ƏBÜLFƏS QARAYEV DƏ İSLAHATLARA BAŞLADI
Tarix: 20-12-2011, 13:34 |
Çap et
NAZİR XALQ ARTİSTİNİ İŞDƏN ÇIXARTDI
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru, Xalq artisti Xamis Muradov vəzifəsindən azad edilib.
ANN.Az-ın verdiyi xəbərə görə, bu barədə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev əmr imzalayıb.
Nazirin digər bir əmri ilə nazirliyin Kinematoqrafiya şöbəsində müdir müavini vəzifəsində çalışan Müşfiq Hətəmov “Azərbaycanfilm”in direktoru təyin olunub.
Qeyd edək ki, 1969-cu ildən C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çalışan Xamis Muradov 2002-ci ildən C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru vəzifəsində çalışırdı.