Türkiyədən ermənipərəst jurnalistə qadağa: .....                     Bu gün Kəlbəcər Şəhəri Günüdür .....                     Berbok Bakını niyə erkən tərk edib? .....                     Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub .....                     "Bundan başqa bizə nə lazımdır axı?" .....                     Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” .....                     “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” .....                     Avropa yeni enerji böhranı ilə üzləşib .....                     Aptek müdürü işçisini vəhşicəsinə döydü .....                     Ermənistana silah daşınır .....                     Fidanın mesajı təşviş doğurdu .....                     Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu .....                     Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… .....                     Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət .....                     Rusiya nüvə doktrinasını buna görə yenilədi .....                     Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? .....                     Kim Çen In Rusiyaya səfər edə bilər .....                     Göyçayda daha bir MƏMUR HARINLIĞI... .....                     Sizdə bu hallar varsa Şopoqoliksiniz .....                     Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı .....                     Ermənistandan Fransaya xəyanət kimi qərar .....                     Tramp bu qadını nazir təyin edir .....                     Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... .....                     İqlim sammitinin qapanışı nədən ləngiyirdi? .....                     Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... .....                     Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə .....                     Ermənistanla münasibətimiz problemlidir .....                     Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb .....                     Naxçıvanda yeni həbslər... .....                     Bakıya “hücum”a cavab verildi .....                     Paşinyanın Bakıya bu “güzəşti” hiylədir .....                     İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür .....                     COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib .....                     COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib .....                     Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” .....                     "Ərə sahib olmaq super bir hissdir..." .....                     Cavid İsmayılzadənin "əli uzandı" .....                     Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir .....                     "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir" .....                     Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri .....                 

NİZAMƏDDİN-MÜQAYİS DAVASI DAVAM EDİR
Tarix: 9-07-2013, 12:43 | Çap et
NİZAMƏDDİN-MÜQAYİS DAVASI DAVAM EDİR
Məlum olduğu kimi, ölkənin tanınmış iş adamlarından biri olan Müqayis Verdiyev bu ilin martında Goranboy rayon icra başçısı Nizaməddin Quliyevin sifarişi əsasında həbs olunub. Həmin həbs olayından sonra məlum olub ki, icra başçısı oğlu Ramal Quliyevin tenderin pullarını mənimsədiyi üçün onu vəziyyətdən çıxarmağa görə belə bir addım atıb.
Bu gün Müqayis Verdiyev icra başçısı Nizaməddin Quliyevə açıq məktub yazıb. Yazısında Goranboydakı vəziyyətdən bəhs edən sahibkar bildirib ki, icra başçısı daha çox dövlət əmlakını dağıtmaqla məşğuldur. «Bu gün ölkənin hər yerində abadlıq və quruculuq işləri aparılır. Bu yaxınlarda Prezident İlham Əliyevin Şirvan, Tovuz və daha bir neçə rayonda obyektlərin açılışını etdi. Digər rayonlarda da sürətli şəkildə abadlıq işləri həyata keçirilir və yeni parklar, obyektlər və sənaye müəssisələri yaradılır. Sual olunur: Bəs, Goranboyda niyə bu işlərdən əsər-əlamət yoxdur?»
Müqayis Verdiyev bu sualın cavabı olaraq vurğulayıb ki, səbəb Nizaməddin Quliyevlə oğlunun birgə şəkildə rayonu çapıb-talaması və dövlət büdcəsindən ayrılmış pulları mənimsəməsidir. «İndiyə qədər Goranboy rayonuna 6 milyon manatdan artıq pul ayrılıb. Bu pula rayonda xeyli sayda abadlıq, yenidənqurma işləri görmək mümkün idi. Həmçinin kənd yollarının asfaltlaşdırılması üçün də bu vəsaitdən geniş istifadə etmək olardı. Amma bütün bunların heç biri baş verməyib. Əksinə, Nizaməddin Quliyev, oğlu Ramal Quliyev və müavini Baxış Abdullayev həmin pulları cibinə qoyaraq, rayonu bərbad hala salıblar. Vaxtıyla mənim orada apardığım tikinti işlərindən başqa heç bir yenilik də mövcud deyil. Nə qədər ki, Nizaməddin kimi icra başçıları var, Goranboyda vəziyyət qətiyyən dəyişməyəcək».
