RÖVNƏQ ABDULLAYEVİN YENİ PETROL PROJESİ
Tarix: 26-12-2011, 11:55 |
Çap et
AZƏRBAYCANDA NEFT BAZALARI ÖZƏLLƏŞDİRİLİR
DİA.AZ: - Azərbaycanda neft bazaları özəlləşdirilməyə başlayıb. İlk neft bazasını sentyabrın 20-də İmişlidə satmaq planlaşdırılır. Əmlak Məsələləri Dövlət Komitəsi avqustun 20-də İmişlidə əvvəllər ARDNŞ-nin balansında olan neft bazasının hərraca çıxarıldığını elan edib. Neft bazası 1000 m2 ərazini tutur və 78 358 manat qiymətləndirilib.
ARDNŞ-nin neft bazaları ölkə prezidentinin 28 mart 2001-ci il tarixli sərəncamı ilə özəlləşməyə çıxarılıb. Bakı və rayonlardakı 27 neft bazasının satılması planlaşdırılır. Amma sonra məlum oldu ki, ARDNŞ onları satmağa tələsmir. ARDNŞ-nin keçmiş prezidenti Natiq Əliyev bildirirdi ki, bazar iqtisadiyyatı şəraitində «neft bazaları investorlar üçün maraqlı olmayacaq».
Amma R.Abdullayev ARDNŞ rəhbərliyinə keçdikdən sonra bu məsələ yenidən aktuallaşdı və artıq bazaların özəlləşdirilməsinə başlanıb. Məlumatlı mənbənin sözlərinə görə hərraca çıxarılan bazalara talib şəxs də elə ARDNŞ prezidentinin özüdür: «O müxtəlif adlar altında yaratdığı şirkətlər vasitəsilə bu bazaları öz biznes imperiyasına daxil etmək fikrindədir».