ABBAS ABBASOV NƏDƏN HƏYƏCANA DÜŞÜB?
Tarix: 29-07-2013, 11:33 |
Çap et
RUSİYANIN BAKI İLƏ ANLAŞMA YOLUNDA OLMASI RATİ ŞEFİNƏ SƏRF ETMİR?
DİA.AZ: - Azərbaycan baş nazirinin keçmiş müavini, Rusiyanın antiAzərbaycan siyasətində yer alan, «Milyarderlər İttifaqı»nın sədri Abbas Abbasovla bağlı redaksiyamıza ilginc məlumat daxil olub. Bu barədə DİA.AZ-ı bilgiləndirən Rusiyadakı soydaşlarımız bildirir ki, Rusiya Azərbaycan Təşkilatları İttifaqının (RATİ) sədri keçən şənbə günü Kremldə müzakirəyə qatılıb.
Mənbə iddia edir ki, həmin müzakirələrdə əsas mövzu Azərbaycan və ölkəmizdə keçiriləcək prezident seçkiləri olub: «Müzakirədə eyni zamanda Söyün Sadıxov da iştirak edib. Abbas Abbasovla Söyün Sadıxovu Rusiya prezidentinin xüsusi nümayəndəsi qəbul edib və onları yeni dönəmlə bağlı məlumatlandırmaqla yanaşı, həm də onları təlimatlandırmış olub».
Mənbə iddia edir ki, müzakirələr zamanı Kremllə rəsmi Bakının münasibətlərinin qaydasına düşməsi haqda səslənən fikirlərə Abbas Abbasov əsəbi reaksiya verib və hətta üsyan da edib: «Abbas Abbasov bildirib ki, nədən onu Azərbaycan iqtidarı ilə düşmənə çevirirdilər, əgər sonradan münasibətlər düzələcəkdisə. Amma baş nazirin keçmiş müavininə Putinin adından bir arxayançılıq zəmanəti də vverilib».
Onu da bildirək ki, hələ də Abbas Abbasovun Azərbaycanda rıçaqları qalmaqdadır. Eyni zamanda onun oğlu Azərbaycan Milli Məclisində təmsil olunur.