"MİLYARDERLƏR İTTİFAQI" MİLLİ ŞURAYA STAVKA EDİR
Tarix: 29-05-2013, 11:18 |
Çap et
YAXIN GÜNLƏRDƏ MOSKVADAN BÖYÜK HƏCMDƏ PUL GÖNDƏRİLƏCƏK
DİA.AZ: - Müxalifətin yaratdığı Milli Şura ilə bağlı qalmaqal bir çox çevrələr tərəfindən əsas müzakirə olunan mövzulardan biridir. Elə bu səbəbdən DİA.AZ redaksiyasına da Milli Şura ilə bağlı maraqlı məlumatlar daxil olub.
Mötəbər mənbənin redaksiyamıza bildirdiklərindən belə aydın olur ki, Milli Şuranın bu seçkilərdə tamam fərqli missiya ilə yüklənəcəyinin bəri başdan görünməsi şəraitində bir sıra milli qüvvələrin də bu ittifaqa qoşulması çox qaranlıq proseslərdən xəbər verməkdədir.
Mənbənin söylədikləri: «Milli Şura ideyasının «Kremlini Şura hökumətini qaytarma cəhdi» kimi qəbul edilməsi ən doğru qənaətdir. Həqiqətən də bu prosesin arxasında Rusiyanın dayanması faktdır. Acınacaqlı orasıdır ki, bu halda belə zamanında Sovet İttifaqının dağılması, Azərbaycanın müstəqil dövlətə çevrilməsi yolunda mübarizə aparanlar belə Milli Şuraya böyük həvəsldə qatıldılar. Kimsə deyə bilməz ki, Milli Şuraya qoşulan müxalifət liderlərinin heç birinin əslində nə baş verməsinin fərqində deyillər. Acınacaqlı olanı da budur».
Mənbəmiz bir maraqlı faktı da açıqladı: «Bu məsələdə Rüstəm İbrahəimbəyov aparıcı fiqurdur. Təsəvvür edin, özündən deyən və zaman-zaman bir-birilərini qəbul etməyən müxalifət liderləri indi bir rejissorun ssenarisində epizodda belə oynamağı özlərinə rəva bilirlər. Burada isə ilk növbədə maddi marağın olduğu təəssüratı yaranır».
Mənbəmiz bildirir ki, bu təəssürat da təsadüfi meydana çıxmayıb: «Yaxın günlərdə «Milyarderlər ittifaqı» tərəfindən Milli Şuraya maliyyə dəstəyinin olunması planlaşdırılır. Bu anlaşmaya bu günlərdə Moskvada gəlinib».