BAKIDA "GİZLİ" "PRİTON"LAR...
Tarix: 18-07-2013, 12:36 | Çap et
İnsan alveri bu gün Azərbaycan da daxil olmaqla bir sıra ölkələri narahat edən əsas problemlərdən biridir. Bu elə bir bəladır ki, narkotik və silah ticarətindən də ağır fəsadlara, məsələn, genefonun məhvinə, gənc nəslin mənəviyyatının pozulmasına, fahişəliyin geniş vüsət almasına səbəb olur.
Heç kimə sirr deyil ki, insan alverinin ən çox yayılmış növü məhz qadın ticarətidir. Əfsuslar olsun ki, hazırda həm paytaxt Bakıda, həm də ölkənin bir sıra şəhər və rayonlarında fəaliyyət göstərən disko klublar, sauna və gecə barları, otellər, masaj salonları, eləcə də digər əyləncə mərkəzləri yüngül həyat tərzi keçirən qadınların satışını təşkil etməklə külli miqdarda gəlir əldə edirlər. Düzdür, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları bu tip obyektlərə və onların rəhbərlərinə qarşı ciddi mübarizə aparsalar da, nədənsə hələ də qadın alverini reallaşdıran şəxslər - "sutenyor" və "mama roza"lar, həmçinin onların himayədarları öz bildiklərini etməyə, bizneslərini genişləndirməyə davam edirlər.
Bu gün dünyanın hər bir yerində olduğu kimi, Azərbaycanda da HİV virusuna yoluxanların sayında artım müşahidə olunur. Məsələ burasındadır ki, qloballaşan dünyanın bir hissəsi olan Azərbaycan da istər-istəməz onun mənfi və müsbət yenilikləri, dəyişiklikləri ilə yüklənir və bu belə də olmalıdır. Söylənilənlərə misal olaraq, narkomaniyanın, yoluxucu xəstəliklərin, əxlaqsızlığın, epidemiyaların artmasını göstərmək olar. Respublikamızla qonşu dövlətlərin, habelə uzaq ölkələrin qəbul edilən və edilməyən yenilikləri bir müddət sonra Azərbaycana da transfer edilir. Yəqin ki, söhbətin nədən getdiyini anladınız. Bəli, fakt faktlığında qalır - ölkəmizdə əxlaqsızlıq hallarının sayı ildən-ilə artmaqdadır.
Buna yüngül həyat tərzi keçirən qadınların miqyasının çoxalmasını misal göstərmək olar. Maraqlıdır, bəs əxlaqsızlığın sayının artmasının başlıca kökü nədədir? Şübhəsiz ki, buna rəvac verən əxlaqsızlıq yuvalarının kəmiyyətinin artımında. Ölkəmizin paytaxtı Bakı şəhərində, habelə respublikamızın digər şəhər və rayonlarında istirahət mərkəzləri üçün nəzərdə tutulan mehmanxanaların, otellərin, kafe və restoranların, motellərin başqa profillə fəaliyyət göstərmələri yuxarıda sadaladığımız problemlərin daha da genişlənməsinə rəvac verir.
SabunÇu rayon Polis İdarəsinin 5 addımlığında...
Nəzərinizə çatdıraq ki, bu cür "yuva"lara daha çox Bakının mərkəzi hissələrində tez-tez rast gəlinir. Bakı-Sumqayıt şəhərlərində fəaliyyət göstərən çoxsaylı istirahət mərkəzləri, qonaqların gecələdikləri məkan kimi deyil, başqa xidmətlər təklif edən obyekt kimi tanınır.
Adı "mehmanxana" olan bu obyektlərdə vəziyyət tamam başqa cürdür. Belə ki, buranın fərqli profillə ixtisaslaşması obyektlərin xidmətlərindən istifadə edənlərin tərkibini də dəyişdirib. İndi sözügedən obyektlərdən əsasən imkanlı şəxslər, onların ailə üzvləri - övladları istifadə edirlər. Bu yerlərdə də cinsi istismara məruz qalanlar əsasən 18-25 yaş arası qızlardır:
Maraqlıdır ki, nədənsə aidiyyəti qurumlar da bu məsələyə biganə yanaşırlar. Elə bu səbəbdən də sözügedən "istirahət mərkəzləri"nin rəhbərliyi barədə sərt tədbirlər görülmür. Əksinə, həmin əxlaqsızlıq yuvaları açıq-aşkar və çox arxayın şəkildə öz bizneslərini həyata keçirirlər.
Qeyd edək ki, bu əxlaqsızlıq yuvaları barədə dəfələrlə mətbuatda yazılanlara rəğmən hələ də hüquq-mühafizə orqanları belə əxlaqsızlıq yuvaları barədə ölçü götürmür. Çünki bu əxlaqsızlıq yuvaları yüksək çinli məmurlar tərəfindən himayə olunur. Əgər belə olmasaydı, onlar barəsində çoxdan ölçü götürülər, fəaliyyətlərinə imkan yaradılmazdı. Maraqlıdır ki, həmin oyektləri işlədənlər də zəngin həyat yaşayırlar. Onlar cinsi istismardan əldə olunan vəsaitlə özlərinə bahalı evlər, avtomobillər və nələr-nələr əldə etmirlər. Elə aşağıda adlarını çəkəcəyimiz əxlaqsızlıq yuavalarında da baş verənlər damarlarda qan dondurur. Lakin təəssüflər olsun ki, rayon polis idarələri bir çox hallarda buna göz yumurlar. Əgər göz yummasaydı, Sabunçu rayon polis İdarəsinin 5 metrliyində restoran adı altında gizlənərək əxlaqsızlıq yuvası kimi istifadə olunan "Roma" adında obyekt fəaliyyət göstərməzdi. Qeyd edək ki, Mahir adlı bir nəfərin idarə etdiyi bu obyektdə 5 lyuks otaq fəaliyyət göstərir. Hətta adıçəkilən şəxs "Hummer" markalı avtomobildə gəzir. Amma "Roma"nın təhlükəsizliyi olduqca yüksək səviyyədə qorunub. Çünki içəridə tanışın olmasa, yaxud obyekti işlədənlərə qarşı etibarlılığın olmasa səni heç vaxt içəri buraxmazlar. Verilən məlumata görə, "Roma"nın Sabunçu rayon Polis İdarəsinin düz yanında fəaliyyət göstərməsi səbəbsiz deyil. Belə ki, bu obyektin arxasında Daxili İşlər Nazirliyində yüksək vəzifədə dayanan hörmətli yoldaşlardan (Adı etika xatirinə açıqlamırıq) biri dayanır. Elə onun toxunulmazlığı da buna görə baş tutur.
Sabunçu rayonunda fəaliyyət göstərən digər belə bir ünvan "Oskar" adı altında fəaliyyət göstərir. Maraqlıdır ki, bu obyekt isə Sabunçu rayon Polis İdarəsinin 13-cü polis Bölməsinin düz yaxınlığında yerləşir. Buranı işlədən Rasim adlı bir nəfər olsa da, məhz onları adıçəkilən polis bölməsinin himayə etdiyi bildirilir. Amma ümumilikdə isə, obyektin arxasında İnsan alverinə qarşı Mübarizə İdarəsində səlahiyyətli şəxslərdən birinin dayandığı vurğulanır.
Sabunçu rayonu Bakıxanov qəsəbəsində dəmiryol stansiyasına yaxın ərazidə fəaliyyət göstərən əxlaqsızlıq yuvalarından biri ötən ayın 20-də İnsan Alverinə qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən "vurulsa" da hazırda oranın yenidən fəaliyyət göstərildiyi bildirilir.
Sabunçu rayonu Bakıxanov Ticarət Mərkəzinin yanında " Manchester" adı aldında fəaliyyət göstərən obyektin də əxlaqsızlıq yuvası olduğu qeyd olunur. Lalə adında bir xanımın işlətdiyi bu obyektdə müştərilər arasında razılıq əldə olunandan sonra Aydının obyektinə aparılır. Onu da xatırladaq ki, Naxçıvandan olduğu bildirilən Lalə xanım "İnfiniti" markalı avtomobili idarə edir.
Bundan başqa Sabunçu rayonu ərazisində, "Edem", "Real" barları fəaliyyət göstərir ki, bu ünvanlarda da, cinsi istismar həyata keçirilir.
Paytaxtın Nizami rayonu ərazisi də, belə yuvalardan uzaq deyil. Metronun "Neftçilər" stansiyasının düz yaxınlığında "Abardaj" adlı bar fəaliyyət göstərir. İşlədənin adının Müşfiq olduğu bildirilən bu obyektlə bağlı kimlərəsə baxım-görüm edilməsə, heç bir faəliyyət göstərmək mümkün olmaz. Onu da vurğulayaq ki, bu obyektdə mütəmadi olaraq dava-dalaş baş verir.
Azyaşlılar barlara necə yol tapır?
Nizami rayonunda yerləşən "Qrand Night club"un isə arxasında 24-cü polis bölməsinin rəisi Lətif Cahangirovun durduğu bildirilir. Amma bu obyekti Teymur adında bir nəfər işlədir. Verilən məlumata görə, bu obyektdə də qadınların cinsi istismarına şərait yaradılır.
Paytaxtda yerləşən ("Ramstore"un yanında) "Viktoriya" saunası hazırda fəaliyyətinin pik nöqtəsindədir. Hətta əldə etdiyimiz məlumata görə, bu yaxınlarda adıçəkilən saunaya 20-yə yaxın azyaşlı qız gətirilib. Orada işlərin şıdırğı vaxtı isə gecə saat 24-dən səhərə kimidir. Oranı isə Mirzə adında bir nəfər işlədir. Hətta deyilənə görə, Mirzə öz yaxınlarının yanında deyib ki, "mənə heç kim bata bilməz, necə lazımdır fəaliyyətimi davam etdirəcəm".
Novxanı qəsəbəsində "Sendi" adlı bar-sauna da yuxarıda adları çəkilən əxlaqsızlıq yuvalarından heç də geri qalmır. Bildirilir ki, yaxınlarda bu obyektə də istismar məqsədi ilə 25 nəfər azyaşlı gətirilib.
Bütün bu kimi faktlar onu göstərir ki, istər paytaxtda, istərsə də regionlarda fahişəxanaların açıq-aşkar fəaliyyət göstərməsinə istənilən şərait yaradılır. Ona görə ki, bir çox hallarda belə pritonların arxasında vəzifəli məmurlar dayanır.
Bir sözlə, əcaib dövrdə yaşayırıq. Haqqında bol-bol, özü də yerli-yersiz boşboğazlıq etdiyimiz milli mentalitet adlanan ənənəvi etik dəyərlər sistemi əslində zibilliyin bir küncünə atılıb. Ağaya sədaqətin nümayişi hər şeydən önəmlidir, vacibdir. Hətta əxlaqsızlıq üçün utanc hissindən belə. Bir çoxları böyük şərəf və fərəhlə əxlaqsızlıqlarını topluma nümayiş etdirirlər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08 |
|
|
|
• Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03 |
|
|
|
• Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36 |
|
|
|
• Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34 |
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Dünən, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Dünən, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Dünən, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Dünən, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Dünən, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Dünən, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Dünən, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Dünən, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Dünən, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Dünən, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Dünən, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
23-11-2024, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23-11-2024, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
23-11-2024, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
23-11-2024, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
23-11-2024, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
23-11-2024, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
23-11-2024, 13:57 |
|
|
|
|