«BİNƏ»NİN SAHİBƏSİ «BOZ KARDİNAL»IN HƏDƏFİNDƏ İMİŞ
Tarix: 21-08-2013, 12:06 |
Çap et
KƏBİRƏ MƏMMƏDOVAYA QARŞI HÜCUMLARIN ARXASINDA PA ŞEFİ DAYANIR
DİA.AZ: - «Binə» Ticarət Mərkəzi bir qalmaqallı ünvan olaraq diqqətə gəlməkdədir. Və bu gün həmin ticarət mərkəzində üsyan qaldırmış bir neçə sahibkarın davam edən məhkəməsi, eyni zamanda bu məhkəmə fonunda «Binə» TM ətrafında ajiotajın xüsusi həssaslıqla mühafizə olunma cəhdləri ortaya bir sıra şübhəli məqamları çıxarmaqdadır.
Bununla əlaqədar DİA.AZ-ı bilgiləndirən hökumət içindəki mənbə iddia edir ki, əslində «Binə» Ticarət Mərkəzinə və onun rəhbəri Kəbirə Məmmədovaya qarşı həyata keçirilən hücumların qaynağı Prezident Administrasiyasının rəhbərliyidir.
Mənbənin söylədikləri: «Bu gün kiminsə, hansısa sıradan bir şəxsin «Binə», «Sədərək» kimi ticarət mərkəzlərinə sahiblik etməsi təbii ki, inandırıcı deyil və bütün bu biznes şəbəkələrinin arxasında dayanan konkret məmurlar var. Və «Sədərək» Ticarət Mərkəzinin rəhbəri Yusif Qədimovun da PA şefi Ramiz Mehdiyevin adamı olması bir faktdır».
Mənbəmiz iddia edir ki, məhz rəqabət səbəbindən PA rəhbərliyi «Binə» ticarət mərkəzini çökərtməyə çalışırlar: «Amma qeyd etdik ki, kimsə arxasız deyil. Və elə buna görə də mehdiyevçilərin hücumu fonunda «Binə» də müqavimətini qoruya bilir».
Onu da qeyd edək ki, son günlər PA-dan təlimat alan KİV-lərdən biri «Binə» ilə bağlı müxtəlif həyəcan dolu uydurma məlumatları ictimailəşdirməklə məşğuldur ki, bu da nəzərlərdən yayına bilməz…