədər kövrəkdir. Bundan əlavə, İran regional dövlət kimi zəifləyir və sanksiyalar da buna xidmət edəcək, baxmayaraq ki, nüvə proqramını dayandırmayacaq.
“Əlbəttə, bütün bunlar o demək deyil ki, münaqişənin eskalasiyasi mümkün deyil və vəziyyət qonşu dövlətlərin cəlb olunması ilə nəzarətdən çıxa bilər”, - ekspert qeyd edib.
“ABŞ ilə münaqişə yaranarsa, İran qonşu ölkələrə, ilk növbədə Fars körfəzindəki ərəb ölkələrinə hücum edə bilər. Eyni zamanda iranlılar qonşu ölkələrdə Amerikanın diplomatik missiyalarına və digər oyektlərinə hücum edə bilər”, - Nader vurğulayıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Bu gün, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Bu gün, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Bu gün, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Bu gün, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Bu gün, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Bu gün, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Bu gün, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Bu gün, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Bu gün, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Bu gün, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Bu gün, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Bu gün, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Bu gün, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Bu gün, 12:58 |
|
|
|
• Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Bu gün, 12:55 |
|
|
|
• Trampla Putin arasında gizli görüş... - Şok iddia
Bu gün, 12:53 |
|
|
|
• Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Bu gün, 12:50 |
|
|
|
• "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Bu gün, 12:38 |
|
|
|
• Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Bu gün, 12:30 |
|
|
|
• Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Bu gün, 12:27 |
|
|
|
• MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Bu gün, 12:14 |
|
|
|
• Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Bu gün, 12:09 |
|
|
|
• “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Bu gün, 12:06 |
|
|
|
• Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Bu gün, 12:03 |
|
|
|
• Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Bu gün, 11:56 |
|
|
|
• Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Bu gün, 11:53 |
|
|
|
• İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Bu gün, 11:52 |
|
|
|
• Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Bu gün, 11:38 |
|
|
|
• Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:21 |
|
|
|
• Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Bu gün, 11:19 |
|
|
|
• Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Bu gün, 11:17 |
|
|
|
• Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Bu gün, 11:13 |
|
|
|
• Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Bu gün, 11:09 |
|
|
|
• DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Bu gün, 11:07 |
|
|
|
• Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Bu gün, 10:59 |
|
|
|
• "Səni 12 ildir mən gözəlləşdirmişəm"
Bu gün, 10:56 |
|
|
|
• İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Bu gün, 10:50 |
|
|
|
• Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Bu gün, 10:47 |
|
|
|
• Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Bu gün, 10:44 |
|
|
|
• Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? - İLGİNC İDDİALAR
Bu gün, 10:43 |
|
|
|
• Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə yeni direktor təyin edilib - ƏMR
Bu gün, 10:32 |
|
|
|
• AYNA Bakıda bu işlərə 1,2 milyon manat xərcləyəcək
Bu gün, 10:30 |
|
|
|
• "İran azərbaycanlıları Ermənistana yanacaq və digər yüklərin daşınmasına qarşı etiraz etməlidirlər" - deputat
Bu gün, 10:27 |
|
|
|
• Bakı ilə Ankaranın ZƏNGƏZUR SÖZBİRLİYİ... - İrəvan yola gəlməlidir...
Bu gün, 10:21 |
|
|
|
• "The New York Times" Naftalandan yazıb, həm də necə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:19 |
|
|
|
• ATİAHİ nümayəndə heyəti Türk Dünyası Konfransında iştirak edib
Bu gün, 10:17 |
|
|
|
• "Mənim vəziyyətim heç bir rəsmi qurumu narahat etmir..." - Qarabağ qazisindən ETİRAZ
Bu gün, 10:14 |
|
|
|
• BUNU DA GÖRDÜK: “Od qiyməti”nə alınan uzunqulaqlar... - Kimin NƏYİNƏ LAZIMDIR?
Bu gün, 10:10 |
|
|
|
• "Ermənistan cəmiyyətinin şüurunda türk düşmənçiliyi hakim mövqeyindədir" - BU FAKTDIR...
Bu gün, 10:07 |
|
|
|
• Sülh müqaviləsi təhdid altında - İNCƏLƏMƏ
Bu gün, 10:05 |
|
|
|
|