Rasim Məmmədovun şikayətinə .....                     Həsən Nəsrullahın əmisi oğlu “Hizbullah”ın yeni lideri olub? .....                     Sabiq polis rəisinə ağır İTKİ .....                     Fazil Mustafaya qarşı sui-qəsd etməkdə təqsirləndirilən şəxslər .....                     Müharibə olmasaydı, Rusiya tənəzzül edəcəkdi .....                     İcra Hakimiyyəti 19 milyon manatlıq kommunal təyinatlı texnikalar alır .....                     Adil Vəliyev deyəsən, tənbehlərdən nəticə çıxarmır... .....                     Makronun adamları Bakıda istintaqa cəlb olunub: Şok yeniliklər .....                     Netanyahu İsrailin Yaxın Şərqdə güc balansını dəyişdiyini bəyan edib .....                     "Əvvəlcədən hüquqi yardım almağa çalışın, yoxsa..." .....                     Xaçmaz sakini ACINACAQLI DURUMA .....                     İran gərginlik içində: Zəngəzur mövqeyini dəyişəcək? .....                     Ərdoğana qarşı onu rəqib çıxara bilərlər .....                     DSMF onların pulunu NİYƏ VERMİR? .....                     Ölkənin gələcək müqəddəratını müəyyən edən seçkilər .....                     Naxçıvan təhsilində yeni pulyığma yeri .....                     Qorxu filmlərini kölgədə buraxan dram .....                     "Ailəni qurmağa nə var ki... Bir dəqiqənin işində toy et" .....                     Ermənilərin puça uğrayan daha bir ümidi... .....                     Sertifikatlaşdırma prosesi .....                     DİN-dən xəbərdarlıq: .....                     İctimai nəqliyyatda köklü islahatlar baş verəcək .....                     Rusiyadakı azərbaycanlıları nə gözləyir? .....                     “Flora Kərimovanın həkim ikən xilas etdiyi körpə sonradan Milli Qəhrəman oldu” .....                     Gürcüstanı onlarla barışdırmağa hazırıq .....                     Daha bir igid oğlumuzu itirdik... .....                     Növbəti pandemiyanı nə yaradacaq? .....                     1-ci ZƏNGƏZUR SAVAŞI nə qədər realdır? .....                     Nəsrullahın ölümü Tehrana fürsət yaradıb .....                     Bütöv Azərbaycan ideyadan gerçəkliyə doğru... .....                     Azyaşlı uşaqlara şiddət tətbiq edənləri .....                     İsrail daha bir Hizbullah liderinin öldürüldüyünü açıqlayıb .....                     Renkanın tədbirdə paltarı yandı .....                     Paşinyanın köhnə rəqibi üzə çıxdı .....                     “Milli-mənəvi dəyərlərdən bəhs edən mahnıların sayı çoxdur, amma...” .....                     Paşinyan xəbərdarlıq etdi: Rusiya “sehri” bitir, azalacaq… .....                     İşçiləri ixtisara saldılar... indi yerdə qalanları da pulsuz işlədirlər... .....                     AB Bakını şərləyir: Ermənistandakı hərbi planları... .....                     Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub .....                     Qorxu filmlərini kölgədə buraxan dram .....                 

ELŞAD ABDULLAYEV İSTİNTAQDAN NECƏ YAYIN(DIRIL)IR?
Tarix: 30-08-2013, 11:18 | Çap et
ELŞAD ABDULLAYEV İSTİNTAQDAN NECƏ YAYIN(DIRIL)IR?
KEÇMİŞ REKTOR AZƏRBAYCANI TƏRK EDƏNDƏN SONRA BIĞLARINI QIRXDI Kİ…

DİA.AZ: - Dünən məlum oldu ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayevə qarşı ilk məhkəmə istintaqı start götürür. Belə ki, ABU-nun nəzdində fəaliyyət göstərmiş Tibb Mərkəzinin baş həkimi Dilarə İsmayılova barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası sentyabrın 6-na təyin edilib. Məlumata görə, işə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, insan orqanlarının qanunsuz transplantasiyası ilə əlaqədar Ukraynanın hüquq mühafizə orqanlarından daxil olmuş hüquqi yardım göstərilməsi haqqında müraciət əsasında Azərbaycan Beynəlxalq Universitetinin (ABU) nəzdində fəaliyyət göstərmiş Tibb Mərkəzinin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək donorlardan qanunsuz olaraq böyrəklərinin götürülüb əcnəbi vətəndaşlar olan resipiyentlərə köçürülməsi faktları ilə bağlı Azərbaycan Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq İdarəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərdən sui-istifadə) maddəsi ilə başlanılıb. Araşdırma zamanı universitetin rektoru Elşad Abdullayevin tabeçiliyində olan Tibb Mərkəzinin baş həkimi Dilarə İsmayılovaya həmin tibb müəssisəsinə insan orqan və ya toxumalarının transplantasiyası ilə bağlı cərrahiyyə əməliyyatlarının keçirilməsinə dair xüsusi razılıq (lisenziya) verilmədiyi halda, qanunsuz göstəriş verməklə İsrail vətəndaşları Boris Volfman, Yuri Katsman və digərləri ilə əlbir olub cinayət əlaqəsinə girərək Azərbaycanın «İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında» qanunun tələblərini kobud surətdə pozduqları məlum olub.

