CABBAR SAVALANLI ANS-DƏN İMTİNA ETDİ
Tarix: 28-12-2011, 12:56 |
Çap et
“AZADLIĞA ÇIXAN KİMİ MÜSAHİBƏ GÖTÜRMƏK İSTƏYİRLƏR”
“Hətta Mirşahinə məktubla da müraciət ediblər. Ancaq ANS-dən həmin vaxt səs çixmadi. İndi nə oldu bəs?! Azadlığa çıxan kimi müsahibə götürmək istəyirlər”
Dekabrın 26-da Prezident İlham Əliyevin əfv fərmanı ilə azadlığa cıxan siyasi məhbus Cabbar Savalanlı ANS-ə müsahibə verməkdən imtina edib. Bu barədə “Qafqazinfo”ya AXCP-dən məlumat verilib. Partiya C. Savalanlının bu hərəkətini belə izah edib: “ANS-dən Cabbara, evlərinə zəng vurub müsahibə götürmək istədiklərini bildiriblər. Lakin onlara müsahibə verməkdən imtina olunub. Cabbarın anası deyib ki, oğlu həbs olunandan sonra ANS-ə dəfələrlə müraciət edib Cabbar haqqında veriliş hazırlamağı istəyiblər. Hətta Mirşahinə məktubla da müraciət ediblər. Ancaq ANS-dən həmin vaxt səs çixmadi. İndi nə oldu bəs?! Azadlığa çıxan kimi müsahibə götürmək istəyirlər. Bunu necə başa düşmək olar. İnsana çətin zamanında dəstək olmaq lazım idi?!”.