Paşinyan Qərblə Şərq arasında: İrəvan sammitdən niyə imtina etdi? .....                     Duda düşmən səngərində yer aldığını İNKAR ETMİR... .....                     İrəvan Rusiyanı təkzib etdi: .....                     "Politico" nəşrinın ƏYRİ TƏRƏZİSİ... .....                     Aşıq Ələsgərin heykəliylə gündəmə gələn şirkət 672 min manatlıq tenderin qalibi oldu .....                     İranla təlimlər vaxtı Bakıda NATO toplantısı: .....                     Məhsul sifariş edib... hardadır bilinmir... .....                     Ukraynada daha bir azərbaycanlı həlak oldu .....                     Astanada KTMT-yə üzv ölkələrin XİN başçıları, müdafiə nazirləri və Təhlükəsizlik Şuraları .....                     Putin müharibəyə hazırlaşır: Birinci bu ölkədən başlayacaq .....                     Nüfuz alverində təqsirləndirilən vəkilin .....                     “Müavinətlər artırılmasa, bu şəxslərin minimum səviyyədə yaşaması sual altına düşəcək” .....                     “Parlament diskussiya yeridir, həqiqəti tapıb qanun qəbul etməliyik” .....                     "Lombard mafiyası"nın işi ilə bağlı yenidən məhkəməyə müraciət edildi .....                     Paşinyanın sədri olduğu Aİİ sammitinin Rusiyada keçirilməsi qərarı... .....                     Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verilib .....                     Ermənistana yeni raketlər göndərilir: Bölgə üçün ciddi risklər var .....                     Paşinyan Zəngəzur dəhlizindən imtina etmir .....                     AYNA-nın əyilən lövhəsi... .....                     Bakı şəhərində qarlı havalara hazırlıq tədbirləri davam edir .....                     Ləğv prosesində olan şirkətin .....                     Aslan Quliyev həbs edilə bilər? .....                     Azərbaycanda bələdiyyə seçkilərinə namizədlərin irəli sürülməsi prosesi başlayır .....                     Göyçayın bir kəndinin min dərdi... .....                     “Abşeron Treyd” MMC-nin həm də külli miqdarda vergi borcu VAR İMİŞ... .....                     "Ancaq pensiya alanda, o da cəmi 1 kiloqram ət ala bilirəm..." .....                     Ceyhun Cəlilov Naxçıvana dabbaq xəstəliyi yayırmış .....                     "Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" .....                     Azərbaycanda müəllim və tələbələr bu qərarı gözləyir .....                     Yunanıstan Ermənistanı Rusiyaya qarşı silahlandırır .....                     Saatlı sakini buna görə narazıdır... .....                     "Gözünüzün doyduğu gün olacaqmı?!" .....                     "Oğlum əmaliyyat olunanda kredit götürmüşəm" .....                     Quru sərhədlər nədən bağlıdır? .....                     Afina İrəvana bu sistemləri göndərir: Bakı artıq tədbir görür .....                     Mirşahin Ağayev bu deputatları sərt tənqid etdi .....                     "Bütün hallarda, onlar düzgün yolu seçmədilər" .....                     "Proses davam etməlidir" .....                     Bortnikov kəşfiyyat məlumatlarını “sızdırdı” .....                     Bakıda yataqxana içində yaşayış ola-ola sökülür .....                 

İRANIN NƏ İSTƏMƏSİNİN ÖNƏMİ YOXDUR
Tarix: 9-01-2012, 12:45 | Çap et
İRANIN NƏ İSTƏMƏSİNİN ÖNƏMİ YOXDUR

“BU ÖLKƏ XƏZƏRDƏ 6 FAİZ PAYA MALİKDİR”

İranın nə istəməsindən asılı olmayaraq, bu ölkə Xəzərdə 6 faiz paya malikdir. Bunu politoloq Elçin Mirzəbəyli İranın bəzi KİV-lərinin yazdığı "rəsmi Tehranın Xəzərin bölgüsündə ona çatacaq pay 50 faizdən yuxarı olmalıdır" fikrinə münasibət bildirərkən söyləyib.

O, Xəzərin hüquqi statusu ilə bağlı araşdırma apardığını vurğulayıb və deyib: "1993-cü ildə imzalanması nəzərdə tutulan beynəlxalq neft müqavilələrinin qarşısını qiyam yolu ilə alan Rusiya, 1994-cü ildə gerçəkləşən layihələrə qarşı İranın ərazi iddialarını stimullaşdırdı. Sovet İttifaqının süqutundan sonra Xəzər regionundakı vəziyyət radikal şəkildə dəyişdi. 1920-ci ildən 1991-ci ilədək Xəzər dənizinə yalnız iki dövlət – Sovet İttifaqı və İran çıxış hüququna malik idi və dənizin hüquqi statusu bu iki ölkə arasında imzalanmıh müqavilələrlə müəyyənləşdirilirdi. Yeni müstəqil sahilyanı dövlətlərin yaranması balıqsılıq, dəniz təkinin kəşfiyyatı, hövzənin və onun enerji resurslarının istismarı ilə bağlı bir sıra hüquqi çətinliklərin və sərhəd problemlərinin ortaya çıxmasına səbəb oldu.

Xəsərin statusu ilə bağlı məsələni ilkin olaraq gündəmə 1992-ci ilin əvvəllərində Xəzər hövzəsi dövlətlərinin regional təşkilatının yaradılması təşəbbüsü ilə çıxış edən İran gətirdi. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” bu istiqamətdə müzakirələrin daha kəskin şəkildə inkişafına səbəb oldu (1993-cü ildə imzalanması nəzərdə tutulan beynəlxalq neft müqavilələrinin qarşısını qiyam yoluyla alan Rusiya, 1994-cü ildə gerçəkləşən layihələrə qarşı İranın geosiyasi iddialarını stimullaşdırdı)".


Politoloq bu məsələ ilə bağlı tarixi arayış verib: "Xəzər dənizinin statusu ilə bağlı məsələ ilk dəfə Rus-İran müharibəsindən sonra gündəmə gəlib və iki imperiya arasında imzalanmış “Gülüstan” (1813) və “Türkmənçay” (1828) müqavilələrində əksini tapıb. Rusiya və İran arasında imzalanmış bu müqavilələr görə yalnız Rusiya Xəzər dənizində hərbi donanma saxlamaq hüququna malik idi.

1921-ci il fevralın 28-də RSFSR və İran arasında, 1931, 1935 və 1940-cı illərdə isə SSRİ və İran arasında Xəzərin statusunu müəyyənləşdirən müqavilələr imzalanıb. 1935-ci ildən etibarən SSRİ və İranın dəniz sərhədləri Həsənqulu (Türkmənistan) və Astaraçay (Azərbaycan) xətti üzrə müəyyənləşdirilib.

1982-ci ildə Sovet İttiafıqının dövlət sərhədləri haqqında qanun qəbul olunu və bu qanuna əsasən SSRİ-nin dövlət sərhədləri göl və su hövzələrində orta xətt və sovet sərhədlərinin çıxıntılarından götürülən düzxətt üzrə müəyyənləşdirilməlidir.

SSRİ və İran arasında imzalanan müqavilələr nəticəsində Xəzər dənizinin statusu daxili su hövzəsi kimi müəyyənləşib və bu amil beynəlxalq hüquq doktrinasında da əksini tapıb. Bu gün hövzənin bölünməsində əsasən iki yanaşma üstünlük təşkil edir. Bu yanaşmalardan biri Xəzərin dəniz, digəri isə göl olmasına söykənir".

E.Mirzəbəylinin fikrincə, əgər Xəzərin dəniz olduğunu qəbul etsək, bu halda onun akvatoriyasının bölünməsində beynəlxalq dəniz konvensiyaları (məs. Dəniz hüququna dair 1958-ci ildə qəbul edilmiş Konvensiya) əsas götürülməlidir (Onu da nəzərə almaq lazımdır ki, Xəzər tarixən dəniz adlandırılsa da, rəsmi sorğu kitablarında göllər qrupuna aid edilir). BMT-nin dəniz hüququna dair Konvensiyasında hər hansı bir hövzənin “dəniz” və yaxud “göl” adlandırılması üçün əsas onun dünya okeanı ilə əlaqəsi hesab edilir. Açıq dənizlərə o hövzələr aid edilir ki, onlar dünya okanı ilə birbaşa əlaqədədirlər. Yarımqapalı dənizlərə dünya okeanı ilə başqa dənizlər vasitəsilə çıxışı olan su hövzələri aiddir. Dünya okeanı ilə təbii dar keçidlərlə əlaqəsi olan su hövzələri isə Qapalı dəniz sayılır. Çaylar və süni kanallar isə beynəlxalq dəniz hüququnun predmeti hesab olunmurlar. BMT-nin Dəniz hüququna dair Konvensiyasına əsasən Xəzər okeanla təbii yollarla əlaqəsi olmadığı üçün “dəniz” hesab edilə bilməz. Hər hansı bir su hövzəsinə “dəniz” statusunun verilməsi sahilyanı olmayan istənilən ölkəyə bu dənizdən istifadə hüququ verir. Xəzər adi dənizlərdən biri kimi qəbul edilərsə, o zaman ona BMT-nin kontinental şelf və dəniz hüququna dair Konvesiyası (1958 və 1982) avtomatik olaraq tətbiq olunmalıdır. Belə olacağı təqdirdə Xəzəryanı dövlətlərdən hər biri 12 millik ərazi suları üzərində suveren hüquqlar və 200 millik iqtisadi zona əldə edir. Lakin Xəzərin maksimal eni 200 dəniz milini ötmədiyi üçün iqtisati zonanın xarici sərhədlərini orta xətt üzrə götürmək olar. BMT-nin Konvensiyasına əsasən ərazi suları deyiləndə sahilyanı dövlətlərin sahili, adaları və daxili suları ilə kəsişən müvafiq ölçüyə malik dəniz zolağı başa düşülməlidir. Ərazi suları (suyun təki, səthi və hava zolağı) – sahilyanı dövlətin ərazisinin tərkib hissəsidir və əraziyə daxil olan bütün gəmilər bu dövlətin qanunlarına tabe olmalıdır.

Onun araşdırmasında bildirilir: "Yuxarıda adıçəkilən Konvensiyaya əsasən, əgər dəniz iki və yaxud bir neçə dövlətin əraziləri ilə əhatə olunursa, eyni zamanda açıq dənizə (Dünya okeanına) heç bir çıxışı yoxdursa, o zaman sahilyanı dövlətlərin sərhədləri çərçivəsində daxili milli sular hesab olunur. Bu bölgüyə görə, Xəzər mübahisəsiz olaraq göldür. Təbii ki, bu halda akvatriya bölgüsü ciddi şəkildə şimaldan cənuba qədər orta xətt və sahilyanı dövlətlərin sahilə çıxan sərhəd kəsişmələri üzrə aparılmalıdır. Bu halda həmin akvatoriya bütövlükdə sahilyanı ölkənin ərazisinin tərkib hissəsi sayılır və açıq dəniz anlayışı buraya tətbiq oluna bilməz. Bütün hallarda, hər bir Xəzəryanı dövlət ərazi sularında suveren hüquqlarını qorumaqla yanaşı, sahilyanı dövlətlərin hövzənin bioloji resurslarının, ekologiyasının, eləcə də bölgənin hərbi-siyasi təhlükəsizliyinin qorunmasıyla bağlı maraqlarını da nəzərə almalıdır.

Bütün bunlara baxmayaraq, indi Xəzərin bölünməsi ilə bağlı sərhədyanı dövlətlərin vahid mövqeyi hələ də nəzərə çarpmır. Bu məsələdə Xəzərin bölünməsinin hüquqi əsasını təşkil edən müvafiq Konvensiya və müqavilələrə rəğmən Azərbaycana təzyiq vasitəsi kimi Rusiya tərəfindən danışıqlara cəlb edilən İran daha sərt mövqedən çıxış edir. Danışıqlar ərzində İranın mövqeyində hər hansı ciddi dəyişikliklərin baş verməməsi onu sübuta yetirir ki, bu ölkə öz təcavüzkar iddialarından əl çəkmək niyyətində deyil. Hazırda Xəzər şelfi üzərində 14% payı olan bu İİR əlavə olaraq 6%-ə də iddialıdır. İranın Xəzərətrafı sərhədləri yalnız Azərbaycan və Türkmənistanla kəsişdiyi üçün bu ölkənin Rusiya və Qazaxstandan əlavə pay umması coğrafi reallıqlara uyğun gəlmir. Deməli, İran Azərbaycanın və Türkmənistanın ərazi sularına (ərazilərinə) iddia edə bilər. İranla Türkmənistan arasında isə Xəzər şelfi ilə bağlı hələ ki, ciddi narazılıqlar nəzərə çarpmır. Əksinə, Türkmənistan yaranmış vəziyyətdən öz xeyrinə yararlanmağa çalışır. Tehranı heç bir hüquqi əsas olmadan danışıqlara cəlb edən Moskvanın isə Xəzərin milli sektorlara bölünməsinin əleyhinə olmaması təbii qəbul olunmalıdır. Rusiyanın İran və Türkmənistanla sərhədləri yoxdur və hər iki ölkənin iddiaları şimal ölkəsini tamamilə təmin edir.

O vurğulayıb ki, Rusiyanın mövqeyi təkcə Xəzərin milli sektorlara bölünməsi ilə yekunlaşmır. Moskva Xəzərin səthinin və sərvətlərinin ümumi istismarıyla bağlı iddialarında hələ də israrlıdır. Rusiyaya görə Xəzər milli sektorlara bölündükdən sonra sahilyanı dövlətlərin dəniz sərhədləri sözün hərfi mənasında qəbul edilməli deyil. Bu sərhədlər ilk növbədə bu və ya digər dövlətin suyun təkindəki sərvətlər üzərində suveren hüquqları kimi başa düşülməlidir. Bu yanaşma, çox güman ki, Rusiyanın suyun səthində hərbi-siyasi manevr imkanlarının genişləndirilməsinə xidmət edir. Xəzərdə ən böyük hərbi donanmaya malik olan Rusiya bununla suyun səthinə (sərhədyanı dövlətlərə) nəzarəti öz əlində saxlamaq niyyətindədir.

İran və Türkmənistanın digər üç dövlətdən (Azərbaycan, Qazaxstan, Rusiya) fərqli olaraq, «orta xətt» prinsipiylə razılaşmamasının əsas səbəbi Tehranın və Aşqabadın Xəzərdəki yeni (perspektiv) neft yataqları üzərində öz hüquqlarını təmin etmək istəyi, eləcə də Azərbaycana məxsus (İranın və Türkmənistanın mübahisəli hesab etdiyi) yataqların istismarının qarşısının alınması ilə bağlıdır. İranın neft nazirinin ölkəsinin Xəzərin statusu haqqında sənədin imzalanmasını gözləmədən mübahisəli hesab etdikləri neft yataqlarının istismarına başlayacaqları barədə verdiyi bəyanatları, Türkmənistanın isə Kəpəz neft yatağının istismarı ilə bağlı Kanada şirkətiylə danışıqlar aparmasını təsadüfü hesab etmək olmaz.

Yaranmış vəziyyət danışıqlar prosesinin dalana dirəndiyini açıq-aşkar sübuta yetirir. İran beynəlxalq hüquqa görə Azərbaycana məxsus olan ərazi sularına iddiasını və ölkəmizə qarşı siyasi təzyiqlərini davam etdirir. Lakin Azərbaycan İranın ətrafında uranın zənginləşdirilməsi və terrorizmlə bağlı yaranmış vəziyyətdən məharətlə istifadə edərsə mövcud durumu dəyişə bilər.

Azərbaycan dəniz hüququna dair BMT tərəfindən 1958-ci ildə qəbul edilmiş Konvensiyaya əsasən, İranın ərazi iddialarıyla bağlı BMT-yə müraciət edə bilər və indiki halda beynəlxalq vəziyyət Azərbaycan üçün daha əlverişli görünür.

Qeyd: Beynəlxalq təcrübədə göllərin (qapalı su hövzələrinin) ortaq xətt üzrə milli sektorlara bölünməsi yeni hadisə deyil. Bununla bağlı Çad (Kamerun-Çad-Nigeriya-Niger), Böyük göl (ABŞ-Kanada) və s. su hövzələrini misal çəkmək mümkündür.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan Qərblə Şərq arasında: İrəvan sammitdən niyə imtina etdi? - İNCƏLƏMƏ
Bu gün, 10:36
Duda düşmən səngərində yer aldığını İNKAR ETMİR... - NƏZƏRƏ ALMALIYIQ...
Bu gün, 10:29
İrəvan Rusiyanı təkzib etdi: - Paşinyan xahiş etməyib!
Bu gün, 10:28
"Politico" nəşrinın ƏYRİ TƏRƏZİSİ... - QƏRƏZ... apaydın ortadadır...
Bu gün, 10:22
Aşıq Ələsgərin heykəliylə gündəmə gələn şirkət 672 min manatlıq tenderin qalibi oldu - BU DƏFƏ...
Bu gün, 10:20
İranla təlimlər vaxtı Bakıda NATO toplantısı: - DETALLAR
Bu gün, 10:13
Məhsul sifariş edib... hardadır bilinmir... - NARAZILIQ VAR...
Bu gün, 10:09
Ukraynada daha bir azərbaycanlı həlak oldu - ruslar tərəfdən döyüşüb...
Bu gün, 10:03
Astanada KTMT-yə üzv ölkələrin XİN başçıları, müdafiə nazirləri və Təhlükəsizlik Şuraları rəhbərlərinin iclası başlayıb
Bu gün, 10:01
Putin müharibəyə hazırlaşır: Birinci bu ölkədən başlayacaq - İNCƏLƏMƏ
Bu gün, 09:48
Nüfuz alverində təqsirləndirilən vəkilin istintaqı BAŞA ÇATDI
Bu gün, 09:45
“Müavinətlər artırılmasa, bu şəxslərin minimum səviyyədə yaşaması sual altına düşəcək” – Ekspert
Bu gün, 09:37
“Parlament diskussiya yeridir, həqiqəti tapıb qanun qəbul etməliyik” - Siyavuş Novruzov özünü MÜDAFİƏ EDİR
Bu gün, 09:32
"Lombard mafiyası"nın işi ilə bağlı yenidən məhkəməyə müraciət edildi - TƏFƏRRÜAT
Bu gün, 09:31
Paşinyanın sədri olduğu Aİİ sammitinin Rusiyada keçirilməsi qərarı... - SƏBƏB BİLİNDİ...
Bu gün, 09:29
Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verilib - TƏFƏRRÜAT
Bu gün, 09:25
Ermənistana yeni raketlər göndərilir: Bölgə üçün ciddi risklər var - NƏ ETMƏLİ?
Bu gün, 09:21
Paşinyan Zəngəzur dəhlizindən imtina etmir - Saqatelyan
Bu gün, 09:20
AYNA-nın əyilən lövhəsi... - FOTOFAKT
Bu gün, 09:17
Bakı şəhərində qarlı havalara hazırlıq tədbirləri davam edir - FOTO
Bu gün, 09:12
Ləğv prosesində olan şirkətin - SƏHMLƏRİ DÖVRİYYƏDƏN ÇIXARILIR
Bu gün, 09:08
Aslan Quliyev həbs edilə bilər? -Nəsimi rayonunda tikinti qalmaqalı böyüyür
Bu gün, 09:06
Azərbaycanda bələdiyyə seçkilərinə namizədlərin irəli sürülməsi prosesi başlayır - DİQQƏT
Bu gün, 09:02
Göyçayın bir kəndinin min dərdi... - "Bu özbaşnalığın ən böyüyüdür..."
Bu gün, 08:58
“Abşeron Treyd” MMC-nin həm də külli miqdarda vergi borcu VAR İMİŞ... - DETALLAR
Bu gün, 08:49
"Ancaq pensiya alanda, o da cəmi 1 kiloqram ət ala bilirəm..." - GİLEY
Bu gün, 08:46
Ceyhun Cəlilov Naxçıvana dabbaq xəstəliyi yayırmış - BU DA FAKT!
Bu gün, 08:42
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
Bu gün, 08:37
Azərbaycanda müəllim və tələbələr bu qərarı gözləyir - Görünəni odur ki...
Bu gün, 08:36
Yunanıstan Ermənistanı Rusiyaya qarşı silahlandırır - ŞƏRH
Bu gün, 08:34
Saatlı sakini buna görə narazıdır... - "3 uşağım ola-ola..."
Bu gün, 08:33
"Gözünüzün doyduğu gün olacaqmı?!" - ETİRAZ VAR...
Bu gün, 08:28
"Oğlum əmaliyyat olunanda kredit götürmüşəm" - Qazax sakini ÇƏTİN DURUMDA
Bu gün, 08:20
Quru sərhədlər nədən bağlıdır? – Rəsmi və qeyri-rəsmi versiyalar
Bu gün, 08:13
Afina İrəvana bu sistemləri göndərir: Bakı artıq tədbir görür - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:09
Mirşahin Ağayev bu deputatları sərt tənqid etdi - VİDEO
Bu gün, 07:06
"Bütün hallarda, onlar düzgün yolu seçmədilər" - Fazil Mustafa
Bu gün, 06:47
"Proses davam etməlidir" - deputat
Bu gün, 06:38
Bortnikov kəşfiyyat məlumatlarını “sızdırdı” - Azərbaycan iki ay ərzində…
Bu gün, 06:32
Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16
Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13
"Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09
Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02
“Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00
Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10
"Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06
AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00
Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53
Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05
Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru