DİA.AZ: - Bərdə rayon ərazisində müvəqqəti məskunlaşmış Kəlbəcər köçkünü Sumayə xanım Nəcəfova və onun həyat yoldaşı Məhəddin Nəcəfov Bərdə rayon polis şöbəsindən şikayətlənirlər.
DİA.AZ xəbər verir ki, onların bir neçə ay bundan öncə onun yaşadığı mənzilə qeyri-qanuni daxil olaraq 2 ədəd üzük,pensiyə kartları oğurlanıb. Sumayə və Məhəddin Nəcəfovlar bildirirlər ki, bununla bağlı S. Nəcəfova ilk öncə kənd sahə müvəkkili və Bərdə rayon polis şöbəsinin əməkdaşı Saiq və Oqtay adlı polis əməkdaşlarına məlumat veriblər.
Daha sonra rəsmi qaydada Bərdə RPŞ-nin rəisi cənab Hikmət Quliyevə yazılı müraciət ediblər. İtmiş qızılları və kartı tapıb sahibinə qaytarmaq əvəzinə Hikmət Quliyev şikayətçiyə hədə-qorxu gəlib. Nəticədə isə sakin qorxusundan susmaq məcburiyyətində qalıb . "Biz çarəsiz qocaları qorxudaraq bu cinayət əməlinin üstünü açmaq əvəzinə bizi həbs etməklə hədələyirlər. Polis rəisi mən heç kimi tanımıram və tanımaqda istəmirəm deyərək bizi otağından qovdu." Kəlbəcərli köçkünlər ölkə başçısı İlham Əliyevə müraciət edərək bu məsələnin həllində kömək istəyirlər.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq....