“NƏHAYƏT BU GÜN AXŞAM YAŞARLA GÖRÜŞƏCƏYİK”
Tarix: 26-09-2011, 13:22 |
Çap et
TANINMIŞ AKTYOR PALATAYA KÖÇÜRÜLÜB
Dövlət Gömrük Komitəsinin Hospitalında müalicə olunan xalq artisti Yaşar Nuri bu gün səhər saatlarında palataya köçürülüb.
Bu barədə APA-ya məlumat verən aktyorun həyat yoldaşı Rəhimə Nuriyeva bildirib ki, hazırda Yaşar Nuri özünü nisbətən yaxşı hiss edir: “Reanimasiyada olduğu müddətdə yanına heç kim buraxılmırdı. Biz yalnız telefonla səsini eşidirdik. Nəhayət bu gün axşam Yaşarla görüşəcəyik”.
Qeyd edək ki, sentyabrın 15-də Yaşar Nurinin səhhəti qəflətən pisləşib və Dövlət Gömrük Komitəsinin Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib. Xalq artisti ötən ilin sonu, bu ilin əvvəli İstanbul Memorial Xəstəxanasında uzun müddət müalicə olunub.