KƏRƏM HƏSƏNOV RUSİYA AJANI İLƏ NƏLƏRİ DANIŞIB?
Tarix: 23-07-2013, 13:13 |
Çap et
OLİQARX-NAZİRİ ƏSƏBİLƏŞDİRƏN KOMİTƏ SƏDRİ YAMAN YERDƏ İLİŞİB
DİA.AZ: - Redaksiyamıza növbəti kadr islahatları ilə bağlı ilginc faktlar ötürülüb. Bilgili qaynağın DİA.AZ-a iddialarından belə aydın olur ki, bu günlərdə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov və onun şəbəkəsinə aid bir sıra iş adamları ilə bağlı plan işə düşür. Buna səbəbsə Kərəm Həsənovun da bir zamanlar ümumiqtidar maraqları üçün təhdid hesab olunan və hazırda həbsdə saxlanılan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin dəst-xəttini təkrarlama niyyətinin hiss olunmasıdır.
Xatırladaq ki, 2005-ci ilin 17 oktyabr tarixində həbs edilən Fərhad Əliyevin o zamanlar «zərərsizləşdirilməsində» məhz Kərəm Həsənovun «müstəsna xidmətlərinin» olması barədə məlumatlar yayılmışdı. İndi isə Kərəm Həsənov eyni qaydada problemə çevrilməkdədir.
Mənbənin söylədikləri: «Bir neçə ay əvvəl Kərəm Həsənovla oliqarx-nazirlərdən birinin mübahisəsi düşüb. Məsələ əmlak məsələləri ilə bağlı olub. Və həmin oliqarx-nazir də onu eşitməyən Kərəm Həsənovu qaralayıb. Onun barəsində kompromatların toplanılmasını sifariş etdirib. Və bəxti gətirib».
Mənbə iddia edir ki, bu günlərdə Kərəm Həsənovun hazırda Azərbaycan hakimiyyətinə asi olan baş nazirin keçmiş müavini, Rusiya Azərbaycan Təşkilatları İttifaqının sədri Abbas Abbasova yaxın şəxslə davamlı şəkildə görüşdüyü təsbit olunub: «Dərhal bu görüşlə bağlı oliqarx-nazir bilgiləndirilib və hətta araşdırmalara xüsusi xidmət orqanlarının əməkdaşları da cəlb edilib. Nəticədə çox ilginc faktlar əldə edilib».
Mənbəmiz bu faktların mahiyyəti ilə bağlı dolğun bilgilər açıqlamasa da, Kərəm Həsənovun çox böyük yanlışa yol verdiyini və bu yanlışın onu bitirəcəyini də vurğuladı.