Sahibkar açıq məktubunda daha bir neçə sual ünvanlayıb: «Necə olur ki, Tovuz, Şirvan və daha neçə-neçə rayonlarımızda ən minimum vəsaitlər hesabına böyük işlər görmək olur, amma Goranboyda böyük pullar sayəsində heç bir dəyişiklik etmək olmur? Nizaməddin Quliyev iddia edir ki, oğlu Ramal Quliyevin qeyri-rəsmi rəhbəri olduğu «Fəqan Xidmət» şirkətinin rəhbərini tanımır. Bəs, o zaman bu yaxınlarda rayondakı otellərdən birində «Fəqan Xidmət»in real rəhbəri ilə icra başçısının müavini Baxış Abdullayevin görüşməsinin səbəbi nə idi? Və həmin görüşdə Ramalın nə işi var idi? Dövlət başçısının göstərdiyi etimaddan sui-istifadə etməklə, rayonu bu şəkilə salmağa nə ad vermək olar? Belə suallar çoxdur, mən yalnız onların bir qismini sadaladım. Axı necə ola bilər ki, icra başçısının adı bu şəkildə korrupsiyada hallanır? Bu azmış kimi, Nizaməddin Quliyevin adı ölüm işində belə keçir. Məgər, Prezident Nizaməddin Quliyevi Goranboya çapıb-talamağa göndərib, yoxsa, orada abadlıq və yenidənqurma işləri görməyə?»
Müqayis Verdiyev daha sonra bildirib ki, Goranboyda baş vermiş total korrupsiya hallarını araşdırmaq üçün komissiya yaradılmalıdır. Onun sözlərinə görə, əgər belə bir komissiya yaradılarsa və ədalətli şəkildə araşdırma aparılarsa, o zaman Nizaməddin Quliyevin həbsi üçün zərurət yaranacaq. «Bu adam təkcə idarə və müəssisələrdən deyil, yerli iş adamlarından da qeyri-qanuni pul yığır. Bu azmış kimi, dövlət büdcəsindən ayrılmış pulları da mənimsəməklə məşğuldur. Təbii ki, onun xərcləri çoxdur. Oğlu Ramal Quliyev artıq bir neçə ildir icra başçısını xərcə salır. Onun Kapital Bankın Mingəçevir filialından götürdüyü 500 min manatın geri qaytarılmasını da atası həyata keçirib. Görünür, Goranboya ayrılmış pullar da Ramal Quliyevin «zavalı»na gəlib ki, Nizaməddin Quliyev də onları ört-basdır etməyə çalışır».
İş adamı yazır ki, Nizaməddin Quliyevin oğlu ilə hər hansı problemi varsa, bunun ona qətiyyən aidiyyatı yoxdur. «Ramal Quliyev gündə müəyyən məbləğdə pulu gedib xaricdə kefə sərf edəcək və onun bu əməllərinin cavabını mən verməliyəm? Nizaməddin Quliyev hesab edir ki, onun oğlu göydən düşüb. Amma bu ölkədə kimsənin uşağı göydən düşməyib. Hamı Azərbaycanda bərabərdir. Əgər Nizaməddin Quliyev bunu qəbul etmirsə, o zaman Prezident və onun ailə üzvlərindən nümunə götürsün. Bu gün Leyla Xanım Əliyeva Rusiya və dünyada Azərbaycanın təbliğatı ilə məşğuldur. Böyük bir təşkilata rəhbərlik edən Leyla xanım bütün gücünü bu işlərə sərf edib. Və ya Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın fəaliyyətinə diqqət yetirək. Bu böyük insan dünyanın bütün ölkələrində Azərbaycanı təmsil etməklə, öz fəaliyyəti ilə xalqımıza, dövlətimizə böyük faydalar verir. Mədəni əlaqələrin genişlənməsi və güclənməsi, iri layihələrin həyata keçirilməsi üçün çalışır. Bəs, bunca nümunələr ortalıqda varkən, Nizaməddin Quliyev niyə oğluna sahib çıxıb, heç olmasa ölkəyə zərrə qədər faydalı vətəndaş olmasını təmin etmir? Məgər onun oğlu kimdən artıqdır ki, kəhkəşan, eyş-işrət içində yaşasın? Və əziyyətini də niyə milləti və dövləti üçün çalışan mənim kimi sahibkarlar çəkməlidir?»
Sahibkar daha sonra qeyd edir ki, bu gün onun oturduğu yerdə, Nizaməddin Quliyev və Ramal Quliyev əyləşməlidir. «Mənim ən böyük günahım odur ki, fəhlələrin haqqını istəmişəm. Onlara verilməli olan əmək haqqının ödənilməsi üçün Nizaməddin Quliyevə müraciət eləmişəm. Bu bir həqiqətdir ki, Goranboyda gördüyüm işlərlə əlaqədar Quliyevin mənə 156 min manat borcu qalıb. Həmin pullar da mənim deyil, mənimlə bərabər çalışan fəhlələrin pullarıdır. Və onların pullarının geri qaytarılması üçün sonadək mübarizə aparacam. Çünki kasıbın haqqını yemək Allahsızlıqdır».
Müqayis Verdiyev onu da qeyd edib ki, Ramal Quliyev onun və atası haqqında yazan jurnalistləri məhkəməyə verib. «Bu adamlar başını itiriblər. Çünki onlar haqqında yazılanlar real həqiqətlərin yalnız kiçik bir hissəsidir. Bu gün mətbuatda gedən məlumatların mənbəyi mən özüməm və burada jurnalistlərin tək vəzifəsi mənim sözləri dərc etmələridir. Əgər Ramal Quliyev haqqında yazılanlardan narahatdırsa, o zaman mən ona bütün məqamları detallı şəkildə sübut edə bilərəm. Faktiki olaraq həbsdə olmağıma baxmayaraq, bu ata-bala və müavinin hansı cinayətlərin içində olduğunu da sübut etməyə hazıram».
Tanınmış iş adamı açıq məktubunun sonunda vurğulayıb ki, bu gün həbsdə yatması ədalətsizlikdir, amma buna baxmayaraq, sona kimi mübarizə aparmaq fikrindədir. «Bu gün mənə qarşı «iğtişaş» törətmək niyyətimlə bağlı cinayət işi qaldırılıb. Nizaməddin Quliyev o qədər savadsız adamdır ki, bunu onun əməllərindən də görmək olar. Mən Müqayis Verdiyev heç bir zaman, hətta ölkənin ən ağır vəziyyətində belə dövlətimə, onun başçılarına xəyanət etməmişəm. Dəfələrlə əlimdə imkanlar olub ki, ayrı-ayrı qrupların maraqlarına qulluq edim. Amma Prezidentimə və dövlətimə olan sədaqətim sayəsində bu çirkin oyunlara qoyşulmamışam və bütün həyatım böyu da belə bir addım atmaram. Bu gün mən həbsdə ola bilərəm. Amma zaman elə bir şeydir ki, həqiqəti tam üzə çıxarır. Ona görə də, Nizaməddin Quliyevə buradan səslənərək deyirəm ki, qəti narahat olmasın, tezliklə o özü həbsxana həyatı yaşamalı olacaq. Çünki bu qədər cinayəti nə dövlət, nə də Allah bağışlamaz».









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08
Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03
Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36
Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34
"Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28
Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26
“Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21
Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35
Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33
Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22
Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42
Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40
Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37
Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33
Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42
Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40
Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34
Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31
Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21
Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17
Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14
Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37
İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34
Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08
Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02
Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57
Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39
Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37
Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28
Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24
İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Dünən, 10:21
COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Dünən, 03:58
COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Dünən, 03:56
Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Dünən, 03:02
"Ərə sahib olmaq super bir hissdir..."
Dünən, 02:55
Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Dünən, 02:52
Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Dünən, 02:45
"Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Dünən, 02:42
Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 02:30
Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Dünən, 02:29
Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Dünən, 00:05
"Səbail Market" fəaliyyətini dayandırdı
Dünən, 00:02
Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
23-11-2024, 17:22
Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23-11-2024, 17:15
Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
23-11-2024, 15:02
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
23-11-2024, 15:00
Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
23-11-2024, 14:58
Tramp Viktor Orbana zəng etdi
23-11-2024, 14:06
“Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
23-11-2024, 13:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru