HAKİMİYYƏTLƏ MÜXALİFƏTİN SAVAŞI BAŞLADI
Tarix: 5-06-2013, 12:43 |
Çap et
“İSTEFA”NIN ƏVƏZİNDƏ İQTİDARIN QRUPU HƏDƏF OLDU
DİA.AZ: - Məlum olduğu kimi, Facebook-da Azərbaycanın ən çox üzvü olan qruplarından biri - “İstefa” bu gün səhər saatlarından yoxa çıxıb. Aydın olub ki, qrup dağıdılıb. Qrupun administratoru bununla bağlı açıqlama yayıb. O bildirib ki, qrupun silinməsindən xəbərsizdir və ona Facebook-dan heç bir xəbərdarlıq daxil olmayıb.
DİA.AZ-a daxil olan son məlumatlardan isə aydın olur ki, “İstefa” qrupunun dağıdılmasına cavab olaraq əks cinah da “Prezidentə dəstək-2013” qrupunu dağıdıb.
Bu fakt artıq iqtidarla müxalifət arasında “Facebook” savaşının başlaması anlamına gəlir.