Nazirlərin Nyu-York görüşü .....                     "Naomi Kempbell belə gözəlliyimə paxıllıq edəcək" .....                     “Blinkenin zəngindən sonra fəallıq artır, Ermənistanda...” .....                     Haniyə də, Nəsrullah da İranın razılığı ilə öldürüldü .....                     Abel Məhərrəmovla bağlı torpaq qalmaqalı Ali Məhkəmədə araşdırılacaq .....                     Həsən Nəsrullahı Seyid Haşim Səfiuddin əvəz edəcək .....                     "Ürəkdə yazı". Azərbaycan hekayələri antologiyası... .....                     “Zəngəzur dəhlizi açıla bilməz...” .....                     Paşinyanın Ərdoğanın kitabını qucaqlaması problemi həll etmir .....                     “Ermənistan sərhəddə müəyyən üstünlük əldə etmək .....                     Bayraq meydanında bayrağımız yenidən dalğalanır .....                     Türkiyə BRİKS-lə bağlı tənqidlərə cavab verdi: .....                     Keçmiş icra başçısı Kürün 8 qolunu qurudub? .....                     “Azərbaycan tələb edir ki, Ermənistan ordusu...” .....                     Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb .....                     İsrail İrana `gəl-gəl` deyir... İRAN YENƏ DƏ NAZ EDƏCƏK? .....                     "Avropalıların qəbristanlıqları o qədər gözəldir, ölmək istədim" .....                     Vüqar Qurbanov departament rəhbərini işdən çıxardı .....                     Elarizin nəvəsi ilə “dueti” .....                     Ermənistan silahlanır: Paşinyan sülh istəyir, yoxsa müharibə? .....                     ƏMDX “Veteranlar haqqında” qanunun icrasından imtina edir .....                     Pezeşkian "Hizbullah" liderinin öldürülməsinə cavab tədbirləri hazırlandığını bəyan edib .....                     Zelenskinin Trampla görüşdəki çıxışı biabırçılıq idi .....                     Paşinyan açıqladı .....                     ƏÜO-nun xüsusi təyinatlı bölmələri ilə taktiki-xüsusi təlim keçirilib .....                     "Türkiyə ilə bu sazişə getməsi o deməkdir ki, .....                     Dnestryanı bölgəsinin sakinləri güman ki, Rusiyanı yox, Avropanı seçəcəklər .....                     Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir .....                     Əhali banklar qarşısında daha çox borclanır, qazandığı ilə ödəyə bilmir .....                     Bu insanlara sərhəddə güzəşt edilməlidir! .....                     Qərb Gürcüstana niyə “ögey övlad” kimi .....                     Aparıcının övladının bağçada həyatını itirməsi təhlükəsizlik məsələsini gündəmə gətirdi .....                     İcra başçısı “YAŞAT” Fondunun dəstəyi ilə Türkiyədə ürək əməliyyatı keçirən şəhid anası Səadət Bağırovanı evində ziyarət edib .....                     “AFB Bank”ın rəhbərliyinə təyinat .....                     Bərdə probasiya şöbəsində nə baş verir? .....                     Ağdamda Dövlət Yanğından Mühafizə Hissəsi tikilir .....                     AYDIN ƏLİYEVİN GƏLİNİ ÜSYAN EDİR .....                     İran İsraillə birbaşa qarşıdurmaya girir? .....                     Azərbaycanda da restoranları olan məşhur pizza şəbəkəsi müflis oldu .....                     "Azərbaycanda tətbiq olunan mövcud suvarma sistemi .....                 

KÜR DAŞQINLARININ MÜLKİYYƏT HÜQUQLARINA TƏSİRİ
Tarix: 13-12-2011, 12:36 | Çap et
KÜR DAŞQINLARININ MÜLKİYYƏT HÜQUQLARINA TƏSİRİ

VƏTƏNDAŞ CƏMİYYƏTİNİN ŞOK HESABATI

Ümumi məlumat. 2010- cu ilin yazında baş vermiş Kür- Araz daşqınları ölkənin 30- a yaxın rayonunda 20- mindən çox yaşayış binasının, 110 min hektar əkin və örüş sahəsinin sel suları altında qalması ilə təxmini hesablamara görə 100 mindən artıq insana, eləcə də müxtəlif səpkili təsərrüfatlara, iaşə və məişət obyektlərinə, həmçinin tədris- təhsil, dini və səhiyyə ocaqlarına, infrastruktura böyük həcmdə ziyan vurub. Daşqınların nəticələrinin aradan qaldırılmasında vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin etmək məqsədilə həmin ilin 21 mayında bir qrup QHT və media nümayəndələrinin iştirakı ilə “Kür” Vətəndaş Cəmiyyət Qərargahı yaradılıb.
Hökümət qurumları baş vermiş daşqınları təbii fəlakət adlandırsa da vətəndaş cəmiyyəti institutlarının, müstəqil ekspertlərin və ekoloqların apardığı araşdırmalar və monitorinqlər nəticəsində sübut edilib ki, fəlakətin baş verməsinin əsas səbəblərindən biri Azərbaycanda su təsərrüfatı sisteminin düzgün idarə edilməməsi ilə bağlı olub. Belə ki, aparılan istisadi araşdırmalar nəticəsində məlum olub ki, 2004- 2010- cu illər ərzində ölkədə su təsərrüfatı sisteminin qurulması, idarə və inkişaf etdirilməsi, meliorasiya işləri üçün dövlət büdcəsindən 1,1 milyard manat vəsait xərclənib. Bu istiqamətdə beynəlxalq qurumlardan isə 200 milyon ABŞ dolları həcmində xarici kredit alınıb. Amma nəticə ondan ibarətdir ki, daşqınlar baş verən ərəfədə Kürün lillənmə səviyyəsi yüksək, sahil bərkitmə, bəndvurma işləri qeyri- qənaətbəxş, Ehtiyyat Su Anbarlarının təmir olunması işi isə yarıtmaz səviyyədə olub. Digər tərəfdən uzun müddət lildən təmizlənməyən Mingəçevir Su Anbarının idarə olunması işi düzgün təşkil olunmamış, daha çox ölkədə su sisteminin tənzimlənməsi, idarə olunması və ehtiyat anbar vəzifəsini yerinə yetirməli olan sözü gedən müəssisədən ucuz vasitələrlə elektrik enerjisi almaq istəyi 2010- cu ildə Kür daşqınlarının baş verməsində həlledici faktorlardan olub.
“Kür” Vətəndaş Cəmiyyət Qərargahı 2010- cu ilin may ayının sonlarından başlayaraq indiyə qədər Kür daşqınlarının təsirinə məruz qalmış 3000- dən artıq fərdi yaşayış evində, təsərrüfatlarda dəyən ziyanla bağlı Alternativ Qiymətləndirmə apararaq Hesabat hazırlayıb və hesabatı hökümət komissiyasına, maraqlı tərəflərə təqdim edib (bax; www.kur-az.com).
