
ƏMƏKDAR ARTİSTİN VERİLİŞİ BAĞLANDI
Əməkdar artist Azərinin TRT telekanlında yayımlanan “Azərinlə bir avaz” verilişi daha yayımlanmayacaq. SİA-nın verdiyi xəbərə görə, azəri sənətçisinin qardaş ölkədə aparıcılıq etdiyi verilişi bağlanıb. Əməkdar artistin verilişi hər bazar ertəsi saat 22:00-da yayımlanırdı.
Qeyd edək ki, proqramda türk dövlətlərinin mədəni dəyərlərindən və musiqilərindən bəhs edilirdi.