ŞİRİNBACI RZAYEVANIN OĞLU AZAD EDİLDİ
Tarix: 26-07-2013, 15:16 |
Çap et
DİA.AZ: - Ötən il narkotik ittihamı ilə həbs edilən İlqar Rzayev bu gün saxlandığı 14 saylı Cəzaçəkmə Müəssisəsindən azad edilib. O, mayın 7-də qəbul olunan amnistiyaya düşüb. DİA.AZ bildirir ki, bu barədə portalımıza məlumatı İlqar Rzayevin qardaşı Əlirza Rzayev verib..
Qeyd edək ki, İlqar Rzayev Bakının mərkəzində aparılan yeniliklər zamanı evi uçurulmuş Şirinbacı Rzayevanın oğludur. Şirinbacı Rzayeva müxalif İctimai Palatanın ötən il aprelin 22-də Bakıda keçirdiyi mitinqdə söz alaraq hakimiyyəti sərt tənqid edib. Bundan sonra İlqar Rzayevin ailəsinin yaşadığı evi söküblər, Şirinbacı Rzayevanı və onun digər oğlunu işdən çıxarıblar.
İlqar Rzayev ötən il mayın 11-də tutulmuşdu. Nərimanov Rayon Məhkəməsi onu Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə təqsirli bilib 2 il azadlıqdan məhrum etmişdi.