Aparılan araşdırmalar zamanı Kür daşqınları ilə bağlı vətəndaşların mülkiyyət hüquqlarının pozulmasına dair çox saylı faktlar qeydə alınıb. Məlumat üçün qeyd etmək lazımdır ki, daşqınların baş verdiyi ilk günlərdə dövlət başçısı tərəfindən 19 may 2010- cu il tarixdə sərəncam imzalanıb. Sərəncamda daşqınlar nəticəsində dəyən ziyanın hər tərəfli və obyektiv qiymətləndirilməsinin zəruruliyi qeyd olunur. Həmçinin sənəddə daşqınların nəticələrinin aradan qaldırılması, eləcə də dəyən ziyanın müəyyənləşməsi, insanların mülkiyyət hüquqlarının bərpa olunması, onların yeni evlərlə təmin olunması, həmçinin evlərinin bərpa olunması və kompensasiya verilməsi qərara alınır. Dövlət başçısının sərəncamı ilə bu işlərin həyata keçirilməsi üçün hökümət komissiyası yaradılır və hökümətə tapşırıq verilir ki, müvafiq addımlar atılsın. Nazirlər Kabineti tərəfindən bu sərəncamdan irəli gələn işləri yerinə yetirmək üçün 09 iyul 2010- cu ildə 197 s saylı sərəncam imzalanır və dövlət büdcəsindən 300 milyon manat vəsait ayrılır. Vəsaitin əsas xərclənmə təyinatlarından biri daşqınların təsirinə məruz qaldığı müəyyənləşmiş 3205 evin tikilməsi, 3222 evin təmir olunması, 700 evdə isə bərpa gücləndirmə işlərinin aparılması idi. Bunun üçün ümumi vəsaitdən 202,3 milyon manat vəsait ayrıldı və bu işlərin həyata keçirilməsi Fövqaladə Hallar Nazirliyinə tapşırıldı. FHN- nin məlumatına görə ötən müddət ərzində daşqın bölgəsində 3143 ev tikilib. Bu evlərdən 2673- i artıq tikilib istifadəyə verilib, 470 ev isə tikilib qurtarmaq üzrədir.
Təəssüflə qeyd etmək lazımdır ki, dövlət başçısının 19 may 2010- cu il tarixli sərəncamında nəzərdə tutulsa da Kür Araz daşqınlarının təsiri nəticəsində dəyən ziyan bu günə qədər hər tərəfli və obyektiv qiymətləndirilmədi. Məhz həm də bu səbəbdən ötən müddət ərzində vətəndaşlara verilən kompensasiya və onların mülkiyyət hüquqlarının bərpası istiqamətində görülən işlər real problemlərin həllinə adekvat olmadı.
Kür Araz daşqınları nə qədər insanın mülkiyyətinə ziyan vurub? Sualın dəqiq cavabını tapmaq üçün öncə rəsmi statistikaya nəzər salaq. Dövlət başçısı İlham Əliyevin Kür Araz daşqınları ilə bağlı 19 may 2010- u ildə imzaladığı sərəncamın elə birinci bəndində fəlakətin vurduğu ziyan (həmin zaman üçün- red.) və əhatə dairəsi təxmini olaraq qeyd olunur; “Son vaxtlar yağan aramsız yağışlar nəticəsində Azərbaycan Respublikasının qırx rayonunun ərazisində subasma halları baş vermiş, ilkin məlumatlara əsasən 20 minə yaxın ev, 50 min hektardan çox əkin və örüş sahələri su altında qalmış, 300-dən çox ev uçmuş, 2 minə qədər ev qəzalı vəziyyətə düşmüş, çoxsaylı infrastruktur və digər sosial təyinatlı obyektlər sıradan çıxmışdır”.
Nəzərə almaq lazımdır ki, prezident tərəfindən bu sərəncam o zaman imzalanmışdır ki, sel daşqınları hələ sona çatmamışdı. Məhz həmin sərəncamdan bir neçə gün sonra, yəni may ayının 23, 24 və 25 – də Sabirabadın ən iri yaşayış məskənlərindən olan Əsgərbəyli, Qasımbəyli, Axtaçı, Balahəşimxanlı, İmişlinin Telişli, Allahmədətli, eləcə də Saatlı rayonunun Dəllər, Nərimankənd, Musalı və Novruzlu kəndləri sel daşqınları tərəfindən “işğal” olundu. Sarısı gölünün bəndləri dağılaraq ətraf bölgəni su basmaya məruz qoydu. Yəni hələ daşqınların 2- ci böyük dalğası baş verməmişdən öncə prezidentin imzaladığı sərəncamda Kür Araz daşqınları nəticəsində 20 minə yaxın evin sel suları altında qaldığı, 2 min evin qəzalı vəziyyətə düşdüyü qeyd olunur. Nəzərə alsaq ki, sözü gedən sərəncamdan sonra onlarla kənd, minlərlə ev sel suları altında qalıb onda fəlakətin nəticələrini özündə əks etdirən rəqəmlərin dəfələrlə böyük olduğunu göstərəcək. Təkcə bir misalla qeyd edək ki, dövlət başçısının 19 may sərəncamından sonra sel daşqınlarına məruz qalmış Sabirabadın Əsgərbəyli, Qasımbəyli, Axtaçı, Camallı kəndlərində 1000- dən yuxarı fərdi yaşayış evi var ki, bu evlər ən azından 2 aydan çox sel suları altında qalıb və çiy kərpicdən, doldurmadan ibarət olan həmin evlərin böyük əksəriyyəti ciddi zədələnmiş və ya qəzalı vəziyyətə düşmüşdür. FHN- nin rəsmi məlumatına görə adı çəkilən kəndlərdə indiyə qədər daşqınların təsirinə məruz qalmış 1600- dən çox ailəyə yardım edilib (bax; http://fhn.gov.az/index.php?type=content_sol&content_id=3017&ic=1). Bu həm də o deməkdir ki, deməli 1600- dən çox ailəyə daşqınlar ciddi ziyan vurub ki, hökümət onlara bir dəfəlik yardım və kompensasiya verib...
Haşiyəyə çıxıb bir məqamı da qeyd etmək lazımdır ki, Prezidentin 19 may sərəncamından sonra meydana gələn 09 iyul 2010- cu il tarixli Nazirlər Kabinetinin 197 s saylı sərəncamı imzalanan zaman Kür daşqınlarının təsirinə məruz qalan ərazilərin böyük əksəriyyətindən hələ sel suları çəkilməmişdi və həmin ərazilərdə yaşayış yox idi. Sel suları altında qalmış əraziyə girmək, orda araşdırma aparıb evlərin hansı vəziyyətdə olmasını dəqiq müəyyənləşdirmək çətin idi. Bu baxımdan Sərəncamda qeyd olunan təsirə məruz qalmış 3205 evin tikilməsi, 3222 evin təmir olunması və 700 evdə bərpa gücləndirmə işlərinin aparılması dəqiq rəqəmlər ola bilməzdi. Digər tərəfdən yaradılan hökümət komissiyası bir sıra bölgələrdə evlərdə və təsərrüfatlarda baxış keçirməyə sel suları çəkildikdən, sonra təxminən 2010- cu ilin iyul avqust aylarında başladı. Ötən 18 ay ərzində daşqın bölgəsində 3143 evin tikilməsinə baxmayaraq hələ də çox sayda qəzalı və bərpa gücləndirməyə ehtiyac olan evlərin mövcudluğu bu deyilənlərə əyani sübut ola bilər. Başqa bir məqam isə ondan ibarətdir ki, daşqınların baş verməsindən və Nazirlər Kabinetinin məlum sərəncamından xeyli vaxt keçməsinə baxmayaraq sərəncamda qeyd olunan 3222 evin təmir olunması və 700 evdə isə bərpa gücləndirmə işlərinin həyata keçirilməsi hələ reallaşmayıb. Təsirə məruz qalmış insanlara verilən kompensasiya isə onların probleminin həlli üçün adekvat olmadı. Ziyan dəymiş evlərin tam siyahısını əhatə etməsə də 197 s saylı sərəncamda qeyd olunan bu rəqəmlərin özü (3222 + 700 = 3922) həm də onu göstərir ki, daşqın bölgəsində ən azı 3922 ailənin fərdi yaşayış evi ilə bağlı mülkiyyət hüququ bu günə qədər bərpa edilməyib.
Yuxarıda qeyd etdiyimiz fikirlərin doğruluğunu 2011- ci ilin aprel ayında FHN- nin rəsmi internet səhifəsində yerləşdirilmiş bir məlumat da təsdiq edir. Həmin məlumatda deyilir ki, “... sahə komissiyaları tərəfindən təqdim olunmuş aktlar aidiyyəti tədbirlər görülməsi üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə göndərilmişdir. Qeyd olunan dövr ərzində, mütəxəssislərin rəyi əsasında komissiyalar tərəfindən 2870 fərdi yaşayış evinin qəzalı olduğu üçün yeni evlərlə əvəz edilməsi, 4525 fərdi yaşayış evində təmir işlərinin və 1755 fərdi yaşayış evində bərpa-gücləndirmə işlərinin aparılması məqsədəmüvafiq hesab edilmişdir.” Göründüyü kimi Nazirlər Kabinetinin 197 s saylı sərəncamında təmirə ehtiyacı olan evlərin sayı 3222 qeyd olunursa FHN- nin 2011- ci ilin aprel ayına olan məlumatına görə bu rəqəm 4525- dir (təxminən 1,5 dəfə artıq- red.). Digər tərəfdən sözü gedən sərəncamda bərpa gücləndirmə üçün 700 evin mövcudluğu göstərilirdisə, FHN komissiyasının arayışında bu rəqəmin 1755 olduğu qeyd edilir (təxminən 2,5 dəfə artıq- red.) Bu rəqəmlər həm də mülkiyyət hüququ tapdanan insanlar haqqında rəsmi məlumatlardır. Amma reallıqda mülkiyyət hüququ tapdanan insanların sayı qeyd olunan rəqəmlərdən qat- qat çoxdur.
Daşqınlar nəticəsində dəyən ziyan və buna görə sakinlərə ödənilən kompensasiyalarla baqli FHN- nin rəsmi internet səhifəsində yerləşdirilmiş digər məlumatlarda isə qeyd olunur ki, “20 aprel 2011-ci il tarixinə təbii fəlakət nəticəsində evlərinə ziyan dəymiş 8986 ailəyə 8608,7 min manat yardım ödənilmişdir. Eyni zamanda, Nazirlər Kabinetinin müvafiq göstərişi ilə Sabirabad rayonunun Əsgərbəyli, Muradbəyli, Qasımbəyli və Yuxarı Axtaçı kənd sakinlərinin əkin sahələri və əmlaklarına dəymiş ziyana görə 1065 ailəyə 1120,0 min manat məbləğində birdəfəlik maddi yardımlar ödənilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 mart 2011-ci il tarixli 71s nömrəli Sərəncamına əsasən Kür və Araz çaylarının daşması nəticəsində əhalinin əkin sahələrinə dəymiş ziyana görə 13177 ailəyə 6004170 manat məbləğində birdəfəlik yardım ödənilmişdir...
Yekun olaraq 2010- cu ildə Kür Araz daşqınlarının baş verməsi və qrunt sularının səviyyəsinin qalxması ilə ziyan dəymiş 23211 ailəyə 15732854 manat həcmində vəsait ödənilmişdir”.
Bir daha qeyd edək ki, bu rəqəmlər daşqınların təsirinə məruz qalmış ailələrin, insanların, təsərrüfatların deyil, həm də mülkiyyət hüququ pozulmuş insanların sayı deməkdir.

Yuxarıda qeyd olunanlar Kür Araz daşqınlarının təsirinə məruz qalan insanların yalnız fərdi yaşayış evləri və onlara məxsus əkin sahələri ilə bağlı məlumatlardır. Amma məlum olduğu kimi vətəndaşın mülkiyyəti daşınan və daşınmaz əmlak olmaqla təkcə evlə, yaşayış sahəsi və əkin sahəsi ilə məhdudlaşmır. Daşqınlar nəticəsində insanların evi ilə yanaşı onlara məxsus qeyri- yaşayış sahələrinə, yardımçı təsərrüfatlara, istehsal vasitələrinə, yük və minik maşınlarına, təsərrüfat texnikasına, avadanlıq və ev əşyalarına, eləcə də mal-qaraya və s. küllü miqdarda ziyan dəyib. Təəssüflə qeyd etmək lazımdır ki, sadalanan bu əmlaklar və mülkiyyət növləri ilə bağlı dövlət tərəfindən heç bir qeydiyyat, qiymətləndirmə aparılmamış və vətəndaşlara dəyən ziyana görə təyinatı üzrə kompensasiya təklif olunmamışdı.
Arayış. Digər tərəfdən Nazirlər Kabinetinin 197 s saylı sərəncamında Kür Araz daşqınlarının təsirinə məruz qalmış daha çox 6 rayonunun adı çəkilirdi- Saatlı, Sabirabad, İmişli, Salyan, Hacıqabul və Zərdab. Amma sonrakı dönəmlərdə məlum oldu ki, daşqınların və qrunt sularının təsir dairəsi daha genişdir və bu dairəyə ölkənin digər rayonları da daxildir- Kürdəmir, Şirvan, Neftçala, Beyləqan, Füzuli və s. Dövlət büdcəsindən ayrılan 300 milyon manat vəsaitdən adı çəkilən bu rayonlarda da daşqınların və qrunt sularının nəticələrinin aradan qaldırılmasına sərf olunub. Bu həm də o deməkdir ki, deməli adı çəkilən rayonlarda da insanların mülkiyyət hüquqları pozulub. Nəticə ondan ibarətdir ki, Kür Araz daşqınlarının və qrunt sularının təsirinə məruz qalan, mülkiyyət hüquqları birbaşa və dolayısı pozulan insanların sayı, eləcə də onların ərazi coğrafi sərhədləri rəsmi məlumatlarda, sərəncamlarda qeyd olunanlardan çoxdur.

Qeyd; “Kür” Qərargahının daşqınların təsirinə məruz qalmış 2000-ə yaxın sakin arasında 2010- cu ilin noyabr, dekabr və 2011- ci ilin sentybar, oktyabr aylarında keçirdiyi rəy sorğusunda iştirak edənlərin böyük əksəriyyəti (sorğunun 2- ci turu hələ başa çatmayıb) mülkiyyət hüquqlarının tapdandığını və bu günə qədər bərpa olunmadığını bildirir. Məhdud ərazidə və respondent kontigentində keçirilən bu sorğunun da ilkin nəticələri sübut edir ki, daşqınların əhatə olunduğu bütün bölgə üzrə mülkiyyət hüquqları tapdanan insanların sayı yuxarıda qeyd olunan rəqəmdən daha çoxdur.
Yeni salınan qəsəbələrdə mülkiyyət hüquqları. Kür Araz daşqınları ilə bağlı Saatlı, İmişli, Zərdab və Salyan da daxil olmaqla 4 yeni qəsəbə salınıb ki, bu qəsəbələr arasında 104 evlik Telişli (İmişli rayonu) və 178 evlik Yeni Novruzlu (Saatlı) qəsəbələri xüsusi yer tutur. Bu qəsəbələrdə də adına ev tikilən və yaşayan insanların böyük bir qismi mülkiyyət hüquqlarının tapdandığını bildirirlər. Belə ki əgər həmin şəxslərin daşqından öncə yaşadıqları ev 150- 200 kvadrat metr idisə, onlara yeni qəsəbədə verilən evin yaşayış sahəsi maksimum 70- 80 kvadrat metrdir. Digər tərəfdən hər bir sakinin həyətyanı sahəsi əvvəlki yaşayış yerində 1,5- 2 ha idisə, yeni qəsəbələrdə 12 sotdur (!?) Bu çox böyük fərqdir. Düzdür həmin insanlardan əvvəlki həyətyanı torpaq sahələri əllərindən alınmır, hələ ki istifadəsinə imkan verilir. Amma o insanlar faktiki olaraq yeni qəsəbəyə köçdükdən sonra köhnə yaşayış yerindən 4- 5 km aralı düşüb və həmin həyətdən artıq həyətyanı təsərrüfat kimi gündəlik, əvəlki qaydada istifadə edə bilmirlər. Köhnə evlər isə bir çox yerlərdə sökülüb dağıdıldığından artıq istifadə olunmur.
Yeni Novruzlu qəsəbəsində bir çox insanlar yuxarıdakı səbəblərdən (əkin- biçin, maldarlıq üçün qeyri- münasiblik, yaşayış yerinin məhdudluğu- kənd yerində ailədə fərd sayı çox olur, dədə- baba yaşayış məskəninə bağlılıq və s.) yeni qəsəbəyə köçmürlər. Hökümətdən tələb edirlər ki, onların kəndinin köhnə statusunu bərpa etsin, məktəb, tibb məntəqəsi köhnə yaşayış yerində fəaliyyətini davam etdirsin. Vətəndaşlar hesab edir ki, hökümət onlar üçün kənarda, xüsusi qəsəbə halında deyil, illər uzunu yaşadıqları kənddə- öz evlərinin yerində ev tiksin. Sakinlər fikirlərini belə əsaslandırırlar ki onlar üçün dədə- baba torpaqlarında və əvvəlki yerlərində ev tikilməsi daha məqsədəuyğun və münasibdir. Həm də sakinlər hesab edir ki, onların yeni, darısqal və əlverişsiz qəsəbəyə köçürülmələri üçün əsas yoxdur. Belə ki, köhnə yaşayış yerlərinin yaxınlığından keçən və onların köçürülməsinə səbəb olan Kür və Araz çaylarında sahil bərkitmə və bənd vurma işləri aparılıb. Daşqınlara səbəb olan Mingeçevir Su Anbarında suyun tənzimlənməsinə diqqət və nəzarət artırılıb. Gələcəkdə həmin kəndlərin sel daşqınları təhlükəsi minumuma enib. Digər tərəfdən, məsələn, Novruzlu kəndi ilə az qala bitişik olan Saatlının Dəllər və Sabirabadın Əsgərbəyli kəndində yeni evlər tikilib (Novruzlu kəndi Dəllər və Əsgərbəyli kəndlərinin təxminən arasında yerləşir), məktəb, tibb məntəqəsi, poçt, məscid əsaslı təmir olunub, Prezidentin Ehtiya Fondundan vəsait ayrılıb yol çəkilib, amma eyni ərazidə, cəmi bir neçə yüz metr aralıda yerləşən Novruzlu kəndi Araz çayının digər sahilinə köçürülür. Belə çıxır ki, ya hökümət komissiyası apardığı bəndvurma və nəzarət işlərinin etibarlılığına inanmır ki, sabah həmin kəndi sel suları yenidən bərbad günə sala bilər (hərgah yenidən sel daşqınları olsa həmin ərazidə olan Novruzlu kəndi ilə bərabər adları çəkilən bütün kəndlər indiki kimi eyni dərəcədə fəlakətin təsirinə məruz qala bilər- red.), ya da Novruzlu kəndi üçün ayrıca plan var ki, bu yaşayış məntəqəsi köhnə yerindən yeni qəsəbəyə hökmən köçürülməlidir. İnsanlar isə haqlı olaraq onlar üçün yeni qəsəbə salınıb yeni evlər tikilməsinə baxmayaraq yuxarıdakı səbəblərə görə mülkiyyət hüquqlarının tapdandığını bildirirlər.
Digər tərəfdən yeni evlərin sahiblərinə bu günə qədər mülkiyyətin onlara məxsusluğu barədə lazımi sənədlər təqdim edilməyib.
Mülkiyyət hüquqlarının müdafiəsinə dair. 2010- cu ilin yazında baş vermiş Kür daşqınlarından 18 ay keçməsinə baxmayaraq hələ də fəlakətin nəticələri tam aradan qaldırılmayıb, yüzlərlə insanın mülkiyyət hüquqları bərpa olunmayıb. Hələ də yüzlərlə insan evinin tikintisini, bərpasını və ədalətli kompensasiya alacağını gözləyir. Aidiyyatı qurumların səxavətindən əl üzən bir sıra insanlar isə öz haqqına nail olmaq üçün artıq məhkəmələrə müraciət etməyə başlayıblar. Kür daşqınlarının təsirinə məruz qalan vətəndaşların məhkəmələrə müraciəti 2010- cu ilin oktyabr ayından başlayıb. Məhkəmə iddiaları dəyən ziyanın ödənilməsi tələbi ilə mülkiyyət hüquqlarının müdafiəsi üçün FHN, Nazirlər Kabineti, Meliorasiya və Su Təsərrüfatı ASC- nə qarşı qaldırılıb. Vətəndaşların məhkəmələrdə hüquqları “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı tərəfindən qorunur. 2010- cu ilin oktyabr ayından məhkəmələrə edilən müraciətlər uzun müddət (2011- cu ilin iyun ayına qədər) məhkəmələr tərəfindən icraata götürülməyib. Kür daşqınları ilə bağlı Səbayel rayon məhkəməsindən başlayan məhkəmə iddiaları Apelliyasiya da daxil olmaqla Ali Məhkəməyə qədər davam etdi. Nəhayət ki, 2011- ci ilin iyun ayından 1 saylı Bakı İnzibatı İqtisad Məhkəməsində daşqınlarla bağlı zərərçəkən, Saatlı rayonunun Dəllər kənd sakini Lazım Umudovun iddiasına baxıldı. Hakim Tahirə Əsədovanın sədrliyi ilə keçən 3 məhkəmə prosesindən sonra iddiaçının mülkiyyət hüququ bərpa olunaraq ona yaşadığı ünvanda 3 otaqlı ev tikildi. Sonrakı prosesdə digər iddiaçı İmişli rayon sakini Şahin Şəmmədovun iddiasına rəğmən ona 3 otaqlı ev tikilməyə başlanılıb. Hazırda bu proses davam etməkdədir.
Ümumiyyətlə qeyd etmək lazımdır ki, 2011- ci ilin may ayından oktyabr ayına qədər ötən 5 ayda Kür daşqınları ilə bağlı mülkiyyət hüquqlarının müdafiəsinə dair “Kür” Vətəndaş Cəmiyyəti Qərargahına 400- dən artıq rəsmi müraciət daxil olub. Bütün müraciətlər “Kür” Qərargahı tərəfindən sistemləşdirilərək rayonlar üzrə elektron siyahıya alınıb. Həmin müraciətləri araşdırmaq üçün Qərargah tərəfindən bölgələrə səfər edilib, şikayət müəllifləri ilə görüşüb onların evinə və təsərrüfatına baxış keçirilib. Bu müraciətlərin 165- i Fövqaladə Hallar Nazirliyinə rəsmən təqdim olunub. 70 nəfərin sənədləri onların müraciəti əsasında məhkəməyə hazırlanıb və artıq iddia ərizələrinin əksəriyyəti məhkəməyə təqdim edilib. Kür daşqınlarının təsirinə məruz qalan insanların son zamanlar məhkəmələrə müraciətlərinin sayı durmadan artmaqdadır. Bu da onu göstərir ki, insanlar onlara verilən vədlərdən bezərək artıq öz mübarizələrini hüquqi müstəvidə aparılmasını daha üstün hesab edirlər. Amma təəssüflər olsun ki, bəzi rayonlarda yerli İcra Hakimiyyətlərinin göstərişi ilə məhkəmələrə müracət edən insanlara yaşayış yerindən müvafiq arayışların verilməsinə qadağa qoyulur ki, bu da həmin vətəndaşların lazımi sənədləri məhkəmə orqanlarına təqdim etmələri üçün müəyyən problemlər yaradır. Bəzi rayonlarda isə yerli natariuslar vətəndaşların “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının vəkillərinə etibarnamə verməkdə problem yaradırlar. Təəssüf ki, nə qədər acı olsa da bunlar Azərbaycan reallığıdır. Amma bütün bu maneələrə baxmayaraq insanlar mülkiyyət hüquqlarının bərpası uğrunda mübarizələrini davam etdirirlər.
Məhkəməyə müraciət edən, mülkiyyət hüquqları tapdanan insanlar arasında daşqınların təsirinə məruz qalmış, hüquqları tapdalanmış fermerlər, eləcə də Arazın yeni qolunun açılması zamanı təsərrüfatları, əkin- biçin yerləri, otlaq sahələri, mal- qara saxlamaq yerləri və s. məhv olmuş sahibkarlar da var.
Hazırda “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı tərəfindən Kür daşqınlarının təsirinə məruz qalmış, mülkiyyət hüquqları tapdanmış 70 nəfərin hüquqları məhkəmədə, qalanlarınki isə müxtəlif instansiyalarda müdafiə olunur. Hər gün yeni insanlar məhkəmədə onların hüquqlarının müdafiəsi üçün müraciət edirlər və bunun üçün “Kür” Qərargahı tərəfindən 4 vəkillə müqavilə bağlanılıb. Qərargahın hazırda heç bir layihə dəstəyi yoxdur. Bütün işlər təşkilatın öz daxili imkanları hesabına görülür.
Haşiyə. Bəzi dövlət məmurları Kür daşqınlarının nəticələrinin aradan qaldırılması istiqamətində hökümətin gördüyü işləri, xüsusən zərərçəkənlərə evlərin tikilməsini, onlara kompensasiya verilməsini və s. dövlətin öz vətəndaşı qarşısında olan vəzifəsi kimi yox, sadəcə sel fəlakətinə məruz qalanlara əl tutmaq, evinin “sığortası olmayan” (ifadə məmurlarındır- red.) səhlənkar vətəndaşlara yardımı, hədiyyəsi kimi qiymətləndirir. Əslində isə dövlət istənilən təbii və ya qeyri- təbii fəlakətə düçar olmuş vətəndaşının problemini çözməyə, onun dağılmış mülkiyyətini bərpa, hüquqlarını isə müdafiə etməyə borcludur. Kür daşqınları ilə bağlı məsələdə isə bu borc iki qatdır. Belə ki;
1) Kür daşqınlarının baş verməsi yanlış idarəetmənin, Mingəçevir Su Anbarının düzgün tənzimlənməməsinin nəticəsi olaraq, Kür Araz çayları üzərində sahil bərkitmə və bənd vurma işlərinin etibarlı aparılmadığı, bu istiqamətdə 2004- 2010- cu illərdə ayrılmış 1,3 milyard manatın səmərəli xərclənmədiyi və s. üçün baş verib ki, buna görə vətəndaş deyil, hökümət məsuliyyət daşıyır. Digər tərəfdən isə yerli əhalinin məlumatına görə daşqınlar zamanı Şirvan və digər şəhərləri, strateji əhəmiyyətli obyektləri qorumaq üçün Kür çayı və Sarısı gölünün bəndləri bir neçə yerdən hökümət yetkililəri tərəfindən yarılaraq kəndlərə və əkin- örüş sahələrinə yönəldilib ki, nəticədə vətəndaşların mülkiyyətinə ciddi ziyan dəyib.
2) Kür daşqınlarının nəticələrinin aradan qaldırılması üçün ayrılan vəsait ayri- ayrı məmurların maaşından deyil, dövlət büdcəsindən ayrılıb. Dövlət büdcəsi isə xalqın, millətin, dövlətin mənafeyi üçün insanlara minnət qoyulmadan xərclənə bilər və xərclənməlidir...
3) Vətəndaşların mülkiyyət hüququ toxunulmazdır və dövlət səviyyəsində müdafiə olunur (Konstitusiya maddəsi 13). Vətəndaşının pozulmuş mülkiyyət, sosial və s. hüquqlarını bərpa etmək dövlətin ali məqsədlərindən biridir və başlıca vəzifəsidir.
Yeri gəlmişkən bu cür düşünən məmurlarımızla bu yaxınlarda- 2011- ci ilin oktyabr ayında qardaş ölkənin Van şəhərində baş vermiş zəlzələnin acı nəticələrinin aradan qaldırılması üçün səfərbər olunmuş Türkiyənin hökümət və dövlət rəsmilərinin problemə yanaşma tərzini müqayisə etmək maraqlı və düşündürücü olardı...
“Kür” Vətəndaş Cəmiyyəti Qərargahının apardığı araşdırmalara görə daşqınların baş verdiyi ötən 18 ay ərzində vətəndaşların mülkiyyət hüquqlarına dair birbaşa və dolayısı şəkildə aşağıdakı pozuntular da qeydə alınıb;
1. Dəyən ziyanla bağlı kompensasiya və yardımların verilməsində pozuntu hallarına yol verilib. Nazirlər Kabinetinin 197s saylı sərəncamı ilə daşqınların təsirinə məruz qalmış insanların ailə üzvlərinin sayına görə adambaşına 300 manat olmaqla maksimum 1600 manata qədər təyinatı bəlli olmayan, bir dəfəlik kompensasiyalar verilib. Yerli poçt şöbələri tərəfindən vətəndaşlara kompensasiyalar verilərkən onun metodologiyası və təyinatı, səbəbi açıqlanmayıb. Onlara bu barədə hansısa sənəd, bildiriş və ya qəbz təqdim olunmayıb, eyni zamanda sənəddə ayrılan vəsaitin həcmi yalnız rəqəmlə ifadə olunub, sözlə yazılmayıb. Halbu ki, daşqınların baş verdiyi ilk vaxtlarda hökümət bəyan etmişdi ki, vətəndaşlara kompensasiyalar kartlar vasitəsi ilə veriləcək, amma təəssüf ki, bu belə olmadı.
2. Kompensasiyaların nəzərdə tutulduğundan az həcmdə verildiyi faktı qeydə alınıb. Konkret olaraq 01 sentyabr 2010- cu ildə Fövqaladə Hallar Nazirliyində olan Sabirabadın Xankeçən və Azadakənd kəndinin sakinlərinə məlum olub ki, Hökümət Komissiyası tərəfindən onlara ayrılan vəsaitlə faktiki olaraq onlara verilən vəsait arasında 2- 2,5 dəfə fərq var. Respublika Baş Prokurorluğuna müraciət edən sakinlərin narahatlığına dərhal reaksiya verilmiş və həmin gün axşam saatlarında əhalinin qalıq kompensasiyaları poçt şöbələri tərəfindən geri qaytarılıb. Amma bu fakta görə heç kim məsuliyyətə cəlb olunmayıb.
3. Evlərin tikintisində sui- istifadə və korrupsiya hallarına yol verilib. Bu vəziyyət ölkənin bir neçə bölgəsində baş verib. Sabirabad rayonunun Əsgərbəyli, Qasımbəyli və Axtaçı kənd sakinlərindən rüşvət alaraq sakinlərə ev tikilməsinə şərait yaratdığına görə yerli sakinlərin müraciəti əsnasında kənd icra nümayəndəsi vəzifəsindən azad olunub və haqqında istintaq araşdırmaları başlanılıb. Evlərin tikintisində sui- istifadə və korrupsiya hallarının İmişli rayonunda mövcudluğuna dair bir qrup yerli sakin “Kür” Vətəndaş Cəmiyyəti Qərargahına və digər aidiyyatı qurumlara müraciət edib.
4. Evlər tikilərkən insanlar arasında ayrı- seçkiliyə yol verilib. Bir sıra bölgələrdə (məsələn, İmişlidə) bəzən daha çox ziyan çəkən deyil, tikintisinə o qədər də ehtiyac olmayan evlərin yerinə yeni evlər inşa olunub. Təsirə məruz qalan insanları bir kənara qoyub bəzi bölgələrdə o qədər də ehtiyacı olmayan insanlara evlərin tikilməsi bəzi suallar doğurur.
5. Şəffaflığın təmin edilməməsi. Kompensasiya alan vətəndaşların adları və bu vəsaitlərin həcmi barədə məlumatların istənilməsinə, eyni zamanda bu məlumatların Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin saytında yerləşdirilməsi ilə bağlı “Kür” Qərargahının təklifinə sözü gedən nazirlik qəribə cavab verib; “Bu dövlət sirridir”. Maraqlıdır, ictimai vəsaitlərin xərclənməsi nə zamandan dövlət sirridir? Digər tərəfdən daşqınların nəticələrinin aradan qaldırılması və təsirə məruz qalmış vətəndaşlara yardımların ödənilməsini özündə ehtifa edən Nazirlər Kabinetinin 2010- cu il 197 s saylı və 2011- ci il 231 s saylı sərəncamları ictimaiyyətdən gizlədilib. Mətbuatda dərc edilib, NK- nın saytına yerləşdirilməyib.
6. Ötən 1 il ərzində hələ də bəzi insanlar kompensasiya ala bilməyib. Məsələn, Sabirabadın Ulacalı kəndində iki bəndarası deyilən ərazidə yaşayan 100- dən artıq ailə hələ də onlara çatası kompensasiyanı tam almayıb. Digər bölgələrdə də analoji vəziyyət mövcuddur.
7. İnsanlara məxsus torpaq sahələri Kür Araz çaylarının bəndbərkitmə işləri üçün daşınaraq yararsız hala salınıb. İnsanların mülkiyyət hüquqları Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən daşqınlardan sonrakı müddətdə də pozulur. 2004- 2010- cu illərdə Azərbaycanda su təsərrüfatı sisteminin idarə olunması, meliorasiya işləri, bəndurmaya və s. ayrılan 1,3 milyard manat vəsaiti səmərəli xərcləməyib daşqınların baş verməsində əsas məsuliyyət sahiblərindən olan sözü gedən idarə daşqınlardan sonra apardığı bəndvurma və sahil bərkitmə işlərində də daha az xərc tələb edən, riskli və insanlara ziyan vuran metodlardan istifadə edir. Belə ki, Kür Araz çayları boyunca əksər ərazilərdə bəndvurmaya yaxın yerlərdən, insanlara məxsus əkin, bağ və örüş sahələrindən münbüt, keyfiyyətli torpaqlardan gətirilərək istifadə olunur. Halbu ki, bu işlər üçün kənardan, insanlara ziyan vurulmadan, o qədər də keyfiyyətli, yumşaq olmayan torpaqlar gətirilməli və bəndvurma etibarlı qaydalara uyğun şəkildə aparılmalıdır. Digər tərəfdən dövlət büdcəsindən bu istiqamətdə böyük həcmdə vəsait də ayrılıb; 1 km bəndin hündürləndirilməsi və genişləndirilməsi üçün 110- 125 min manat...
8. Evlərin tikilməsi üçün nə qədər vəsaitin xərcləndiyi məlum deyil. Nazirlər Kabinetinin 09 iyul 2010- cu il tarixli 197 saylı Sərəncamında 3205 evin tikilməsi üçün (infrastrukturla birlikdə) 202,3 milyon manat vəsait ayrılıb. Bu isə bir evin tikilməsi üçün təxminən 63 min manat vəsait deməkdir. Bir evin tikilməsi üçün realliqda bu qədər vəsaitin xərclənməsi bəzi suallar doğurur. Aidiyyatı qurumlar isə evlərin (və ya ayrıca bir evin) tikintisi üçün xərclənən vəsaitin konkret həcmini açıqlamır. “Kür” Qərargahının yerli mütəxəssislərlə birgə apardığı araşdırmalara görə isə rayon yerlərində (işçi qüvvəsinin nisbətən ucuz, torpaq sahəsi pulsuz, inzibati müdaxilə olmayan və s.) 2 və ya 3 otaqlı bir evin tikilməsi maksimum 18- 20 min manata başa gəlir.
