“AZPETROL”UN SABİQ ŞEFİ AZADLIĞA ÇIXA BİLƏR
Tarix: 22-12-2011, 14:58 |
Çap et
EYNULLA FƏTULLAYEV RAFİQ ƏLİYEVLƏ GÖRÜŞÜB
“İnsan hüquqları naminə” İctimai Birliyinin sədri Eynulla Fətullayev Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən “Azpetrol” şirkətinin keçmiş prezidenti Rafiq Əliyevlə görüşüb.
Bu barədə APA-ya açıqlamasında E. Fətullayev özü məlumat verib. E. Fətullayev R. Əliyevin saxlanma şəraitindən narazı olmadığını, səhhətindən şikayət etmədiyini deyib: “Rafiq Əliyev yeganə problemi kimi azadlıqda olmamasını göstərdi. O, yaxın vaxtlarda Azərbaycan prezidentinin imzalayacağı fərmanla azadlığa buraxılacağına ümid etdiyini bildirdi”.