ƏHMƏD ƏHMƏDZADƏNİN ADAMLARI BEYLƏQANI TALAYIR
Tarix: 17-06-2013, 14:37 | Çap et
“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Beyləqanda üç idarəsi fəaliyyət göstərir. Bu idarpələrin rəhbərləri müxtəlif maxinasiyalar vasitəsi ilə hər il dövlətin milyonlarla manat vəsaitini mənimsəyirlər. Bunlardan birincisi Beyləqan Subartezian Quyularının İstismarı İdarəsidir. Bu idarəyə ölkənin mini oliqarxlarından biri hesab olunan Möhübbət Heydərov rəhbərlik edir. İkincisi Beyləqan Melorasiya İdarəsidir ki, ona da Nadir Alıyev rəhbərlik edir. Üçüncüsü isə Beyləqan Suvarma Sistemləri İdarəsidir ki, onun müdiri Ələmşah Məmmədquliyev uzun illərdir özünü Beyləqanda külli- ixtiyar sahibi kimi hiss edir və malı-mülkü ilə Beyləqanın ən varlı şəxslərindən hesab olunur. Redaksiyamıza Beyləqandan daxil olan məlumatda bildirilir ki, 2012-ci il və 2013-cü ilin birinci rübündə Beyləqan Subartezian Quyularının İstismarı İdarəsinin müdiri Möhübbət Heydərov 2.039.399 manat vəsaitini göyə sovurub. Daha doğrusu idarə müdirinin 2 milyon vəsaitin böyük hissəsini sənədləşdirilərək mənimsənildiyi iddia olunur. Belə ki, Möhübbət Heydərov 2012-ci ildə mexaniki və elektrik avadanlıqlarının alıması üçün Bakı şəhərində qeydiyyatda olan «Anar-B» MMC-nin hesabına 270379 manat vəsait köçürüb. Daha sonra isə tikinti materiallarının satın alınması üçün yenə də həmin «Anar-B» MMC-nin hesabına 89080 manat vəsait köçürüb. 2013-cü ilin birinci rübündə isə M. Heydərovun «Anar-B» MMC şirkəti ilə əməkdaşlığı daha da inkişaf edib. İdarə müdiri mexaniki avadanlıqların satın alınması üçün 188842 manat, tikinti materiallarının satın alınması üçünsə 181098 manat vəsaiti «Anar-B» MMC-nin hesabına köçürüb. Ümumilikdə isə “Meliorasiya və Su Təsərrüfatı” ASC-i Subartezian Quyularının İstismarı İdarəsinə 2 milyon manat vəsait ayırıb və Möhübbət Heydərov bu vəsaiti sənədləşdirərək «yoxa çıxarıb». Məlumatda həmçinin bildirilir ki, M. Heydərov “Meliorasiya və Su Təsərrüfatı” ASC-dəki «adamının» köməkliyi ilə bütün vəsaitlərin böyük bir hissəsini mənimsəyib. Belə ki, satınalınmalar zamanı “Meliorasiya və Su Təsərrüfatı” ASC-dəki şəxsə bağlı olan «Anar-B» MMC-nin tenderləri udmasına şərait yaradılır və sonra qiymətlər bir neçə dəfə şişirdilir. Bir çox hallarda isə mexaniki və texniki avadanlıqlır heç alınmır. M. Heydərov sadəcə köhnə avadanlıqları rəngləməklə dövlətin vəsaitlərini “Meliorasiya və Su Təsərrüfatı” ASC-dəki «adamı» ilə bölüşür. Mənbə həmçinin bildirir ki, son bir il üç ay ərzində Beyləqan Subartezian Quyularının İstismarı İdarəsi 2 milyon manatdan artıq belə köçürmələr həyata keçirib. Həmin vəsaitin üçdə iki hissəsi isə “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin məsul şəxsinin başçılığı altında mənimsənilib. Mənbə onu da qeyd edir ki, “Meliorasiya və Su Təsərrüfatı” ASC-dəki şəxsin adını açıqlaya bilər. Lakin öz təhlükəsizliyini nəzərə alaraq hələ ki, susmağa üstünlük verir. Qeyd edək ki, M.Heydərov bir neçə il əvvəl korrupsiyada ittiham olunaraq cinayət məsuliyyətinə cəlb olunub. Məhkəmə onun barəsində 1 il icbari həbs qərarı verib. Mənbə onu da bildirir ki, çalışdığı 18 il müddətində M.Heydərov Beyləqanda bir dənə də olsun artezian quyusu qazdırmayıb. Hazırda Beyləqanda ancaq SSRİ vaxtında qazılan artezian quyuları fəaliyyət göstərir və bu quyuların istismar dövrü çoxdan qurtarıb. Ona görə də həmin quyular Beyləqan camaatının suya olan təlabatını ödəyə bilmir. Bu üzdən Beyləqan şəhərinin böyük hissəsi susuzluqdan ehtiyac çəkir. Qeyd edək ki, bizim sadaladığımız faktlar idarə müdirinin neçə ildə yol verdiyi talanın çox cüzi bir hissəsidir. Mənbə bildirir ki, M, Heydərov bu günə qədər on milyonlarla manat dövlət vəsaitini mənimsəyib və mənimsəməkdə davam edir. Bunun nəticəsində o, Beyləqanın ən varlı adamlarından biri hesab olunur. Onun Bakıda villaları, Beyləqanda çoxlu obyektlərinin olduğu vurğulanır. Əhməd Əhmədzadıninin Beyləqandakı digər iki idarə müdirinin – Beyləqan Melorasiya İdarəsi müdiri Nadir Alıyevin və Beyləqan Suvrma Sistemləri İdarəsinin müdiri Ələmşah Məmmədquliyevin böyük maliyyə maxinasiyaları iləsə ikinci yazımızda tanış olacaqsınız. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq (pia.az)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08 |
|
|
|
• Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03 |
|
|
|
• Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36 |
|
|
|
• Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34 |
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Dünən, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Dünən, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Dünən, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Dünən, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Dünən, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Dünən, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Dünən, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Dünən, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Dünən, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Dünən, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Dünən, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
23-11-2024, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23-11-2024, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
23-11-2024, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
23-11-2024, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
23-11-2024, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
23-11-2024, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
23-11-2024, 13:57 |
|
|
|
|