9. Yeni tikilən evlərdə problemlər mövcuddur. “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı üzvləri İmişli rayonunun Telişli kəndində salınmış 104 evlik yeni qəsəbədəki evlərə baxış keçirərkən məlum olub ki, yeni tikilməsinə baxmayaraq (Yeni Telişli qəsəbəsi 2010- cu ilin sonlarında istifadəyə verilib) evlərin bir çoxunda problemlər yaşanır. Monitorinq zamanı bəzi evlərdə evə giriş pilləkəninin, balkonunun və döşəmənin çatlaması, çökməsi, döşəmələrə vurulan taxtaların aralanması, divarlarda çatların əmələ gəlməsi və çəkilmiş üzlüklərin qopub tökülməsi, novalçaların olmaması ucbatından yağan yağışların evə daxil olması və s. kimi faktlar qeydə alınıb. Ən acınaqlısı isə odur ki, yağış yağan zaman artıq bəzi evlərın damından su dammağa başlayıb, bəzi evlərin tavanına vurulan alçıbanlar qopub yerə tökülüb (!?). Sakinlər bildiriblər ki, bütün bunlar görülən işlərin keyfiyyətsiz və başdansovdu aparılmasının nəticəsidir. Qəsəbədə yeni çəkilmiş asfalt yolların da ovulması, bəzi yerlərdə dağılması və s. kimi məqamlar mövcuddur. Digər tərəfdən evlərdə istilik sistemləri olmadığından insanlar evləri ya köhnə kustar usulundan istifadə edib odun sobaları vasitəsi ilə qızdırırlar, ya da ki, elektrik qızdırıcılarından istifadə edirlər ki, bu da onlara xeyli enerji haqqının ödənilməsi hesabına başa gəlir.
Problemdən doğan əməkdaşlıq... Bu arada diqqət çəkən müsbət bir məqam ondan ibarətdir ki, son zamanlar “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı ilə Kür daşqınlarının nəticələrinin aradan qaldırılmasında bir başa və əsas görəv sahib olan Fövqəladə Hallar Nazirliyi arasında kövrək də olsa əməkdaşlıq başlanılıb. Artıq bir neçə dəfə nazirliklə “Kür” Qərargahı arasında görüş keçirilib və problem ətrafında müzakirələr aparılıb.
2011- ci il oktyabr ayının 27- də FHN rəhbərliyi ilə “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının nümayəndələri arasında keçirilən görüşdən sonra isə sözü gedən nazirlik həm onlara Qərargah tərəfindən təqdim olunan 165 nəfərlik siyahıda adları qeyd olunan, həm də öncədən FHN- ə müraciət etmiş sakinlərin problemlərinin araşdırılması ilə bağlı daşqın bölgəsinə yenidən komissiya göndərib. Komissiya 2010- cu ilin Kür Araz daşqınlarının təsirinə məruz qalmış, problemi bu günə qədər həll olunmayan, mülkiyyət hüquqları tapdanan şikayətçi sakinlərlə görüşüb, onların problemlərini dinləyib evlərinə təkrar baxş keçiriblər. Daşqınların baş verdiyi ötən 18 ay ərzində bir sıra evlərin bərpa gücləndirilməsi nəzərdə tutulurdusa artıq həmin evlər qəzalı vəziyyətə düşüb. Buna səbəb evlərin çiy kərpicdən tikilməsi, daşqınların təsirinə məruz qalarkən vaxtında əsaslı təmir işlərinin aparılmaması və ötən müddət ərzində yağışların intensiv yağmasıdır.
Nəticə. “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının apardığı araşdırmalar göstərir ki, Kür Araz daşqınları ilə bağlı dövlət büdcəsindən ayrılan 300 milyon manat vəsaitlə xeyli iş görmək mümkün idi. Bu vəsaitlə 3205 deyil, 10.000- dən artıq ev tikmək olardı ki, əslində bununla da həmin bölgədə daşqınların tam olmasa da nəticələrini əsasən aradan qaldırmaq mümkün idi. Xüsusən insanların evləri ilə bağlı olan problemləri həll etmək mümkün idi. Təbii ki, vəsaitlər səmərəli və təyinatı üzrə xərclənsəydi, evlərin tikintisində süni ayrı- seçkiliyə yol verilməsəydi....
2010- cu ilin yazında baş verən Kür Araz daşqınlarının bu daşqınların təsirinə məruz qalan insanların mülkiyyət hüquqlarına vurduğu ziyanla bağlı yuxarıda qeyd olunan fikirləri ümumiləşdirib bu qənaətə gəlmək mümkündür ki;
1. Fəlakətin insanlara, təsərrüfatlara, infrastruktura, ölkə iqtisadiyyatına, flora və faunaya və s. vurduğu ziyan bu günə qədər qiymətləndirilməyib. Dəyən ziyanın həcmi açıqlanmayıb
2. Daşqınların nəticələrinin aradan qaldırılması istiqamətində hökümət komissiyası, xüsusən FHN tərəfindən ardıcıl olaraq müəyyən işlər görülsə də fəlakətin fəsadları hələ də tam aradan qaldırımayıb;
3. Daşqınların təsirinə məruz qalan vətəndaşların mülkiyyət hüquqları və onlara dəyən ziyan bərpa olunmayıb;
4. Fəlakətə düçar olmuş minlərlə insan normal yaşayış hüququndan məhrum olub. Onlara dəyən ziyana görə təkilf olunan kompensasiya problemin aradan qaldırılması üçün adekvat olmadı;
Tövsiyyələr; Kür Araz daşqınlarının mülkiyyət hüquqlarına vurduğu ziyanın aradan qaldırılması üçün;
1. Öncə fəlakətin dövlət və özəl mülkiyyətə vurduğu ziyan obyektiv qiymətləndirilməli və onun həcmi açıqlanmalıdır;
2. Vətəndaş cəmiyyəti və müstəqil ekspertlərin iştirakı ilə Kür Araz daşqınlarının və qrunt sularının təsirinə məruz qalan bütün evlərə və təsərrüfatlara yenidən obyektiv baxış keçirilməlidir;
3. Fəlakət nəticəsində mülkiyyət hüququ tapdanan və ziyan çəkən vətəndaşların, fermerlərin, sahibkarlıq subyektlərinin tam siyahısı hazırlansın və onlara dəyən ziyanın ödənilməsi istiqamətində təxirə salınmaz tədbirlər həyata keçirilsin;
4. Kür Araz daşqınlarının nəticələrinin tam aradan qaldırılması üçün əlavə tədbirlər görülsün;
5. Sel daşqınlarına məruz qalmış Aran bölgəsinin sosial- iqtisadi inkişafı üçün xüsusui Proqram hazırlanıb həyata keçirilsin;

(Hesabat “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı tərəfindən hazırlanıb, hesabatdan istifadə edərkən mənbəyə istinad edilməlidir)

İstifadə olunan ədəbiyyatlar və mənbələr;
1. Azərbaycan respublikası Prezidentinin rəsmi internet səhifəsi
2. Azərbaycan respublikası Prezidentinin 19 may 2010- cu il tarixli Sərəncamı
3. Nazirlər Kabinetinin 09 iyul 2010- cu il tarixli 197 s saylı Sərəncamı
4. Nazirlər Kabinetinin 4 mart 2011-ci il tarixli 71 s nömrəli Sərəncamı
5. Azərbaycan Respublikasının Konstitusiyası və digər normativ hüquqi sənədlər
6. Fövqaladə Hallar Nazirliyinin rəsmi internet səhifəsi
7. “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının rəsmi internet səhifəsi
8. “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının Aralıq Hesabatları









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nazirlərin Nyu-York görüşü – Sülh üçün ciddi addımlar atılacaqmı?
Bu gün, 18:00
"Naomi Kempbell belə gözəlliyimə paxıllıq edəcək"
Bu gün, 17:30
“Blinkenin zəngindən sonra fəallıq artır, Ermənistanda...” - Tarasov
Bu gün, 17:07
Haniyə də, Nəsrullah da İranın razılığı ilə öldürüldü – Generaldan ŞOK AÇIQLAMALAR
Bu gün, 17:04
Abel Məhərrəmovla bağlı torpaq qalmaqalı Ali Məhkəmədə araşdırılacaq - TƏFƏRRÜAT
Bu gün, 16:41
Həsən Nəsrullahı Seyid Haşim Səfiuddin əvəz edəcək - “Ediot Aqarnot”
Bu gün, 16:34
"Ürəkdə yazı". Azərbaycan hekayələri antologiyası... - MALAY DİLİNDƏ...
Bu gün, 16:31
“Zəngəzur dəhlizi açıla bilməz...” - Müəyyən geo-siyasi məsələlər həllini tapmayınca
Bu gün, 16:24
Paşinyanın Ərdoğanın kitabını qucaqlaması problemi həll etmir - İNCƏLƏMƏ
Bu gün, 16:02
“Ermənistan sərhəddə müəyyən üstünlük əldə etmək və danışıqların gündəliyini dəyişmək üçün eskalasiyada maraqlı görünür”
Bu gün, 16:00
Bayraq meydanında bayrağımız yenidən dalğalanır
Bu gün, 15:56
Türkiyə BRİKS-lə bağlı tənqidlərə cavab verdi: - Bizi illərdir qapı ağzında gözlədənlər...
Bu gün, 15:51
Keçmiş icra başçısı Kürün 8 qolunu qurudub? - Əbülfəz Ağayevə ittiham
Bu gün, 15:41
“Azərbaycan tələb edir ki, Ermənistan ordusu...” - Abramyan
Bu gün, 15:30
Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb
Bu gün, 15:27
İsrail İrana `gəl-gəl` deyir... İRAN YENƏ DƏ NAZ EDƏCƏK? - AKTUAL
Bu gün, 15:23
"Avropalıların qəbristanlıqları o qədər gözəldir, ölmək istədim"
Bu gün, 15:21
Vüqar Qurbanov departament rəhbərini işdən çıxardı - YENİ TƏYİNAT
Bu gün, 15:14
Elarizin nəvəsi ilə “dueti” - VİDEO
Bu gün, 15:10
Ermənistan silahlanır: Paşinyan sülh istəyir, yoxsa müharibə? - NƏ BAŞ VERİR?
Bu gün, 15:07
ƏMDX “Veteranlar haqqında” qanunun icrasından imtina edir - FAKT BUDUR!
Bu gün, 15:00
Pezeşkian "Hizbullah" liderinin öldürülməsinə cavab tədbirləri hazırlandığını bəyan edib - ISNA
Bu gün, 14:45
Zelenskinin Trampla görüşdəki çıxışı biabırçılıq idi - "Spiegel"
Bu gün, 14:10
Paşinyan açıqladı – Əliyevin tələbi yerinə yetiriləcək
Bu gün, 14:07
ƏÜO-nun xüsusi təyinatlı bölmələri ilə taktiki-xüsusi təlim keçirilib - VİDEO
Bu gün, 14:01
"Türkiyə ilə bu sazişə getməsi o deməkdir ki, Ermənistan hərbi ritorikadan əl çəkib...”
Bu gün, 14:00
Dnestryanı bölgəsinin sakinləri güman ki, Rusiyanı yox, Avropanı seçəcəklər - GƏLİŞMƏ
Bu gün, 13:59
Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir - MƏQALƏ
Bu gün, 13:54
Əhali banklar qarşısında daha çox borclanır, qazandığı ilə ödəyə bilmir - FAKT BUDUR!
Bu gün, 13:29
Bu insanlara sərhəddə güzəşt edilməlidir! - Deputatın təklifi reallaşa bilərmi?
Bu gün, 13:27
Qərb Gürcüstana niyə “ögey övlad” kimi DAVRANIR?
Bu gün, 13:23
Aparıcının övladının bağçada həyatını itirməsi təhlükəsizlik məsələsini gündəmə gətirdi - "Heç kim heç nədən sığortalanmayıb"
Bu gün, 13:14
İcra başçısı “YAŞAT” Fondunun dəstəyi ilə Türkiyədə ürək əməliyyatı keçirən şəhid anası Səadət Bağırovanı evində ziyarət edib
Bu gün, 13:09
“AFB Bank”ın rəhbərliyinə təyinat - FOTO
Bu gün, 12:48
Bərdə probasiya şöbəsində nə baş verir? - TƏFƏRRÜAT
Bu gün, 12:44
Ağdamda Dövlət Yanğından Mühafizə Hissəsi tikilir - TENDER NƏTİCƏSİ
Bu gün, 12:40
AYDIN ƏLİYEVİN GƏLİNİ ÜSYAN EDİR - Biz arxasızıq deyə bunu edirlər
Bu gün, 12:28
İran İsraillə birbaşa qarşıdurmaya girir? - AÇIQLAMA
Bu gün, 12:26
Azərbaycanda da restoranları olan məşhur pizza şəbəkəsi müflis oldu - FOTO
Bu gün, 12:24
"Azərbaycanda tətbiq olunan mövcud suvarma sistemi 1000 il bundan əvvəlki selləmə suvarma sistemidir"
Bu gün, 12:21
"Hizbullah" lideri Şeyx Həsən Nəsrullah öldürülüb - İsrail mediası
Bu gün, 12:16
Həmid Əsədzadə 2 yaşlı qızının ölümündən danışdı: - "Uşağımı xəstəxanaya aşpaz çatdırıb"
Bu gün, 12:14
Nikolun “milliləşdirmə” oyunu NƏYƏ HESABLANIB?
Bu gün, 12:10
Ermənistan və Fələstin diplomatik əlaqələr qurur - Ermənistan KİV
Bu gün, 12:08
Şimal-şərq küləyi əsəcək - Belə deyirlər...
Bu gün, 11:59
Ermənilərin çirkləndirdiyi Oxçuçayda vəziyyət necədir? - AÇIQLAMA
Bu gün, 11:55
Qovrulmuş yerfındığı əvəzinə KƏRPİC PARÇASI... - AQTA bir göz atsın oralara...
Bu gün, 11:53
“55 ildir ki, qarmonun üstündə oxşayıb-ağlayıram, amma xalq artisti deyiləm” - Əməkdar artist
Bu gün, 11:30
Məşhur iş adamı Bakının bu yerində hektarlara ərazini ALDI – Görün nə tikdirir…
Bu gün, 11:23
Tural Məmmədova vəzifə verildi - ÖZÜ AÇIQLADI
Bu gün, 11:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru