“İSTİNTAQ BİZDƏN XƏBƏRSİZ APARILIB”
Tarix: 17-12-2011, 11:12 |
Çap et
İŞGƏNCƏYƏ MƏRUZ QALAN AİLƏ ŞİKAYƏTÇİ DÜŞÜB
DİA.AZ: - Redaksiyamıza Ağcabədi rayon Avşar kəndində yaşayan Səfiyeva Gülçöhrə Rəşid qızı tərəfindən müraciət daxil olub. Müraciətdə bildirilir ki, G.Səfiyeva və həyat yoldaşı həmkəndliləri Şöhlət Mehdiyev və daha bir neçə nəfər tərəfindən vəhşicəsinə döyülüblər:
«Amma buna baxmayaraq şikayətimizi eşidən yoxdur. Yerli hüquq-mühafizə orqanları bizə işgəncə verənləri şahid qismində dindiriblər. Tibbi ekspertiza da ağır xəsarəti yüngül xəsarət kimi qeydə alıb. Bizim xəbərimiz olmadan ibtidai istintaqı bitirib, işi tələm-tələsik məhkəməyə göndərdilər. Biz də vəsadət qaldırdıq ki, məsələyə yenidən prokurorluqda baxsınlar. Amma tələbimiz yerinə yetirilmədi. Çünki bu işdə maraqlı tərəf olan dövlət ittihamçısı və işə baxan hakimdir».
Şikayətçi DİA.AZ-a bildirir ki, onlara işgəncə verən Şöhlət Mehdiyev himayə olunduğundan hansı instansiyaya müraciət etmələrinə baxmayaraq şikayətləri eşidilmir.