RUSİYA «ÖLÜ CANLARI» DİRİLDİR
Tarix: 6-01-2012, 13:19 | Çap et
BEYNƏLXALQ GÜCLƏR AZƏRBAYCAN UĞRUNDA BÖYÜK SAVAŞA START VERİR
DİA.AZ: - Son zamanlar Cənubi Qafqaz regionu uğrunda dünya nəhənglərinin mübarizəsi daha da şiddətli xarakter alıb. Dünya nəhənglərinin İranı hədəfləməsi faktoru da Cənubi Qafqazın əhəmiyyətini birəbeş artırıb. Və elə bu səbəbdən də Azərbaycan bir geosiyasi məkan olaraq yenə də güclərin toqquşma episentri kimi xarakterizə olunmaqdadır.
Artıq müdafiə olunmaq mövqeyindən çıxış edən İranın Azərbaycana qarşı hansı mövqedə dayandığı hər kəsə məlumdur. İki gündən bir hələlik əlindəki təbliğat imkanları ilə dövlətimizi və xalqımızı hədəfə alan fars-molla rejiminin daha təhlükəli addımlara gedə biləcəyi istisna deyil. Bunu elə rəsmi Tehranın ayrı-ayrı təmsilçilərinin, eləcə də «Hizbullah» terror təşkilatının nümayəndələrinin dilindən də dəfələrlə eşitmişik.
Doğrudur, bu vaxta qədər molla rejiminin Bakıda yalnız bir siyasi qətlə - tanınmış yazıçı Rafiq Tağının ölümünə imza atdığı faktı var, amma daha da dəhşətli olaylardan sığortalanmaldığımız bir faktdır. Və bu gün də İranın Azərbaycan əleyhinə müxtəlif istiqamətlərdəki fəaliyyəti göz önündədir. Bir yandan Azərbaycanın torpaqlarını işğal etmiş Ermənistanla sıx əlaqələr, Ermənistana kəşfiyyat və hərbi müstəvidə Azərbaycan əleyhinə yardımların edilməsi, digər yandan da Azərbaycan daxilində etnik və dini separatizmin qızışdırılmsı cəhdləri molla rejiminin ölkəmizə qarşı edə biləcəklərinin və yaxud da etmək istədiklərinin yalnız cüzi hissəsi kimi qəbul edilməkdədir.
İranla yanaşı, regionda molla rejiminin əsas müttəfiqi hesab olunan Rusiya da Cənubi Qafqazın ən mühüm geosiyasi məntəqəsi hesab olunan Azərbaycanı kimsəyə buraxmaq niyyətində deyil. Doğrudur, rəsmi Bakı təmsilçilərinin Kremlə yetərincə bağları mövcuddur və bu şərait Rusiyanı tamamilə qane edəcək səviyyədədir. Amma buna rəğmən şimal qonşumuz hətta hazırki Aərbaycan hakimiyyətinə alternativ qüvvələr arasında da öz dayaqlarını formalaşdırmağa cəhdlər edir. Ki, bunun da təzahürlərinə dəfələrlə şahidlik etmişik.
Məsələn, bu gün Azərbaycana gəlişi proqnozlaşdırılan və hətta bu dönüş üçün müvafiq hüquqi bazanın yaradıldığı da məlum olan Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov hər zaman Rusiyanın əlində istifadə oluna biləcək əsas kozırlardan biri kimi qəbul edilməkdədir. Hər halda, Mütəllibov hələ də Azərbaycanda kifayət qədər ciddi ictimai-siyasi çəki və dəstəyə malikdir. Ki, bu faktor da onun Rusiya üçün əhmiyyətini artırmış olur.
Mütəllibov hazırki Azərbaycan iqtidarına qarşı çevrilən və son illərdə siyasi proseslərdən demək olar ki, bütünlükdə olaraq təcrid edilmiş vəziyyətə salınan Şirvan zonasının şəriksiz lideri hesab olunur. Doğrudur, sözügedən bölgədə İran tərəfi də kifayət qədər ciddi dayaqlara malikdir. Amma zəruri anda bu qüvvələrin çəkici eyni zindana vura biləcəyi istisna deyil. Bunu həm də Rusiya ilə İranın Cənubi Qafqazdakı ortaq maraqları da təmin edə bilər.
Azərbaycan hakimiyyətinin Kremllə olan sıcaq münasibətlərinin İranın Azərbaycana qarşı mövqelərində hansısa formada müsbət təsir buraxmaması faktı da təsdiqləyir ki, Rusiya rəsmi Bakını İrandan qorumadığı kimi, öz maraqları naminə İrana Azərbaycan içindəki planlarının icrası yönündə hər an dəstəyini verə bilər.
Onu da xatırladaq ki, Ayaz Mütəllibov hələ dövlət başında olarkən də Rusiya ilə yanaşı, molla rejimi ilə də çox isti münasibətlərə malik idi. Hətta o zamanlar belə bir planın olduğu da bildirilir ki, həmin dönəmdə Ayaz Mütəllibov Azərbaycan neftinin Rusya-Azərbaycan-İran xətti ilə dünya bazarına çıxarılmasına razılıq da veribmiş. Lakin bu plandan xəbərdar olan beynəlxalq qüvvələr Mütəllibovun devrilməsini reallaşdırırlar.
Apardığımız araşdırmalar, əldə etdiyimiz məlumatlar və müxtəlif ekspert rəyləri də təsdiqləyir ki, bu il dünya gücləri Cənubi Qafqaz uğrunda həledici döyüşə çıxacaqlar. Bu barədə diplomatik qaynaqların da ötürdüyü informasiyalarda vurğulanır ki, rəsmi Bakı ilə dil tapa bilməyən Qərb hətta Azərbaycanda inqilabi dəyişikliklərə də gedə bilər. Bunun isə Rusiya və İran adlı maneə tərəfindən önlənəcəyi də istisna deyil. Belə olan şəraitdə Azərbaycan uğrunda savaşın acımasız olacağı şübhə doğurmur.
Bu arada redaksiyamıza daxil olan məlumatlardan aydın olur ki, Mütəllibov kartı ilə yanaşı, Rusiya tərəfi Azərbaycan müxalifətində yeni dayaqlarını da yaratmaqda maraqlıdır. Əslində bu dayaqlar elə də yeni deyil. Söhbət bir zamanlar kifayət qədər populyar olmuş «Azərbaycan Yolu» Siyasi Hərəkatı adlı qurumun fəaliyyətinin bərpasından gedir.
Xatırladaq ki, cəmiyyət arsında fırıldaqçı kimi ad çıxarmış İlqar Qasımov adlı şəxsin rəhbərlik etdiyi bu təşkilat zamanında yerli müxalifətə məxsus qüvvələrin müəyyən qismini də ələ keçirməyə müvəffəq olmuşdu. Lakin sonradan Kreml bu işdən vaz keçdi və İlqar Qasımov bir siyasi fiqur kimi əhəmiyyətini itirməklə yanaşı, həm də cəmiyyətin qınaq hədəfinə çevrildi.
Lakin son bilgilərdə qeyd olunur ki, Rusiya yenidən siyasi baxıman ölmüş canı diriltmək niyyətindədir. Və bu iş üçün hətta çox ciddi vəsait də ayrılıb. Məlumatlı mənbələrin sözlərinə görə, yenidən Bakıda qərargah yaratmaqda maraqlı olan İlqar Qasımov hətta köhnə əlaqələrini də işə salıb:
«İlqar Qasımov neçə müddətdir ki, bir zamanlar «Azərbaycan Yolu» SH-də təmsil olunmuş şəcslərlə danışıqlar aparır. Eyni zamanda təşkilatlanma ilə yanaşı, mətbu müstəvidə də ciddi dayaqların formalaşdırmasına maraq göstərir. Hər halda, bu faktları təsadüflərin quyruğuna bağlamaq doğru deyil».
Mövzu diqqətimizdədir…
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Bu gün, 11:17 |
|
|
|
• Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Bu gün, 11:13 |
|
|
|
• Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Bu gün, 11:09 |
|
|
|
• DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Bu gün, 11:07 |
|
|
|
• Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Bu gün, 10:59 |
|
|
|
• "Səni 12 ildir mən gözəlləşdirmişəm"
Bu gün, 10:56 |
|
|
|
• İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Bu gün, 10:50 |
|
|
|
• Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Bu gün, 10:47 |
|
|
|
• Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Bu gün, 10:44 |
|
|
|
• Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? - İLGİNC İDDİALAR
Bu gün, 10:43 |
|
|
|
• Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə yeni direktor təyin edilib - ƏMR
Bu gün, 10:32 |
|
|
|
• AYNA Bakıda bu işlərə 1,2 milyon manat xərcləyəcək
Bu gün, 10:30 |
|
|
|
• "İran azərbaycanlıları Ermənistana yanacaq və digər yüklərin daşınmasına qarşı etiraz etməlidirlər" - deputat
Bu gün, 10:27 |
|
|
|
• Bakı ilə Ankaranın ZƏNGƏZUR SÖZBİRLİYİ... - İrəvan yola gəlməlidir...
Bu gün, 10:21 |
|
|
|
• "The New York Times" Naftalandan yazıb, həm də necə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:19 |
|
|
|
• ATİAHİ nümayəndə heyəti Türk Dünyası Konfransında iştirak edib
Bu gün, 10:17 |
|
|
|
• "Mənim vəziyyətim heç bir rəsmi qurumu narahat etmir..." - Qarabağ qazisindən ETİRAZ
Bu gün, 10:14 |
|
|
|
• BUNU DA GÖRDÜK: “Od qiyməti”nə alınan uzunqulaqlar... - Kimin NƏYİNƏ LAZIMDIR?
Bu gün, 10:10 |
|
|
|
• "Ermənistan cəmiyyətinin şüurunda türk düşmənçiliyi hakim mövqeyindədir" - BU FAKTDIR...
Bu gün, 10:07 |
|
|
|
• Sülh müqaviləsi təhdid altında - İNCƏLƏMƏ
Bu gün, 10:05 |
|
|
|
• Naxçıvanda 11 gün əvvəl partlayış nəticəsində xəsarət alan şəxs Bakıda xəstəxanada ölüb
Bu gün, 10:00 |
|
|
|
• Azərbaycanda polkovnik vəfat etdi - FOTO
Bu gün, 09:56 |
|
|
|
• Yevlax Məşğulluq İdarəsi də BELƏ NARAZILIQ YARADIR... - MÜRACİƏT
Bu gün, 09:54 |
|
|
|
• Paşinyan saqqalını nə üçün qırxdığını açıqladı... - VİDEO
Bu gün, 09:44 |
|
|
|
• Bu gündən bəzi məktəblərdə dərslər başlayıb
Bu gün, 09:41 |
|
|
|
• Bələdiyyə sədrinin bu əməli sakinləri AYAĞA QALDIRDI... - NARAZILIQ VAR...
Bu gün, 09:40 |
|
|
|
• Zəngəzur dəhlizi bu tarixdə açıla bilər... - Üç məsələdən biri həll olunur
Bu gün, 09:33 |
|
|
|
• Bakının bu tələbi var: iddiaları geri çəkmək isə... - Paşinyan
Bu gün, 09:31 |
|
|
|
• “Bank Respublika” törəmə şirkətinin fəaliyyətini dayandırdığını elan edib
Bu gün, 09:29 |
|
|
|
• "Bunu kimsə nəzərə almır, üstəlik mənim pulumu kəsirlər" - GİLEY
Bu gün, 09:28 |
|
|
|
• Qənirə Ataşovanın instagram hesabı bərpa olundu - özü AÇIQLADI
Bu gün, 09:20 |
|
|
|
• Muxtar Respublikada nə baş verir? - AKTUAL
Bu gün, 09:18 |
|
|
|
• MƏLUM OLDU: 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
Bu gün, 09:16 |
|
|
|
• Belə getsə, “Zeytunluq”da yaşıllıq qalmayacaq - SOS!
Bu gün, 09:09 |
|
|
|
• "Yapı Kredi Bank" oyun "alqı-satqısı" ittihamı ilə üz-üzə... - Bank sahibi iddialara nə deyir?
Bu gün, 08:59 |
|
|
|
• Rusiyadakı azərbaycanlılar təhlükədə – Putinin dedikləri qorxuya saldı
Bu gün, 08:55 |
|
|
|
• Avtobuslar yenə də `dədə-baba yoluna` qayıdır? - AYNA-nın NƏZƏRİNƏ...
Bu gün, 08:47 |
|
|
|
• Ləğv olunmaq sırası AYB-yə çatıb? - İLGİNC...
Bu gün, 08:40 |
|
|
|
• De sən öl, Həsən ağanın qohumuyam? - Sabirabaddakı biabırçılığa sözardı
Bu gün, 08:31 |
|
|
|
• Ərazimizi bərpa edib, Quterreşi Bakıya gətirdik… - FAKT BUDUR!
Bu gün, 08:16 |
|
|
|
• Paşinyan Aİ-yə üzvlükdən danışdı - "50 min imzanın toplanacağına əminəm"
Bu gün, 02:04 |
|
|
|
• 70 kiloqram qızılla yaxalanan azərbaycanlı KİMDİR? - “Cumhuriyet”
Bu gün, 02:00 |
|
|
|
• Ballistik raketdən istifadə: nüvə hücumu məşqi, yoxsa blef? - NƏ BAŞ VERİR?
Bu gün, 00:37 |
|
|
|
• İrəvan Bakıya Aİ missiyasının delimatasiya olunacaq ərazidə fəaliyyət göstərməməsini təklif edib - Paşinyan
Bu gün, 00:34 |
|
|
|
• "Bu gün niyə tez parlayanlar tez də sönürlər?"
Bu gün, 00:23 |
|
|
|
• 6 ay Bako Saakyanın villasında qalmış “Sərxan” kod adlı erməni İrəvanda... - Ermənistan KİV
Bu gün, 00:20 |
|
|
|
• Rusiya nüvə silahından istifadə edəcək – Hədəfdə bu ölkələr var
Bu gün, 00:17 |
|
|
|
• Həftəsonu quru sərhədlər AÇILIR? - AKTUAL
Bu gün, 00:15 |
|
|
|
• Dövlət qurumu 13 milyon manatlıq tibbi avadalıqlar aldı - DETALLAR
Bu gün, 00:05 |
|
|
|
• 4 rayon və 1 şəhərdə köçkünlərin binaları təmir olunacaq - TENDER NƏTİCƏSİ
Bu gün, 00:02 |
|
|
|
|