SABİRABAD SAKİNİ NİYƏ ÖZÜNÜ YANDIRMAQ İSTƏYİR?
Tarix: 25-06-2013, 15:11 |
Çap et
İCRA BAŞÇISI SEÇKİLƏRƏ PUL YIĞIR
DİA.AZ: - Sabirabad rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılova qarşı rayon sakinlərindən biri tərəfindən şok ittiham irəli sürülüb. Rayon sakini Mürsəl Babayev DİA.AZ-a bildirir ki, illərdir rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olur:
«Son günlər icra başçısının adından məni təngə gətiriblər. 10 min manat pul istəyirlər. Bunu icra hakimiyyətinin nümayəndələri tələb edir və Nazim İsmayılov istədiyini bildirirlər».
Vətəndaş şikayətində qeyd edir ki, həmin pulu qarşıdan gələn prezident seçkiləri məqsədilə ondan tələb edirlər: «Mənim bu qədər pulum yoxdur. Bunlar deyəsən, rayonda seçkini mənim hesabıma yola vermək istəyirlər. Əgər bir də icra hakimiyyətinin işçiləri mənə yaxın düşərsə, özümə cavabdeh deyiləm. Dükanıma da od vuracam, özümə də».