2009-cu ilin mart-dekabr aylarında Ukraynadan Azərbaycana gətirilmiş təqsirkar şəxslərdən maddi cəhətdən asılı olan donorlardan qanunsuz olaraq böyrəklərinin götürülüb 11 nəfər İsrail, 1 nəfər Fransa və 1 nəfər ABŞ vətəndaşları olan resipiyentlərə köçürülməsi ilə bağlı 13 cərrahiyyə əməliyyatlarının keçirilməsinə şərait yaratması, həmçinin Dilarə İsmayılovanın hər bir əməliyyata görə heç bir sənədləşdirmə aparmadan nağd qaydada ümumilikdə 130 min ABŞ dolları məbləğində pulu alaraq Mərkəzin kassasına mədaxil etmədən E.Abdullayevə verməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmasında şübhələnmək üçün əsaslar olduğundan cinayət işi üzrə E.Abdullayev və D.İsmayılova Cinayət Məcəlləsinin 137.3 (insan orqanların və ya toxumalarının alqı-satqısı) və 308.2-ci (vəzifə səlahiyyətlərdən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.

E. Abdullayev istintaqdan qaçıb xarici dövlətdə gizləndiyi üçün barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilərək axtarış elan olunmaqla tutulması istiqamətində beynəlxalq axtarış tədbirləri həyata keçirilir.

DİA.AZ-a isə bununla bağlı ilginc məlumatlar daxil olub. Mötəbər mənbələrdən sızan informasiyaya görə, keçmiş rektor əslində əvvəlindən hansı ittihamların hədəfinə çevriləcəyini göz önünə gətiribmiş və buna görə də ilkindən ehtiyat tədbirlərini görüb. Xatırladaq ki, bu günlərdə Elşad Abdullayevin adına saxta pasportun olması faktı da aşkarlandı və iddia olunur ki, keçmiş rektor ölkələri məhz saxta pasportla gəzdiyindən hətta interpolun araçılığı ilə axtarışa verilməsi şəraitində də yaxalanması çətinləşib. DİA.AZ-a daxil olan məlumatlardan isə aydın olur ki, indi keçmiş rektorun həbsi daha da müşkülə çevrilə bilər.

Mənbənin söylədikləri: «Təbii ki, Elşad Abdullayev hər şeyi əvvəlindən hesablayıb. Ən azından bu adamın 10 il ərzində gizli videolar çəkməsindən məsələnin nə yerdə olduğunu təsbit etmək mümkündür. Yəni adam illərdir hazırlaşır və elə buna görə də bu gün Elşad Abdullayevin adına saxta pasportun olması faktı kimlər üçünsə təəccüblü görünməməlidir».

Mənbəmizə görə, keçmiş rektor eyni zamanda xarici görünüşünə də yetərincə əl gəzdirib: «Elşad Abdullayev Azərbaycanı tərk etdikdən sonra ilk işi xarici görünüşünü dəyişmək oldu. Bığını qırxdı. Hər halda, bu yolla onun xeyli dərəcədə dəyişdiyini hər kəs etiraf edər».

Mənbəmiz iddia edir ki, interpol vasitəsilə axtarışa verilməsi xəbərinin ardından Elşad Abdullayevin plastik əməliyyata girməsi də mümkündür: «Onun belə bir yola əl atması üçün imkanları yetərincədir. Orqan alverilə məşğul olmuş Elşad Abdullayevin bu cür əməliyyatları gizli yolla, qanundankənar həyata keçirə biləcək yetərincə həkim tanışlarının olması da inandırıcıdır».









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rasim Məmmədovun şikayətinə bu tarixdə BAXILACAQ
Bu gün, 09:20
Həsən Nəsrullahın əmisi oğlu “Hizbullah”ın yeni lideri olub?
Bu gün, 09:19
Sabiq polis rəisinə ağır İTKİ
Bu gün, 09:15
Fazil Mustafaya qarşı sui-qəsd etməkdə təqsirləndirilən şəxslər yenidən məhkəmə qarşısında
Bu gün, 09:14
Müharibə olmasaydı, Rusiya tənəzzül edəcəkdi - “Biznes İnsayder”
Bu gün, 09:05
İcra Hakimiyyəti 19 milyon manatlıq kommunal təyinatlı texnikalar alır - SİYAHI
Bu gün, 09:02
Adil Vəliyev deyəsən, tənbehlərdən nəticə çıxarmır... - FAKT BUDUR!
Bu gün, 08:59
Makronun adamları Bakıda istintaqa cəlb olunub: Şok yeniliklər - Britaniya mətbuatı
Bu gün, 08:50
Netanyahu İsrailin Yaxın Şərqdə güc balansını dəyişdiyini bəyan edib
Bu gün, 08:47
"Əvvəlcədən hüquqi yardım almağa çalışın, yoxsa..." - ÇAĞIRIŞ
Bu gün, 08:41
Xaçmaz sakini ACINACAQLI DURUMA - KÖMƏK İSTƏDİ...
Bu gün, 08:36
İran gərginlik içində: Zəngəzur mövqeyini dəyişəcək? - YOXSA YENƏ...
Bu gün, 08:24
Ərdoğana qarşı onu rəqib çıxara bilərlər - ÖZÜ AÇIQLADI
Bu gün, 08:20
DSMF onların pulunu NİYƏ VERMİR? - Neftçilər NARAZILIQ EDİR
Bu gün, 08:18
Ölkənin gələcək müqəddəratını müəyyən edən seçkilər - İsrafil Kərimovun yazısı
Bu gün, 08:10
Naxçıvan təhsilində yeni pulyığma yeri - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 08:08
Qorxu filmlərini kölgədə buraxan dram – Riyakarın göz yaşları
Bu gün, 00:05
"Ailəni qurmağa nə var ki... Bir dəqiqənin işində toy et" - Əməkdar artist
Bu gün, 00:04
Ermənilərin puça uğrayan daha bir ümidi... - GƏLİŞMƏ
Bu gün, 00:02
Sertifikatlaşdırma prosesi bizə LAZIMDIRMI?
Dünən, 21:48
DİN-dən xəbərdarlıq: - Nələrə diqqət etməlisiniz?
Dünən, 21:44
İctimai nəqliyyatda köklü islahatlar baş verəcək - YENİ PLAN qapıda...
Dünən, 20:04
Rusiyadakı azərbaycanlıları nə gözləyir? - NƏ BAŞ VERİR?
Dünən, 19:58
“Flora Kərimovanın həkim ikən xilas etdiyi körpə sonradan Milli Qəhrəman oldu” - TƏFƏRRÜAT
Dünən, 19:53
Gürcüstanı onlarla barışdırmağa hazırıq - Lavrov
Dünən, 19:48
Daha bir igid oğlumuzu itirdik... - FOTO
Dünən, 19:44
Növbəti pandemiyanı nə yaradacaq? - ARAŞDIRMA
Dünən, 14:19
1-ci ZƏNGƏZUR SAVAŞI nə qədər realdır? - AKTUAL
Dünən, 14:17
Nəsrullahın ölümü Tehrana fürsət yaradıb - İNCƏLƏMƏ
Dünən, 14:11
Bütöv Azərbaycan ideyadan gerçəkliyə doğru... - Hər bir ssenariyə hazır olmalıyıq...
Dünən, 14:02
Azyaşlı uşaqlara şiddət tətbiq edənləri hansı CƏZA GÖZLƏYİR?
Dünən, 13:56
İsrail daha bir Hizbullah liderinin öldürüldüyünü açıqlayıb - KİV
Dünən, 13:52
Renkanın tədbirdə paltarı yandı - FOTO
Dünən, 12:48
Paşinyanın köhnə rəqibi üzə çıxdı - “Bu, sirr qalsın”
Dünən, 12:42
“Milli-mənəvi dəyərlərdən bəhs edən mahnıların sayı çoxdur, amma...”
Dünən, 12:09
Paşinyan xəbərdarlıq etdi: Rusiya “sehri” bitir, azalacaq… - GƏLİŞMƏ
Dünən, 12:06
İşçiləri ixtisara saldılar... indi yerdə qalanları da pulsuz işlədirlər... - NARAZILIQ VAR...
Dünən, 11:42
AB Bakını şərləyir: Ermənistandakı hərbi planları... - NƏ ETMƏLİ?
Dünən, 11:34
Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub - cavab tədbirləri görülüb
Dünən, 11:29
Qorxu filmlərini kölgədə buraxan dram – Riyakarın göz yaşları
Dünən, 11:25
İvanaşvili bəyan etdi: torpaqları Gürcüstana belə qaytaracaqlar - KİV
Dünən, 11:21
AZAL ilə “TURİST OLMAĞIN VAXTIDIR!” - TƏFƏRRÜAT
Dünən, 11:15
Nüvə silahı dəyənək deyil – Putin onu əlində niyə silkələyir?
Dünən, 09:29
İranda daha bir HELİKOPTER QƏZASI... - Yəmən husilərinin İrandakı koordinatoru...
Dünən, 09:23
"Yegənə cəmiyyətik ki, bütün qohum-əqrabaya aid mahnılarımız var..."
Dünən, 09:21
İranın İsraillə savaşmaqdan başqa yolu qalmayıb... - Görünəni odur ki...
Dünən, 09:14
AYNA-nın başbilənləri bu avtobusa minərmi? - ACINACAQLI MƏNZƏRƏ...
Dünən, 09:09
Dayanıqlı sülh üçün TƏZMİNAT MÜTLƏQDİR... - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:54
"İsrail Livanda dayanmayacaq" - rəsmi Ankara
Dünən, 08:49
Bu Türk ölkəsinin nümayəndəsi Avropada birinci oldu - FOTO
Dünən, 03:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru