AMİP MİLLİ ŞURAYA NİYƏ QOŞULMUR?
Tarix: 13-06-2013, 11:54 | Çap et
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Milli Şura ilə bağlı bir sıra ciddi sualları var. Bu barədə Trend-ə AMİP-in baş katibi Arzuxan Əlizadə deyib. O qeyd edib ki, Milli Şurada təmsilçilik AMİP-ə təklif olunmuşdu və partiya təmsilçiləri bir sıra danışıqlarda iştirak ediblər: "Bizim Milli Şura ilə bağlı ciddi məqamları özündə ehtifa edən suallarımız var idi. Bu, ilk növbədə Milli Şuranın gələcəkdə xarici siyasəti ilə bağlı məsələ idi. Biz Milli Şuranın gələcək fəaliyyətinin, xüsusilə də xarici siyasətinin hansı yöndə olacağını bilmək istəyirdik. İkinci, Milli Şurada idarəçiliklə bağlı ciddi suallarımız var idi, çünki əvvəldən razılaşdırılmışdı ki, Milli Şuranın təsisçiləri siyasi partiyalar olacaqlar və konkret olaraq beş partiyanın, AXCP, Müsavat, AMİP, ACP və ALP-nin və həmçinin "El" hərəkatının adı çəkilirdi". Əlizadənin sözlərinə görə, amma sonradan belə qərara gəlindi ki, təsisçilər olaraq ölkədə tanınmış həm siyasi partiyalar, həm ziyalılar, həm üzdə olan qeyri-hökumət təşkilatlarının nümayəndələri və hüquq müdafiəçiləri və s. olsun: "Bu da bizdə ciddi suallar yaratdı ki, gələcəkdə idarəçilik hansı formada olacaq? Bu idarəçilik forması ilə bağlı da sona qədər cavablarımızı almadıq". AMİP-in baş katibi vurğulayıb ki, əsas məsələlərdən biri də Milli Şuranın gələcəkdə vahid namizədlə çıxış edə bilmək imkanları idi: "Biz vahid namizəd olaraq kimin irəli sürüləcəyini təxmin edirdik və bunun əvvəlcədən bəlli olmasını və həmin namizədin özünün platformasını ortaya qoymaq məsələsini qaldırdıq. Təəssüflər olsun ki, sona qədər suallarımıza cavab almadıq və bu səbəbdən də AMİP-in Milli Şurada təmsilçiliyi ilə bağlı məsələ açıq saxlanıldı. Mən hesab edirəm ki, Milli Şurada təmsil olunan siyasi partiyaların böyük əksəriyyətinin həmin sualları var və bu suallara hələ sona qədər cavab tapılmayıb". Əlizadə onu da əlavə edib ki, Milli Şura ilə bağlı müzakirələrdə iştirak edən müəyyən təşkilatlar və şəxslər ilkin olaraq Rüstəm İbrahimbəyovun namizədliyi olacağı tədqirdə onu vahid namizəd qəbul etmiş kimi görsənirdilər: "Amma Milli Şurada təmsil olunan bir sıra partiyalar da tələb edir ki, əgər Rüstəm İbrahimbəyov namizəd olacaqsa, o öz platfomasını ortaya qoymalıdır. Amma doğrudan da namizəd Rüstəm İbrahimbəyov olacaq? Əgər olacaqsa, onda o, həmin platformasında Milli Şurada təmsil olunan və yaxud təmsil olunmayan siyasi qüvvələrin iradəsini ifadə edəcəkmi? Bu kimi suallar var". AMİP-in baş katibi digər hansısa siyasi təşkilatın liderinin Milli Şuranın vahid namizədi olacağına inanmadığını deyib: "Çünki bu, Azərbaycan müxalifətində bu vaxta qədər cox ciddi problemli bir məsələ olub, ortaq məxrəcə gəlmək mümkün olmayıb. Hətta eyni düşərgədə təmsil olunan siyasi təşkilatların liderləri bu məsələdə vahid mövqedən çıxış edə bilməyiblər. Bunlar təcrübədən görunur və mən bəri başdan deyə bilərəm ki, yenə də həmin hal təkrarlana bilər". Milli Şuranın tərkibinə gəlincə isə Əlizadə qeyd edib ki, təmsil etdiyi partiya o fikirdədir ki, Milli Şurada Rusiyayönümlü, İranyönümlü və digər müxtəlif siyasət yürüdən təşkilatlar, şəxslər təmsil olunurlar: "Şübhəsiz ki, bu cür bir təşkilatda xüsusilə xarici siyasətlə bağlı ortaya vahid mövqe qoymaq çox çətin olacaq".

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Spero Hospital“da qalmaqal – Baş mühasib dava saldı
4-12-2024, 21:52 |
|
|
|
• Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender - DETALLAR
4-12-2024, 21:42 |
|
|
|
• Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır - AKTUAL
4-12-2024, 21:38 |
|
|
|
• Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır – Qarabağ detalı
4-12-2024, 21:34 |
|
|
|
• "O pulu sizə halal etmirəm" - Əməkdar artist
4-12-2024, 21:10 |
|
|
|
• Həmidə Ömərovadan qalmaqallı xəbərə münasibət - "Mənim adımı niyə verirlər?"
4-12-2024, 21:08 |
|
|
|
• “İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları...” - ŞƏRH
4-12-2024, 21:03 |
|
|
|
• Azərbaycan NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır - RƏY
4-12-2024, 20:39 |
|
|
|
• Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək - GƏLİŞMƏ
4-12-2024, 20:36 |
|
|
|
• Rüfət Səfərovun həbsinə nə səbəb olub? - TƏFƏRRÜAT
4-12-2024, 20:31 |
|
|
|
• "Oğlumun qanını yerdə qoymayacağam" - Qətlə yetirilən şəxsin anası
4-12-2024, 20:04 |
|
|
|
• Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi... - Bakının konstruktiv yanaşmasıdır
4-12-2024, 20:02 |
|
|
|
• Suriyadakı proses Ukraynada da təkrarlana bilər - Sərdar Cəlaloğlunun TƏHLİLİ
4-12-2024, 19:55 |
|
|
|
• Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər? – “Bu, onların vəzifə öhdəliyidir”
4-12-2024, 19:53 |
|
|
|
• ABŞ-nin Azərbaycana təcrid siyasəti: OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir - NƏ BAŞ VERİR?
4-12-2024, 19:30 |
|
|
|
• "Ya oxumağını et, ya da kinoya çəkil..."
4-12-2024, 19:26 |
|
|
|
• “Vətəndaş A”nın dron söhbəti yalan çıxdı - AÇIQLAMA
4-12-2024, 19:23 |
|
|
|
• Rüfət Səfərova HÖKM OXUNDU - 4 aylıq HƏBS və...
4-12-2024, 19:20 |
|
|
|
• Avropa Ukraynanı fəda etmək niyyətində deyil: - həm pul, həm silah, həm də sığınacaq
4-12-2024, 19:15 |
|
|
|
• 310 min manatlıq torpaq maxinasiyası... - Keçmiş sədr Ali Məhkəməyə müraciət etdi
4-12-2024, 19:09 |
|
|
|
• Turan ideyasına qarşı yaradılan “gizli əl” - Yeni münaqişə başlaya bilər
4-12-2024, 19:04 |
|
|
|
• Generalın şikayəti təmin edilmədi - QƏRAR
4-12-2024, 19:01 |
|
|
|
• Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil - Paşinyan belə deyir...
4-12-2024, 18:59 |
|
|
|
• Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılar - ARAŞDIRMA
4-12-2024, 18:56 |
|
|
|
• Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov? - Asif Nərimanlı yazır...
4-12-2024, 18:53 |
|
|
|
• Rüfət Səfərova əlavə ittiham verildi: Məhkəmə gedir - TƏFƏRRÜAT
4-12-2024, 18:49 |
|
|
|
• Əsas hədəf yeni “Minsk Qrupu planı”nı işə salmaqdır - Qərb Ermənistanın fəlakətində maraqlıdır
4-12-2024, 18:47 |
|
|
|
• Ədliyyə naziri onu rəis TƏYİN ETDİ - ƏMR
4-12-2024, 14:51 |
|
|
|
• “Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?” - Şeyxdən xalq artistinin baltalı hücumunu yatıracaq sözlər
4-12-2024, 14:49 |
|
|
|
• "Kənd yumurtası" bahalaşır, sənaye üsulu ilə istehsal olunanlar isə… - BELƏ DAVAM EDƏRSƏ...
4-12-2024, 13:53 |
|
|
|
• Bu rəhbər şəxslərə şiddətli töhmət verildi - ADLAR
4-12-2024, 13:41 |
|
|
|
• "Azpulmat" və "Manato" qaydaya əməl etmir... - Faizlər hələ də yüksəkdir
4-12-2024, 13:20 |
|
|
|
• Xalq artisti Sevinc Heydərovadan 30 min manat tələb edib? - AÇIQLAMA
4-12-2024, 13:16 |
|
|
|
• Rütte Kiyevi hələ səbrli olmağa çağırıb
4-12-2024, 13:07 |
|
|
|
• “Vurulan” məmur və deputatların “sirli” vəzifəsi – Nazirliklərdə “ələkçinin qıl verəni” ştatı
4-12-2024, 13:04 |
|
|
|
• Messi və komanda yoldaşları Bakıya gəlir - GÖRÜŞƏ BİLMƏK ÜÇÜN...
4-12-2024, 13:01 |
|
|
|
• Qanunlar pozulur... aidiyyatı qurumlar görərsə... - BU DA FAKT!
4-12-2024, 12:59 |
|
|
|
• Arabir yağış yağacağı gözlənilir - belə deyirlər...
4-12-2024, 12:57 |
|
|
|
• Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib - ƏMR
4-12-2024, 12:52 |
|
|
|
• "Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan..." - Ekspert danışır...
4-12-2024, 12:48 |
|
|
|
• Azərbaycanda vəzifəli şəxs intihar etdi - TƏFƏRRÜAT
4-12-2024, 12:44 |
|
|
|
• 8 min erməni mühasirəyə düşdü: deyirlər, türklərin… - Mesropyan
4-12-2024, 12:38 |
|
|
|
• Tramp qubernatoru Pentaqonun rəhbəri vəzifəsinə təyin edə bilər
4-12-2024, 12:34 |
|
|
|
• Röyal Sarıməmmədova verilən vaxt daralır - İLGİNC FAKTLAR
4-12-2024, 12:28 |
|
|
|
• Qərbi Azərbaycana axır ki, türk vali təyin olundu - AÇIQLAMA
4-12-2024, 12:19 |
|
|
|
• “Kristal Bakı İnşaat” təşkilati-hüquqi formasını dəyişir
4-12-2024, 12:16 |
|
|
|
• Bazarda satılan məhsullar BAHALAŞACAQ – Yeni qərar qüvvəyə minir
4-12-2024, 11:58 |
|
|
|
• Həbs edilən bələdiyyə sədri saxta sənədlər düzəldərək rüşvət alırmış - TƏFƏRRÜAT
4-12-2024, 11:56 |
|
|
|
• Milli Məclisin iclası niyə LƏĞV OLUNDU? - ehtiyac qalmayıb
4-12-2024, 11:54 |
|
|
|
• Şəbnəm QADAĞA QOYDU: - “Həddini bildirirəm”
4-12-2024, 11:49 |
|
|
|
|