XALQ HƏMİŞƏ HAQLIDIR
Tarix: 7-06-2013, 10:17 | Çap et
ÇÜNKİ HAMI EYNİ VAXTDA YANILA BİLMƏZTürkiyədə İstanbul şəhərinin mərkəzi hissəsi Taksimdə hökumətin aparmaq istədiyi yenidənqurma çalışmaları sakinləri ayağa qaldırdı. Artıq 10 günə yaxındır ki, Taksim meydanında xalq etirazları davam edir.
Əvvəlcə etirazlara meydandakı ağacların kəsilməsi xəbəri səbəb oldu. Gənclik bu addıma etirazını bildirmək üçün Taksimə axdı, buna yol verməyəcəyi niyyətini ortaya qoydu. Türkiyə kimi demokratik bir ölkədə xalqın iradəsilə qurulan hökumət avtoritar ölkələrdə olduğu kimi yaranan problemi danışıqlar yolu ilə yox, zor gücünə həll etmək istədi.
Polis qüvvələri, suvuran maşınlar, bibər qazı işə düşdü, qarşıdurma yarandı. Amma həmişəki kimi olmadı. Etirazçılar dağılmadı, əksinə, polisə heç vaxt göstərilməyən müqavimət göstərildi. Gənclik hökuməti başa salmağa çalışdı ki, niyyəti təkcə söz demək deyil, həm də hökumətə istədiyini etməyə imkan veməməkdir. Polis isə həddi aşdı, xalq müqavimətinə adekvat olmayan güc tətbiq etdi, hər iki tərəfdən xəsarət alanlar oldu, polis xeyli insanı saxladı.
Gecikmiş münasibət
Yalnız hadisələrdən iki gün sonra baş nazir Erdoğan hadisələrə münasibət bildirdi. Amma baş nazirin mövqeyi, el içində deyildiyi kimi, üzrü günahından betər oldu. Baş nazir baş verən olaylara görə müxalifət qüvvələrini qınadı, ölkə içində günahkar axtarışına çıxdı. Sosial şəbəkələri ittiham etməyə başladı. Yəni, ölkəni idarə edən iqtdiarın harada səhv etməsini araşdırmaq əvəzinə, özünü haqlı sayaraq haqsızlığı özündən kənarda axtardı.
Amma, burada baş nazir yalnız polisin adekvat olmayan güc tətbiq etməsini etiraf etdi. Buna qədərsə istər daxili işlər naziri, istər İstambul əmniyyət müdiri, istərsə də şəhər valisi polisin etirazçılara münasibətdə davranışını “polisin vəzifəsini yerinə yetirməsi” kimi dəyərləndirirdi.
Çalışmalara gəlincə, baş nazir bu işlərin davam edəcəyini, “nə Kılıcdaroğlundan, nə də Bahçelidən izn almayacağını, beş-on nəfər azğın adamın sözü ilə çalışmaları dayandırmayacağını” ifadə etdi. Taksimdəki Atatürk Kültür Mərkəzi binasının da söküləcəyi anonsunu verdi. Bu anonsla baş nazir bilərəkdən və ya bilməyərəkdən “odun üstünə yağ tökdü”. Bunun ardınca, AKP gənclərinin “lazım gələrsə, Atatürkün qəbrini də dağıdarıq” bəyanatı etirazların yenidən coşması üçün son damla oldu.
Dinçilik-dünyəvilik baxışları
Erdoğan iqtidarının Atatürk şəxsiyyətinə münasibətinin birmənalı olmaması bu qüvvə hakimiyyətə gəldikdə belə məlum idi. Türkiyənin Erdoğan iqtidarı özünə qədərki iqtidarları islam dinini, dindarları və din xadimlərini əzməkdə ittiham etdi.
Hökumət Atatürk əleyhinə rəsmi olaraq açıq danışmasa da, rəsmi dəhlizlərdə bu münasibətlər danışılırdı. Erdoğan iqtidarı hakimiyyətə gələn kimi ölkənin adlı-sanlı ordu generallarını müxtəlif adlarla həbs etməklə artıq dünyəvilərə qarşı savaş açmışdı.
Bundan əlavə, bu iqtidar təmsilçilərinin çıxışlarında vurğu daha çox özündən əvvəlki bütün itdiarlarları ittiham etmək üzərində qurulurdu. Təqribən “hamı pisdir, biz yaxşıyıq” prinsipi işə düşmüşdü. Ölkənin harasında və hər-hansı bir hadisə baş verirdisə, Erdoğan dərhal ya Cümhuriyyət, ya da Milli Hərəkat partiyalarını hədəfə alırdı.
Erdoğan iqtidarı Türkiyədə KİV müstəqilliyini məhdudlaşdırmağa çalışan yeganə iqtidardır. Media artıq əvvəlki kimi hadisələrə açıq münasibət ifadə edə bilmir. Çünki, dərhal rəsmilər həmin media qurumunu tənqid atəşinə tuturlar.
Hətta bu gün Türkiyə ölkədə jurnlasit həbsinə görə dünya ölkələri sırasında “lider”lik edir. Belə bir durumda Yaxın Şərqdə “ərəb baharı” başladı. Erdoğan iqtidarı Afrikanın şimalındakı ərəb ölkələrində baş verən xalq etirazlarını birmənalı dəstəklədi. Bu mübarizədə xalqı haqlı saydı.
Bu, inqilab yox, etirazdır
Türkiyədəki etirazlar rejim əleyhinə inqilab deyil, iqtidarın xalq iradəsini saymamasına etirazdır. Bu mənada Türkiyədə baş verənlər gerçək olaraq ərəb ölkələrində baş verənlərlə eyniləşdirilə bilməz.
Amma Türkiyə xalqı Erdoğan iqtidarının son 10 ildə ölkəni hər-hansı koalisiya olmadan təkbaşına idarə etməsindən yaranan arxayınlığı, siyasi etikadan kənar davranışı, ölkədə “dinçi-dünyəvi” qarşıdurması yaratmasını ona bağışlamadı.
Erdoğan iqtidarı çoxluğun verdiyi səslə hakimiyyətə gəldi. Amma Erdoğan iqtidarı Türkiyədə ona səs verən çoxluğun hökuməti oldu. Daha bütün Türkiyə xalqının hökuməti olmağı bacarmadı. Görünür, Erdoğan iqtidarı bu amili yaddan çıxarmışdı. Erdoğanın hamını ittiham ritorikası xalqda qıcıq yaradırdı. Baş nazirin
yeri gəldi-gəlmədi cəmiyyətə ünvanlanan ittiham çıxışları bezdiricilik yaradırdı.
Atatürk Kültür Mərkəzinin yerində məscid tikiləcəyini elan edən Erdoğan deyəsən rəhbəri olduğu dövləti quran şəxsin Mustafa Kamal Atatürk olduğunu belə “unutmuşdu”. Erdoğan iqtidarının gəlişi ilə Türkiyə ictimai-siyasi həyatında Atatürkə bir sayğısızlıq başladı. 10 il sürən bu sayğısılığın sonu belə də olmalı idi.
Yəni, bu iqtidar nə qədər gizlətməyə çalışsa da, sonunda anti-atatürkçülük mövqeyini ortaya qoymalı oldu.
Saymazlıq bağışlanmır
Həmin ağacların kəsilməsini xalq 10 illk iqtidarı ərzində Türkiyədə 3 milyard ağac əkdirmiş Erdoğana bağışlaya bilərdi. Amma Atatürkə, xalqa ehtiramsızlığı əsla. Türkiyədə etiraz xalqa ehtiram etməməyə cavabdır.
Xalq hələ bu qitidarı hakimiyyətdən devirmək fikrində deyil, sadəcə “özünü ağıllı apar” mesajı verir. Xalq Erdoğana “güc polisə yox, xalqa bağlı olmalıdır” dərsi keçir. Türkiyədə xalq iqtidara “mənim gücüm önümdə zor belə davam verə bilməz” həqiqəti nümayiş etdirir.
Ölkənin ünlü sənətçilərinin etirazçıların sıralarına qoşulması, onlarla həmrəylik nümayiş etdirməsi “xalq həmişə haqlıdır” düsturunun təsdiqidir. Bu, həm də iqtidara “nə edirsən və sən kimsən?” sualıdır. Ölkənin adlı-sanlı sənət ustalarının bu aksiyalara qatılması hökuməti düşünməyə vadar edir. Üstəgəl, hadisələrin episentri İstanbul olsa da, ölkənin 52 şəhərində bu etirazlara dəstək verilməsi millətin əlbirlyinin, özünə güvənməsinin nümayişidir. İstanbulda xalqa zor işlədilməsinə cavab olaraq 2 minə yaxın polis nəfərinin polis sıralarından getməsi də Erdoğan iqtidarını düşünməyə vadar etməlidir. Bu sıradan bir hadisə deyil.
Taksim meydanına Atatürkün foto və plakatlarının çıxarılması məhz mövcud Türkiyə iqtidarının bu sahədə siyasətinə etirazın, Atatürkə sədaqətin təsbitidir.
Tələblər bu...
Bu hadisələrdə diqqəti çəkən daha bir cəhət Türkiyə cümhuriyyətinin rəhbəri Abdullah Gülün mövqeyidir. A.Gül iqtidarla xalq arasında bir münsif kimi davrandı. Müxalifət rəhbərlərini, ardınca iqtidar təmsilçilərini qəbul etdi. Ortadakı problemin mahiyyəti ortaya qoyuldu, bunun həlli yolları incələndi.
Taksim meydanındakı askiyaların təşkialtçıları “Taksim Platforması” adı ilə Bülent Arınc ilə görüşərək etirazçıların hökumətə tələblərini ona çatdırıblar.
Yeddi tələbdən ibarət olan bu sənəddə Taksimdə hər-hansı yenidənqurma işinin dayandırılması, Atatürk Kültür Mərkəzinin sökülməməsi, Aksiyalarda iştiraka görə həbs edilənlərin azad edilmələri, Aksiyaların dağıdılmasında qaz bombalarından istifadəyə son qoyulması, Etirazçılara adekvat güc tətbiq edən şəhər və vilayət rəhbələrinin vəzifələrindən azad olunmaları, Taksim və Qızılay meydanarı başda olmaqla, meydanlarda aksiya keçirməyə qoyulan qadağaların ləğvi, İfadə azadlığının qarşısın alan bütün qadağaların aradan qaldırılması tələb edilir.
Düşünmək zamanı
Etirazlar başa çatdı demək mümkün olmadığı kimi etirazlar yüksəlməkdə davam edir demək də doğru olmaz. Ehtiraslar yatır, aralıq sakitləşir, düşüncə və təmkin yavaş-yavaş yerini alır. Türkiyədə demokratiya sınağa çəkildi, zədə alsa da belə bu imthandan çıxdı. İstər iqtidar, istər xalq güclü və zəif tərəflərini gördülər.
Xalq bu etirazı ilə seçdiyi iqtidara xalqla xalqlıq etməyin mükünsüzlüyünü bir daha başa saldı. İqtidar da xalqla zor dili ilə danışmağın mümkünsüz olmasını bir daha əyani şəkildə gördü.
Türkiyə xalqının etiraza qalxması daha bir incə nöqtəni dünyaya nümayiş etdirdi. Dünya türk gənclərinin və xalqının erirazlarında “əgər bu xalq öz seçdiyi iqtidara güzəştə getmirsə, deməli, milli mənafelərdə heç kəsə və heç bir qüvvəyə güzəştə getməyəcək”, həqiqətinə şahid oldu.
Amma bu qarşıdurmada Erdoğan iqtidarını qarşıdakı seçkilərdə növbəti qələbəyə bəslənilən ümidləri ciddi zədələndi. Bu, faktdır. İndiki Türkiyə iqtidarı bu zədəni atlata biləcəkmi, bu da gələcəyin işidir.
Hətta etirazçıların tələblərində belə iqtidarın üst eşelonuna irad ifadə olunmadı. Bu da bir daha onu göstərir ki, xalq iqtidara yalnız narazılıq ifadə etdi, narazılığa zor göstəriləndə “bu olmadı” deyə zorun önünə xalq zorunu qoydu.
Tərəflər bir-birinin gücünü sınadı, bir-birinin gücünə bələd oldu, bundan sonra bir-birinə münasibətdə davranmağın ölçü-biçilərini daha asan müəyyən edə bilərlər.
Artıq düşünmək vaxtıdır və Türklüyə yaraşanı da elə budur...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08 |
|
|
|
• Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03 |
|
|
|
• Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36 |
|
|
|
• Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34 |
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Dünən, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Dünən, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Dünən, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Dünən, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Dünən, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Dünən, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Dünən, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Dünən, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Dünən, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Dünən, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Dünən, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
23-11-2024, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23-11-2024, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
23-11-2024, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
23-11-2024, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
23-11-2024, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
23-11-2024, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
23-11-2024, 13:57 |
|
|
|
|